Məhkəmə qərarları › İş №2-1(112)-6934/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6934/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6934/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehə qarşı “əmrin ləğv edilməsi və s” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibai Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh əmrinin ləğv olunması və əvvəlki işə bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 08 oktyabr 2019-cu il tarixli 1000/1220Ş nömrəli əmri ilə xidməti zərurətlə əlaqədar Bakı Baş Gömrük İdarəsinə təhkim edilmiş Cavabdeh Kommersiya şöbəsinin inspektoru, gömrük xidməti kiçik leytenantı olaraq müvafiq Birliyin direktoru Ehtiram Xəlilovun 16 iyun 2022-ci il tarixli 2300/269Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməyi və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilməsi əmr edilmişdir. Müvafiq əmrin çıxarılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin 14 iyun 2022-ci il tarixli 34/190/023971 nömrəli arayışı əsas götürülmüşdür. Əsas olaraq qeyd edilmişdir ki, iddiaçı əvvəllər yol verdiyi intizam xətasına görə ona edilmiş xəbərdarlıqdan nəticə çıxarmamış, 08 iyun 2022-ci il tarixdə işə mülki geyimdə gəlmiş və onun barəsində aparılan xidməti araşdırma ilə əlaqədar 13 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binasına daxil olarkən müvafiq qeydiyyatın aparılması məqsədilə xdməti vəsiqəni Komitənin X1 Xidmətinin əməkdaşına təqdim etməkdən imtina etmiş, bununla da xidməti vəzifənin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarınının tələblərini pozmuşdur. İddiaçı qeyd edir ki, bu halların heç biri baş verməmiş və mənə tutulan iradların heç birinin hüquqi əsası yoxdur. Bundan başqa qeyd edilən xx.xx.2022-ci il tarixdə izahatında tam və əsaslı olaraq baş vermiş hadisə tərəfindən əks edilmişdir. Belə ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:

1. irad;

2. töhmət;

3. sonuncu xəbərdarlıqla şiddətli töhmət;

4. aşağı vəzifəyə keçirilmə;

5. xüsusi rütbənin bir pillə aşağı salınması;

6. vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir);

7. gömrük orqanlarından xaric etmə;

8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. Qanunvericiliyin yuxarıda qeyd edilən 8 adda tələblərin məzmunundan göründüyü kimi, iddiaçının gömrük orqanlarından xaric edilməyi kimi ən ağın olan 7-ci bəndin əsas götürülməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, əmrin məzmununda da göstərildiyi 08 iyun 2022-ci il tarixdə iddiaçı müvafiq qaydada nəzərdə tutulmuş icazə əsasında həkim yanında fizioterapiya müalicəsində olarkən, heç bir səbəb və tutarlı əsas olmadan dərhal işə çağırıldığından, işə mülki geyimdə getməli olmuşdur. Həmçinin, əmrin məzmununda qeyd edildiyi kimi barəmdə aparılan xidməti araşdırmadan xəbəri olmamış, həmin araşdırmanın başlanılması əsası və səbəbi bu günə qədər iddiaçıya məlum deyildir. Bununla yanaşı iddiaçı qeyd etmişdir ki, hətta hər hansı qanunsuzluğa yol vermiş olsaydı belə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinin müddəaları imperativ xarakter daşımır və həmin maddənin müddəalarına əsasən, gömrük orqanlarından xaric etmə konkret olaraq vəzifə deyil, hüquqdur. Belə olan halda barəmdə başqa növündə intizam tənbehi də tədbiq edə bilərdi. Göründüyü kimi, qeyd edilən heç bir tutarlı səbəbi olmayan iradlar iddiaçının gömrük orqanlarındam xaric edilməyi üçün birmənalı şəkildə hüquqi əsas deyildir. Müvafiq xidmətdə illər boyu qüsursuz xidmət aparmışam, eləcə də idman sahəsində dəfələrlə Azərbaycan Respublikasının şərəfini qoruyaraq, milli bayrağımızı dünyanın müxtəlif ölkələrində dəfələrlə qaldırmışdır. İddiaçı hesab edir ki, mübahisəli əmr əsassız və qanunsuzdur ona görə də ləğv edilməli, o, əvvəlki xidməti yerimdə bərpa olunmalı və ona məcburi işburaxmaya görə müvafiq əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə ərizə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6934 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair “Azərterminalkompleks" Birliyi iddia ərizəsinin qeyri-mümkün olmasını hesab edir. Bildiririk ki, icraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır və iddia ərizəsi qanunvericiliyin tələblərinə əməl edilmədən təqdim edilmişdir. İddia ərizəsində qaldırılan məsələ ilə bağlı bildiririk ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 1.3. bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 2.3. bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual İPM-in 35.1. maddəsində qeyd edilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sözügedən Məcəllənin 38.1-ci maddəsi iddia müddətləri ilə bağlı normanı müəyyən edir. Həmin maddəyə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı" iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə uyğun olaraq, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Buraxılmış müddətin bərpa edilməsi ilə bağlı Əmək Məcəlləsinin 296.6-cı maddəsində qeyd edilir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, İddiaçı, barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2300/269ş nömrəli Gömrük orqanlarından xaric edilmə haqqında əmrdən iddia müddətini ötürməklə, məhkəməyə müraciət etmiş və buraxılmış müddətin üzürlü səbəbdən olmasına dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Beləliklə, yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia mümkünlük şərtlərini ödəmir, iddia əsassızdır və iddia müddəti ötürülmüşdür. Buna görə də iddia qeyri-mümkün hesab edilməlidir. AR İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.AR İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. AR İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.AR İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. AR İPM-nin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq İddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks" Birliyinə qarşı “xx.xx.2022-ci il tarixli 2300/269ş nömrəli Gömrük orqanlarından xaric edilmə haqqında əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməlidir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər -Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X12 Dispanseri tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli Arayışda xx.xx.1989-cu il təvəllüdlü İddiaçı sağ tərəfdə qabırğa arası nahiyədə ağrılar və əzələ gərginliyi ilə bağlı xx.xx.2022ci il tarixdə dispanser nəzarətindən keçdiyi və müalicə aalınması məsləhət görüldüyü qeyd edilmişdir. - X9 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə ultrasəs müayinəsindən keçərək ona müayinənin nəticəsi olaraq “boyun arxa səthdə sağda şişlik tərif olunan yerdə ~40x9mm ölçüdə kapsulası tam formamlaşmamış, ətraf toxumalara çəkinti verməyən, dərialtı lipoma ilə uyğun görüntü izləndiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh xx.xx.2022-ci il tarixli 2300/269Ş nömrəli Əmrinə əsasən Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Cavabdeh Kommersiya şöbəsinin inspektoru, gömrük xidməti kiçik leytenantı İddiaçı “Gömrük orqanlarınca xidmət haqqında Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh xx.xx.2022-ci il tarixli 2300/269Ş nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmisiniz və həmin Əsasnamənin 120ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən sizin gömrük orqanlarında xidmətinizə xitam verilmişdir. - İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə xx.xx.2022-ci il tarixli Ərizə ilə müraciət edərək, onun gömrük orqanlarında xidmətinə bərpa edilməsinə dair müvafiq sərəncam verməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Dövlət Gömürük Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək qeyd edilmişdir ki, , gömrük orqaniarına xidmətə qəbul Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydasına uyğun olaraq 2 mərhələdə (test imtahanı və müsahibə) həyata keçirilir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/01/004 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh haqqında Əsasnamə”nin 1.1. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil (bundan sonra - Komitə) olan qurumdur. Həmin “Əsasnamə”nin 1.3-cü bəndinə əsasən Birlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Komitənin tabeliyində olan gömrük orqanları və digər qurumları ilə, habelə digər dövlət orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Həmin “Əsasnamə”nin 1.5-ci bəndinə əsasə Birlik müstəqil balansa, qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti olan digər dövlət orqanlar göstərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən gömrük əməkdaşı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Beləliklə də, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı iddiadır və aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı qeyd edir: İş materiallarından görünür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X12 Dispanseri tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli Arayış verilmişdir. Arayışda xx.xx.1989-cu il təvəllüdlü İddiaçı sağ tərəfdə qabırğa arası nahiyədə ağrılar və əzələ gərginliyi ilə bağlı xx.xx.2022-ci il tarixdə dispanser nəzarətindən keçdiyi və müalicə alınması məsləhət görüldüyü qeyd edilmişdir. İş materiallarından görünür ki, X9 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə ultrasəs müayinəsindən keçərək ona müayinənin nəticəsi olaraq “boyun arxa səthdə sağda şişlik tərif olunan yerdə ~40x9mm ölçüdə kapsulası tam formamlaşmamış, ətraf toxumalara çəkinti verməyən, dərialtı lipoma ilə uyğun görüntü izləndi. Doppler müayinəsi zamanı nonvaskulyardır” qeyd edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh əməkdaşı İddiaçı gömrük orqanlarından xaric edilməsi haqqında” xx.xx.2022ci il tarixli 2300/269Ş nömrəli Əmrinə əsasən Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Cavabdeh Kommersiya şöbəsinin inspektoru, gömrük xidməti kiçik leytenantı İddiaçı “Gömrük orqanlarınca xidmət haqqında Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh xx.xx.2022-ci il tarixli 2300/269Ş nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmisiniz və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən sizin gömrük orqanlarında xidmətinizə xitam verilmişdir. Qanunvericiliyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6-cı bəndinə uyğun olaraq sizə məxsus olan əmək kitabçasını “Azərterminalkompleks" Birliyinin Kadrlar şöbəsindən götürməyiniz və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyiniz, Sizə bildirilir. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə xx.xx.2022-ci il tarixli Ərizə ilə müraciət edərək, onun gömrük orqanlarında xidmətinə bərpa edilməsinə dair müvafiq sərəncam verməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömürük Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək qeyd edilmişdir ki, gömrük orqaniarına xidmətə qəbul Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydasına uyğun olaraq 2 mərhələdə (test imtahanı və müsahibə) həyata keçirilir. Eyni zamanda gömrük orqanlarının hüquq-mühafizə orqanı olduğunu nəzərə alaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən, yaşı 30-u keçməmiş, müddətli həqiqi hərbi xidmətdə olmuş və ali təhsilə malik vətəndaşlar gömrük orqanlarına xidmətə qəbul olunurlar. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizədə obyektiv səbəblərdən buraxılmış prosessual müddətin bərpa edilməsini bildirilərək, buraxılmış müddətin bərpa edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112-6934/2023 saylı qərardadı ilə İddiaçı buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunaraq, İddiaçı barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2300/269Ş nömrəli Əmr üzrə buraxılmış iddia müddəti bərpa edilmişdir. Məhkəmə tərəfindən işin hallarının araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə sorğu məktubu göndərilərək İddiaçı şəxsi işinin, onun gömrük orqanlarından xaric edilməsinə dair xx.xx.2022-ci il tarixli 2300/269Ş nömrəli əmrini, əmrin qəbul edilməsinə əsas olmuş sənədlərin və iddiaçının işdən kənarlaşdırılması ilə bağlı aparılmış inzibati icraat materiallarının təsdiq edilməsinə dair sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Gömrük Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı barəsində aparılmış xidməti araşdırma zamanı toplanılmış materialların surəti əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş Bak Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli tərəfindən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Səfər Mehdiyevə müraciətində Bakı Baş Gömrük İdarəsinə təhkim olunmuş “Azərterninalkompleks” Birliyinin inspektoru İddiaçı, xx.xx.2022-ci il tarixdə işə mülki geyimdə gələrək xidmətə başlamışdır. Yalnız ona tutulan iraddan sonra o, geyimini dəyişib xidməti geyim formasına keçmişdir. Öz hərəkətləri ilə İddiaçı "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının daşınması Qaydalarının tələblərini pozduğunu qeyd etmişdir. Həmçinin bildirmişdir ki, İddiaçı əvvəllər də dəfələrlə idarənin daxili intizam qaydalarınıı pozmuş, heç bir üzürlü səbəb olmadan, tabe olduğu struktur bölmənin rəhbərliyini xəbərdar etmədən işə gecikmə hallarına yol vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin baş inspektoru gömrük xidməti polkovnik-leytenantı X8 iddiaçı gömrük xidməti kiçik leytenantı İddiaçı xidməti araşdırma zamanı xx.xx.2022-ci il tarixdə verdiyi izahatda əvvələr işə gələrkən istifadə etdiyi avtomobil yolunun X16 İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən bağlanılması səbəbindən 2- 3 dəfə işə gecikdiyini bildirmişdir, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə mülki formadan 20- 30 dəqiqə istifadə etmişdir. O, səbəbdən ki iddiaçı milli komandanın təlim məşq toplanışında olarkən bel və boyun nahiyəsindən zədə almışdır. Həmin nahiyələrə məlhəm sürtüldüyü üçün xidməti geyim formasının batmamasına görə yarım saatlıq müki geyimdə olmuşdur. İddiaçı izahatında bildirmişdir ki, barəsində aparılan xidməti araşdırma ilə əlaqədar 13 iyun 2022-ci il tarixdə saat 14:00-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili təhlükəsizlik idarəsinin Xidməti araşdırmalar şöbəsinə dəvət olunmuş, çağırış saatında Komitənin inzibati binasına daxil olarkən X1 Xidmətinin əməkdaşı tərəfindən müvafiq qeydiyyatın aparılması məqsədilə ona xidməti vəsiqəsini təqdim etməsi bildirilmiş o, vəsiqəni öz əlində tutaraq baxmasını bildirdikdə həmin əməkdaşla arasında anlaşılmazlıq yarandığına görə mübahisə baş vermişdir. İş materiallarından görünür ki, Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rəşad Zalov və Daxili təhlükəsizlik idarəsi Xidməti araşdırmalar şöbəsinin rəisi, gömrük xidməti polkovniki Mirşahin Mirişli tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd edilmişdir ki, “Azərterminalkompleks" Birliyinin direktoru, gömrük xidməti general-mayoru X5 Birliyin Kommersiya şöbəsinin inspektoru, gömrük xidməti kiçikleytenantı İddiaçı intizam məsuliyyətinə cəlb edilməsini, nəticəsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə və Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsini təmin etsin. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verərək qeyd etmişdir ki, qeyd olunan tarixlərdən uzun müddət keçdiyinə görə onun sözügedən pozuntu hallarına yol verməsinə dair müşahidə kameraları vasitəsilə qeydə alınan video görüntülər serverin yaddaşından avtomatik qaydada silindiyi üçün hazırda təqdim edilməsi imkan xaricindədir. Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 4-cü maddəsində göstərilmişdir ki, gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X13”nin 3.3.5ci yarımbəndində göstərilmişdir ki, gömrük orqanı əməkdaşı həmkarları, o cümlədən, birbaşa və bilavasitə rəisləri və ya şəxslərə nəzakətlə davranmalı, onların hüquqlarını, vəzifələrini və istəklərin xeyirxan, diqqətli, səbirli və təmkinli olmalı, daxili intizam qaydalarına ciddi əməl etməlidir. “Azərterminalkompleks" Birliyinin Kommersiya şöbəsinin sabiq inspektoru xidmət kiçik leytenantı İddiaçı barəsində aparılan xidməti araşdırma ilə əlaqədar 13 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin inzibat binasına gələrkən xidməti vəsiqəsini X4 əməkdaşlarına təqdim etməməklə onların xidməti vəzifələrini yerinə yetirmələrinə maneçilik törətmişdir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, Sorğu edilən birinci məsələ ilə əlaqədar bildiririk ki, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 499 nömrəli Fərmanının 27.2-ci bəndi ilə gömrük orqanlarının vəzifəli şəxslərinin X10 təsdiq edilməsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılmış, tapşırığın icrası məqsədilə “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X13” hazırlanaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Sorğu edilən ikinci məsələ ilə əlaqədar tərəfimizdən verilmiş sorğuya cavab olaraq Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33/2-011923/2023 nömrəli məktuba əsasən qeyd edirik ki, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X2 10 iyun 2022-ci il tarixli 1400-011/0xx-xx/003626 nömrəli raportunun araşdırılması nəticəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 08 oktyabr 2019cu il tarixli 1000/1220Ş nömrəli əmri ilə Bakı Baş Gömrük idarəsinə təhkim edilən Cavabdeh Kommersiya şöbəsinin inspektoru, gömrük xidməti kiçik leytenantı İddiaçı əvvəllər yol verdiyi intizam xətasına görə ona edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq, 08 iyun 2022-ci il tarixdə işə mülki geyimdə gəldiyi, barəsində aparılan xidməti araşdırma ilə əlaqədar 13 iyun 2022-ci il tarixdə inzibati binaya daxil olarkən müvafiq qeydiyyatın aparılması məqsədilə xidməti vəsiqəsini Komitənin X1 xidmətinin əməkdaşına təqdim etməkdən imtina etdiyi, bununla da xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğu müəyyən edilmişdir. İddiaçı xidməti araşdırma zamanı törətdiyi hər iki xəta üzrə etirafedici izahat verdiyinə görə onun tərəfindən yol verilmiş pozuntu hallarını əks etdirən videoyazının araşdırma materiallarına əlavə olunması zərurəti yaranmamışdır. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xx.xx.2023-cü il tarixlə cavab verərərək məktubunda qeyd emişdir ki, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011 -ci il tarixli 499 nömrəli Fərmanının 27.2-ci bəndi ilə gömrük orqanlarının vəzifəli şəxslərinin X10 təsdiq edilməsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılmış, tapşırığın icrası məqsədilə “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X13" hazırlanaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Sözügedən Kodeks Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən X11 Reyestrinə daxil edilməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, 16 iyun 2022-ci il tarixli, 2300/269Ş nömrəli inzibati akt ləğv edilməli və İddiaçı işə bərpa edilməlidir. İnzibati Prosessual Məcəlləyə əsasən: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin üzərinə düşür. Məhkəmə qeyd edir ki, sübutetmə yükü daşıyan cavabdeh əmrin qəbulunu şərtləndirən hallara dair məhkəmə icraatında heç bir tutarlı sübut və dəlil təqdim etməmişdir. Əmrin verilməsi əsas kimi təqdim olunan 14 iyun 2022-ci il 34/190/023971 nömrəli arayışa gəldikdə isə bu sənəd formal mülahizələrə istinad olunmaqla gəlinən nəticəyə münasibətdə kifayət qədər əsaslandırılmamışdır. Belə ki, arayışda göstərilən hallara dair cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Arayışda göstərilən halları sübut edə biləcək və xidməti araşdırma predmeti olan videoyazının məhkəməyə təqdim edilməsinin tələb edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən həmin videoyazının silindiyini bildirmişdir. (beləliklə də, video görüntünün olduğu və sonradan silindiyi etiraf olunur). Məhkəmə qeyd edir ki, müvafiq pozuntulara yol verildiyini təsdiq edən videogörüntü xidməti araşdırma materiallarına əlavə edilməli olan halda silinməsi iddiaçı tərəfindən qeyd edilən pozuntulara yol verilməsinə dair şübhələr yaranmasına əsas verir. Beləliklə də, cavabdeh inzibati orqan iddiaçının xidməti vəsiqəsinin təqdim etmədiyini sübut edə bilməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Əmrdə iddiaçını xarakterizə edən hallar sırasında nöqsan kimi “ona edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq” ifadəsi əks olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, ona əvvəllər xəbərdarlıq edilməsinə dair cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən əmrdə ölçü kriteriyası belə müəyyən olunmayan, sırf mülahizələr üstündə qurulan “xidməti vəzifəsinin icrasına laqeyd yanaşması” xüsusatı xidmətin bütün spesifikaları baxımından subyektiv və qərəzsizliyi az ehtimal olunan fikir təzahürü kimi qiymətləndirilir. Yuxarıda qeyd edilənlərə əsasən göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçı barəsində əlverişsiz olan inzibati aktın qəbul edilməsini şərtlərindən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, mübahisəli inzibati aktın qəbul edilməsinə əsas olmuş Arayışda yol verilmiş nöqsanlı vəziyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 186-cı maddəsi qeyd edilmişdir. Halbuki, qulluqkeçmə məsələləri xüsusi qanunla tənzimlənən gömrük orqanlarında qulluq keçən şəxslərin yol verildiyi pozuntunun hüquqi əsaslandırması “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə həyata keçirilməli idi. Həmçinin məhkəmə qeyd edir ki, şəxs barəsində aparılmış xidməti araşdırma da tam və hərtərəfli həyata keçirilməmişdir. Belə ki, müvafiq pozuntuya yol verildiyi hesab edilən əməl törədilərkən iddiaçının mübahisəyə yol verdiyi gömrük orqanının digər əməkdaşı dindiriləməmiş və buna dair əlavə sübutlar toplanmamışdır. Beləliklə də, sübutetmə yükü daşıyan cavabdeh əmrin qəbulunu şərtləndirən hallara dair məhkəmə icraatında heç bir tutarlı sübut və dəlil təqdim etməmişdir. Əlavə olaraq məhkəmə bildirir ki, iddiaçının müvafiq pozuntulara yol verildiyi hesab edilsə belə, ona tətbiq edilmiş intizam tənbeh tədbirinin ağırlığı həmin pozuntulara adekvat olmamışdır. Belə ki, məhkəmə iddiaçının ilk dəfə yol verdiyi nöqsana görə onun barəsində ən ağır intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik prinsipi həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Nəzərə almaq lazımdır ki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan digər sənədlərlə təsdiq edir ki, iddiaçı əmək fəaliyyətinə başladığı müddət ərzində heç bir intizam tənbehi almamış, işlədiyi müddət ərzində iddiaçı əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və xidmətdən xaric edilərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi və heç bir intizam tənbehi almaması nəzərə alınmamış və iddiaçıya ilk dəfə yol verdiyi pozuntuya görə ən sərt tənbeh verilməklə xidmətdən xaric edilmişdir. Beləliklə də, cavabdeh xx.xx.2022-ci il tarixli 2300/269Ş nömrəli əmrlə iddiaçını “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-cu maddəsinin 7-ci bəndinə müvafiq olaraq xidmətdən xaric etməkdə haqlı olmamışdır. Belə ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69.7-ci maddəsinə əsasən gömrük orqanlarından xaric etmə növündə intizam tənbehini ən sərt və sonuncu tədbir olaraq müəyyənləşdirmişdir. İddiaçı işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış və iddiaçıya ilk dəfə yol verdiyi pozuntuya görə ən sərt tənbehin verilməsi ədalətli hesab edilə bilməz. Göründüyü kimi, iddiaçının bu və ya digər səbəbdən xüsusi geyim formasında olmaması (həmin əməlin təkrarlandığına dair hər hansı sübut yoxdur) onun barəsində ən ağır intizam tənbeh tədbirinin tətbiq olunmasına əsas vermir. Həmçinin məhkəmə qeyd edir ki, mütənasiblik prinsipinin tələbləri baxımından qəbul edilən Əmr daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalı olduğu halda cavabdeh inzibati orqan bunu etməmiş, yalnız səthi araşdırma və əsaslandırma ilə mübahisəli inzibati aktı qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı barəsində xidməti araşdırmanın nəticəsində ona verilmiş intizam tənbeh təbdirinin tətbiqi zamanı maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, Əsasnamənin 4-cü bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir. Əsasnamənin 16-cı bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin: 1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa; 1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; 3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə; 4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə; 5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə; 6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə; 7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə; 8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur. Əsasnamənin 44-cü bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq. Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. Əsasnamənin 69-1-ci bəndinə əsasən Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Əsasnamənin 120-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: ........ 8) gömrük orqanlarından xaric edildikdə. Qeyd edilənlərə əsasən xidmətdən xaric edilmə intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilir. Göründüyü kimi iddiaçı yuxarıda göstərilən pozuntulara yol verməmişdir. Belə ki, iddiaçının xidməti vəzifələrinin müntəzəm surətdə yerinə yetirilməməsi, nə onun barəsində aparılan xidməti araşdırma materialları ilə təsdiq olunmuş, nə də ki, buna dair cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddaçının əməllərində Əsasnamənin yuxarıda sadalanan 16-cı maddəsinin tərkibi müəyyən olunmamış və buna dair cavabdeh inzibati orqan tərəfindən təsdiqedici materiallar məhkəməyə təqdim edilməmişdir. İntizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına dair məhkəmə qeyd edir ki, kobud surətdə pozulmanın nədən ibarət olması aydınlaşdırılmalıdır. Belə ki, “Əsasnamə”nin 2-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Beləliklə də, iddiaçı tərəfindən yuxarıda qeyd edilən pozutulara yol verilməsi cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilə bilməmişdir. Əlavə olaraq məhkəmə cavabdeh inzibati orqanın Komitənin inzibat binasına gələrkən xidməti vəsiqəsini təqdim etməməklə X1 xidmətinin əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilmələrinə maneçilik törətməsi və bunun nəticəsində “Azərbaycan Respubilikası gömrük orqanlarının vəzifəli şəxslərinin X13”nin 3.3.5-ci bəndinin tələblərinin pozulması dəlili ilə bağlı aşağıdakıları bildirir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respubilikası gömrük orqanlarının vəzifəli şəxslərinin X13” normativ hüquqi akt deyil. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X11 Reyestrinə (bundan sonra – X11 Reyestri) daxil edilməlidir. 78.2-ci maddəsinə əsasən hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X11 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. 85.1-ci maddəsinə əsasən Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X11 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə əsasən: 3.2. Mərkəzi icra hakimiyyəti orqanının əsasnaməsində nəzərdə tutulmuş hallarda normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və ya kollegiyası tərəfindən qəbul edilir. Normativ hüquqi aktın qəbul edilməsi barədə mərkəzi icra hakimiyyəti orqanının kollegiya qərarını bu orqanın rəhbəri imzalayır. 3.3. Konstitusiya Qanununun 78.2-ci maddəsinə uyğun olaraq normativ hüquqi aktı qəbul etmiş icra hakimiyyəti orqanı onu Azərbaycan Respublikasının X11 Reyestrinə daxil edilmək üçün həmin aktın qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X13" hazırlanaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edildiyi, lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən X11 Reyestrinə daxil edilmədiyi bildirilmişdir. Göründüyü kimi yol verildiyi iddia olunan pozuntunun hüquqi əsası olan və cavabdehin istinad etdiyi “Azərbaycan Respubilikası gömrük orqanlarının vəzifəli şəxslərinin X13” “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunununa uyğun olaraq Azərbaycan Respublikasının X11 Reyestrinə daxil edilmədiyi üçün normativ hüquqi akt hesab edilə bilməz. Cavabdehin həmin “Kodeks”ə istinad edərək hər hansı hüquqi addım atması legitim sayılmamalıdır. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqan tərəfindən üzrsüz səbəbə yol verdiyi iddia edilən pozuntulara münasibətdə tətbiq edilən intizam tənbeh tədbiri mütənasib olmadığıından, sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı barəsində əlverişsiz olan inzibati aktın qəbul edilməsini şərtlərindən faktiki halların mövcudluğu sübut yetirilmədiyindən, inzibati akt qəbul edilərəkən maddi hüquq normalarının tələbləri pozulduğundan, pozuntunun əsası kimi istinad edilə aktın hüquqi qüvvəsi olmadığından iddia təmin edilməli, 16 iyun 2022-ci il tarixli, 2300/269Ş nömrəli Əmr ləğv edilməli və İddiaçı işə bərpa edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanununun 14-cü maddəsinə əsasən- İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh xx.xx.2022-ci il tarixli 2300/269Ş nömrəli əmri ləğv olunsun və İddiaçı əvvəlki işinə bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh xx.xx.2022-ci il tarixli 2300/269Ş nömrəli əmri ləğv olunsun və İddiaçı əvvəlki işinə bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar