Məhkəmə qərarları › İş №2-1(112)-6929/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6929/2023

04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6929/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçılar İddiaçı və X2 iştirakları ilə, İddiaçılar İddiaçı və X2 Cavabdehnə qarşı “akt qeydlərinə düzəlişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı və X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli 379 saylı nikah haqqında akt qeydinin kişi bəndində soyadın “Əbdülov”, qadın bəndində “Əbdülova" kimi qeyd edilməsi, bu barədə müvafiq düzəliş aparılması və yeni nikah şəhadətnaməsinin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların şəxsiyyət vəsiqələrində soyadları “Əbdülov” və “Əbdülova” kimi qeyd edilmişdir. Həmçinin xx.xx.1972-ci il tarixli 1304 saylı doğum haqqında akt qeydi rus dilində tərtib edildiyindən, rus dilində isə “ə” və “ü” hərflərinin olmadığından soyad “Abdulov” kimi yazılıb. Əslində soyadı şəxsiyyət vəsiqəsində olduğu kimi “Əbdülov”dur. Lakin Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli 379 saylı nikah haqqında akt qeydinin kişi və qadın bəndində yanlış olaraq “Əbdulov” və “Əbdulova” kimi yazılıb. Buna görə də Cavabdehnə xx.xx.2022-ci il tarixdə müraciət etmişlər ki, nikah haqqında akt qeydində soyadlar müvafiq olaraq “Əbdülov” və “Əbdülova” kimi düzəldilsin. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli xx/xx.1317/15 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ına müvafiq olaraq onun xx.xx.2022-ci il tarixli ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Bu hal onların sənədləşdirmə işlərinə maneə yaradır, eyni zamanda ona və ailə üzvlərinin mənəviyyatına mənfi təsir edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi İddiaçı xx.xx.1972-ci il tarixli 1304 saylı doğum haqqında akt qeydində soyadının “Abdulov”dan “Əbdülov”a düzəliş edilməsi və xx.xx.2000-ci il tarixli 379 saylı nikah haqqında akt qeydində kişi və qadın bəndində “Əbdulov” və “Əbdulova” soyadının “Əbdülov” və “Əbdülova” soyadına düzəliş edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh həvalə edilməsi məzmununda dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1973-cü il təvəllüdlü X5 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İİ-ЖГ 273655 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X10, anası X11r. İş materiallarına əlavə edilmiş Vİİ-ЖГ 420207 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X12 ilə X6 xx.xx.2000-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 379 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əbdulov, arvada Əbdulova soyadı verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13- 3070/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətlərindən görünür ki: -28 dekabr 1972-ci il tarixli, 1304 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X9 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X11r. -05 sentyabr 2000-ci il tarixli, 379 nömrəli nikahın bağlanması haqqında akt qeydində qeyd olunmuşdur ki, xx.xx.1972-ci il təvəllüdlü X12 (nikahdan sonra Əbdulov) xx.xx.1975-ci il təvəllüdlü Babayeva (nikahdan sonra Əbdulova) Sevil Hüseynqulu qızı ilə nikaha daxil olmuşdur. -xx.xx.2001-ci il tarixli, 955 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X14 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r. -xx.xx.2005-ci il tarixli, 1605 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X15 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r. İş materiallarına əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı adına xx.xx.1989-cu il tarixdə əmək kitabçası tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, X7 adına xx.xx.1989-cu il tarixdə əmək kitabçası tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş AB-İ 074317 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1990-cı ildə Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, xx.xx.1996-cı il tarixdə bitirmişdir. İş materiallarına əlavə edilmiş AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, (Abdulov) İddiaçı adına xx.xx.1997-ci ildə hərbi bilet tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1317/15/23 nömrəli məktubda bildirilmişdir ki, sizin soyadınızın “Əbdülov"a dəyişdirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş müraciətinizə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1972-ci il tarixli 1304 saylı doğum haqqında akt qeydinin uşaq, ata bəndində soyad “Abdulov”, ana bəndində soyad “Abdilova”, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli 379 saylı nikah haqqında akt qeydinin kişi bəndində soyad “Əbdulov”, qadın bəndində “Əbdulova”, övladları X4 xx.xx.2001-ci il tarixli 955 saylı və X8 xx.xx.2005-ci il tarixli 1605 saylı doğum haqqında akt qeydlərinin uşaq bəndində soyad “Əbdülov”, ana bəndində soyad “Əbdülova”, atasının xx.xx.1997-ci il tarixli 659 saylı ölüm haqqında akt qeydində soyad “Abdılov” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Sənədlər arasında ziddiyət olduğu üçün vətəndaşa məxsus olan vətəndaşlıq vəziyyəti akt qeydlərində soyadın “Əbdülov”a düzəliş edilməsi imkanımız xaricindədir. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/7-13-996/23 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi rayon qeydiyyat şöbəsinə ünvanladığınız İddiaçı adına Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum akt qeydində soyadı “Abdulov”-dan “Əbdülov"-a düzəliş edilməsi barədə ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edilən əsas müddəaları”-nın birinci bəndinə əsasən kifayət qədər əsas (doğum haqqında tibbi şəhadətnamə) olmadığı üçün ərizənizi təmin edə bilmirik. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, xx/xx-1317/15 nömrəli məktubunda bildirilmişdir ki, sizin soyadınızın “Əbdülov”a dəyişdirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinizə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1972-ci il tarixli 1304 saylı doğum haqqında akt qeydinin uşaq, ata bəndində soyad “Abdulov”, ana bəndində soyad “Abdilova”, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli 379 saylı nikah haqqında" akt qeydinin kişi bəndində soyad “Əbdulov”, qadın bəndində “Əbdulova”, övladları X4 xx.xx.2001-ci il tarixli 955 saylı və X8 xx.xx.2005-ci il tarixli 1605 saylı doğum haqqında akt qeydlərinin uşaq bəndində soyad “Əbdülov”, ana bəndində soyad “Əbdülova”, atasının xx.xx.1997-ci il tarixli 659 saylı ölüm haqqında akt qeydində soyad “Abdılov” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarım müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Sənədlər arasında ziddiyət olduğu üçün vətəndaşa məxsus olan vətəndaşlıq vəziyyəti akt qeydlərində soyadın “Əbdülov”a dəyişdirilməsi imkanımız xaricindədir. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia akt qeydlərinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işin hallarından görünür ki, xx.xx.1972-ci ildə doğulmuş İddiaçı İİ-ЖГ 273655 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə soyadı “Abdulov”, xx.xx.1972-ci il tarixli 1304 saylı doğum haqqında akt qeydində soyadı “Abdulov” olaraq qeyd edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində isə soyadı “Əbdülov” kimi göstərilmişdir. Bundan əlavə İddiaçı adına tərtib olunmuş AB-İ 074317 nömrəli Diplom, AO ******* nömrəli hərbi bilet, ИТ-İ ******* nömrəli əmək kitabçası “Əbdülov” soyadı ilə sənədləşdirilmişdir. Həmçinin, İddiaçı ilə X6 arasında bağlanmış nikaha dair Vİİ-ЖГ 420207 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə verilmiş, şəhadənamədə ərin nikahdan əvvəl və nikahdan sonra soyadı “Əbdulov” , arvadın nikahdan sonra soyadı “Əbdulova” kimi qeyd edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli 379 saylı nikah haqqında akt qeydinin kişi bəndində soyad “Əbdulov”, qadın bəndində “Əbdulova” olaraq göstərilmişdir. İddiaçıların birgə nikahdan doğulmuş övladları X4 xx.xx.2001-ci il tarixli 955 saylı və X8 xx.xx.2005-ci il tarixli 1605 saylı doğum haqqında akt qeydlərində uşaq, ata bəndində soyad ““Əbdülov”, ana bəndində soyad “Əbdülova” olaraq qeyd edilmiş, eyni zamanda doğum haqqında şəhadətnamələr, attaestat, diplom, hərbi biletlərində də valideynlərin soyadları “Əbdülov”, və “Əbdülova” soyadları olaraq sənədləşdirilmişdir. Beləliklə, istinad olunan sənədlərdən məlum olur ki, İddiaçı barəsində tərtib edilmiş doğum haqqında akt qeydində onun soyadı “Abdulov” nikah haqqında akt qeydində “Əbdulov”, arvadı “Əbdulova” kimi yazılsa da sonradan tərtib edilən bütün sənədlərdə, habelə onlara verilən şəxsiyyət vəsiqəsi, atestat, əmək kitabçası, hərbi qeydiyyat, övladların doğum haqqında akt qeydləri, şəxsiyyət vəsiqələri, diplom, hərbi biletlərində valideynlərin soyadı “Əbdülov” kimi göstərilmişdir. İddiaçılar hazırda digər bütün sənədlərdə, o cümlədən İddiaçı şəxsiyyət vəsiqəsində soyadın “Əbdülov” deyil, “Abdulov” yazılmasına istinad edərək doğum haqqında akt qeydinə, eləcə də X5 birgə iddia üzrə nikah haqqında akt qeydinə də düzəliş edilməsini və soyadın “Əbdülova” kimi qeyd olunmasını xahiş edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: - 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Yuxarıda istinad olunanlardan məlum olur ki, iddiaçılar onlara məxsus müvafiq sənədləri təqdim edərək Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş, həmin şəxsiyyət vəsiqələrində soyadları “Əbdülov” və “Əbdülova” kimi yazılmışdır. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini, həmin şəhadətnamədə soyadın “Abdulov” kimi qeyd olunduğunu,, nikah haqqında akt qeydində “Əbdulov”, “Əbdulova” kimi yazıldığını, habelə tərtib edilən bütün sənədlərdə iddiaçılar barəsində məlumatların şəxsiyət vəsiqəsində qeyd olunanlara uyğunluğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və doğum və nikah akt qeydlərindəki məlumatlar digər sənədlərə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 52, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü İddiaçı oğu barəsində tərtib edilmiş xx.xx.1972-ci il tarixli 1304 saylı doğum haqqında akt qeydində “Abdulov” soyadının “Əbdülov” soyadına, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı oğu ilə xx.xx.1973-cü il təvəllüdlü X6 arasında bağlanmış xx.xx.2000-ci il tarixli 379 saylı nikah haqqında" akt qeydində kişi bəndində “Əbdulov” soyadının “Əbdülov” soyadına, qadın bəndində “Əbdulova” soyadının “Əbdülova” soyadına düzəliş edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar