Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6918/2023 08.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsi təyin edilməsi zamanı hərbi travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsi təyin edilməsi zamanı hərbi travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdən MAHHXHO kimi N saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı il tarixdə aprel döyüşlərində iştirak etmiş, 03 aprel 2016-cı il tarixdə döyüş tapşırığını yerinə yetirən zaman idarə etdiyi döyüş maşının üzərinə düşən mərmi partlayışı zamanı ağır dərəcədə xəsarət almışdır. Həmin vaxtı hərbi hospitalda müalicə almış və ona “hər iki ağciyərin yuxarı payının infıltrativ vərəmi, sorulma və bərkimə məhrələsində. KB(-) mənfi xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”, Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağır eşitmə,pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr məsafədən eşitməsi ilə hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır." diaqnozu qoyulmuşdur. xx.xx.2017-ci il tarixdə “Ağciyərin vərəmi, histoloji təsdiq edilməsi, hər iki ağ ciyərin infiltrativ vərəmi-dağılma mərhələsində, xroniki respirator çatışmamazlığı, xroniki tənəffüz çatışmamazlığı İİ dərəcə eşitmə sinirinin xəstəliyi, ikitərəfli xroniki koxlear nevrit, eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli neyrosensor ağıreşitmə İİİ dərəcəli (xx.xx.2016 Barotravma nəticəsində)" Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş illik müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə təkrar müayinə olunmuş və “Ağciyərin vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla Ağciyərin ocaqlı vərəmi, infiltrasiya və səpələnmə mərhələsi, TDM(-) xroniki respirator çatışmamazlıq, Restruksiyanın üstünlüyü ilə arışıq tipli əhəmiyyətli ventiliyasiya pozğunluğu" diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçı hərbi travmanı Azərbaycanın Respublikasının müdafiəsi zamanı almış və hazırda əsassız olaraq ona əlillik təyin edilərkən hərbi xidmət dövrü ilə əlaqədar kimi qeyd edilmişdir. Ona birinci dəfə 2016-cı ildə ümumi xəstəlik kimi əlilik dərəcisi verilmişdir. Sonradan müraciəti və hərbi əməlliyatlar zamanı xəsarət almağı təsdiq olunaraq, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş illik müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əgər onun hərbi əməliyyatlar zamanı xəsarət aldığı müəyyən olunmasaydı sonradan düzəliş edilməzdi. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına rəsmi olaraq müraciət etmiş və həmin təşkilat xx.xx.2023-cü il tarixdə ərizəni almasına dair poçt xəbərnaməsində imzaları olsa da indiyə kimi heç bir cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
5. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
7. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır.
8. Məhkəmə iclasında iddiaçı iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
İş materiallarında olan:
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1991-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 005450 nömrəli, 23 may 2017-ci il tarixli vəsiqənin surətinə əsasən, İddiaçı əlildir və əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin xx.xx.2017-ci il tarixli, 297 nömrəli arayışına əsasən bildirilmişdir ki, 1991-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası SQ-də müddətdən artıq hərbi xidmət edib, xx.xx.2016-cı il tarixdə N nömrəli h/h komandirinin 294 nömrəli əmri ilə Azərbaycan Respublikası SQ-dən ehtiyata buraxılmışdır. xx.xx.2016-cı il tarixdə MN MHHK-nın qərarı ilə Xəstəliklər Cədvəlinin 3-cü qr. 2 b maddəsinə (Azərbaycan Respublikası NK-nin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı) həm dinc dövrdə hərbi xidmətə yararsız, həm müharibə dövründə hərbi xidmətə yararsız sayılmışdır. 747 nömrəli, 040.2015-ci il tarixli təyinat vərəqəsinə əsasən, əsgər İddiaçı xx.xx.2015-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin sərəncamına getməyi əmr edilmişdir. Əsas – 2ci ordu korpusu komandirinin 065 DÇ nömrəli, xx.xx.2015-ci il tarixli əmr. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N nömrəli hərbi hissə komandirinə ünvanladığı 694 nömrəli, xx.xx.2016-cı il tarixli məktubuna əsasən bildirilmişdir: İddiaçı 2016-cı il tarixdə saat 11:45-də N nömrəli hərbi hissəyə zədələnmə ilə gətirilmişdir. Diqanoz: Alın nahiyyəsinin yumuşaq toxumalarının əzilməsi, hər iki ağciyərin yuxarı payının infiltrativ vərəmi. Səbəb: dediyinə görə, döyüş əməliyaatları zamanı xəsarət almışdır. xx.xx.2016-cı il tarixli çıxarış epikrizində qeyd edilmişdir- İddiaçı xx.xx.2016-ci il tarixdə daxil olmuş, diaqnoz : hər iki ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma və səpələnmə mərhələsində KB(-) mənfi, ikitərəfli xroniki koxlyar nevrit.ikitərəfli davamlı nevrosensor ağır eşitmə...Müayinədən sonra xəstədə ağciyər vərəminə şübhə olduğundan stasionar müayinə və müalicə üçün N nömrəli hərbi hissəyə köçürülmüşdür. Aparılan müalicə nəticəsində xəstədə kliniki və rentgenoloji yaxşılaşma yarandığından xəstə MNnin xx.xx.2008-ci il tarixli, 123 saylı əmrinin 2b maddəsinin İİ qrafası ilə HHK-ya təqdim olunmuş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir. Qərar MN-nin Ştatlı Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunmuşdur. N nömrəli hərbi hissənin “Travma haqqında arayışı”na əsasən bildirilmişdir ki, MAHHXHQ əsgər İddiaçı 03 aprel 2016-cı il tarixə saat 21:00 radələrində döyüş tapşırığının yerinə yetirərkən düşmən tərəfindən atılan mərmi MAHHXHQ əsgər İddiaçı oğunun idarə etdiyi BMP2 döyüş maşınının üzərinə düşərək partlayış yaratmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 22.1.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci ildə ikinci dərəcə əlillik təyin olunub, əlilliyin səbəbi – Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. 01 sentyabr 2016-cı il tarixli, 563 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin 12 –ci bəndinə əsasən, diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəbi haqqında Hərbi Həkim Komissiyasının qərarı aşagıdakı kimi olmuşdur: “Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr nəsafədən eşitməsi ilə Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 21 noyabr 2022-ci il tarixli, **********2 nömrəli Qərarına əsasən, İddiaçı barəsində xx.xx.2022-ci il tarixli Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərarın qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə cavabdeh inzibati orqana edilmiş müraciət ərizəsini və ərizənin təqdim edilməsi barədə poçt qəbzini, AO seriyalı, ******* nömrəli vəsiqənin surəti təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddiaçı barəsində altsistemnən çıxarışlar təqdim edilmişdir.
İİİ.Məhkəmənin mövqeyi
10. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1. –ci maddəsində göstərilir: Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir: “1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.”
12. İşin faktiki hallarına əsasən xx.xx.2022-ci il tarixinə iddiaçının 5 il müddətinə 2-ci dərəcəli əlilliyin təyin edilməsinə dair cavabdehin inzibati aktı mövcud olmaqla qüvvədədir.
13. İddiaçı ona təyin edilmiş ümumi xəstəliklə əlaqədər əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini və əlilliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma ilə əlaqəli olduğundan, 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədər əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsini tələb edir.
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.2-ci bəndinə əsasən, " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa;2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa;
15. Məhkəmənin 11 aprel 2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: xx.xx.1991-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? - İddiaçı olan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir, xəstəlik hərbi travma nəticəsində yaranıbmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin T 408/2023 nömrəli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir: “İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Soail Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tibbi Sosial Ekspert Komissiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.3.bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə verilmiş qərarı düzgün hesab etmək olar”. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı barəsində alt sistemdən çıxarışlardan görünür ki, iddiaçıya ilkin olaraq xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə əlillik təyin edilmiş daha sonra xx.xx.2017-ci il tarixdə 5 illik müddətinə əlillik yenidən təyin edilmiş, lakin səbəbi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” göstərilmiş, xx.xx.2017-ci il tarixdə isə əlillik təkrar təyin edilmiş və səbəbi – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qeyd edilmişdir. İddiaçının xəstəliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi travma ilə əlaqəli olması işdə olan - Azərbaycan Respubikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiqlənir. Həmin qərarın qanunsuz və əsassız olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məlumatlar məhkəməyə bildirilməmişdir.
16. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.. Həmin Qanunun 19.2-ci maddəsinə uyğun olaraq, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-ci maddəsinə görə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.5-ci maddəsinə uyğun olaraq, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Həmin Qanunun 24.4-ci maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
17. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı əlillik dərəcəsi təyin edilməsi zamanı hərbi travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir.
19. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
20. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı əlillik dərəcəsi təyin edilməsi zamanı hərbi travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova