Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-692/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (ünvan: ünvan 1 nümayəndəsi X3 (Ünvanı: Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 7, mənzil 21; ixtisası: ali təhsil; iş yeri və vəzifəsi: Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X12 X8 üzrə Mərkəzi Filialı, Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin böyük mütəxəssisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X12 X8 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X1rşı xx.xx.1978-ci ildən-xx.xx.1982-ci ilədək “Azərkimya” İstehsalat Birliyinin “X13” zavodunun elektrik təchizatı sexində 6-cı dərəcəli elektrik mantyoru-kabelçisi və xx.xx.1982-ci il tarixdən-xx.xx.1995-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “X13” zavodunun texnoloji sexlərində elektrik maşınlarının təmiri üzrə sarğıçı-elektrik mantyoru peşələrində işləməyimi güzəştli əmək stajı kimi müəyyən edilməklə sığorta stajına daxil edilməsi, iddiaçıya hüququnun yarandığı 55 yaşdan, yəni xx xxxxxx 2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, onun xx.xx.1978-ci ildən-xx.xx.1982-ci ilədək “Azərkimya” İstehsalat Birliyinin “X13” zavodunun elektrik təchizatı sexində 6-cı dərəcəli elektrik mantyoru-kabelçi, xx.xx.1982-ci il tarixdən-xx.xx.1995-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “X13” zavodunun texnoloji sexlərində elektrik maşınlarının təmiri üzrə 6-cı dərəcəli sarğıçı-elektrik mantyoru peşələrində fəhlə kimi işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2010-cu ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq kimya sahəsi üzrə pensiyanın yenidən hesablanması və xx xxxxxx 2011-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur.Həmin tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X12 X8 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Həmçinin, iddiaçının “İddiaçı hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X12 X14 X7 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı milliyyəti azərbaycanlıdır, xx.xx.1956-cı ildə Ermənistan Respublikasının Dilican kəndində anadan olmuşdur. Hal-hazırda, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31, mənzil 66-da yaşayır. O, xx.xx.1972-ci ildən Ermənistan Respublikası Dilican mühafizə şöbəsində nəzarətçi kimi əmək fəaliyyətinə başlayaraq xx.xx.1973-cü ilə kimi həmin işdə işləmişdir. xx.xx.1973-cü il tarixdən-xx.xx.1975-ci il tarixə kimi M.Əzizbəyov adına Sumqayıt X13 zavodunda 35 kv. avadanlıqların təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri peşəsində işləmişdir. xx.xx.1975-ci il tarixdən-xx.xx.1977-ci il tarixədək Sovet Ordusunda xidmət keçmişdir. xx.xx.1978-ci ildən-xx.xx.1982-ci ilədək “Azərkimya” İstehsalat Birliyinin “X13” zavodunun elektrik təchizatı sexində 6-cı dərəcəli elektrik mantyoru-kabelçi peşəsində işləmişdir. xx.xx.1982-ci il tarixdən- xx.xx.1995-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “X13” zavodunun texnoloji sexlərində elektrik maşınlarının təmiri üzrə sarğıçı-elektrik mantyoru peşəsində işləmişdir. xx.xx.1995-ci il tarixdən-xx.xx.1997-ci il tarixədək “Azərkimyatikinti” X2 6-cı dərəcəli elektrik maşınlarının təmiri üzrə çilingər peşəsində işləmişdir. xx.xx.1997-ci il tarixdən-xx.xx.1999-cu iltarixədək “xxxxxxx” Kiçik Müəssisəsində direktor vəzifəsində işləmişdir. xx.xx.1999-cu il tarixdənxx.xx.2008-ci il tarixədək “Üzvü Sintez” Zavodunun elektrik təchizatı sexinin elektrik avadanlığının istismarı üzrə sahə rəisi, sonra elektrik təchizatı və rabitə sexinin elektrik avadanlığının istismarı üzrə sahə rəisi, sonra həmin sexdə elektrik avadanlığının istismarı üzrə sahə rəisinin müavini, sonra isə elektrik təchizatı sexində sex rəisinin müavini vəzifələrində işləmişdir. xx.xx.2009-tarixindən- xx.xx.2015-ci il tarixədək “BisMak X11” MMC-nin elektrik sexində 6-cı dərəcəli elektrik mantyoru peşəsində işləmişdir. xx.xx.2015ci il tarixdən-xx.xx.2018-ci il tarixədək”xxxxxxxxxxxxxxx” MMC-nin Texniki İşlər və ƏMTT Departamentinin Energetika Şöbəsində mühəndis Sarğıçı peşəsində işləmişdir. İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq ağır işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların: kişilər azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalşmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququmun olması və tələb olunan 12 il 06 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə sosial sığorta stajına qarşı- xx.xx.1978-ci ildən-xx.xx.1982-ci ilədək “Azərkimya” İstehsalat Birliyinin “X13” zavodunun elektrik təchizatı sexində 6-cı dərəcəli elektrik mantyoru-kabelçi, xx.xx.1982-ci il tarixdən-xx.xx.1995-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “X13” zavodunun texnoloji sexlərində elektrik maşınlarının təmiri üzrə sarğıçıelektrik mantyoru peşələrində işləyərək 17 il 10 ay 11 gün staja malik olmağımla əlaqədar mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq təsdiq etdiyi “Yeraltı işlərdə, əmək şəraiiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən güzəştli əmək stajı kimi müəyyən edilməklə sığorta stajına daxil edilməsi, 55 yaşdan, yəni xx xxxxxx 2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, onun xx.xx.1978-ci ildən-xx.xx.1982-ci ilədək “Azərkimya” İstehsalat Birliyinin “X13” zavodunun elektrik təchizatı sexində 6-cı dərəcəli elektrik mantyoru-kabelçi, xx.xx.1982-ci il tarixdən- xx.xx.1995-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “X13” zavodunun texnoloji sexlərində elektrik maşınlarının təmiri üzrə 6-cı dərəcəli sarğıçıelektrik mantyoru peşələrində fəhlə kimi işlədiyimi nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2010-cu ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq kimya sahəsi üzrə pensiyanın yenidən hesablanması və xx xxxxxx 2011-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin- Azərbaycan Respublikasının ƏƏSMNY Dövlət X9 X7 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Hal-hazırda xəstədir. İş qabiliyyətinmi itirib. Əmək pensiyası almaq ilə əlaqədar cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan ərizəni rədd edərək bildirmişdir ki, onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququmun olması üçün tələb olunan iş stajı 12 il 06 aydan az təşkil edir. Halbuki bütün bunlar həqiqətə uyğun deyildir və təqdim etdiyi sənədlərdən də görünür ki, tələb olunan 12 il 06 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə sosial sığorta stajına qarşı 17 il 10 ay 11 gün staja malik olması ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tam qanunauyğundur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Çünki onun əmək kitabçası vardır, orada qeyd olunan əmək stajı barədə qeydlər mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq plunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il siğorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın siğorta hissəsində çeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya rəminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşiarın pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-İi siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət X10 məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının İdarəyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçının x xxxxxx 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və X5 nazirliyinin kollegiyasinın xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: - əmək kitabçası; - əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, İ hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; - mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); - Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədiiyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi; - İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); İ - sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Bu səbəbdən də idarənin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********7 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu tamamilə qanunauyğun hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflarin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Ermənistan, Dilican kəndində anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsi iddiaçının müraciətinə verilən imtina məktubunda göstərmişdir: “İdarə tərəfindən xx xxxx 2019-cu il tarixli **********1 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu müraciətinizə baxaraq bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Məhkəmə iş materiallarını, cavabdehin imtina məktubunu nəzərə alaraq bildirir ki, iddiaçının ümumi iş stajının olması işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Əmək kitabçasına əsasən İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Dilijansk mühafizə şöbəsində gözətçi, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək M. Əzizbəyov adma Sumqayıt xlor -üzvi məhsullar zavodunda kəsici- hazırlayıcı, elektrik sexinə elektrik çilingər; xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur; xx.xx.1978-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Əzizbəyov adına Sumqayıt xlor -üzvi məhsullar zavodunda elektrik sexinə elektrik-montyoru (quraşdırıcısı) – kabelçi, Elektrik təmiri sexinə texnoloji sexlərdə elektrik maşınlarının təmiri üzrə 6-cı dərəcə ilə elektrik maşınlarının təmiri üzrə elektrik- montyoru sarıyıcısı və izolyasiya edici, texnoloji sexlərdə elektrik maşınlarının təmiri üzrə usta; xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Azərkimyatikinti” X2 6-cı dərəcəli elektrik maşınlarının təmiri üzrə çilingər; xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “xxxxxxx” Kiçik Müəssisəsində direktor; xx.xx.1999-cu il tarixdən xx.xx.2008-ci il tarixədək “Üzvü Sintez” Zavodunun elektrik təchizatı sexinin elektrik avadanlığının istismarı üzrə sahə rəisi, sonra elektrik təchizatı və rabitə sexinin elektrik avadanlığının istismarı üzrə sahə rəisi, sonra həmin sexdə elektrik avadanlığının istismarı üzrə sahə rəisinin müavini, sonra isə elektrik təchizatı sexində sex rəisinin müavini; xx.xx.2009-tarixindən xx.xx.2015-ci il tarixədək “BisMak X11” MMC-nin elektrik sexində 6-cı dərəcəli elektrik mantyoru; xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “xxxxxxxxxxxxxxx” MMC-nin Texniki İşlər və ƏMTT Departamentinin Energetika Şöbəsində mühəndis sarğıçı peşəsində işləmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq, yəni 33 il 06 ay 14 gün ümumi iş stajı mövcuddur. Məhkəmə qeyd edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (33 il 06 ay 14 gün) ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından görünür ki, cavabdeh orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının İdarəyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçının x xxxxxx 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların azanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq (17 il 10 ay 11 gün) güzəştli şərtlərlə iş stajı mövcuddur. İş materiallarında olan “SOCAR” “Azərkimya” İB “Etilen-Polietilen”zavodunun məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi Əmrlərin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən M.Əzizbəyov adına Sumqayıt xlorüzvü məhsullar kombinatı "Sumqayıtkimya sənayesi" Birliyindəelektrik montyoru – kabelçi, xx.xx.1982- ci il tarixdən M.Əzizbəyov adına Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyindətexnoloji sexlərdə elektrik maşınlarının təmiri üzrə 6-cı dərəcə ilə elektrik maşınlarının təmiri üzrə elektrikmontyoru sarıyıcısı və izolyasiya edici işləmişdir. İş materiallarından görünür ki, “Etilen-Polietilen”zavodunun 61 nömrəli xx.xx.2020-ci il tarixli Arayışına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Azərkimya” İB keçmiş “X13” zavodunun elektrik təchizatı sexində elektrik montyoru – kabelçi peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİX bölməsinin 23100000— 12624 şifrinə əsasən gözəştli pensiya təyin etmək hüququ verir. Məhkəmə qeyd edir ki, əmək kitabçasından görünür ki, iddiaçı kimya istehsalatı sahəsində texnoloji avadanlığın və elektrik avadanlığının xidməti və təmiri ilə məşğul olan usta və fəhlə peşəsində işləmişdir, həmin peşə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Vİİİ. Kimya istehsalatı” bölməsində “reaktivlər, xüsusi sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda, iş zonalarında, havada 1 və 2-ci sinif təhlükəli zərərli maddələr olan yüksəktəmizlikli maddələr, həmçinin kanserogenlər. Sadalanan istehsalatlarda texnoloji avadanlığın və elektrik avadanlığının xidməti və təmiri ilə məşğul olan ustalar və fəhlələr” (1080B000—17541), nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “8. Kimya istehsalatı” bölməsində “dülgərlər”, “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində “8.2. Məhsul istehsalının texnoloji proseslərində tam iş günü məşğul olan xalq təsərrüfatının və sənayenin başqa sahələri üzrə müəssisələrin ustaları və fəhlələri; qeyriüzvi kimya, gübrələr, polimerlər, plastik kütlələr, kompozik materiallar, şüşə plastik və poliuretanlar (o cümlədən tozlama üsulu ilə), kauçuklar, lakboyama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi reaktivlər, xüsusi sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda, iş zonalarında, havada 1-ci və 2-ci sinif təhlükəli zərərli maddələr olan yüksəktəmizlikli maddələr, həmçinin kanserogenlər. Sadalanan istehsalatlarda texnoloji avadanlığın və elektrik avadanlığının xidməti və təmiri ilə məşğul olan ustalar və fəhlələr” nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 25 ildən artıq (33 il 06 ay 14 gün) ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (17 il 10 ay 11 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş satajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı vaxtdan (57 yaşdan) ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı hüququnun yarandığı vaxtdan (57 yaşdan) ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X12 X8 üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-692/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-692/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver