Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6928/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10b, 91 saylı mənzilin kirayə müqaviləsinin onun adına bağlanmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4601/2022 saylı qərarına əsasən Bakı şəhəri ünvan 1lə qeydiyyata alınmış və hal-hazırda sözügedən ünvanda yaşayır. O, ünvan 1ldə qeydiyyatda olmaqla yaşadığı, icarədarın qanunla müəyyən edilmiş hüquqlarından tam istifadə edərək mənzilə dair kommunal xərclərin ödənilməsini nəzərə alaraq mənzilin kirayə müqaviləsinin öz adına bağlanılması məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-20/2-93-068/2023 saylı məktubu ilə ona imtina cavabı verildiyindən sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsində yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf-dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlətorqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin- vətəndaşın (kirayəçinin) yaşaması üçün bu məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Bu baxımdan vəzifəli şəxsin imtinasını qanunazidd olduğundan vəzifəli şəxsin hərəkətlərinə məhkəmə qaydasında hüquqi qiymət verilməli və qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri ünvan 1linin kirayə müqaviləsi onun adına bağlanılmasını qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində tələbə etiraz edərək bildirmişdir ki, İddiaçı rayon icra hakimiyyətinə müraciət edərək yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b saylı evin 91 saylı mənzilinin kirayə müqaviləsinin öz adına bağlanılmasını xahiş etmişdir. İddiaçı kirayə müqaviləsinin bağlanılmasına dair müvafiq sənədləri RİH-ə təqdim edə bilmədiyindən müraciəti təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2017-ci ildən həmin mənzildə yaşayır və mənzilin ona ayrılmasına dair hər hansı sənədi yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdırMəhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq təmin edilməsindən imtina edilmişdir. -AA seriyalı ******* № li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçının ünvan 2 ünvanda yerləşən evin 91 saylı mənzilinə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. -AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10 b, mənzil 91-də qeydiyyatdadır. -Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10B saylı vinl 91 saylı mənzili Dövlət Mənzil Fonduna məxsus olmaqla Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğu, eyni zamanda İddiaçı sözügedən mənzildə məskunlaşmasına əsas olan sənədlərin rayon icra hakimiyyətində aşkar edilmədiyi bildirilmişdir. -Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Suraxanı rayon MKTB-nin 103 saylı MKİSnin xx.xx.2024-cü il tarixli, 144 saylı məktubuna əsasən bildirilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4601-2022 saylı qərarına əsasən İddiaçı yetkinlik yaşına çatmayan ailə üzvü ilə birlikdə ünvan 4 ünvanına qeydiyyata alınmışlar və sözügedən ünvanda yaşayırlar. İddiaçının həmin mənzildə məskunlaşmasına əsas olmuş hər hansı sənəd mövcud deyildir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 5 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı faktiki yaşadığı və yaşayış yeri üzrə qeydiyyatda olduğun Bakı şəhəri Suraxanı rayonu, İ.Əhlimanov küçəsi, ev 10 B, mənzil 91-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş edir. İddiaçının bununla bağlı müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan) mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları adlanan 8.0-ci maddəsində göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Göründüyü kimi, iddiaçının hazırkı tələbinin təmin olunması üçün sözügedən mənzilin ona məxsus olmasını, qeyd olunan qanunvericilikdə göstərilən əsaslar üzrə təsdiq edən sübutları təqdim etməsi zəruridir. Lakin iddiaçı mübahisə predmeti olan mənzilin onun sahibliyinə və istifadəsinə verilməsinə dair hər hansı sənəd təqdim etməmiş, məhkəmə araşdırması ilə də belə sənədin mövcud olduğu müəyyən edilməmişdir. İddiaçının adına tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədlər yoxdur. İddiaçının qeyd olunan yaşayış sahəsində qeydiyyatda olması ilə bağlı dəlilinə gəlincə məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması məqsədi daşıyır və qanunverici şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu tələb isə şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu baxımdan, iddiaçının qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması onun həmin mənzilə dair hazırkı iddia olunan hüquqlarının yaranması əsası kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Odur ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6928/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6928/2024
21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver