Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6915/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərov Yasəmən Fərman qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.1968-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 11 yanvar 2023-cü il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh inzibati orqan 06 fevral 2023-cü il tarixli məktubla, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtian etmişdir. İmtinaya səbəb kimi, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az (9 il 5 ay 21 gün (xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 10 ildən az (5 il 4 ay (xx.xx.2000xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) olması göstərilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. AZE ******** nömrəli (Fin: xxxxxxx) şəxsiyyət vəsiqəsinin surətinin məlumatlarına əsasən, İddiaçı (bundan sonra iddiaçı) xx.xx.1968-ci ildə anadan olub. ГТ-1 № ******* nömrəli, 15 noyabr 1987-ci il tarixli əmək kitabçasının notariat qaydasında tərcümə və təsdiq edilmiş surətinin məlumatlarına əsasən iddiaçı xx.xx.1987ci ildən xx.xx.2000-ci ilədək Krasnovodsk dəniz-ticarət limanında müvəqqəti olaraq YNŞ İİ dərəcəli yük kassirinin (xəzinədarının) şagirdi, PPK-2 2-ci dərəcəli mal-yük kassiri (xəzinədarı) və dispetçer xidmətində texnik peşələrində işləyib (12 il 3 ay 27 gün staj). xx.xx.2000-ci ildən xx.xx.2016-cı ilədək Azərbaycan Dövlət X7nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində növbətçi və təsərrüfat müdiri peşələrində işləyib (16 il 3 ay güzəştli staj). xx.xx.2017-ci ildən hal-hazıradək "xxxx" MMC-də gəmi struktur bölməsində stüard peşəsində işləyir (xx.xx.2017-ci ilədək 4 ay 18 gün güzəştli staj). İddiaçının xx.xx.1987-ci il tarixdən, qanuna edilmiş dəyişikliyə, yəni xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 28 il 11 ay 15 gün, güzəştli iş stajı isə 16 il 7 ay 18 gün təşkil edir. İddiaçı hesab edir ki, xx.xx.2017-ci il tarixinədək 28 il iİ ay 15 gün ümumi iş stajı, 16 il 7 ay 18 gün xüsusi iş stajını topladığına görə, ona 52 yaşdan pensiya təyin edilməlidir. Qadınların xx.xx.2017-ci tarixinədək ən azı 20 il ümumi, 10 il isə güzəştli iş stajı olanda 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranırdı. Həmin tarixədək iddiaçının ümumi iş stajı 28 il 11 ay 15 gün, güzəştli iş stajı 16 il 7 ay 18 gün təşkil edir. Bu da ƏPQ-nin 9.1-ci maddəsində nəzərdə tutulan ümumi və güzəştli iş stajına dair tələbləri ödəyir. İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuş, xx.xx.2020-ci il tarixdə 52 yaşına çatmışdır. xx.xx.2017-ci il tarixinədək tələb olunan ümumi və xüsusi stajı toplamış iddiaçının yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Belə ki, iddiaçı ƏPQ-ə edilmiş dəyişikliyədək 20 il ümumi, 10 il xüsusi stajı qazandığına görə, mövcud iş üzrə ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.1968-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, məhkəmədən ona 52 yaşdan yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında göstərilmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Ərizəçinin müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2- 96340/2023 nömrəli imtina məktubu ilə "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan vas həddinə catdıqda (52 yaş), 2) xx.xx.2006-ci il tarixədək azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və agır islərdə işlədikdə. Lakin qanunla tələb olunan ikinci və üçüncü sərtlər ödənilmir. İkinci şərt: İddiaçı tərəfindən təqdim edilmiş 15 noyabr 1981-ci il tarixli Q-T-l ******* nömrəli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajı 25 ildən az (09 il 05 ay 21 gün (xx.xx.1987-xx.xx.1992, xx.xx.2000-xx.xx.2005)) təşkil edir. Üçüncü şərt: Vətəndaşın əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı AR Nazirlər Kabinetinin 2 №-li siyahısına istinadən "Azərbaycan X7” QSC tərəfindən təqdim edilmiş arayış əsasında öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il AMxx/xx-2507 nömrəli arayışa əsasən İddiaçı xx.xx.2006-cı il tarixədək 05 il 04 ay (xx.xx.2000-xx.xx.2005) güzəştli iş stajı mövcuddur. Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 01-dək keçmiş SSRl-nin ərazisində qazanılmış əmək stajı sözügedən maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yas həddinə çatdıqda (55 yaş), 2) azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır islərdə işlədikdə, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Lakin qanunla tələb olunan birinci və dördüncü sərtlər ödənilmir. Birinci şərt: xx.xx.1968-ci il təvəllüdlü İddiaçı 55 yaşı xx.xx.2023-cü il tarixdə tamamlanır (29 iyun 2022-ci il tarixdən sonrakı tarixdə). Dördüncü şərt: əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixinə 51600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 34850,60 manat təşkil edir. Həmin Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda. 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. Lakin qanunla tələb olunan birinci şərt ödənilmir. Birinci şərt: xx.xx.1968-ci il təvəllüdlü İddiaçı müvafiq normaya əsasən hüququ xx.xx.2028-ci il tarixdə yaranır. Həmin Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına, o cümlədən iddiaçının bu normaya dair tələbinə əsasən qeyd etməyi zəruri hesab edir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) xx.xx.2017-ci il tarixədək tələb olunan yas həddinə çatdıqda (55 yaş). 2) azı 20 il sıgorta stajı olduqda 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. Lakin qanunla tələb olunan birinci sərt ödənilmir. Birinci şərt: Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alsaq, deməli bu norma 52 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 52 yaşı xx.xx.2020-ci il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir. Yuxanda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Sonda iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-23356/2023 №-li imtina məktubu ilə etirazda göstərilənlər bildirilmişdir. - İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. - xx.xx.2022-ci il tarixli AM xx/xx-2507 saylı arayışdan görünür ki, iddiaçı Azərbaycan Dövlət X7nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.2000-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək növbətçi, təsərrüfat müdiri vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 16 il 03 ay 00 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b"yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 №-li Qərarına əsasən X7 Azərbaycan Dövlət X7 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X7nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. - İddiaçıya məxsus QT-İ ******* nömrəli, xx.xx.1987-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1987-ci ildən xx.xx.2000-ci ilədək Krasnovodsk dənizticarət limanında müvəqqəti olaraq YNŞ İİ dərəcəli yük kassirinin (xəzinədarının) şagirdi, PPK-2 2-ci dərəcəli mal-yük kassiri (xəzinədarı) və dispetçer xidmətində texnik, xx.xx.2000-ci ildən xx.xx.2016-cı ilədək Azərbaycan Dövlət X7nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində növbətçi və təsərrüfat müdiri, xx.xx.2017-ci ildən halhazıradək "xxxx" MMC-də gəmi struktur bölməsində stüard peşəsində işləyir.
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından məlum olur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu iddiaçının 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajının 25 ildən az 09 il 05 ay 21 gün (xx.xx.1987-xx.xx.1992, xx.xx.2000-xx.xx.2005 illər) və güzəştli iş stajının 10 ildən az 05 il 04 ay (xx.xx.2000-xx.xx.2005 illər) olmasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatması (52 yaş), 2) xx.xx.2006-ci il tarixədək azı 20 il sığorta stajının tamamlanması, 3) stajın 10 ilini əmək şəraiti zərərli və agır islərdə işləməsi. Lakin qanunla tələb olunan ikinci və üçüncü sərtlər iddiaçıya münasibətdə ödənilmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçı 01 yanvar 2006-ci il tarixədək xx.xx.1987-ci ildən xx.xx.2000-ci ilədək Krasnovodsk dəniz-ticarət limanında müvəqqəti olaraq YNŞ İİ dərəcəli yük kassirinin (xəzinədarının) şagirdi, PPK-2 2-ci dərəcəli mal-yük kassiri (xəzinədarı) və dispetçer xidmətində texnik, xx.xx.2000-ci ildən xx.xx.2006cı ilədək Azərbaycan Dövlət X7nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində növbətçi və təsərrüfat müdiri, işləməklə tələb olunan 20 ildən az 17 il 7 ay 28 gün ümumi iş stajını toplamışdır. İddiaçının əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b"yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilərək "Azərbaycan X7” QSC tərəfindən verilmiş xx.xx.2022-ci il AMxx/xx-2507 nömrəli arayışa əsasən Azərbaycan Dövlət X7nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində növbətçi, təsərrüfat müdiri vəzifələrində işləməklə təsdiq olunsa da, xx.xx.2006-cı il tarixədək tələb olunan 10 ildən az 05 il 04 ay (xx.xx.2000-xx.xx.2005) güzəştli iş stajının toplaması ona münasibətdə üçüncü şərti də ödəmir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2
Hakim Mehriban Qarayeva