Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6919/2024 29.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən imtina, həm də cavabdeh tərəfindən hərəkətsizlik edildiyindən 26 fevral 2003-cü il tarixli JN-5960D, KOD 00600026 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin səhv tərtib edilməsi və xx.xx.2013-cü il tarixli seriya RX № ******* saylı çıxarışda torpaq sahəsinin mülkiyyət növünün dövlət, torpaq sahəsi üzərində hüququn növünün istifadədə olduğu göstərildiyindən şəhadətnamə və çıxarışda olan səhvin düzəldilməsi, yenidən verilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan JN-5960D KOD 00600026 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1688 saylı Sərəncamı ilə 0,03 ha torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı, Quliyeva Məryəm və X4 mülkiyyətinə verilmişdir. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105.2 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində, fərdi yaşayış evinin yerləşdiyi 0,01316 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla İddiaçı istifadəsindədir. İddiaçı hazırda çıxarışda torpaq sahəsinə dair hüququnun səhv göstərildiyini, buna görə də JN-5960D KOD 00600026 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən torpaq sahəsi onun mülkiyyətində olduğundan müvafiq düzəlişin edilməsini xahiş edir. Cavabdehin xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105.2 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində, fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsi isə İddiaçı, X3 və X4 ümumi birgə mülkiyyətindədir. Göründüyü kimi, cavabdeh iddiaçının hüquqi marağına uyğun olaraq onun mübahisəli torpaq sahəsinə dair hüququnun növü üzrə artıq müvafiq düzəliş edərək bununla bağlı çıxarışı təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İşin yuxarıda qeyd olunan hallarından aydın olur ki, məhkəmə icraatı gedişində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün zəruri tədbirlər görülmüş, iddiaçının hüquqi marağına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş edilmək yeni çıxarış təqdim edilmişdir. Belə olan halda, məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(112)-6919/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6919/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver