Məhkəmə qərarları › İş №2-1(112)-694/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-694/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-694/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “Ziyəddinoğlu“Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Ziyəddinoğlu“Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı “Ziyəddinoğlu“Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Ziyəddinoğlu“Məhdud Məsuliyyətli Cəmiyyət barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ xx.xx.2021 -ci il tarixli **********1443 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********3815 nömrəli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Bakı şəhəri Xətai rayonu N.Rəfıyev 29 ünvanda obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və operativ verginin nəticəsi xx.xx.2021 -ci il tarixli 000436 saylı Aktla rəsmiləşdirilmişdir. Qeyd edilən Akta əsasən Bakı şəhəri Xətai rayonu N.Rəfıyev 29 ünvanında aşkar edilmiş malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, əsasında alınmaması, Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş nəzarətin nəticəsi haqqında akta əsaslanaraq, 461665,30 manat sənədsiz malların aşkar edilməsini güman edərək, 46 166,53 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli **********1443 nömrəli qərar qəbul etmişdir. Cavabdeh qərar qəbul edərkən təqdim etdiyimiz sənədləri tam araşdırmamışdır, belə ki, aşkar edilmiş malların "xxxx" MMC-yə məxsus olması bildirilmiş və "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli saxlama müqaviləsi təqdim edilməsinə baxmayaraq, cavabdeh aylıq xidmət haqqının ödənilməməsini əsas gətirirərək, müqavilənin formal xarakter daşımasını istinad etmişdir. Qeyd edilmişdir ki, “Ziyəddinoğlu" MMC-nin hesabı aktiv olmadığından (hesab qeyd olunan qurum tərəfindən dondurulmuşdur) hesaba ödəniş və hesabdan köçürmələr həyata keçirilə bilmir. İddiaçı tərəfindən də şirkətin hesabının açılması istiqamətində işlər aparıldığından müqavilə müddətinin sonunda ödəniş tam həyata keçirilərək saxlama müqaviləsi üzrə borc məbləği “Xəzərliftservis"MMC tərəfindən ödəniləcəkdir. Yuxarıda qeyd olunan yoxlama zamanı digər qanun pozuntusu ondan ibarətdir ki, tərtib olunmuş malların siyahısında “Xəzəriiftservis" MMC məxsus lift və lift aksesuarlarının ekspert rəyinə əsasən 435000 manat qiymətləndirilməsinə baxmayaraq, qərarda 461665.3 manata maliyyə sanksiyası tətbiq olunmuşdur. (30166.3 manat olan konsiqnasiya müqaviləsi olan malllaradada tətbiq olunmuşdur) AR Ticarət və Sənaye Palatasını “Azərekspertiza” Birliyinin eksperti MMC-nin nümayəndəsi olmadan baxış aparmışdır. Qiymətləndirmə zamanı malların məişəti və hansı ölkə istehsalı olduğu göstərilməmişdir. İddiaçı hesab edir ki, tərtib edilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur, belə ki, fərziyyələrə əsaslanır bu mülki qanunvericiliyə müvafiqdir. Eyni zamanda cavabdeh istinad edirsə saxlama müqaviləsi üzrə vergidən yayınilıb onda qeyd olunan maliyyə sanksiyasi 580 azn aylıq saxlama xərcinə yönəlməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********3815 nömrəli qərarına əsasən "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən tikinti meydançasında malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsi məsələlərini əhatə edən operativ vergi nəzarəti həyata keçirilmiş, operativ vergi nəzarəti tədbiri nəticəsində vergi ödəyicisinə məxsus tikinti meydançasında Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədləri olmayan mallar aşkar edilmişdir. Aşkar edilmiş malların real bazar qiymətini müəyyən etmək məqsədilə xx.xx.2020-ci il tarixli, **********5282 saylı qərarla ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza” Birliyinin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən malların ümumi qiymətinin 461665,30 manat olduğu müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixində operativ vergi nəzarətinin nəticələri DVX seriyalı 000436 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə- faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsi nəzarət məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmişdir. İddiaçı aşkar olunmuş malların "xxxx" MMC-yə aid olmadığını bildirərək araşdırmaya "xxxx" MMC (VÖEN: **********) ilə bağlanmış malların anbarda saxlanılması üzrə müqaviləni və digər səndələri təqdim etmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, müqavilə üzrə 580 manat aylıq haqqın nəzərdə tutulmasına baxmayaraq, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə həmin haqqın ödənilməsi barədə heç bir qaimə -faktura təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının təqdim etdiyi malların saxlama və konsiqnasiya müqavilələri üzrə həmin malların təhvil alınmasını təsdiq edən hər hansı sənəd də vergi orqanına təqdim edilməmişdir. Bununla həmin müqavilələrin vergidən yayınma məqsədilə formal olaraq bağlandığı müəyyən edilmişdir. Əlavə olaraq, məhkəmənin diqqətinə çatdırılmışdır ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsi vergi ödəyicisinin sahibliyində olan mallara dair müvafiq sənədlərin olmamasına görə maliyyə sanksiyası müəyyən edir. Həmin maddəyə əsasən elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil- qəbul aktının olmaması da maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsasdır. xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1443 saylı qərar qəbul edilərək iddiaçıya Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 46166,53 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və müvafiq sanksiyanın ödənilməsi və mühasibat uçotunda müvafiq dəyişikliklərin edilməsi barədə **********1444 saylı tələbnamə göndərilmişdir. Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda:-malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən anunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs: həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1 ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - **********3815 saylı, xx.xx.2020-ci il tarixli Opreativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarın surəti; - **********3817 nömrəli xx.xx.2020-ci il tarixli Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında Tələbnamənin surəti; - **********3816 nömrəli xx.xx.2020-ci il tarixli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarın surəti; -**********5282 nömrəli xx.xx.2020-ci il tarixli Ekspertizanın təyin edilməsi haqqında qərarın surəti; - DVX seriyalı 000436 saylı xx.xx.2021-ci il tarixli Aktın surəti; - xx.xx.2020-ci il tarixli XƏZƏRLİFTSERVİS” MMC ilə « ZİYYƏDDİN OĞLU MMC » arasında bağlanılmış “Malların anbarda saxlanılması meqaviləsi”nin surəti; - **********71443 nömrəli xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surəti;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız iddiadır.

Belə ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə görə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: ...58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Mübahisənin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla İddiaçı sahibkarlıq fəaliyyətini göstərdiyi obyektdə (ünvan 2, Tikinti Meydançası) pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi-faktura əsasında alınmasına nəzarət edilməsi məsələlərinin yoxlanılması üçün operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsinin nəticəsi olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 000436 nömrəli akt tərtib edilmişdir. Aktda qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə istifadə üçün saxlanılan malların 461665,30 manat dəyərində təşkil edən hissələrin alışını təsdiq edən qaimə faktura, elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmayan müxtəlif adda mallar aşkar edilmişdir. Qeyd olunan aktın əsasında vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli, **********1443 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar əsasında iddiaçıya Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 46166,53 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdehin mübahisələndirilən xx.xx.2021ci il tarixli, **********1443 nömrəli qərarı ilə iddiaçı barəsində maliyyə sanksiyası onun tərəfindən Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələbləri pozulduğuna görə tətbiq edilmişdir. İddiaçı həmin qərarın ləğv edilməsinə dair iddiasını onunla əsaslandırmışdır ki, aktda göstərilmiş malların siyahısında “Xəzərliftservis" MMC-yə məxsus lift və lift aksesuarlarının ekspert rəyinə əsasən 435000 manat qiymətləndirilməsinə baxmayaraq, qərarda 461665.3 manata maliyyə sanksiyası tətbiq olunmuşdur. (30166.3 manat olan konsiqnasiya müqaviləsi olan malllaradada tətbiq olunmuşdur) AR Ticarət və Sənaye Palatasını “Azərekspertiza” Birliyinin eksperti MMC-nin nümayəndəsi olmadan baxış aparmışdır. Qiymətləndirmə zamanı malların məişəti və hansı ölkə istehsalı olduğu göstərilməmişdir. İddiaçı hesab edir ki, tərtib edilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur. İşin araşdırılan hallarından göründüyü kimi cavabdeh tərəfindən aparılmış operativ vergi yoxlaması Vergi Məcəlləsinin buna dair müvafiq normalarına əməl etməklə aparılmış və nəticələri müvafiq qaydada rəsmiləşdirilmişdir. Yoxlamanın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli DVX seriyalı 000436 nömrəli aktı , eləcə də vergi nəzarəti zamanı aşkar edilmiş mallarla bağlı tərtib edilmiş eyni tarixli Siyahı iddiaçı tərəfindən imzalamaqdan imtina edilmişdir. İddiaçı aşkar olunmuş malların "xxxx" MMC-yə aid olmadığını bildirərək araşdırmaya "xxxx" MMC (VÖEN: **********) ilə bağlanmış malların anbarda saxlanılması üzrə müqaviləni və digər sənədləri təqdim etmişdir. Vergi araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə üzrə 580 manat aylıq haqqın nəzərdə tutulmasına baxmayaraq, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə həmin haqqın ödənilməsi barədə heç bir qaimə faktura təqdim edilməmişdir. Əlavə olaraq iddiaçının təqdim etdiyi malların saxlama və konsiqnasiya müqavilələri üzrə həmin malların təhvil alınmasını təsdiq edən hər hansı sənəd də vergi orqanına təqdim edilməmiş və həmin müqavilələrin vergidən yayınma məqsədilə formal olaraq bağlandığı müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1443 saylı qərarı əsasında Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 46166,53 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və müvafiq sanksiyanın ödənilməsi və mühasibat uçotunda müvafiq dəyişikliklərin edilməsi barədə **********1444 saylı tələbnamə göndərilmişdir. Belə ki, VM-nin 58.8.2-ci maddəsinin təhlili o nəticəyə gəlməyə əsas verir ki, həmin maddə ilə vergi ödəyicisinin məsuliyyətə cəlb olunması üçün vergi orqanı üç halı müəyyən etməlidir: 1. Vergi ödəyicisinə məxsus olan mallara dair VM-nin 58.8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim olunmaması; 2. Həmin malların dəyəri; 3. Bu cür əmələ təqvim ili ərzində neçənci dəfə yol verilməsi. İşin hallarından görünür ki, vergi orqanı tərəfindən müəyyən edilmiş 3-cü halla bağlı tərəflər arasında mübahisə yoxdur. İddiada göstərilən əsas dəlil ondan ibarətdir ki, aşkar edilmiş malların vergi ödəyicisinə məxsus olub-olmaması və aşkar edilmiş malların dəyəri vergi orqanı tərəfindən düzgün müəyyən edilməsi mübahisəlidir. Vergi Məcəlləsinin: Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir. Maddə 16.1.3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 16.1.7. Qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməs Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; Maddə 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Maddə 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər Maddə 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yoxlamanın nəticələrinə dair yekun qərar qəbul edilən zaman bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmış, inzibati orqan tərəfindən inzibati icraat aparılan zaman “İnzibati icraat haqqında” Qanunun, Vergi Məcəlləsinin tələblərinə riayət edilmişdir, iddiaçının aşkar edilmiş malların "xxxx" MMC-yə məxsus olması barədə dəlilinə gəlincə qeyd edilməlidir ki, bu dəlil iddianın əsaslı sayılması qənaətinə gəlməyə əsas verə bilməz. Belə ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC arasında bağlanılmış müqavilə üzrə 580 manat aylıq haqqın ödənilməsi barədə heç bir qaimə -faktura təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının təqdim etdiyi malların saxlama və konsiqnasiya müqavilələri üzrə həmin malların təhvil alınmasını təsdiq edən hər hansı sənəd də cavabdeh inzibati orqana təqdim edilməmişdir. Həmçinin məhkəmə icraatı zamanı iddiaçı tərəfindən yuxarıda göstərilən halları təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, həmin müqavilələr vergidən yayınma məqsədilə formal olaraq bağlanılmışdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar