Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6916/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bаkı İnzibаti Məhkəməsi hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını iddiaçıya münasibətdə tətbiq etməklə, iddiaçıya 51 il 6 ay 27 gündən (60 yaş – 8 il 5 ay 3 gün 1 nömrəli siyahı üzrə xüsusi stajı), yəni pensiya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” barədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını iddiaçıya münasibətdə tətbiq etməklə, iddiaçıya 51 il 6 ay 27 gündən (60 yaş – 8 il 5 ay 3 gün 1 nömrəli siyahı üzrə xüsusi stajı), yəni pensiya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair 07 noyabr 2019-cu il tarixində cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İmtinaya səbəb kimi onun 01 yanvar 2006-cı il tarixinədək 1 nömrəli siyahı üzrə güzəştli iş stajının 10 ildən az ( 8 il 5 ay 3 gün) olması göstərildi. İddiaçı 1997-ci il avqustun 1-dək olan 1 nömrəli siyahı üzrə işlədiyi 8 il 5 ay 3 gün xüsusi stajı üçün nəzərdə tutulmuş güzəştlərin tətbiqini (yəni, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinin qazanılmış güzəştli stajın müddətinə mütənasib azaldılmasını) iddia edir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” 13-cü maddəsinə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi 1997-ci ilin avqustun 1-dək olan iş stajı nəzərə alınmaqla, həmin vaxtda qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (a) və (b) bəndlərindən sonra gələn abzasının iddiaçıya tətbiq edilərək iddiaçıya 51,5 (60 yaş- 8 il 5 ay 3 gün 1 nömrəli siyahı üzrə xüsusi stajı)yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı ağır peşələrdə işlədiyi dövrlərdə, gələcəkdə güzəştli şərtlərlə pensiya alaçağını ümid edirdi. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, onun bu zamanadək qazanmış olduğu hüququn aradan qalxmasına səbəb ola bilməz. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az olması səbəbindən müraciətinin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və .s) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün İddiaçı xx.xx.2006-cı ilədək 20 ildən az olmayan ümumi stajı, 10 ildən az olmayan güzəştli stajı olmalıdır. İddiaçı isə iş materiallarından göründüyü kimi, 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (08 il 05 ay 03 gün) təşkil edir. İddiaçı 51 yaş 06 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə bağlı isə, 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 13 iyun 1997-ci il tarixədək olan redaksiyasına əsasən aşağıdakı şərtlər ödənilməli idi – 1. İddiaçı 1997-ci il tarixədək 20 il ümumi sosial sığorta stajı. 2. İddiaçı 1997-ci il tarixədək 51 yaş 06 ayı tamam olması. Göründüyü kimi xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 51 yaş 06 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qeyd edilən şərtlərdən heç biri ödənilmir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 26 il 04 ay sosial sığorta stajı vardır. İddiaçı 1997-ci il tarixədək 20 il ümumi sosial sığorta stajı tamamlanmır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının məcburetmə növündə olan iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi üçün cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır; iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
III. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Bağırova iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi qismən təmin edilməlidir.
7. Belə ki, iş materiallarına əlavə edilmiş: AZE ******** nömrəli şəsxiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 20 noyabr 2019-cu il tarixli, **********9 nömrəli məktubuna əsasən, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az təşkil etdiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “İddiaçı güzəştli şərtlərlə pensiya təyinatından imtina” haqqında xx.xx.2023-cü il tarixli məktubuna əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Buna əsas kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 10 ildən az təşkil etməsi olmuşdur. ББ seriyalı, 144852 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 03 dekabr 1985-ci ildə hərbi uçota alınmış, 25 avqust 1994-cü ildə hərbi uçotdan çıxarılmışdır. МВ 013804 nömrəli diplomun surətinə əsasən, İddiaçı 1979-cu ildə M.Əzizbəyov adına X5 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1984-cü ildə “neft və qaz mədənlərinin maşın və avadanlıqla” ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 01-2011 nömrəli arxiv arayışına əsasən bildirilmişdir ki, M.Əzizbəyov adına X5 Ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq – İddiaçı 1979-cu ildə Sumqayıt filialının Neft mexanika fakultəsinin “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuş və 1980-ci ildə Sumqayıt filialında əyani şöbənin İİ kursundan “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisasına köçürülmüşdür. İddiaçı 1984-cü ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. xx.xx.1984-cü il, qeydiyyat nömrəsi 404 olan MB 013804 diplom verilmişdir. “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsinin (SOCAR) xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən bildirilmişdir ki, “Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1984-1990-cı illər üçün əmək haqqlarının şəxsi hesablarında, 1990-cı il üçün T-2 formalı vərəqəsində, xx.xx.1963-cü il tarixdə anadan olmuş, İddiaçı – xx.xx.1984-cü il tarixdə İstismar avadanlığının kirayə təmiri sexində neft və qaz hasilatı obyektlırində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə 4-cü dərəcəli təmirçi çilingər qəbul edilmiş, xx.xx.1986-cı ildə Neftin kompleks hazırlanması və nəqli sexində mühəndis vəzifəsinə keçirilmişdir. 29 avqust 1990-cı ildən vəzifəsindən azad edilmişdir. xx.xx.1984 – xx.xx.1986 (şifr) 1100000a – 18559 neft və qaz hasilatı obyektlərində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə təmirçi çilingər peşəsi üzrə iş stajı 02 il 00 ay 25 gün təşkil edir. xx.xx.1986 – xx.xx.1990 mühəndis peşəsi üzrə iş stajı 03 il 10 ay 15 gün təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi” 28 may Neft və Qazçıxarma İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən bildirilmişdir ki, İddiaçı xx.xx.1993 – xx.xx.1995-ci illərdə böyük mexanik, mexanik peşəsində 02 il 05 ay 23 gün (şifr 1100000a- 23485); xx.xx.1995 – xx.xx.1995-ci illərdə təmirçi çilingər 03 ay 18 gün(şifr 1100000a- 18559) – cəmi 02 il 9 ay 11 gün işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı istehsalatın, peşə vəvəzifəərin 1 saylı siyahısının X bölməsinə, 2a və 2b yarımbölməsinə əsasən “28 May” NQÇİ-nin peşələrində iş stajı 02 09 ay 11 gün təşkil edir. ИТ-İ 14113629 nömrəli iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətinə əsasən, iddiaçı xx.xx.1984-cü ildə İstismar avadanlığının kirayə təmiri sexində neft və qaz hasilatı obyektlırində bilavasitə avadanlıqların quraxdırılması, təmiri və xidməti üzrə 4-cü dərəcəli təmirçi çilingər qəbul edilib, xx.xx.1986-cı ildə Neftin kompleks hazırlanması və nəqli sexinə mühəndis keçirilmiş, xx.xx.1988-ci ildə SİKP XXİİ qurultayı adına İB ləğv edilmiş və onun bazasında SİKP XXİİ qurultayı adına NQÇİ (Neft və Qaz Çıxarma İdarəsi) yaradılmış, xx.xx.1990-cu ildə Azərbaycan SSR ƏQM 36-cı maddəsi üzrə işdən azad edilərək köçürmə yolu ilə 28 aprel adına NQÇİ-yə (Neft və Qaz Çıxarma İdarəsi) keçirilmişdir. KŞ (kadrlar şöbəsi) böyük müfəttişi, xx.xx.1990-cu ildə 28 aprel adına NÜÇİ, kadrlar şöbəsi SİKP XXİİ qurultayı adına NQÇİ-dən köçürülmə yolu ilə 28 aprel adına NQÇİ-nin İdarəetmə aparatının Baş Mexanika şöbəsinə 2-ci dərəcə ilə mühəndis vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 1991-ci il 400 nömrəli qərarına əsasən 28 aprel adına NQÇİ-nin adı dəyişdirilib, xx.xx.1992-ci ildən 28 may adına NQÇİ adlandırılmış. İddiaçı xx.xx.1993-cü ildə LTSS sexinə böyük mexanik keçirilmiş, xx.xx.1994-cü il tarixdən əməyin ödənilməsinin vahid tarif cədvəlinə keçməsi ilə əlaqədar həmin sexdə 11 (on birinci) dərəcəli mexanik keçirilmiş, xx.xx.1995-ci ildə QKS-nin 2 saylı SK stansiyasının qazın yığılması qurudulması və separasiya avadanlıqlarının təmiri üzrə 5(beş) dərəcəli çilingər keçirilmiş, xx.xx.1996-cı ildə 12-ci (on iki) dərəcə təqdim edilmiş, xx.xx.1999-cu ildə lay təzyiqinin sabit saxlanılması sexinə rəis müqavini təyin edilmiş, xx.xx.2007-ci ildə lay təzyiqinin sabit saxlanması sexinə 15-ci dərəcəli rəis vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı xx.xx.2008-ci ildə "xxxx" MMC, Yod tərkibli su çıxarma sexinin rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3 bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci ildə "xxxx" ASC əmək müqaviləsinə əsasən 11-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci ildə mexanika şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü ildə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 15-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı ildə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 15-ci dərəcə ilə Elektromexanika və avtomatika departamentinin mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci ildə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 15-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü ildən hal-hazıradək əmək fəaliyyətini davam etdirir.
IV. Məhkəmənin mövqeyi
8. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını aşagıda göstərilənlərə görə əsassız hesab edir.
9. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 38-ci maddəsinin İ bəndinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, İİİ bəndinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər, 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.
10. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1. –ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur.
11. 1 yanvar 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetində dərci: 1 iyul 1997-ci il, nömrə 135) ilə Qanunun qeyd edilən 13-cü maddəsinin a) və b) bəndlərinin axırıncı abzası (4-cü) qanundan çıxarılana qədər qüvvədə olan müddəasında nəzərdə tutulurdu ki, iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir; iş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam-2 ayı üçün bir ay azaldılmaqla təyin edilir. Bu halda maddənin “a” bəndində göstərilən işlərdə qazanılmış iş stajı da nəzərə alınır (Həmin Qanunun 12-ci maddəsinə əsasən ümumi əsaslarla pensiya yaş həddi kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş nəzərdə tutulmuşdur). İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçının xüsusilə zərərli və ağır olan işlərdə iş stajı cəmi 04 il 10 ay 09 gün ((xx.xx.1984 – xx.xx.1986 və xx.xx.1995- xx.xx.1995-ci ilədək) (kod) 1100000a – 18559 neft və qaz hasilatı obyektlərində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə təmirçi çilingər peşəsi üzrə iş stajı 02 il 04 ay 15 gün və xx.xx.1993 – xx.xx.1995-ci ilədək böyük mexanik, mexanik (kod)1100000b-23485(02 il 05 ay 23 gün) təşkil edir. Belə ki, xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nın “2. Neft-qaz və qaz kondensatının hasilatı” bölməsinə (1100000) əsasən: fəhlələr (kod 1100000a) bəndinin - neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər (kod 1100000a—18559) peşəsi və quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər (kod 1100000b- 23485) güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1986 – xx.xx.1990 illərdə (03 il 10 ay 15 gün) işlədiyi mühəndis peşəsi xüsusilə zərərli peşə olmadığından güzəştli staja daxil edilməsi əsassızdır. İddiaçının işlədiyi mühəndis peşəsinin xüsusilə zərərli və ağır olan peşə olması işdə olan güzəştli arayışlarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nda öz əksini tapmamışdır. İddiaçının təmirçi çilingər və mexanik peşələrdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli iş stajı, yəni, 10 il toplanmadığından (04 il 10 ay 09 gün təşkil etdiyindən) həmin bəndin qeyd olunan, 1 iyul 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzası ona münasibətdə tətbiq edilməlidir. Həmin abzasın yuxarıda qeyd olunan tələbindən göründüyü kimi, “iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzətşli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir”. Belə olan halda, iddiaçının təmirçi çilingər və mexanik peşələrdə iş stajı “Vətandaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinin axırıncı abzası qüvvədən düşdüyü xx.xx.1997-ci il tarixə qədər, onun topladığı 04 il 10 ay 09 gün güzəştli iş stajı nəzərə alınaraq, həmin müddət, onun həmin Qanunun 12-ci maddəsində ümumi əsaslarla nəzərdə tutulan pensiya yaş həddindən (60 yaş) çıxılmaqla azaldılmalıdır. Belə olan təqdirdə iddiaçının (60 il- 04 il 10 ay 09 gün) 55 il 01 ay 21 gündən əmək pensiyası hüququ yaranmış olur. İddiaçı xx.xx.1963-cü il tarixində doğulduğundan, pensiya hüququnun yarandığı yaş həddi xx.xx.2018-ci il tarixdə tamamlanır. Odur ki, xx.xx.2018-ci ildən iddiaçının yaşa görə güzəştli şərtlərlə pensiya hüququ əmələ gəlir. Cavabdehin inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina edilməsi üçün əsas hal kimi iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 10 ildən az təşkil etməsi və 1997-ci ilədək 20 il ümumi sığorta stajının olmaması göstərilmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, yuxarıda göstərilən və istinad edilən qanunvericilik normasında (Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetində dərci: 1 iyul 1997-ci il, nömrə 135) ilə Qanunun qeyd edilən 13-cü maddəsinin a) bəndində) iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərin güzəştli şərtlərlə pensiya hüququ yaranır və həmin müddəada ümumi iş (sığorta) stajı ilə bağlı hər hansı bir şərt nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
13. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
14. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
16. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) və b) bəndlərinin 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı (4-cü) abzasını İddiaçı münasibətdə tətbiq etməklə, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
17. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) və b) bəndlərinin 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı (4-cü) abzasını İddiaçı münasibətdə tətbiq etməklə, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova