Məhkəmə qərarları › İş №2-1(112)-6930/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6930/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6930/2021 18.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 saylı evin həyətində yerləşən qarajın sahəsi mövcud vəziyyətdə (Xətai rayonu İcra Hakimiyyəti Başçısının 109 saylı 02.06.2004-cü il tarixli sərəncamına əsasən), yəni sənəd üzrə sahəsi 30 kv.m kimi qeyd edilməklə texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 109 saylı, 02.06.2004-cü il tarixli sərəncamı ilə ünvan 3 saylı evin həyətində yerləşən qaraj mövcud istifadə vəziyyətində vətəndaş X2 adına sənədləşdirilmişdir. Həmin sərəncam əsasında Azəbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 18.08.2006-cı il tarixdə Qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda qarajın 1988-ci ildə tikildiyi, tutduğu sahə faktiki olaraq 30.0 kv.m kimi göstərilmişdir. Daha sonra həmin qaraj tərəfindən alqı-satqı yolu ilə alınaraq İddiaçı mülkiyyətinə keçmiş və 17.04.2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyri- yaşayış binası qarajın texniki pasportu tərtib olunmuşdur. Texniki pasport tərtib edilərkən yanlış tərtib edilmişdir. Belə ki, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 109 saylı, 02.06.2004-cü il tarixli sərəncamında Bakı şəhəri, S.Orucov küçəsi, 3 saylı evin həyətində yerləşən qaraj mövcud istifadə vəziyyətində vətəndaş X2 adına sənədləşdirilməsi qeyd olunmuşdur. Həmin qeyri yaşayış sahəsi olan qaraj 1988-ci il tarixdə tikilmişdir. Buna görə də, texniki pasport tərtib edilərkən qarajın sənədlə ölçüsü səhv olaraq 18 kv.m, faktiki ölçüsü isə 30 kv.m yazılmışdır. Texniki pasportun həmin ölçülərlə qeyd olunması tamamilə yanlışdır. Faktiki ölçüsü 30 kv.m. olan və faktiki ölçüsü ilə müvafiq icra hakimiyyəti tərəfindən sənədləşdirilməsinə dair sərəncam verilmiş qarajın texniki pasportda 18 kv.m. kimi qeyd edilməsi əsassızdır. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 3 saylı evin həyətində yerləşən qarajın sahəsi mövcud vəziyyətdə (Xətai rayonu İcra Hakimiyyəti Başçısının 109 saylı, 02.06.2004-cü il tarixli sərəncamına əsasən), yəni sənəd üzrə sahəsi 30 kv.m kimi qeyd edilməklə texniki pasportun tərtib edilib verilməsini xahiş etmişdim. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyriyaşayış sahəsinə (qaraj) dair tərtib edilmiş texniki pasport təqdim edilmiş hüquqmüəyyəndici sənədlərə əsasən qanunamüvafiq qaydada icra edildiyini əsas gətirərək müraciətdən imtina etmişdir. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən əsaslarla müraciətimdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iddiaya etiraz edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasına (qaraj) dair tərtib edilmiş texniki pasport təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə (alqı-satqı müqaviləsi) əsasən qanunamüvafiq qaydada icra edilmişdir. Belə ki, 14.06.2011 -ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında X4 tərəfindən ünvan 1 ünvanında yerləşən tikinti sahəsi 18 kv.m olan qaraj İddiaçı satılmış və həmin alqı- satqı müqaviləsi əsasında İddiaçı qeyri-yaşayış binasına (qaraj) dair texniki pasport hazırlanmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışiddiaçıya **********93 saylı, 23.04.2021-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan sənədlər: Xətai rayonu İcra Hakimiyyəti Başçısının 02 iyun 2004-cü il tarixli 109 nömrəli sərəncamdan çıxarışdan görünür ki, S.Orucov küçəsi 3 saylı evin həyətində yerləşən qaraj mövcud istifadə vəziyyətində vətəndaş X2 adına sənədləşdirilməsi qərara alınmışdır. AN-İ№0251618 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 (satıcı) Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 11/17453 №-li 09.06.2011-ci il tarixli 1№-li arayışına və 11/764 №-li 19.08.2006-cı il tarixli texniki pasporta əsasən ona məxsus olan ünvan 2 ünvanda yerləşən ikinti sahəsi 18,0 kv.m olan qarajı İddiaçı (alıcı) mülkiyyətinə vermişdir. ünvan 1 ünvanında yerləşən qarajın 17.04.2013-cü il tarixli texniki pasportundan görünür ki, qarajın tikinti altı sahəsi 18.0 kv.m təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23 aprel 2021-ci il tarixli **********93 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinə (qaraj) dair tərtib edilmiş texniki pasport təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən qanunamüvafiq qaydada icra edilmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən daxil olmuş BA-02572-2021 nömrəli 14 iyun 2021-ci il tarixli cavab məktubuna 02 iyun 2004-cü il tarixli 109 nömrəli sərəncamın təsdiq edilmiş surəti, qeydiyyat vəsiqəsi əlavə edilmişdir. Beləliklə, iddia ərizəsindən və işin məhkəmə araşdırması zamanı tərəflərin izahatından aydın olur ki, İddiaçı AN-İ№0251618 nömrəli 14 iyun 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, 3 ünvanında yerləşən tikinti sahəsi 18.0 kv.m ibarət olan qarajı X1 almış, sonra isə öz adına dövlət qeydiyyatına almışdır. Lakin iddiaçı iddia edir ki, çıxarışda qarajın ümumi sahəsi 18.0 kv.m qeyd edilsə də, lakin faktiki ümumi sahəsi 30.0 kv.m təşkil edir. İddiaçı hazırda onun istifadəsində olan qaraja mövcud vəziyyətdə çıxarışın və texniki pasportun verilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin 24.06.2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.25-ci bəndinə görə inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsində, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etmək Xidmətin vəzifələrinindən biridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Məhkəmənin mövqeyinə görə iddiaçının cavabdeh inzibati orqana müraciəti (qarajın texniki pasportunun verilməsi barədə) üzrə inzibati icraat zamanı cavabdeh hüquqmüəyyənedici sənədlərin (sərəncam, yerləşmə cizgisi) təqdim edilməməsi səbəbi ilə məsələnin həllindən imtina etmişdir. İşin məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus ünvan 3 saylı evin həyətində yerləşən qarajın 30 kv.m olmasına dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmiş, Məhkəmə İPM-in 12-ci maddəsinə əsaslanaraq, qaraja aid müvafiq sərəncamın aidiyyəti qurumlardan tələb edilməsi ilə bağlı həm Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, həm də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müvafiq sorğular göndərilmiş, sorğulara cavab məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış (qaraj) sahəsi 18.0 kv.m. təşkil edir, 30 kv.m təşkil edilməsinin heç bir hüquqi əsası və onun təsdiq edən sənəd mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (maddə 24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz (maddə 24.5). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə, hazırkı halda iddaçı qarajın 30 kv.m olmasına dair mövcud hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir, belə halda cavabdeh inzibati orqanın imtinası qanunazidd sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar