Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-694/2020 03.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı – onun və övladları X3 və X1 Bakı şəhəri, Binəqədi rayonu, 3cü Mədən, korpus 124 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, korpus 124 ünvanında yaşayır. Bu səbəbdən də, övladları ilə birlikdə həmin ünvana qeydiyyata alınmasını xahiş edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etdən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəməyə xx.xx.2019-cu il tarixli, 08 fevral 2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublar ünvanlayaraq iş üzrə təyin edilmiş məhkəmə iclaslarına onların iştirakları olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 124 ünvanına qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinə xx.xx.2019-cu il tarixli, 059-48040A nömrəli məktubla qanunda qeyd olunan sənədlərdən hər hansı birinin təqdim edilmədiyi əsas gətirilərək imtina cavabı verilmişdir. İddiaçının qeydiyyata alınmasını xahiş etdiyi ünvana dair hər-hansı bir hüquqmüəyyənedici sənəd mövcud olmayıb, iş materillarında yalnız əmlak sahibi X2 qeyd edilmiş Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 124 ünvanında yerləşən evə dair "xxxx" MMC tərəfindən qiymətləndirmə rəyi mövcuddur ki, həmin rəy də hüququmüəyyənedici sənəd hesab edilə bilməz. Beləliklə, işin faktiki hallarından, iddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, İddiaçı qeydiyyata alınmasını xahiş etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus-124 ünvanında yerləşənev özbaşına tikili olmaqla, həmin evə dair hüquqmüəyyənedici sənəd yoxdur. Bu səbəbdən də, iddiaçının həmin evə qeydiyyata alınması üçün hüquqi əsas yoxdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsitəqdim etməlidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanuna əsaəsn mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlər hesab edildiyindən, İddiaçı isə belə sənədlərdən hər hansı biri olmadığından, onun göstərilən evə qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Odur ki, imtinadan məhkəməyə verilən mövcud iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının göstərilən evə qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilməsi müəyyən edildiyindən iddia əsassızdır. Odur ki, iddia təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 68, 69, 73 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-694/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-694/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver