Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-693/2020 25.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X3 Eminzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşaqları ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair”iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, yaşadığı ünvana onun və uşaqlarının qeydiyyata alınmasını xahiş etmiş, sonradan işə Bakı İnzibati Məhkəməsində baxılmağa başlanılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun və övladları, X7, X5, X2 yaşayış yeri üzrə Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia icraata qəbul edilmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı övladları, X7, X5, X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanında yaşayır. İddiaçı uşaqları ilə birlikdə yuxarıda qeyd edilmiş ünvana qeydiyyata alınması barədə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, sonuncunun xx.xx.2019-cu il tarixli, 059- 48041B nömrəli cavab məktubu ilə ona imtina edilmiş, əsas kimi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində göstərilən sənədlərdən hər hansı birinin təqdim edilmədiyi göstərilmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 25 fevral 2020-ci iltarixdəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi qayınanası X1r. Bundan başqa, "xxxx" MMC tərəfindən sözügedən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdə qiymətləndirilməsi həyata keçirilmiş və bu barədə müvafiq rəy tərtib edilmişdir. Yaşayış yeri üzrə faktiki yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanına uşaqları ilə birlikdə qeydiyyata alınması üçün Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən ona imtina edilmişdir. Faktiki olaraq yaşadıqları ünvanda qeydiyyatda olmamaları bir sıra sosial və ictimai çətinliklərlə üzləşməsinə gətirib çıxarır. İddiaçı cavabdehin imtinasını əsassız sayaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Cavabdeh təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 059-48041B nömrəli cavab məktubundan İddiaçı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinin tələblərinə əsasən İddiaçı, övladları X7, X5 və X2 Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-yə müraciət edilməlidir. Qanunvericlikdə qeyd edilən sənədlərdən hər hansı biri təqdim edilmədikdə sözügedən ünvana qeydiyyata alınması qanunamüvafiq deyildir. Sonda məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olması göstərilmişdir; - xxxxxxx fərdi identifikasiya nömrəli, AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron məhkəmə sistemi”nin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən çıxarışdan görünür ki, xx.xx.1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş İddiaçı yaşayış yeri ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına eyni zamanda 6QV15WD fərdi identifikasiya nömrəli AA ******* saylı, 8ME1GPG fərdi identifikasiya nömrəli AA ******* saylı, 6TXJA2J fərdi identifikasiya nömrəli AA ******* saylı, 52932AP fərdi identifikasiya nömrəli AA ******* saylı şəxsiyyət vəsiqələrinin, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanına dair aparılmış xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinin surətləri, iddiaçının uşaqlarına aid doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətləri və digər sənədlər də əlavə edilmişdir. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, İddiaçı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanında qeydiyyatsız yaşayır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanına qeydiyyata alınması barədə Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin ərizəsinə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edə bilmədiyi üçün ona imtina edilmişdir. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə,yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində «fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır» anlamında «yaşayış yeri» dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla «yaşadığı yer» başa düşülməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Məhkəmə hesab edir ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanında yerləşən evə dair əmlak hüquqlarının mövcudluğunu təsdiq edən hər hansı hüquqi sənədi nə cavabdeh orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, hazırki vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşaqları ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair” iddiası əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 9 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-693/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-693/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver