Məhkəmə qərarları › İş №2-1(112)-694/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-694/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-694/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bаkı İnzibаti Məhkəməsi hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun kаtibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiаçı Məmmədova Xavər Musa qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 X7na qarşı “pensiyanın yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Məmmədova Xavər Musa qızı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 X7na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi rütbəli işçilərə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanlarının bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla, pensiya hüququnun yarandığı vaxtdan əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məmmədova Xavər Musa qızı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci ildə ona ədliyyə qulluqçusunun dul aravdı kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Onun pensiyası hesablanarkən ərinin aldığı əlavələr əmək haqqına daxil edilməmişlər. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 X7 onun təqdim etdiyi pensiyasının əlavələr nəzərə alınmaqla yenidən hesablanması barədə müraciətini təmin etməkdən imtina etmişdir, səbəb olaraq həmin əlavələrin mərhuma ödənilməsinə dair məlumatın olmaması əsas götürülmüşdür.İddiaçı Məmmədova Xavər Musa qızı cavabdehin imtinasını əsassız hesab edir.İddiaçı Məmmədova Xavər Musa qızı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 X7 iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının mərhum əri Nəbi Məmmədova aid pensiya işindən görünür ki, Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin xx.xx.1996-cı il tarixli qərarı ilə Nəbi Məmmədova xx.xx.1996-cı ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən N.Məmmədov 1988-1995-ci illər ərzində aldığı əmək haqqı barədə arayışları pensiya təyin edən orqana təqdim etmişdir və pensiya məbləği həmin məlumatlar əsasında hesablanmışdır. İddiaçıya aid pensiya işindən görünür ki, Filialın xx.xx.2020-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında Qərarı ilə iddiaçının ailə başçısının itirməyə görə aldığı pensiya məbləği yenidən hesablanmışdır. Hazırda iddiaçı 772,8 manat məbləğində pensiya alır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun xx.xx.2006-ci ildə qüvvəyə minmiş və N.Məmmədov ədliyyə orqanlarında çalışdığı dövrdə Qanun qüvvədə olmamışdır. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 X7 göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı Məmmədova Xavər Musa qızı və cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 X7 məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı 1932-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının əri olmuş Məmmədov Nəbi İldırım oğlunun pensiya işinin surətində olan sənədlərə əsasən X2 xx.xx.1996-cı ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, həmin şəxs müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.1961-ci ildən xx.xx.1995-ci ilə qədər Yevlax VVAQ şöbəsinin müdiri işləmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.1995-ci il tarixli, 44 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 1-1-ci bəndinə əsasən işdən azad edilmişdir, pensiya təyin edilməsi üçün təqdim edilən 1988-1993-cü illər üçün əmək haqqının aylar üzrə məbləği barədə arayışa əsasən əmək haqqı əsas əmək haqqından ibarət olmuşdur, X4 əlavə əmək haqqı və mükafat almamışdır. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 X7 tərəfindən təqdim edilmiş iddiaçıya aid pensiya işinin surətində olan sənədlərə əsasən iddiaçıya xx.xx.1988-ci ildən əmək pensiyası təyin edilmişdir, sonradan xx.xx.2017-ci ildən iddiaçının yaşa görə əmək pensiyası onun müraciətinə əsasən ailə başçısının itirməyə görə əmək pensiyasına keçirilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********4 №li məktubuna əsasən iddiaçı Məmmədova Xavər Musa qızına bildirilmişdir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar.Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir.Həmin Qanunun 23.3-cü maddəsində isə qeyd olunmuşdur ki, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir.Göründüyü kimi ədliyyə orqanlarının pensiyaya çıxmış işçilərinə yalnız pulsuz dövlət tibb xidməti göstərilməsi nəzərdə tutulmuşdur.İddiaçının qeyd etdiyi müavinətin və vəzifə maaşına əlavənin verilməsi isə hazırda ədliyyə orqanlarında xidmətdə olan əməkdaşlar üçün nəzərdə tutulur.İddiaçının mərhum həyat yoldaşı Nəbi Məmmədovun pensiya işinə aid sənədlərdə işlədiyi dövrdə ərizədə qeyd edilən mükafatların ona ödənilməsinə dair hər hansı bir məlumat mövcud olmadığı üçün həmin pul təminatlarının iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Məmmədova Xavər Musa qızı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçının əri ədliyyə orqanının işçisi olmuşdur və 1996-cı ildən ona yaşa görə əmək pensiyası təyin edilmişdir, vəfat etdikdən sonra iddiaçının müraciəti əsasında iddiaçının əmək pensiyasının növü dəyişdirilərək ona ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara ödənilən iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin, hər il məzuniyyətə çıxarkən ödənilən iki aylıq əmək haqqı həcmində müavinətin nəzərə alınması ilə ərinə təyin edilmiş və hazirda özünün ailə başçısının itirilməsinə görə aldığı pensiyasının yenidən hesablanmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. xx xxx 2006-cı il tarixli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar.Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Həmin Qanunun 23.9-cu maddəsinə əsasən pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanlarının işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun 25.5-ci maddəsinə əsasən ədliyyə orqanlarının əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifə maaşlarının 25 faizindən çox olmamaq şərtilə əlavələr təyin edilə bilər. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Lakin işin faktiki hallarına əsasən iddiaçının əri olmuş N.Məmmədov qeyd edilən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi tarixdən bir neçə il əvvəl əmək pensiyasına çıxmışdır və pensiya işinin surətində olan sənədlərə əsasən yalnız əmək haqqı almışdır, ona qeyd edilən qanunda nəzərdə tutulan müavinətlər və əlavələr ödənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında əks olunan mövqedə göstərilir: “... göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiasının heç bir hüququ əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Məmmədova Xavər Musa qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 X7na qarşı xüsusi rütbəli işçilərə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanlarının bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla, pensiya hüququnun yarandığı vaxtdan əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məmmədova Xavər Musa qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 X7na qarşı xüsusi rütbəli işçilərə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanlarının bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla, pensiya hüququnun yarandığı vaxtdan əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar