Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6913/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “müvafiq müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmiş 13 iyul 1949-cu il təvəllüdlü qardaşı X4 əmlakının idarə olunması üçün iddiaçı ilə müvafiq müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 5753/2020 saylı 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının qardaşı 13 iyul 1949-cu il təvəllüdlü X9 xəbərsiz itkin düşmüş hesab edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Mərhumun ailəsi olmamış, iddiaçı ilə ailədə iki qardaş olmuşlar, valideynləri vəfat etmişdir. Mərhum qardaşının adına olan pensiya kartında qalan pulun alınması üçün iddiaçıdan səlahiyyət verən sənəd tələb olunur. Lakin qanun üzrə vərəsəlik şəxsin ölməsi ilə açıldıgından hesab edir ki, ona vərəsəlik şəhadətnaməsi verilə bilməz. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası tamamilə əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunsa da, yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında şahid qismindən dindirilən X6 bildirmişdir ki, o, iddiaçı və onun mərhum qardaşının yaşadığı ünvan üzrə daxili işlər orqanlarında işlədiyi vaxt uzun müddət sahə müvəkkili olmuşdur. Hazırda pensiyada olsa da, iddiaçı və onun ailəsini çox yaxşı tanıyır. İddiaçı və qardaşı ailədə iki övladdır. Qardaşından uzun müddət ki xəbər yoxdur. İtkin düşmüş hesab edilir, onun da yeganə qohumu və vərəsəsi iddiaçıdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdehin iddiaçıya ünvanlanmış H-157-075 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmə haqqında məhkəmə qərarı qanuni qüvvəyə mundikdən sonra, həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüş şəxsin əmlakını etibar edilmiş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borcları ödənilir. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsinə zərurət yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Yasamal rayon Məhkəməsinin qanuni qüvvəsini almış Qətnaməsi ilə itkin düşmüş hesab edilmiş X4 adına olan pensiya kartına hesablanmış pul vəsaitinin idarə olunması üçün müraciətinə qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim ediləndən sonra baxıla bilər. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 5753/2020 saylı 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.1949-cu il təvəllüdlü X9 xəbərsiz itkin düşmüş hesab edilmiş, sözügedən qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən təqdim edilmiş V-ЖГ seriyalı 293418 saylı xx.xx.1939-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 aralasında xx.xx.1939-cu il tarixdə nikah bağlanmışdır. Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli arayışdan görünür ki, doqum haqqında akt qeydinə əsasən xx.xx.1949-cu il tarixdə anadan olmuş X4 atası X5, anası X1r. İddiaçıya məxsus JQ seriyalı 362057 saylı xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə anadan olmuş İddiaçı atası X5, anası X1r. İİ-İE seriyalı xx.xx.1965-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1962-ci ildə vəfat etmişdir. AZ-İ seriyalı 146620 saylı xx.xx.2005-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, X4 ailəsi yoxdur. O, qardaşı İddiaçı və onun ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşamış, ona Əjdər və onun ailəsi baxmışdır. - Asan 3 tərəfindən verilmiş ******* saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X9 və İddiaçı birlikdə ünvan 2 ünvanında qeydiyyatdadırlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı tələbi “Yasamal rayon Məhkəməsinin qətnaməsinə istinad edərək itkin düşmüş qardaşı Azər Hacıyevin pensiya kartında olan məbləği ala bilməsi üçün onunla müvafiq müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət emiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun müraciətinə qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim edildikdən sonra baxıla bilər. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İnzibati orqanın iddiada tələb olunan öhdəliyin olub-olmamasının müəyyən edilməsi üçün qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsini, o cümlədən onun əmlakının idarə edilmə qaydasını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı maddəsinə əsasən: 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Sadalanan maddi hüquq normasının məzmunundan görünür ki, qanunvericilikdə xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı həmin şəxsin qanuni vərəsələrinə verilmişdir. Hazırki işdə iddiaçının itkin düşmüş qardaşı xx.xx.1949-cu il təvəllüdlü X4 yeganə qanuni vərəsəsi olduğu müəyyən olunur. Qanuni vərəsə olaraq iddiaçı itkin düşmüş qardaşı Azər Hacıyevin pensiya kartında olan məbləği ala bilməsi üçün onunla müvafiq müqavilənin bağlanması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin yalnız tərəfindən vərəsəlik şəhadətnaməsinin təqdim olunacağı təqdirdə baxılacağını bildirmişdir. Halbuki qanunvericilikdə iddiaçının onunla bağlanmasını tələb etdiyi növdə müqavilənin bağlanması üçün məhz vərəsəlik şəhadətnaməsinin təqdim olunması nəzərdə tutulmamışdır. Qanun bu halda müraciət etmə hüququnun “qanuni vərəsələr”də olmasını nəzərdə tutmuşdur ki, bu zaman da iddiaçının itkin düşmüş şəxsin məhz qanuni vərəsəsi olduğu cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.2-ci maddələrində birinci və ikinci növbədə vərəsələrin kimlər olması konkret olaraq göstərilmişdir. Hazırki halda itkin düşmüş şəxsə münasibətdə onun birinci növbəli vərəsəsi olmadığı üçün, iddiaçı (itkin düşmüş şəxsin qardaşı) onun ikinci dərəcəli vərəsəsi kimi qəbul edilib, müraciətinə cavabdeh tərəfindən baxılmalı idi. Həmçinin məhkəmə baxışı zamanı iddiaçı və şahid iddiaçının qardaşının ondan başqa ailə üzvünün olmadığını, valideynlərinin vəfat etdiyini və başqa bacı-qardaşlarının da olmadığını bildirmişlər. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Xüsusi icraat (Fəsil 30) bölməsinin aşagıdakı maddələrinə əsasən: 314.2. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər. 315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, itkin düşən X4 vərəsəsi kimi əmlakının idarə olunması üçün İddiaçı ilə qəyyumluq və himayəçilik orqanı arasında əmlakının idarəetmə müqaviləsi bağlanmalıdır. Hazırkı iddia məcburetmə haqqında iddia oldugundan arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.2.-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmiş 13 iyul 1949-cu il təvəllüdlü qardaşı X4 əmlakının idarə olunması üçün İddiaçı ilə müvafiq müqavilənin bağlanması vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı 10 dekabr 2020ci il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmiş 13 iyul 1949-cu il təvəllüdlü qardaşı X4 əmlakının idarə olunması üçün İddiaçı ilə müvafiq müqavilənin bağlanması vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4AKİM: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6913/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6913/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver