Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6935/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X7, X18, X2, X15, X8, X9, X10, X16 və X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı ərizə verərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əsl cavabdeh qismində müəyyən edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək yalnız üçüncü şəxslər X11, X2, X12, X16 və X13 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır ki, onların həmin yaşayış sahəsində qeydiyyatda qalması mülkiyyət hüququnun pozuntusuna səbəb olur. Odur ki, həmin şəxslər yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu,Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 19C (yeni qaydalarla: Əhmədbəy Ağayev küçəsi ev 43) ünvanda yerləşən 251,4 kv.m olan yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. 146 saylı Mənzil Kommunal İstismar Sahəsinin məktubunda qeyd edilmişdir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan yaşayış sahəsində yaşamırlar 147 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Əhmədbəy Ağayev küçəsi ev 43 ünvanında yerləşən 1 otaqlı mənzildə X2 və X20 faktiki olaraq yaşayırlar. Digər üçüncü şəxlər isə 43 saylı evin 45 saylı mənzilində yaşamaqdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məktubundan görünür ki, üçüncü şəxslərin hər hansı hüququ adıçəkilən yaşayış sahəsinə qeydiyyata alınmamış, ünvanın bir-neçə yaşayış sahəsinə verilməsi halı da aşkar edilməmişdir. Yaşayış yeri haqqında 25 may 2023-cü il tarixli arayışdan görünür ki, üçüncü şəxslərdən A.Rüstəmova, Ə.Hacıyeva, R.Rüstəmov, A.Rüstəmov və X31 Ağayev küç, ev 43 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən- X11, , X12, X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi hissəsində təmin olunmalıdır. İddia digər- X1 Samir Əlövsət oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi hissəsində isə rədd edilməlidir. İddia tələbinin təmin edilən hissəsi ilə bağlı aşağıdakıları qeyd edilməsi zəruridir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. Məhkəmə yuxarıda adıçəkilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, üçüncü şəxslərdən X11, , X12, X16 iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslərdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu ilə də həmin şəxslərin istifadə hüququna malik olması müəyyən edilməmişdir. Belə ki, AR MM-nin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin yaşayış sahəsi ilə bağlı istifadə hüququ qeydiyyata alınmalıdır. Adıçəkilən üçüncü şəxslərin isə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə münasibətdə hər hansı hüququnun qeydiyyata alınmasından söhbət gedə bilməz. Belə ki, işin faktiki hallarından və mənzil istismar sahələrinin arayışından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu,Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 19C (yeni qaydalarla: Əhmədbəy Ağayev küçəsi ev 43) ünvanda yerləşən 251,4 kv.m olan yaşayış sahəsinin mülkiyyətçisidir və qeyd olunan üçüncü həmin yaşayış sahəsində yaşamır. Yaşamama da onunla bağlıdır ki, ümumiyyətlə həmin yaşayış sahəsinin adıçəkilən üçüncü şəxslərə aidiyyəti yoxdur. Adıçəkilən üçüncü şəxslər Əhmədbəy Ağayev küçəsi ev 43-də yerləşən fərdi yaşayış evində yox, ev 43, mənzil 45 ünvanında yerləşən yaşayış sahəsində yaşamaqdadır. Göründüyü kimi oxşar ünvan göstəricilərinə malik olan yaşayış sahələri fərqli yaşayış sahələridir. İddiaçının mülkiyyətində olan yaşayış sahəsindən fərqli olaraq mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da faktiki olaraq digər oxşar nömrəli yaşayış sahəsində-konkret olaraq isə mənzildə həmin üçüncü şəxslər yaşamaqdadır. Cavabdeh isə müvafiq araşdırma aparmadan, həmin üçüncü şəxslərin qeydiyyata düşmək istədiyi yaşayış sahəsinin fərdi yaşayış sahəsi, yoxsa mənzil olub-olmadığını araşdırmadan üçüncü şəxsləri ev 43, mənzil 45 ünvanda yerləşən yaşayış sahəsi əvəzinə iddiaçının mülkiyyətində olan ev 43 ünvanı üzrə qeydiyyata almışdır ki, həmin halda hazırkı inzibati mübahisənin yaranmasına səbəb olmuşdur. Göründüyü kimi həmin üçüncü şəxslər Ağayev küçəsi ev 43-də yerləşən 45 saylı mənzildə yaşamaqdadırlar və həmin ünvan üzrə qeydiyyata alınmalıdır. İddiaçının mülkiyyətində olan yaşayış sahəsi isə mənzil yox fərdi yaşayış evidir ki, üçüncü şəxslərin həmin ünvana qeydiyyata alınmasına hər hansı əsas mövcud olmamış, cavabdeh tərəfindən texniki xarakterli yanlışlığa yol verilmiş, 45 saylı mənzil nömrəsi nəzərə alınmadan ev ünvanının 43 olması səbəbindən üçüncü şəxslər iddiaçının mülkiyyətində olan yaşayış sahəsi üzrə qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, üçüncü şəxslərlə qohumluq əlaqələrinə malik olan X4 (üçüncü şəxslər onun övladı və nəvələridir) məxsus şəxsiyyət vəsiqəsinə dair məlumatlardan görünür ki, həmin şəxs məhz düzgün olaraq ev 43, mənzil 45 ünvanı üzrə qeydiyyata alınmışdır ki, həmin şəxsə münasibətdə olduğu kimi hazırkı üçüncü şəxslər olan X11, , X12, X5 münasibətdə də texniki səhv aradan qaldırılmalı, ev 43, mənzil 45 ünvanı üzrə qeydiyyat hərəkətləri həyata keçirilməli, ən azından hazırkı iddianın predmetinə uyğun iddiaçının mülkiyyətində olan ev 43 ünvanından qeydiyyatdan çıxarılmalıdır. İddianın təmin edilməyən- X2 və X14 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması hissəsində isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). 3.8. Ünvan nömrəsinin müəyyənləşdirilməsi Dövlət Xidməti tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə görə çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyriyaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyri-yaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Çoxmənzilli binaların hər bir mənzilinin, tərkibindəki qeyri-yaşayış sahələrinin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin, qeyri-yaşayış sahəsinin və ya qeyriyaşayış obyektinin tərkib hissəsinin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın girişlərinə və çoxmənzilli binanın tərkib hissəsi olan mənzillərə (qeyri-yaşayış sahələrinə) ünvanların təyin edilməsi, müvafiq olaraq, tikintisinə icazə alınmış, lakin tikintisi başa çatmamış binanın sifarişçisinin və ya çoxmənzilli binanın mülkiyyətçisinin və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında Dövlət Xidməti tərəfindən, hər bir mənzilin nömrələnməsi (qapı nömrəsinin quraşdırılması) isə bina inşa edildikdən sonra binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Bu qaydalar qüvvəyə mindiyi günədək verilmiş sənədlərdə qeyd edilən ünvanlar zəruri hallarda ünvan reyestrinə daxil edilmiş yeni ünvan göstərilməklə istifadə edilə bilər. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat Dövlət Xidməti tərəfindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ötürülür. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Dövlət Xidməti obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. İşin faktiki hallarından da görünür ki, adıçəkilən üçüncü şəxslər eyni ünvan göstəricinə malik olan bir otaqlı faktiki olaraq yaşadığı ünvan üzrə qeydiyyata alınmışdır. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı baxımından çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi adıçəkilən hissədə əsaslı hesab edilə bilməz. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxslər ayrı-ayrı əmlakların istifadəçiləri (üçüncü şəxslərin əmlaka dair gözlənilən mülkiyyət hüquqları yaranmış) olsalar da eyni ünvan göstəricilərinə malikdirlər və onlar da məhz özünün mülkiyyətində və gözlənilən mülkiyyət hüquqları yarandığı daşınmaz əmlakın yerləşdiyi ünvan üzrə qeydiyyata alınmışdır, belə olan halda iddiaçı onunla bərabər statusunda olan, fərqli daşınmaz əmlaklar olsa da, lakin eyni ünvan göstəricilərinə hüququ olan başqa bir istifadəçini, (və ya ailə üzvlərini) həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Bu səbəbdəndir ki, həmin şəxslərə münasibətdə cavabdehin hər hansı qanunsuz hərəkət və hərəkətsizliyindən söhbət gedə bilməz. Belə ki, ünvanın verilməsi ilə bağlı cavabdeh hər iki şəxsin yaşadığı yer üzrə qeydiyyat hərəkətlərini həyata keçirmişdir ki, bu zaman eyni ünvanın fərqli yaşayış sahələrinə verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti aidiyyəti qurumu olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən həyata keçirilmişdir. Yuxarıda adıçəkilən Qaydaların: 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Qanunvericiliyin tələbindən də göründüyü ünvan daşınmaz əmlakın yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edir. Lakin, hazırkı işdə eyni ünvan bir-neçə yaşayış sahəsinə verilmişdir ki, bu səbəbdən də fərdiləşmədən söhbət gedə bilməz. 2.3. Ünvan reyestrinin elektron qaydada aparılması Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Ünvan Reyestri İnformasiya Sistemi ünvan reyestrinin məlumat bazasının elektron idarə edilməsini, habelə ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edir. 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); [8] texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda. 4.2. Dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Bu qaydalar qüvvəyə mindiyi günədək verilmiş sənədlərdə qeyd edilən ünvanlar zəruri hallarda ünvan reyestrinə daxil edilmiş yeni ünvan göstərilməklə istifadə edilə bilər. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat Dövlət Xidməti tərəfindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ötürülür. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Dövlət Xidməti obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. 4.3. Ünvan reyestrində saxlanılan məlumatların dəqiqliyinə və reyestrin vaxtında aparılmasına, verilən məlumatların tam və düzgün olmasına görə cavabdeh olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Hazırkı işdən isə görünür ki, üçüncü şəxslər X2 və X14 yaşadığı 1 otaqlı mənzillə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə eyni- Əhmədbəy Ağayev küçəsi ev 43 ünvanı verilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, iddiaçının çıxarışda olan köhnə ünvan olan Ə.Ağayev küçəsi, ev 19C ünvanı uyğunlaşdırmaq məqsədi ilə Əhmədbəy Ağayev küçəsi ev 43 ünvanına dəyişdirilmişdir. Halbuki, həmin orqan müəyyən etməli idi ki, həmin ünvanı başqa mənzilə vermişdir. Nəticədə isə texniki xarakterli yanlışlıq səbəbindən hazırkı inzibati mübahisə yaranmışdır. Lakin, məhkəmə hesab edir ki, hazırkı iddianın predmeti ünvanda dəyişiklik edilməsi yox, üçüncü şəxslərin Əhmədbəy Ağayev küçəsi ev 43 ünvanından qeydiyyatdan çıxarılması təşkil edir ki, yaşayış sahələrinin fərqli olması nəzərə alınmaqla eyni ünvan göstərici olsa da çıxarışı olan şəxs olsa da iddiaçı üçüncü şəxsləri üçüncü şəxslərin yaşadığı başqa yaşayış sahəsindən çıxarmaq hüququna malik deyildir. Odur ki, iddia onlara aid hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarının araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı öz mülkiyyətində olan 251.4 kv.m olan yeni qaydalarla ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özgəninkiləşdirilməsi zamanı notarial əməliyyatların həyata keçirilməsi zamanı qeydiyyatda olan şəxslərin razılığı tələb edildiyindən hazırkı iddianı irəli sürmüşdür. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın:
49. Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Göründüyü kimi yaşayış sahəsində qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alınması əmlakın özgəninkiləşdirilməsi zamanı zəruri olsa da, hazırkı iş üzrə istər iddia tələbi təmin edilən hissədə adıçəkilən üçüncü şəxslər, istərsə də iddia tələbi təmin edilməyən hissədə üçüncü şəxslərdən X2 və X14 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında olan yaşayış sahəsinin alqı-satqısı və digər formada özgəninkiləşdirilməsinə münasibətdə razılıqlarının alınmasına hər hansı hüquqi zərurət yoxdur. Belə ki, həmin şəxslər, o cümlədən X2 və X20 ümumiyyətlə iddiaçının mülkiyyətində olan əmlaka hər hansı hüquqa malik deyil. Onların istifadəsində olan əmlakın ünvanı da Əhmədbəy Ağayev küçəsi, ev 43 olsa da həmin əmlak iddiaçının mülkiyyətindən tamamilə fərqli bir yerdə olan, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən fərqli olaraq mənzil xüsusiyyətinə malik olan 1 otaqlı evdir. Bu səbəbdən də həmin şəxslərin iddiaçının fərdi yaşayış evinin satılmasına hər hansı razılıq verilməsi formal olmaqla cavabdeh əmlak orqanının texniki xarakterli yanlışlığının hüquqi nəticəsinin aradan qaldırılmaqla mübahisənin həll edilməsi əvəzinə iddiaçı və notariat orqanı arasında yeni mülki mübahisənin yaranmasına səbəb olur. Göründüyü kimi X2 və X14 alqı-satqı əməliyyatı zamanı iddiaçının mülkiyyətində olan yaşayış sahəsi ilə bağlı razılığının alınması, notariat hərəkətlərinə tərəf qismində cəlb edilməsi əsası mövcud deyil. İddiaçı ünvan eyni olsa da sadəcə özünə məxsus olan yaşayış sahəsinə sərəncam vermək, o cümlədən özgəninkiləşdirmək hüququna malikdir ki, başqa yaşayış sahəsinin istifadəçisi olan X2 və X6 hər hansı razılıq almasına ehtiyac yoxdur. İddiaçının diqqətinə çatdırılır ki, həmin səbəbdən notariat hərəkətlərinin aparılmasından imtina edildiyi təqdirdə aidiyyəti rayon məhkəməsinə özgəninkiləşdirmənin adıçəkilən şəxslərin razılığı olmadan aparılması, notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia irəli sürmək hüququ mövcuddur. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu,Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 19C (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən yaşayış yeri üzrə X11, X12, X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. İddia həmin ünvanda yerləşən yaşayış sahəsindən X2 və X14 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində rədd edilsin. İddiaçıya Bakı şəhəri, Sabunçu rayonu,Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 19C (yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən fərqli yaşayış sahələrinə verilməsi halının aradan qaldırılması barədə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmək, imtina verildikdə isə məhkəməyə müraciət etmək hüququ və həmin əmlakın özgəninkiləşdirilməsi zamanı üçüncü şəxslərin, o cümlədən X2 və X14 razılığının tələb edilməməsinin aidiyyəti notariat orqanından tələb etmək, imtina edildikdə isə məhkəməyə müraciət etmək hüququ izah edilir. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov