Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6947/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı onun güzəştli şərtlərlə taşa görə pensiya hüuqunun xx.xx.2019-cu il taixdən tanınaraq təyin edilməsi, eləcə də, müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin ediməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmişdir. Lakin, ona yaşa görə 57 yaşdan əmək pensiyası təyin edilməli idi. Ona görə də, o, yenidən xx.xx.2022-ci il tarxdə güzəştli şərtlərlə 57 yaşdan əmək pensiya təyin ediməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və müraciətindən imtina edilmişdir. İmtinaya əsas kimi bildirilmişdir ki, Mərkəz Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixədək ümumi stajı 25 ildən az (23 il 11 ay (xx.xx.1980-xx-xx.1983-cü il və xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona 60 yaşının tamam olduğu tarixdən təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşınızın tamam olduğu tarixdən yenidən hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Qeyd etmək istəyir ki, o, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. xx.xx.1979-cu il tarixdə Bakı Dəniz məktəbinə 1-ci klas motorist ixtisası üzrə kursant qəbul edilmiş və xx.xx.1980-cı il tarixdə məktəbi bitirdikdən sonra təhsilinin davamı üçün Bakı Dənizçilik məktəbinə təyinatlanmışdır. (1 il) xx.xx.1980-xx.xx.1983-cü illərdə Bakı Dənizçilik Məktəbində təhsil almışıdr (3 il 3 ay 25 gün). Məktəbi bitirməsinə baxmayaraq, hərbi xidmətinin tamamlanmadığı üçün 04 aprel 1984-cü il tarixədək, yəni SSRİ müdafiə nazirinin 66 saylı əmiri ilə kiçik leytnant hərbi verilədək hərbi xidmətçi kimi təlimlərə cəlb olunmuşdur. (xx.xx.1983-xx.xx.1984-cü dövrlər - 1 ay xidmət dövrü) xx.xx.1984-cü il tarixdə Bakı dənizçilik məktəbini bitirdikdən sonra nəqliyyat donanmasının gəmilərinə matros vəzifəsinə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixdə rəhbər heyətə daxil edilmiş və nəqliyyat donanması gəmilərində kapitanın 3-cü köməkçisi təyin edilmişdir. xx.xx.1991-ci il tarixdə Nəqliyyat donanması gəmilərində kapitanın 2-ci köməkçisi təyin edilmişdir. xx.xx.1996-cı il tarixdə kapitanın 3-cü köməkçisi təyin edilmişdir. xx.xx.1997-ci tarixdə Kaspmorputa köçürməklə işdən azad edilmişdir (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 31-ci maddəsinə əsasən). xx.xx.1997-ci il tarixdə Xəzər dəniz yolları “Ştorm” gəmisinə kapitanın növ. köməkçisi, növ.mexaniki vəzifəsinə təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə “Müh.B.Məmmədov gəmisinə kapitanın İİİ köməkçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1999-cu il tarixdə Narva" gəmisinə bağ. Kapitanın böyük köməkçisi vəsifəsinə təyin edilmiş və xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir (20 il 7 ay 05 gün). Beləliklə, onun ümumi iş stajı 25 il və xüsusi stajı isə 20 il 07 ay 03 gündür. Cavabdeh isə xx.xx.1979-xx.xx.1980-ci illər arasındakı (1 il) dövrü, eləcə də, Bakı Dənizçilik Məktəbində təhsil almaqla bərabər hərbi xidmət keçdiyi üçün hərbi rütbəsinin alındığı tarixədək hərbi kafedrada təlimlərə cəlb olunduğu müddətin 1 ayı nəzərə alınmamışdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12,6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli. 358-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 57 yaş müəyyən edilmişdir. Qeyd edir ki, onun çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda XXYİİİ bölməsinin 3-cü bəndinin 23003000 koduna əsasən Dəniz və su donanması, 1-ci yarımbəndində 23003010 koduna uyğun üzən heyət göstərilmişdir. Onun 1979-2004 illərdə işlədiyi zaman həm ümumi, həm də xüsusi iş stajı olduğu üçün Güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ xx.xx.2006-cı il tarixədək qüvvədə olan Əmək pensiyaları haqqında Qanunla nizama salınmalıdır. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın Dəniz və su donanması böləməsindəki 23003000 koduna və 23003010 koduna uyğun peşələrində işləməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd etmək istəyir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşı bitən gündən yəni xx.xx.2019-cu il tarixdən yaranmışdır. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə təyin edilməsində hər hansı bir mane yoxdur. Belə ki, onun pensiya almaq hüququ xx.xx.2006cı il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunla nizama salınmalı olduğu üçün cavabdeh ona ünvanladığı imtina məktubunda imtina üçün səbəb gətirilən şərtlərin ona heç bir aidiyyatı yoxdur. Eləcə də, onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ 57 yaşının tamam olduğu gündən yəni, xx.xx.2019-cu il tarixdən yarandığı üçün qanunvericiluyə əsasən ona pensiya həmin tarixdən verilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya xx.xx.2022-ci il tarixdən yəni 60 yasdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (23 il 11 ay (xx.xx.1980-xx.xx.1983-cü il və xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək işlədiyi dövrlərin sığorta stajına əlavə edilməsini tələb edir. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının Bakı dənizçilik məktəbində təhsil aldığı dövrlərin qanunvericiliyin tələbləri baxımından sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Belə ki, iddiaçı əyani təhsil alması ilə bağlı arayışı cavabdeh orqana təqdim etməmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilərək sosial sığorta stajına hesablanır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən, ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əmək pensiyasının təyin edilməsi zamanı sosial sığorta stajı kimi nəzərə alınır. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 08192562 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X3 xx.xx.1957-ci il təvəllüdlüdür.
8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən İddiaçı xx.xx.1962-ci il təvəllüldüdür.
9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2032-cü il tarixli **********4 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesbalanmasının mümkün olmaması haqqında” məktuba əsasən, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 11 ay (xx.xx.1980-xx.xx.1983-cü il və xx.xx.1984-xx.xx.2004-cü il tarixləri) arasındakı dövrlər)) təşkil etdiyindən ona 60 yaşının tamam olduğu tarixdən təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınn 57 yaşının tamam olduğu tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
10. İddiaçının adına 12 aprel 1980-ci il tarixdə açılmış ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1979-xx.xx.1980-ci illərdə Bakı Dəniz Məktəbinin 1-ci klas motorist ixtisası üzrə kursant qəbul edilərək, təhsil almışdır.
11. 10 avqust 1980-ci il tarixdə verilmiş 18 nömrəli attestata əsasən İddiaçı xx.xx.1979-xx.xx.1980-ci illərdə Bakı Dəniz Məktəbinin 1-ci klas motorist ixtisası üzrə təhsil almışdır.
12. “Azərbaycan X9” QSC X4 tərəfindən verilmiş AMxx/xx-1150 nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən Azərbaycan Dövlət X9nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək motorçu, kapitanın 3-cü, 2-ci köməkçisi, XDYİ-də kapitanın növbə köməkçisi növbə mexanik, baq.- kapitanın 3-cü və böyük köməkçisi vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 20 il 07 ay 03 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b"yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 N-li Qərarına əsasən X9 Azərbaycan Dövlət X9 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X9nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə "Azərbaycan X9" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir.
13. 26 dekabr 1983-cü il tarixdə verilmiş 2788 qeydiyyat nömrəli, ET 080415 nömrəli diploma əsasən 1980-1983-cü illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində təhsil almışdır.
14. “Azərbaycan X9” QSC Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ tərəfindən verilmiş 14 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən 1980-1983-cü illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində əyani formada təhsil almışdır.
15. ВЦ seriyalı 057454 nömrəli hərbi biletə əsasən İddiaçı 66 nömrəli 04 aprel 1984-cü il tarixli əmrlə kiçik leytenant hərbi rütbəsi verilmişdir.
16. İddiaçının adına xx.xx.1984-cü il tarixdə açılmış ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2017-ci il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına “Qobustan” gəmisinə kapitan vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-c il tarixdə “Pəhləvan” gəmisinə baş köməkçi vəzifəsinə keçirilmiş,xx.xx.2017ci il tarixdə “CMS-Şatı” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə “Araz” sərnişin gəmisinə kapitan vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə “Gülüstan” sərnişin gəmisinə kapitan vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə iddiaçının ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2020-ci il tarixdə “X6 B.V.Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına “Gülüstan” gəmisinə kapitan vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə “Qız qalası” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə “Gülüstan” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, halhazırda “X6 B.V.Şirkəti”ndə kapitan vəzifəsində işləməkdədir.
17. Əminə Fərəcova, Atdıxan Ağayev, Xanım Ağayeva, Səfərova Aidə, Tutuxanım Almazova tərəfindən tərtib edilmiş akta əsasən Mənzil İstismar İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı 2005-ci il yanvar ayının 1-dən uzun müddətdə atası Şahlar Əkbər xəstə oluğu üçün ona 8 ay fasiləsiz olaraq (işdən ayrılmaqla) qulluq etmişdir. Sabirin anası illər əvvəl ölmüş, ata onun himayəsində olmuşdur. Sabirin arvadı T.İsmayılova müəllim işlədiyi üçün işdən ayrıla bilməmişdir. Sabirin atası sağlamlığına qovuşana qədər ona qulluq etmişdir. Atası 1991-ci ildən məcburi köçkün olaraq Bakıda məskunlaşmışdır. Hal-hazırda yaşayır, qismən sağlamlığına qovuşmuşdur. Akta Mənzil İstismar İdarəsinin nümayəndəsi şəklində göstərilmiş şəxsin həqiqətən həmin orqanın əməkdaşı olması iş materiallarında olan sənədlərlə müəyyən edilə bilməmiş, akt səlahiyyətli orqanın möhürü tərəfindən təsdiq edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
24. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
25. Hazırki işin hallarından göründüyü kimi, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının 57 yaşından təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir.
26. İddiaçı hazırda onun xx.xx.1979-cu il tarixən xx.xx.1980-ci il tarixədək Bakı Dəniz Məktəbində kursant kimi 1-ci klas motorist ixtisası üzrə aldığı təhsil müddətinin, eləcə də, Bakı Dənizçilik Məktəbində təhsil almaqla bərabər hərbi xidmət keçdiyi üçün hərbi rütbəsinin alındığı tarixədək hərbi kafedrada təlimlərə cəlb olunduğu, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək olan 1 aylıq dövrlərin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşından təyin edilməklə pensiyasının yenidən hesablanmasını və ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş edir.
27. Cavabdehin sözügedən mübahisə ilə bağlı dəlili isə ondan ibarətdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 11 ay (xx.xx.1980-xx.xx.1983-cü il və xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının Bakı Dənizçilik Məktəbində təhsil aldığı xx.xx.1979-xx.xx.1980-ci illər qanunvericiliyin tələbləri baxımından sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Belə ki, iddiaçı əyani təhsil alması ilə bağlı arayışı cavabdeh orqana təqdim etməmişdir.
28. Beləliklə, məhkəmə mübahisənin predmetini iddiaçıya 57 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi iş stajının olub-olmaması təşkil edir.
29. Məhkəmə işin yuxarıda qeyd edilən halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
31. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur.
32. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
33. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır.
34. Həmin artırılma nəzərə alındıqda iddiaçı 57 yaşına çatdıqda və xx.xx.2006-cı il tarixədək azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik ola bilər.
35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 23 il 11 ay (xx.xx.1980-xx.xx.1983-cü il və xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. 36 İddiaçı Bakı Dəniz Məktəbində kursant kimi 1-ci klas motorist ixtisası üzrə təhsil aldığı 1 il (xx.xx.1979-xx.xx.1980) müddətin və hərbi xidmətçi kimi təlimlərə cəlb edildiyi 1 ay (xx.xx.1983-xx.xx.1984) müddətin onun iş stajına daxil edilməklə 25 il iş stajının tamamlanmasına istinad etsə də, iş materiallarında olan Bakı Dəniz Məktəbi tərəfindən verilmiş 10 avqust 1980-ci il tarixli 18 nömrəli attestatdan müəyyən edilir ki, iddiaçının həmin məktəbdə təhsil müddəti xx.xx.1979-xx.xx.1980-ci illər deyil, xx.xx.1979xx.xx.1980-ci illər təşkil etməklə həmin məktəbdə təhsil müddəti ümumilikdə 11 ay 9 gün təşkil edir.
37. Eləcə də, iş materiallarında olan sənədlərdən iddiaçının Bakı Dəniz Yolları məktəbini xx.xx.1983-cü il tarixdə bitirməsi və xx.xx.1984-cü il tarixdən Azərbaycan Dövlət X9nin üzücü heyətinin nəqliyyat donanmasına işə qəbul edilməsi müəyyən edilmiş, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi təlimə cəlb edilməsi barədə hər hansı bir sübut aşkar edilməmişdir. Hətta, həmin sübut aşkar edilsə idi belə, iddiaçının yenə də, ümumi iş stajı 25 ilə tamamlana bilməzdi. Belə ki, iddiaçının Bakı Dəniz Məktəbindəki xx.xx.1979-xx.xx.1980-ci illər üzrə təhsil müddəti – 11 ay 9 günün, 1 ay 1 günlük təlim müddəti ilə toplanması nəticəsində, onun 1 il 10 günlük iş stajı əmələ gələrdi ki, bu da, iddiaçının xx.xx.2006-cı il tarixədək cavabdeh tərəfindən mübahisələndirilməyən 23 il 11 ay iş stajı ilə toplandıqda, cəmi 24 il 11 ay 10 gün olmaqla, yenə də, 25 ildən az iş stajı təşkil edərdi.
38. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarına iddiaçı tərəfindən xəstə atasına qulluq etməsi barədə fiziki şəxslərin iştirakı ilə tərtib edilmiş akt əlavə edilmişdir ki, sözügedən aktda göstərilənlərin doğruluğu qanunvericilikdə göstərilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmədiyindən, mötəbər qiymətləndirilməmişdir.
39. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olması zəruri olsa da, xx.xx.2006-cı il tarixədək onun 25 il ümumi iş stajı mövcud deyildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
40. Məhkəmə iddiaçının sonuncu tələbi olan əvvəlki illər üzrə pensiya məbləğinin ona ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırki tələbinin hüquqi müqəddəratı əvvəlki iddia tələbi ilə əlaqədar olduğundan, həmin tələbə isə işin yuxarıda sadalanan halları ilə baxılaraq hüquqi qiymət verilərək əsassız hesab edildiyindən, hazırki tələb də, müzakirə edilmədən əsassız hesab edilməklə təmin edilməməlidir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva