Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6921/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 13 il 3 ay güzəştli şərtlərlə işlədiyini nəzərə alaraq əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 55 yaşının tamam olduğu xx.xx.2020-ci tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdə “Sənayeqalantereya” istehsalat Birliyində dəzgahda toxucu (xırda mallar) şagirdi kimi işə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə dəzgahda toxucu vəzifəsinə 3-cü dərəcəli işçi, xx.xx.1984-cü il tarixdə dəzgahda toxucu (iri mallar) sexinə işçi, xx.xx.1984-cü il tarixdə dəzgahda toxucu (iri mallar) sexinə 3-cü dərəcəli işçi, xx.xx.1985-ci il tarixdə toxucu, xx.xx.1989-cü il tarixdə həmin fabrikin nəzdində parça qalantereya fabrikində toxucu işləmiş, xx.xx.1989-cu il tarixdə parça qalantereya fabrikinin adı dəyişdirilərək "xxxx" kimi qeydə alınmış və həmin idarədə 3-cü dərəcəli işçi kimi işini davam etdirmişdir. xx.xx.1992ci il tarixdə "xxxx" kimi qeydiyyata alınmış idarənin adı dəyişdirilərək “Kismət” kimi qeydiyyata alınmışdır. xx.xx.1992-ci il tarixdə “Kismət” idarəsində 4-cü dərəcəli işçi vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə öz arzusu ilə işdən azad olunmuşdur. Cavabdehə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün müraciət etsə də, cavabin imtina məktubu ilə bildirmişdir ki, güzəştli iş stajı 10 ildən az (7 il 2 ay 16 gün) təşkil edir, arxiv arayışından da, göründüyü kimi 1991-ci il sentyabr ayından Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldıqdan sonra sənədlər aidiyyəti üzrə arxivə təhvil verilmədiyindən əmək fəaliyyətinin davamı barədə məlumat vermək qeyri-mümkündür. İddiaçıya aid sənədlər arxivə verilmədiyi üçün hazırda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququndan məhrum olmuşdur. Lakin iddiaçı öz işlədiyi sahədə yenə də işləmişdir. Odur ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi öz peşə fəaliyyəti ilə məşğul olduğundan iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 13 il 3 ay stajı vardır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin xx.xx.2022-ci il tarixli **********9 saylı etirazında göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin məzmunundan göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması üçün normanın məzmununda göstərilmiş şərtlər mövcud olmalıdır: 1. Sığortaolunanlar qanunla tələb edilən yaş həddinə çatdıqda (kişilər 60 yaş, qadınlar 55 yaş); 2. Sığortaolunanlar qanunla tələb edilən ümumi sosial sığorta stajına malik olduqda (kişilər 25 il, qadınlar 20 il); 3. Sığortaolunanlar qanunla tələb edilən güzəştli sosial sığorta stajına malik olduqda (kişilər 12 il 06 ay, qadınlar 10 il); 4. Sığortaolunanların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan. İşin mübahisələndirilən halı üç hissədən ibarətdir: - İddiaçı G.Q.Nəcəfovanın ümumi sosial sığorta stajı; - İddiaçı G.Q.Nəcəfovanın güzəştli sosial sığorta stajı; - İddiaçı G.Q.Nəcəfovanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı. İsin mübahisələndirilən birici halı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı qanunla tələb edilən 20 il ümumi sosial sığorta stajına malik deyildir. Belə ki, xx.xx.1983 - xx.xx.1985 və xx.xx.1985 - xx.xx.1992-ci illər ərzində iddiaçının işlədiyi dövr onun ümumi sosial sığorta stajına daxil edilməlidir. İddiaçının sözügedən illər ərzində ümumilikdə 07 il 08 ay 25 gün sosial sığorta stajı vardır. Həmçinin, AR Prezidentinin İşlər İdarəsi X3 xx.xx.2020-ci il tarixli 161 №-li arayışında qeyd edilmişdir ki, xx.xx.1991-ci il tarixdən AR Kommunist Partiyasının fəaliyyəti dayandırıldıqdan sonra sənədlər arxivə təhvil verilməmişdir və həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunaziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.20-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə is müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən isdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı bəndinin “yüngül sənayesi”nin 1-ci hissəsində “toxuculuq” peşəsi nəzərdə tutulmuşdur. İsin mübahisələndirilən ikinci halı ilə bağlı qeyd edilməlidir ki, göründüyü kimi iddiaçının güzəştli sosial sığorta stajını 07 il 02 ay 16 gün təşkil edir. İddiaçı 1983 - 1991-ci illər ərzində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan vəzifəyə aid olduğunu iddia etsə də, 175 №li Qaydalarda nəzərdə tutulan arayışı təqdim etməmişdir. Belə olan halda sözügedən illərin güzəştli sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. İşin mübahisələndirilən üçüncü halı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən asadı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə hazırda 53040,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 6289,59 manat təşkil edir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ yarandığı tarixdə qanunla ona əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il ümumi, 12 il 06 ay güzəştli sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə görə o, xx.xx.1965-ci il anadan olmuuşdur. - Cavabdehin xx.xx.2022-cu il tarixli **********7 saylı məktubu ilə iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, ümumi iş stajı 20 ildən (7 il 8 ay 25 gün (xx.xx.1983xx.xx.0985-ci il və xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr), güzəştli iş stajı isə 10 ildən az (7 il 2 ay 16 gün (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il və xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda Azərbaycan Respublikasının Prezdentinin İşlər İdarəsi X3 xx.xx.2020-ci il tarixli 161 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1991-ci il tarixindən Azərbaycanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldıqdan sonra sənədlər arxivə təhvil verilməmişdir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 53040,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 6289,59 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. - İddiaçıya məxsus xx.xx.1983-cü il tarixdə açılmış ИТ № ******* saylı əmək kitabçası və onun tərcüməsindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə “Sənayeqalantereya” İstehsalat Birliyində dəzgahda toxucu (xırda mallar) şagirdi (xx.xx.1988-ci il tarixli 283 saylı əmr) qəbul edilmiş, xx.xx.1984-cü il tarixdən dəzgahda 3-cü dərəcəli toxucu vəzifəsində (30.12.83-cü il tarixli 109-k saylı əmr), xx.xx.1984-cü il tarixdən toxucu sexində toxucu şagirdi (12.04.84-cü il tarixli 28/k saylı əmr) vəzifəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 3-cü dərəcəli toxucu (18.07.84-cü il tarixli 57-k saylı təqdimat), xx.xx.1985-ci il tarixdən toxucu (26.09.85-ci il tarixli 256 saylı əmr), xx.xx.1989-cü il tarixdən sex icarəyə verildiyi üçün Şərq KMB-nə köçürülüb (03.02.89-cu il tarixli 17k saylı əmr), xx.xx.1989-cu il tarixdə Şərq KMB adı dəyişdirilərək "xxxx" kimi qeydə alınmış (20.06.89), xx.xx.1992-ci il tarixdən adı "xxxx" KM-nə dəyişdirilib (31.03.92-ci il tarixli 34 saylı əmr), xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" KM 4-cü dərəcəli işçi vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 161 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan partiya-uçot sənədlərinə əsasən müəyyən edilmişdir ki, X1 aşağıdakı vəzifələrdə işləmişdir: 10.1983 - 01.1984 Bakı şəhəri, Kirov (indiki Binəqədi) rayonu: "Sənayeqalantereya” İstehsalat Birliyində dəzgahda toxucu (xırda mallar) şagirdi, 01.19xx-xx.1984 “Sənayeqalantereya” İstehsalat Birliyində toxucu; 04.19xx-xx.1984 “Sənayeqalantereya” İstehsalat Birliyində dəzgahda toxucu (iri mallar) şagirdi, 07.19xx-xx.1989 “Sənayeqalantereya" İstehsalat Birliyində toxucu, 01.19xx-xx.1989 Parça qalentereya fabrikində toxucu, 05.1989 – 09.1991 Parça qalantereya fabrikinin “Şərq" kooperativində toxucu. QEYD: 1991-ci ilin sentyabr ayından - Azərbaycanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldıqdan sonra sənədlər (aidiyyəti üzrə) arxivə təhvil verilmədiyi üçün G.Q.Nəcəfovanın əmək fəaliyyətinin davamı barədə məlumat vermək qeyri mümkündür və bununla əlaqədar yuxarıda son tarix 09.1991-ci il göstərilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********65 saylı məktubu ilə bildirilmişdir ki, "xxxx" və “Kismət” firması barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat aşkar edilməmişdir. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli **********848900 saylı məktubu ilə bildirilmişdir ki, "xxxx" Müəssisəsi xx.xx.1999-cu ildə 23349 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 2ı məlumat aşkar edilməmiş, idarədə olan reyestrdə "Qismət” Firması adlı bir neçə kommersiya qurumu aşkar edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilməsi. 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 55 yaşının tamam olduğu tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 53040,00 manat manat məbləğində müəyyən edilsə də, onun cəmi pensiya kapitalı 6289,59 manat təşkil etmişdir. Belə olan halda, iddiaçıya münasibətdə Qanunda nəzərdə tutulmuş 4 şərti eyni vaxtda mövcud olmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı bəndinin “yüngül sənayesi”nin 1-ci hissəsində “toxuculuq” peşəsi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.1983 - xx.xx.1985 və xx.xx.1985 - xx.xx.1992-ci illər ərzində toxucu peşəsində işlədiyi dövr onun güzəştli iş stajına daxil edilməklə ümumilikdə cavabdehin də qəbul etdiyi kimi 07 il 08 ay 25 gün stajı toplanır (AR Prezidentinin İşlər İdarəsi X3 xx.xx.2020-ci il tarixli 161 №-li arayışına əsasən), lakin qalan illərin güzəştli sosial sığorta stajına daxil edilməsi üçün işəgötürənin güzəştli arayışı iddiaçı tərəfindən təqdim edilmədiyindən, əmək kitabçasında olan qeydlərin yoxlanılması isə müəssisələrin VÖEN-ni barədə məlumat olmadıgından mümkün olmadıgından, qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajından azdır. Həmin illərin həm də iddiaçının ümumi sosial sığorta stajına daxil edilməklə də ümumilikdə 07 il 08 ay 25 gün sosial sığorta stajı toplanır ki, bu da qanunvericiliklə tələb olunan 20 il ümumi iş stajından azdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə də güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olması üçün 4 şərtdən biri – kapital tələbi ödənilmədiyindən məhkəmə iddiaçının güzəştli və ümumi stajının toplaması istiqamətində əlavə araşdırma aparılmasını prosessual qənaət prinsipinə əsaslanaraq zəruri saymır. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsassız olduğuna görə İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2020-ci tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4
Hakim Mehriban Qarayeva