Məhkəmə qərarları › İş №2-1(112)-6949/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6949/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6949/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu X1rşı torpaq sahəsinin istifadəsində saxlanılması və ona üstün alıcılıq hüququnun verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu X1rşı Bakı şəhəri, Suraxanı rayonu X3 243 nömrəli, 19 aprel 2021-ci il tarixli, 190512XYSWTP kodu ilə qeydiyyatdan keçmiş, X2 15 noyabr 2019-cu il tarixdə torpağa vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə əsasən, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 200 kv.m torpaq sahəsinin istifadəsində saxlanılması və həmin torpaq sahəsinin gələcəkdə özgəninkiləşdirilməsi vaxtı ona üstün alıcılıq hüququ verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq iclası 14.09.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. ünvan 3 torpaq sahəsini 15 ildən artıqdır ki, abadlaşdırıb, daş hasara almışdır. Eyni zamanda, meyvə və hasar kənarı şam ağcları əkmişdir. Həmin torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonu X3 243 nömrəli, 19 aprel 2021- ci il tarixli arayışı ilə 190512XYSWTP kodu ilə qeydiyyatdan keçmişdir. Həmçinin, X2 15 noyabr 2019-cu il tarixdə torpağa şəhadətnamə almışdır. Alınmış şəhadətnaməyə əsasən, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 200 kv.m torpaq sahəsinə vaxtı-vaxtında torpaq vergisini ödəyir. Bu barədə müvafiq qəbzləri vardır. 16 aprel 2020-ci il tarixdə "xxxx" ASC ilə 42869645 nömrəli müqavilə bağlayaraq, həmin torpaq sahəsinə içməli su xətti çəkdirmişdir. Eyni zamanda “Asan xidmət” vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 200 kv.m torpaq sahəsinə elektrik enerji xətti çəkdirərək, "xxxx" ASC-nin abonent ödəyicisidir. 18 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu X5 ərizə ilə müraciət edərək, 15 ildən artıq zaman ərzində onun istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 200 kv.m torpaq sahəsinin adına rəsmiləşdirilməsinə köməklik göstərilməsi barədə xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayonu X3 37 nömrəli, 19 may 2021-ci il tarixli məktubunda, ünvanladığı müraciət araşdırılmış və müraciətinə cavab olaraq, X3 mülkiyyətində torpaq fondunun olmaması səbəbindən, eləcə də, bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-QD saylı Qanununun qüvvəyə minməsi ilə əlaqədar, 01.11.2007-ci il tarixindən X4 fərdi yaşayış və digər məqsədlər üçün torpaq sahəsinin ayrılması, eləcə də sənədləşmə işləri aparılmır. Eyni zamanda, Azərbayan Respublikasının Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq Bakı şəhərinin ərazisində bələdiyyələrin müraciəti əsasında torpaq sahəsinin ayrılma məqsədinə, mövcud texniki normalara habelə yerquruluşu və şəhərsalma, ərazu planlaşdırılması sənədlərinə uyğunluğu baxımından yerli icra hakimiyyəti orqanları tərəfindən rəy verilməsi 2017-ci ilin yanvarın 1-dən müvəqqəti dayandırıldığı əsas götürərək, torpaq sahəsinin ayrılması eləcə də sənədləşmə işinin aparılması X3 səlahiyyətləri imkanları xaricində olduğu bildirilmişdir. Öz iddiasının hüquqi əsasları ilə əlaqədar isə bildirmək istəyir ki, qeyd edilən, onun tərəfindən daş hasara alınmış torpaq sahəsinə, mülkiyyət hüququ olmasa da, tikintiyə istifadə edilmiş tikinti materiallarına onun əmlak hüquqları vardır. Yəni, o, qeyd edilən torpaq sahəsi üzərində öz vəsaiti hesabına aldığı materiallarla özü üçün torpaq sahəsini hasara alıb, torpağın kommunal şəraiti üçün ünvana öz adına Bakı şəhəri Suraxanı rayonu X3 243 nömrəli, 19 aprel 2021-ci il tarixli arayışı ilə 190512XYSWTP kodu ilə qeydiyyatdan keçirib, 15 noyabr 2019-cu il tarixdə torpağa şəhadətnamə, şəhadətnamə əsasında vergi ödənişini, su və elektirik xətti çəkdirərək, zəruri olan bütün kommunal şəraiti yaratmışdır. Bir sözlə, qeyd edilən torpaq sahəsinə dair onun mülkiyyət hüququnun olmaması, onun həmin torpaq sahəsinin qanuni istifadəsinə verilməsi üçün məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Çünki, qeyd edilən torpaq sahəsi üçün mütəmadi olaraq torpaq vergisi ödəmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 200 kv.m torpaq sahəsinin Yeni Suraxanı qəsəbə Bələdiyyəsinin mülkiyyətində olduğuna və 15 ildən artıq həmin torpaq sahəsindən fasiləsiz istifadə etdyinə görə Bələdiyyəyə torpaq vergisi ödəmiş və bu vaxta qədər Bələdiyyə bir mülkiyyətçi kimi onun həmin torpaq sahəsindən istifadə etməyinə öz etirazını bildirməmişdir. Onun bələdiyyə mülkiyyətinin istifadəçisi kimi, həmin əmlakdan istifadə hüququ da, əmlak hüququ sayılır və qanunvericiliyin tələbinə görə o, öz əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edə bilər. Yəni, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır və onun bu subyektiv hüququ, qeyd edilən torpaq sahəsindən istifadə etməsi üçün rəsmi vergi ödəməsi ilə yaranmışdır. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhəkmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, iddiaçı istifadəsində olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən 200 kv.m torpaq sahəsinin adına sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, X3 mülkiyyətində torpaq fondunun olmaması səbəbindən, eləcə də, bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişiklilər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci iltarixli, 466-QD saylı Qanununun qüvvəyə minməsi ilə əlaqədar 01.11.2007-ci il tarixindən X4 fərdi yaşayış və digər məqsədlər üçün torpaq sahəsinin ayrılması, eləcə də, sənədləşmə işləri aparılmır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq Bakı şəhərinin ərazisində bələdiyyələrin müraciəti əsasında torpaq sahəsinin ayrılma məqsədinə, mövcud texniki normalara habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırması sənədlərinə uyğunluğu baxımından yerli icra hakimiyyəti orqanları tərəfindən rəy verilməsi 2017-ci il yanvarın 1-dən müvəqqəti dayandırılmışdır. Qeyd olunanlara əsasən, torpaq sahəsinin ayrılması, eləcə də, sənədləşmə işlərinin aparılması X3 səlahiyyətləri və imkanları xaricindədir. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, onun hazırki iddia tələbini irəli sürməkdə hüquqi marağı əslində torpaq sahəsinin onun adına sənədləşdirilməsidir. Torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyi aşağıdakılardan ibarətdir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri müqavilələr əsasında qurulur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi bələdiyyələr kollegial orqan kimi fiziki və hüquqi şəxslərlə əqdləri, o cümlədən torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələri bağlamaqda azaddırlar və onlar bu razılaşmaların əldə olunmasına, torpaq sahəsinin mülkiyyətə ayrılması məqsədilə müsabiqənin keçirilməsi üçün müəyyən hərəkətlərin edilməsinə məcbur edilə bilməzlər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Bundan başqa məhkəmə tərəfindən, iddiaçının əslində hazırki iddia tələbini irəli sürməkdə olan hüquqi marağından əlavə, iddia ərizəsinin tələb hissəsində göstərilən – mübahisəli torpaq sahəsinin istifadəsində saxlanılması və həmin torpaq sahəsinin gələcəkdə özgəninkiləşdirilməsi vaxtı üstün alıcılıq hüququnun təmin edilməsi – tələblərinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia tələblərinə aidliyi yoxlanılarkən, iddiaçının tələblərinin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan, qanunververiciliyin yuxarıda qeyd edilən normasında nəzərdə tutulan iddia tələblərindən hər hansı birinə aidliyi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessul Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin olaraq iddiaçının tələblərinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia tələblərindən hərhansı birinə aidliyi müəyyən edilmədiyindən, eləcə də, hazırki iddia tələbi mahiyyət hesabı ilə bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar