Məhkəmə qərarları › İş №2-1(112)-695/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-695/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-695/2021 15.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçılar “Khairat al Manafie for General Trade and Public Transportation” LTD-nin və “X14 X15 and General Trading” Ltd-nin patent müvəkkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi əsibova Nailə Famil qızının, Üçüncü şəxs X9 FZE-nin patent müvəkkili Nümayəndə2 iştirakları ilə İddiaçılar “Khairat al Manafie for General Trade and Public Transportation” LTD və “X14 X15 and General Trading” Ltd-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs X9 FZE olmaqla) Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının qərarının ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar “Khairat al Manafie for General Trade and Public Transportation” LTD və “X14 X15 and General Trading” Ltd cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs X9 FZE olmaqla) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının A23-7, 22 oktyabr 2019-cu il tarixli Qərarının ləğv edilməsi, X9 FZE hüquqi şəxsinə məxsus 2011 0470 qeydiyyat nömrəli əmtəə nişanının 34-cü sinif əmtəələri üzrə qeydiyyatına qarşı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Khairat al Manafie for General Trade and Pub “BUSİNESS ROYALS” əmtəə nişanının 34-cü sinif “Siqaretlər” əmtəələri üzrə qeydiyyatında maraqlı şəxs kimi, X9 FZE hüquqi şəxsinə məxsus 2011 0470 qeydiyyat nömrəli əmtəə nişanının 34-cü sinif əmtəələri üzrə qeydiyyatına qarşı Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində “qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda” nəzərdə tutulmuş əsaslarla verilmiş ərizə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A23-7 22 oktyabr 2019-cu il tarixli qərarı ilə təmin olunmamışdır. iddiaçı bildirir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A23-7 22 oktyabr 2019-cu il tarixli qərarı əsassız və qanunsuz olduğu üçün ləğv olunmalı iddia tələbi təmin olunmalıdır. Khairat al Manafie for General Trade and Public Transportation, Ltd Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə “BUSİNESS ROYALS” əmtəə nişanının 34-cü sinif “Siqaretlər" əmtəələri üzrə 2019 00459 saylı ərizə ilə qeydiyyata alınması üçün müraciət etmişdir. Sonradan müddətin buraxılmaması məqsədi ilə onun törəmə müəssisəsi olan İddiaçı2 şirkəti Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə “BUSİNESS ROYALS” əmtəə nişanının 34-cü sinif “Siqaretlər” əmtəələri üzrə 2020 00023 saylı ərizə ilə qeydiyyata alınması üçün müraciət etmişdir. “iddiaçı” tərəfindən verilmiş iddianın əsasını X9 FZE, Warehouse No. FZS1BB04, P.O. Box 261031, Jebel Ali X4 (AE)- tərəfindən 04.05.2011-ci il tarixdə 2011 0470 nömrə ilə (Ərizə 2007 0302, İkinlik 16.03.2007-ci il) ƏXBT-nin 34-cü sinif əmtəələri (tütün məmulatlarının çəkilməsi üçün ləvazimat; kibrit; siqaretlər; siqarillalar; siqarlar; tütün məmulatları üçün alışqanlar; iyləmək üçün tütün; tənbəki qəyanları; tənbəki kisələri; çeynəmək üçün tütün; siqaret kağızı; siqaret filtrləri) üzrə qeydiyyata alınmış“ BUSİNESS ROYALS+ təsvir” əmtəə nişanından istifadə etməməsidir. Qeyd etmək lazımdır ki, həmin nişan “526) Əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyildirlər”- göstərilməklə qeydiyyata alınmışdır. Həmin nişanda “BUSİNESS ROYALS” ifadəsi mühafizə olunmayan elementdir. BUSİNESS ROYALS+təsvir” əmtəə nişanının 2011 0470 saylı qeydiyyatına xitam verildiyi təqdirdə, İddiaçı2 adına “BUSİNESS ROYALS” əmtəə nişanının 34-cü sinif “Siqaretlər" əmtəələri üzrə 2020 00023 saylı ərizə ilə qeydiyyata alınması bağlı maneəəsas aradan qalxmış olur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, aşağıdakılar əmtəə nişanının istifadəsi hesab edilir: “Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalanan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə 5lər.” “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin birinci, dördüncü və beşinci hissələrinə əsasən: Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər. Qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər. Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür. "Cavabdeh” “Qanunun" tələblərini xronoloji qaydada sadalamasına baxmayaraq öz qərarını həmin qanunun tələblərinə uyğun əsaslandırmamış, özünün həqiqətə uyğun olmayan formal mülahizələri ilə əsaslandırmağa çalışmış, düzgün qiymət verməmişdir. Qeyd etmək lazımdır ki, “İddiaçı”lar sübut kimi, hal-hazırda mənşə ölkəsi olan İraqdakı riskli investisiya qoyuluşu vəziyyəti ilə əlaqədar olaraq, Azərbaycan Respublikasında investisiya qoymaqla “BUSİNESS ROYALS” əmtəə nişanlı siqaretləri "Emal edən" “X5" MMC ilə, sonradan siqaretləri mənşə ölkəsinə ixrac etmək məqsədi ilə bağlamış müqavilə təqdim edilmişdir. Qanunda istənilən şəxsin müvafiq ərizə ilə Apellyasiya şurasına müraciət etməsi qeyd edilsə də, Apellyasiya şurası qərəzli olaraq nədənsə Mülki Məcəllənin 16.1 -ci maddəsini "fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir” sitat gətirir, özünün həqiqətə olmayan formal mülahizələri əsasında “müqavilə özlüyündə mübahisələndirilən nişandan Azərbaycan Respublikası ərazisində istifadəyə hazırlıq kimi qiymətləndirilə bilməz” kimi, qiymətləndirmişdir. "Cavabdeh” hüquqi qiymət verərkən X9 FZE şirkətinin nümayəndəsi, patent müvəkkili Nümayəndə2 tərəfindən əmtəə nişanının istifadəsi ilə bağlı təqdim edilmiş aşağıdakı sənədlərə araşdırılarkən səhv qiymət vermiş, nəticədə səhv qərar vermişdir: Müəlliflik hüququnun təsdiqi barədə ********* nömrəli qeydiyyat şəhadətnaməsi: “BUSİNESS ROYALS” Siqaret qablaşdırma qabı 03 yanvar 2014-cü il tarixdə X3 Hüququ Xidmətində qeydiyyata alınmışdır və X9 FZE müəlliflik Hüququnun sahibi qismində qeydə alınmışdır. Bu qeydiyyatda müəlliflik hüququnun sübutu qismində qeydiyyatın qüvvədə olma müddətinin bitməsi tarixi 03 yanvar 2029-cu il tarixinə qədər qüvvədə olacaqdır. ” Müəlliflik hüququ şəhadətnaməsi- “BUSİNESS ROYALS” “Siqaret qablaşdırma gabı”na yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həlinə verilmişdir və həmin qabdan “qutunun" bədii-konstruktiv həlli Bern Konvensiyasına əsasən Azərbaycan Respublikası ərazisində də qorunur. İddianın predmeti isə “BUSİNESS ROYALS” söz birləşməsindən yaranmış ifadədir. İddiaçılar həmin qutuya heç bir hüquq əldə etmək istəmir, öz qutularının bədii-konstruktiv həllində istifadə etmək istəyindədir. X9 FZE tərəfindən təqdim edilmiş və müvafiq qayadada təsdiq edilmiş məktub (affidavit): Cavabdeh” hüquqi qiymət verərkən əsassız və qanunsuz olaraq X9 FZE tərəfindən təqdim edilmiş məktubu 2011 0470 qeydiyyat!ı “BUSİNESS ROYALS+təsviT’ əmtəə nişanından 34-cü sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində istifadə kimi qiymətləndirmişdir: Cavabdeh" hüquqi qiymət verərkən əsassız və qanunsuz olaraq “Müştərinin elit məhsul çeşidlərindən biri, 10 ildən artıqdır ki, siqaret və digər tütün məhsulları ilə müqayisədə müştərinin və onun törəmə şirkətlərinin daha çox, fasiləsiz və coğrafi baxımdan geniş istifadə etdiyi “BUSİNESS ROYALS" ticarət nişanıdır. Müştəri məhsul çeşidini və biznes fəaliyyətini çap, on layn və vizual media vasitələri ilə “BUSİNESS ROYALS" markası və əlaqəli ticarət nişanları altında geniş şəkildə bazara çıxarır” yalnız formal mülahizələrini Azərbaycan Respublikası ərazisində istifadə kimi qiymətləndirmişdir: “Cavabdeh” “Qanunun” tələblərinə uyğun əsaslandırmadan, özünün həqiqətə uyğun olmayan formal mülahizələri ilə əsaslandıraq səhv qiymət verərək göstərir: X3 Hüququ Xidmətində ********* nömrəli qeydiyyat şəhadətnamə ‘BUSİNESS ROYALS- Siqaret qablaşdırma qabına, (qutusuna) yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həlinə verilmişdir. “BUSİNESS ROYALS” sözlərindən ibarət ifadəyə yox. “Cavabdeh" -X9 FZE-ni -“BUSİNESS ROYALS” loqotipinin müəllif hüquqları kimi qanuni sahibidir” -səhv qiymət verir, nəticədə səhv qərar vermişdir: Cavabdeh” hüquqi qiymət verərkən əsassız və qanunsuz olaraq “X9 FZE keçmiş SSRİ ölkələhndə, o cümlədən Azərbaycan Respublikasında “BUSİNESS ROYALS” markası ilə markalanmış siqaretlərin istifadəsi və marketinqi ilə əlaqəli fəaliyyətini genişləndirmək niyyətin"i Azərbaycan Respublikası ərazisində istifadə kimi qiymətləndirmişdir. Cavabdeh" hüquqi qiymət verərkən əsassız və qanunsuz olaraq 2011 0470 nömrəli “BUSİNESS ROYALS” qeydiyyatı altında Azərbaycanda “BUSİNESS ROYALS” ticarət nişanına dair hüquqların qorunmasının əldə edilməsi və İndependent Tobacco FZE ilə Azərbaycan şirkəti “AzAQROSƏNAYE LTD” arasında distribyutorluq müqaviləsin"-i Azərbaycan Respublikası ərazisində istifadə kimi, qiymətləndirmişdir. Göründüyü kimi, X9 FZE tərəfindən təqdim edilmiş bu sənədlərdə 2011 0470 qeydiyyatlı “BUSİNESS ROYALS+təsvir” əmtəə nişanından 34-cü sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində istifadəsi ilə baqlı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulan hər hansı sübüt yoxdur. “Cavabdeh” hüquqi qiymət verərkən əsaslandırmadan qanunsuz olaraq göstərir: “Apelyasiya Şurası qeyd edir ki, qanunvericilik əmtəə nişanından istifadə edilmədiyi təqdirdə onun mütləq olaraq ləğvini nəzərdə tutmur. Şura nişandan istifadə edilməməsi ilə bağlı ərizəyə baxılan zaman hüquq sahibinin təqdim etdiyi dəlilləri araşdırmağı zəruri hesab edir”. “BUSİNESS ROYALS” qablaşdırması əmtəə nişanı 34-cü sinfin əmtəələri üzrə İndependent Tobacco FZE və onun törəmə şirkəti BR X6. adına dünyanın 86 ölkəsində qeydiyyatı mövcudluğu, və ya internet səhifəsinə görə “BUSİNESS ROYALS” qablaşdırmasının əmtəə nişanı kimi 34-cü sinfin əmtəələri üzrə İndependent Tobacco FZE və onun törəmə şirkəti BR X6. adına ən azı 40 qeydiyyatı mövcudluğunun barədə dəlillərin, mülahizələrin Azərbaycan Respublikası ərazisində istifadə kimi qiymətləndirilməsi qanuna ziddir. X9 FZE tərəfindən təqdim edilmiş bu sənədlərdə 2011 0470 qeydivvatlı “BUSİNESS ROYALS+təsvir” əmtəə nişanından 34-cü sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində istifadəsi sübut olmadığına baxmayaraq “Cavabdeh” ifrata varır, səlahiyyətlərindən kənara çıxır, qanunsuz olaraq “lddiaçı”ların "BUSİNESS ROYALS” sözlərindən ibarət əmtəə nişanını 34-cü sinif əmtəələri üzrə qüvvədə olan Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunu"-na müvafiq qeydiyyat istəyini "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris KonvensivasT’nın 10 bis maddəsinin tələbi baxımından “haqsız rəqabət" kimi qiymətləndirmişdir. “Cavabdeh” hüquqi qiymət verərkən əsaslandırmadan qanunsuz olaraq göstərir: Belə ki, X9 FZE tərəfindən tanıtdırılmış nişanın digər şəxs tərəfindən qeydiyyatı və istifadəsi özgənin nişanının şöhrətindən faydalanmaya, nəticədə haqsız rəqabətə gətirib çıxara bilər. X9 FZE tərəfindən təqdim edilmiş sənədlərdə 2011 0470 qeydivvatlı “BUSİNESS ROYALS+təsvir” əmtəə nişanını 34-cü sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində tanıtdırılması, şöhrəti-reklamı barədə və istifadəsi belə sübut olmadan belə qiymət verilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası “Haqsiz Rəqabət” haqqında qanuna əsasən: “haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri hesab edilir”. X9 FZE-nin Azərbaycan Respublikasında bazar subyekti kimi sahibkarlıq fəaliyyəti barədə heç bir sübut olmadığı halda “Cavabdeh"-in "iddiaçıların" qanuna müvafiq olaraq hərəkətini “haqsız rəqabət” kimi qiymət verilməsi əsassız və qanunsuzdur. Şərh olunanlara əsaslanaraq iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçılar İddiaçı1 və Al Minafie X15 and X13-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə, üçüncü şəxs X9 FTZ-nə qarşı “ 2019cu il 22 noyabr tarixli, A23-7 saylı qərarının ləğv olunması” barədə iddia ərizəsi ilə bağlı aşağıdakıları bildirirlər. Əmtəə nişanı X9 FZE, Warehouse No. FZS1BB04, PO. Box 261031, Jebel Ali X4 (AE) adına 04.05.2011-ci il tarixdə 2011 0470 nömrə ilə ƏXBT-nin 34-cü sinif əmtəələri (tütün; tütün məmulatlarının çəkilməsi üçün ləvazimat; kibrit; siqaretlər; siqarillalar; siqarlar; tütün məmulatları üçün alışqanlar; iyləmək üçün tütün; tənbəki qəyanları; tənbəki kisələri; çeynəmək üçün tütün; siqaret kağızı; siqaret filtrləri) üzrə qeydiyyata alınmışdır. Əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyekti deyildirlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Qanun”un 30-cu maddəsinə əsasən “Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apelyasiya şurası qeydiyyata xitam verə bilər”. Patent müvəkkili Nümayəndə1 15.03.2019-cu il tarixdə nişanının 34-cü sinif: "siqaretlər" əmtəələri üzrə qeydiyyata alınması üçün ərizə ilə müraciət etmiş və Qanunun 30-cu maddəsinə əsasən “ BUSİNESS ROYALS & device” əmtəə nişanının 34-cü sinif əmtəələri üzrə qeydiyyatının etibarsız sayılaraq ona xitam verilməsini Apelyasiya Şursından xahiş etmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, aşağıdakılar əmtəə nişanının istifadəsi hesab edilir: “Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır...” Qanunun 28-ci maddəsinə uyğun olaraq “Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər." Qanunvericilik əmtəə nişanından istifadə edilmədiyi təqdirdə onun mütləq olaraq ləğvini nəzərdə tutmur. Qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri, habelə nişandan digər şəkildə istifadə və ya istifadəyə hazırlıqla bağlı dəlillər nəzərə alına bilər. Müştəri məhsul çeşidini və biznes fəaliyyətini çap, onlayn və vizual media vasitələri ilə “BUSİNESS ROYALS" markası və əlaqəli ticarət nişanları altında geniş şəkildə bazara çıxarır. Eyni zamanda Cavabdeh ilə Azərbaycan şirkəti “AzAQROSƏNAYE LTD” arasında distribyutorluq müqaviləsi imzalanmışdır. “BUSİNESS ROYALS" Siqaret qablaşdırma qabı 03 yanvar 2014-cü il tarixdə X3 Hüququ Xidmətində qeydiyyata alınmış, ********* nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş və X9 FZE müəlliflik Hüququnun sahibi qismində qeydə alınmışdır. Bu qeydiyyatda müəlliflik hüququnun sübutu qismində qeydiyyatın qüvvədə olma müddətinin bitməsi tarixi 03 yanvar 2029-cu il tarixinə qədər qüvvədə olacaqdır. Müəlliflik hüququ Bern Konvensiyasına əsasən Azərbaycan Respublikası ərazisində də qorunur. Hüquqi şəxs İddiaçı1 adına həmin nişanın qeydiyyatı Azərbaycanın da qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 10 bis maddəsinin tələbi baxımından haqsız rəqabət hesab edilə bilər. Buna görə də, iddiaçıların “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinə istinadı əsassızıdır. Şərh edilənlərə əsasən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı, 28-ci və 30-cu maddələrini rəhbər tutaraq Apellyasiya şurası etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh, iddiaçılar İddiaçı1. və Al Minafie X15 and X13 tərəfindən verilmiş iddia ərizəsinə etiraz edərək və Apellyasiya şurasının qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazının əsası kimi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 26, 28, 30 maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Business Royals & device” əmtəə nişanı, mənşə ölkəsi X7 də daxil olmaqla, dünyanın 86 ölkəsində, X9 FZE kompaniyasının adına qeydiyyata alınmışdır. Göstərilənləri təsdiqləyən siyahı qoşma 1-də verilmişdir. Bu ölkələrin siyahısına Afrika, Şərqi və Qərbi Avropa, Asiya ölkələri, o cümlədən Azərbaycan da daxil olmaqla bütün postsovet ölkələri daxildir. X9 FZE kompaniyası yuxarıda sadalanmış bir sıra ölkələrdə “Business Royals” əmtəə nişanı ilə təchiz edilmiş siqaret istehsal edir və dünyanın əksər ölkələrində həmin siqaretləri satışa çıxarır. X9 FZE kompaniyası, “Business Royals” nişanının, əmtəə nişanı qismində mühafizə etməklə yanaşı, həmçinin bu nişanın təsvirini, müəlliflik hüquqları qismində mühafizə məqsədləri üçün İngiltərədə müəlliflik hüququnu təsdiq edən müvafiq müəlliflik şəhadətnamə almışdır. Belə bir müəlliflik hüququ, İngiltərə ilə yanaşı, həmçinin Azərbaycanda da mühafizə edilir, belə ki, həm İngiltərə həm də Azərbaycan, müəllif hüquqların mühafizə edən “Ədəbi və bədii əsərlərin mühafizəsi haqqında Bern Konvensiyasının üzvləridir. Beləliklə, “Business Royals” əmtəə nişanı X9 FZE kompaniyası tərəfindən həm əmtəə nişanı kimi, həm də müəlliflik hüququ kimi Azərbaycanda mühafizə edilir, bu da ona dəlalət edir ki, “Business Royals” nişanı Azərbaycanda ikiqat mühafizə hüququna malikdir. Qeyd edirlər ki, “Business Royals” əmtəə nişanının ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarına qarşı iddia ərizəsi Khairat al Manafie for General Trade and Public Transportation, Ltd şirkəti tərəfindən verilmişdir. Sonrakı mərhələdə isə əlavə olaraq iş üzrə iddiaçı kimi məhkəmə prosesinə Khairat al Manafie for General Trade and Public Transportation, Ltd şirkəti də qoşulmuşdur. Göstərilən şirkətin bu işdən xəbəri olmadan sonradan bu işə qoşulması və iddiaçı kimi çıxış etməsi sual doğurmalıdır. Belə ki, bu ikinci iddiaçının Azərbaycanla hər hansı bir əlaqəsi yoxdur və “Business Royals” əmtəə nişanının öz adına qeydiyyata alınması üçün Azərbaycanda ərizə verməmişdir. İddiaçı qismində çıxış edən şirkətlərin adına hər hansı birinin dünyanın heç bir ölkəsində “Business Royals” əmtəə nişanı qeydiyyata alınmayıb, iddaçılardan birinin öz adına Azərbaycanda “Business Royals” əmtəə nişanının qeydiyyata alınması cəhdi təbii olaraq sual doğurur. Hansı səbəblərdən iddiaçı, Khairat al Manafie for General Trade and Public Transportation, Ltd şirkəti “Business Royals” nişanını öz, fəaliyyətdə olan bir məşhur və tanınmış şirkətin adından çıxarıb, öz adına İraqda deyil, məhz Azərbaycanda öz adına qeydiyyata aldırmağa cəhd göstərir. Azərbaycanda qeydiyyata alınmış və qüvvədə olan “Business Royals” nişanının ləğv edib, yəni “Business Royals” nişanının öz adına qeydiyyata aldırması üçün iddiaçı tərəfindən Azərbaycan Patent İdarəsinə ərizə verilməsi qüvvədə olan “Business Royals” nişanının ləğv edilməsi üçün hüququ əsas ola bilməz, iddiaçı bununla bağlı atdığı addımı hüququ cəhətdən əsaslandırmalıdır və açıqlamalıdır ki, bütün dünya ölkələrində, o cümlədən Azərbaycanda cavabdehə məxsus olan “Business Royals” nişanı Azərbaycanda hansı hüquqi əsaslarla ləğv edilməlidir və bu nişana aidiyyəti olmayan, naməlum olmayan digər bir şirkətin adına Azərbaycanda qeydiyyata alınmalıdır. “Business Royals” nişanının sahibi X9 FZE kompaniyası bu nişanının işlənib hazırlanması, qanunvericiliyin qadağa qoymadığı ölkələrdə, onun reklamı, kəskin rəqabət bazarı olan, siqaret bazarına yeridilməsi, bu qəbildən olan digər işlərin həyata keçirilməsi və bu brendin məşhur bir brendə çevrilməsi üçün uzun müddət vaxt sərf etmişdir və böyük məbləğdə maddi vəsait xərcləmişdir. “Business Royals” nişanının Azərbaycanda digər bir yeni iddiaçının adına qeydiyyata alına bilməsi mümkünlüyü, gülünc bir vəziyyətə gətirib çıxara bilər, yəni o vəziyyət alına bilər ki, Azərbaycanı əhatə edən bütün postsovet ölkələrində və dünyanın əksər ölkələrində “Business Royals” nişanı onun qanuni sahibi X9 FZE kompaniyasının adındadır. İddiaçı, Khairat al Manafie for General Trade and Public Transportation, Ltd şirkəti “Business Royals” nişanının, onun qanuni sahibinin əlindən alınması və öz adına qeydiyyata aldırması cəhdi, Azərbaycan Respublikasının üzv olduğu “Sənaye Mülkiyyətinin Mühafizəsi haqqında Paris Konvensiyasfnm 10 bis Maddəsinin və Azərbaycan Respublikasının “Haqsız rəqabət haqqında” qanunun müddəalarına uyğun olaraq haqsız rəqabət hərəkəti kimi qiymətləndirilməlidir. Belə ki, göstərilən Konvensiyanın müddəalarına uyğun olaraq “müəssissə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur." Bu ona dəlalət edir ki, iddiaçı, cavabdehin uzun illər ərzində qazandığı işgüzar nüfuzdan və “Business Royals” nişanının dünyada istifadə nəticəsində əldə etdiyi şöhrətindən, heç bir maddi vəsait sərf etmədən, qanunsuz olaraq faydalanmağa cəhd göstərir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş edir. İkinci məsələ “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə və Apellyasiya Şurası haqqında Əsasnaməyə uyğun olaraq, Apellyasiya Şurasının qərarının alındığı tarixdən 3 (üç) ay ərzində bu qərardan məhkəməyə şikayət verilə bilər. Qeyd edir ki, Apellyasiya Şurasının bu iş üzrə No.A23-7, qərarı 22 noyabr 2019-cu tarixdə qüvvəyə minmişdir. Göstərilən qərardan məhkəməyə şikayət verilmə müddəti 12 fevral 2020-ci il tarixində başa çatmışdır. Lakin iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi tarixi 17 fevral 2020-ci il göstərilmişdir, yəni qanunvericiliklə müəyyən edilmiş müddət pozulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, hazırkı işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. - X10 FZE-yə məxsus «BUSİNESS ROYALS» əmtəə nişanı 04.05.2011-ci il tarixdə 34-cü sinfin əmtəələri, o cümlədən tütün; tütün məmulatlarının çəkilməsi üçün ləvazimat; kibrit; siqaretlər; siqarillalar, siqarlar, tütün məmulatları üçün alışqanlar; iyləmək üçün tütün; tənbəki qəlynları; tənbəki kisələri; çeynəmək üçün tütün, siqaret kağızı; siqaret filrtrləri üzrə və xidmətləri üzrə X10 FZE-nin adına Azərbaycan Respublikasında 20110470 saylı beynəlxalq qaydada qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlk tarixi 16.03.2007ci ildir. - «BUSİNESS ROYALS» siqaret qablaşdırma qabı 03 yanvar 2014-cü il tarixdə BK Müəlliflik Hüququ Bürosunda qeydiyyata alınmışdır və X10 FZE müəlliflik hüququnun sahibi qismində Reyestrə daxil edilmişdir, 03 yanvar 2029-cu il tarixədək qüvvədə olacaqdır. Şəhadətnaməyə qoşulan Məlumat Vərəqində qeyd olunan sənədin depozitə qəbul edilmiş hər bir əsərin qeydiyyat tarixini, verilmiş qeydiyyat nömrəsini ********* və «BUSİNESS ROYALS» siqaret qablaşdırma qabı adını əks etdirdiyi, ilk dəfə müəlliflik hüququ sahibi qismində 03 yanvar 2014-cü il tarixdə X10 FZE-nin qeydiyyata alındığı qeyd olunmuşdur. - “İndependent Tobacco FZE" ilə “AzAQROSƏNAYE LTD" arasında 7 bənddən ibarət 09 yanvar 2017-ci il tarixli distribütorluq müqaviləsi bağlanmışdır. -X10 FZE-nin TM-3947 saylı 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil olunmaqla tərcümə edilən və notarial qaydada təsdiq edilən təsdiq məktubunun (Affidavit) surətinin mətnində qeyd olunmuşdur ki, aşağıda imza edənlər, "İndependent Tobacco FZE"-nin səlahiyyətli nümayəndələri, təsdiq edirlər ki, “İndependent Tobacco FZE” X2 qeydiyyatdan keçmiş bir şirkətdir. Müştəri və onun törəmə şirkəti, X1 beynəlxalq şirkət olaraq qeydiyyata "BR X6", siqaret istehsalı, marketinqi və satışı ilə məşğul olurlar. Daha dəqiq, müştəri biznesin istehsal qoludur, "BR X6" isə Avropa və bir sıra digər ölkələrdə "BUSİNESS ROYALS" markasına aid əqli mülkiyyət hüquqlarının sahibidir. Dünyanın qalan hissəsində ticarət nişanına dair hüquqlar müştəriyə, "İndependent Tobacco FZE"yə məxsusdur". Müştərinin fəaliyyəti və sənaye təcrübəsi bütün sahələri tütünün emalı və qarışığından tutulmuş" istehsal proseslərinin bütün mərhələlərini, və bütün dünyada satış, marketinq və distribusiyanı əhatə edir. Aşağıda verilmiş daha ətraflı məlumata əsasən, müştəri tütün sənayesində nüfuzlu ad qazanmışdır və filialları və törəmə şirkətləri ilə birlikdə dünya səviyyəsində tütün məhsulları istehsalı biznesini idarə edir. Mütəri siqaret istehsalında onilliklər ərzində əldə olunan dəyərli təcrübəyə malikdir və eyni zamanda dünyada məşhur siqaret markalarının əsas istehsal mənbəyidir. Müştərinin törəmə şirkəti olan "İndependent Tobacco FZE"-nin İSO 9001: 2008 standartı üzrə akkreditə edilmiş müəssisə olduğunu təsdiqləyən sertifikat əlavə olunur. Bu o deməkdir ki, müştəri tərəfindən keyfiyyətə ciddi zəzarət olunur. Müştərinin elit məhsul çeşidlərindən biri, 10 ildən artıqdır ki, siqaret və digər tütün məhsulları ilə müqayisədə müştərinin və onun törəmə şirkətlərinin daha çox, fasiləsiz və coğrafi baxımdan geniş istifadə etdiyi "BUSİNESS ROYALS" ticarət nişanıdır. Buradakı əlavə, "BUSİNESS ROYALS" dizaynına aid müəllif hüququnun 2002-ci ildə müştəri şirkətinin sahibi tərəfindən hazırlandığını göstərən Böyük Britaniyanın müəllif hüquqlarının qeydiyyat sertifikatıdır. Belə uzun müddət və geniş istifadə edildiyi üçün "BUSİNESS ROYALS" markası və ticarət nişanı bu gün həm tanınmış ticarət nişanıdır, həm də pərakəndə şatıcılar və istehlakçılar tərəfindən keyfiyyətli tütün məhsullarının rəmzi hesab olunur, və dünya bazarında müştərinin xeyrinə əhəmiyyətli nüfuz qazanmışdır. Müştəri və onun törəmə şirkətləri tütün sənayesində tanınmış marka adı qazanmış dünyanın 100-dən çox ölkəsində qeydiyyata alınmış "BUSİNESS ROYALS" ticarət nişanının və "BUSİNESS ROYALS" törəmə markalarının qanuni və vicdanlı sahibidir. Müştəri məhsul çeşidini və biznes fəaliyyətini çap, onlayn və vizual media vasitələri ilə "BUSİNESS ROYALS" markası və əlaqəli ticarət nişanları altında geniş şəkildə bazara çıxarır. Müştəri "BUSİNESS ROYALS" loqotipinin həm ticarət markası kimi, həm də müəllif hüquqları kimi qanuni sahibidir. Müəllif hüquqları bir neçə il əvvəl İngiltərədə qeydiyyata alınmışdır, bu əlavə edilmiş sertifikatla sübut edilə bilər. Müştəri “BUSİNESS ROYALS" brendinin tanıtımı və marketinqinə böyük diqqət ayırır və bunun üçün “BUSİNESS ROYALS" ticarət nişanları olan reklam məhsullarının buraxılması kimi bir neçə inovativ üsullar tətbiq etmişdir. "BUSİNESS ROYALS" ticarət nişanlarını özündə cəmləşdirən saatlar, reklam etiketləri, çantalar, kepkalar və fincanlar kimi müxtəlif tanıtım materiallarının fotoşəkilləri əlavə olunur. Müştəri, "BUSİNESS ROYALS" ticarət markası altında malların tanıtımı və məhsullarına yeni müştərilərin və distribütorların tapılması üçün xüsusi sənaye yarmarkalarında iştirak edir. Dünya üzrə bir çox ölkələrdə qeydiyyata alınması, uzun müddətli istifadəsi, marketinqi və tanıdılması səbəbindən "BUSİNESS ROYALS" ticarət nişanları bazarda böyük nüfuz qazanmışdır və müstəsna olaraq müştəri və dünya üzrə tanınmış biznesi ilə əlaqələndirilməyə və tanınmağa başlamışdır. Müştəri bu ticarət nişanlarına qanuni və mülkiyyət hüquqlarını daima qorumuş və hər zaman qoruyur. Sözsüz ki, "BUSİNESS ROYALS" ticarət nişanları müştərinin biznesi üçün və alıcı kütlələri arasında qazandığı əlçatmaz nüfuzu üçün və bazarda qurduğu və yığdığı marka kapitalı dəyərli bir mülkdür. Müşəri və törəmə şirkətləri adına olan 34-cü Sinifə aid "BUSİNESS ROYALS" ticarət nişanlarının nümayəndəlik qeydiyyatlarına dair müvafiq məlumat əlavə olunur. Bundan əlavə yuxarıda göstərilən yurisdiksiyalardan olan bəzi Qeydiyyat Şəhadətnamələrinin surətləri də əlavə olunur. “İndependent Tobacco FZE" keçmiş SSRİ ölkələrində, o cümlədən Azərbaycan Respublikasında B-siness Royals" markası ilə markalanmış siqaretlərin istifadəsi və marketinqi ilə əlaqəli fəaliyyətini genişləndirmək niyyətindədir. 2011 0470 saylı "Business Royals" qeydiyyatı altında Azərbaycanda "Business Royals" ticarət nişanına dair hüquqların qorunmasının əldə edilməsi və “İndependent Tobacco FZE" ilə Azərbaycan şirkəti “AzAQROSƏNAYE LTD" arasında distribusiya müqaviləsinin təşkil olunması bunun sübutudur. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 22 oktyabr 2019-cu il tarixli, A23-7 saylı qərarı ilə bağlı bütün icraat materialları sorğu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin icraat materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X10 FZE-yə məxsus «BUSİNESS ROYALS» adlı əmtəə nişanının 34-cü sinifin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı “Khairat al Manafie for General Trade and Public Transportation” LTD nümayəndəsi, patent müvəkkili Nümayəndə1 tərəfindən daxil olmuş etiraza Əqli Mülkiyyət Agentliyi Apelyasiya Şurası tərəfindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 30cu maddəsinə əsasən baxılaraq 23 oktyabr 2019-cu il tarixli A23-7 saylı Qərar əsasında etiraz təmin edilməmişdir. İşin hallarını araşdırarkən məhkəmə ilk öncə onu qeyd edir ki, «BUSİNESS ROYALS» əmtəə nişanına dair N284676819 nömrəli şəhadətnamənin mövcudluğu işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, aşağıdakılar əmtəə nişanının istifadəsi hesab edilir: “Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalanan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da həmçinin nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. İşin araşdırılan hallarından həmçinin müəyyən edilir ki, iddiaçı qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar sözügedən qeydiyyatın xitam verilməsi məqsədinə nail olmaq üçün cavabdeh orqana müraciət edərək “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin birinci, dördüncü və beşinci hissələrinə əsasən: Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər” hissəsinə istinad etməklə 04 may 2011-ci il tarixli 20110470 nömrəsi ilə qeydiyyata alınan «BUSİNESS ROYALS» əmtəə nişanının etibarsız hesab edilərək ona xitam verilməsini xahiş etmişdir. Ləğv olunması tələb olunan Alpelyasiya Şurasının 22 oktyabr 2019-cu il tarixli, A23- 7 saylı Qərarı ilə iddiaçının müraciəti araşdırılmış və müraciət təmin edilməyərək bildirilmişdir ki, qanunvericilik əmtəə nişanından istifadə edilmədiyi təqdirdə onun mütləq olaraq ləğvini nəzərdə tutmur. Şura nişandan istifadə edilməməsi ilə bağlı ərizəyə baxılan zaman hüquq sahibinin təqdim etdiyi dəlilləri araşdırmağı zəruri hesab edir. Şura X9 FZE şirkətinin nümayəndəsi, patent müvəkkili Nümayəndə2 tərəfindən apostil edilmiş qaydada təqdim edilmiş sübutları (müəlliflik hüququ şəhadətnaməsi, səlahiyyətli nümayəndənin adından təqdim edilmiş məktub), eləcə də X9 FZE və “AzAQROSƏNAYE LTD” arasında distribyutorluq müqaviləsini məqbul hesab edir və bildirir ki, “BUSİNESS ROYALS" siqaret qablaşdırması 03 yanvar 2014-cü il tarixdə X3 Hüququ Xidmətində qeydiyyata alınmışdır və X9 FZE müəlliflik hüququnun sahibidir, müəlliflik hüququ Bern Konvensiyasına əsasən Azərbaycan Respublikası ərazisində də qorunur. Təqdim edilən sənəd və məlumatlardan görünür ki, “BUSİNESS ROYALS” qablaşdırması əmtəə nişanı 34-cü sinfin əmtəələri üzrə İndependent Tobacco FZE və onun törəmə şirkəti BR X6. adına dünyanın 86 ölkəsində qeydiyyatı mövcuddur, məlumat bazasından görünür ki, “BUSİNESS ROYALS” qablaşdırmasının əmtəə nişanı kimi 34-cü sinfin əmtəələri üzrə İndependent Tobacco FZE və onun törəmə şirkəti BR X6. adına ən azı 40 qeydiyyatı mövcuddur. Odur ki, təqdim edilən sübutların işığında ərizəçi hüquqi şəxs İddiaçı1 adına həmin nişanın qeydiyyatı Azərbaycanın da qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasfnm 10 bis maddəsinin tələbi baxımından haqsız rəqabət hesab edilə bilər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Həmin Qanunun 6-cı maddəsinin (ç) bəndinə əsasən “əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)” ilə “eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır”. Həmin Qanunun 31-ci maddəsinin ikinci abzasına əsasən, “Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.” “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən “Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. Həmçinin “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 10 bis (qeyri səmimi rəqabət) maddəsinə əsasən (1) İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyrisəmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. (2) Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyrisəmimi rəqabət aktı hesab olunur. (3) məsələn, aşağıdakılar qadağan olunur: Həmin maddənin 1-ci bəndinə əsasən müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər; 2ci bəndinə əsasən kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər; 3-cü bəndinə əsasən kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi. Həmin Qanunun 31-ci maddəsinin ikinci abzasına əsasən, əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə əsasən “Ədəbi və bədii əsərlər” termini ifadə olunma üsulu və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Məhkəmə hesab edir ki, qeyd olunan maddə ilə ədəbi və bədii əsərlərin dairəsi konkretləşdirilmiş və əmtəə nişanları bu konvensiyanın predmeti kimi nəzərdə tutulmuşdur. Sadalananlara əsasən məhkəmə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsi və “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6 septies maddəsinin tələbləri baxımından qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi barədə iddiaçının arqumentini nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə edə bilmədiyi, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə digər tələbləri nəzərə alaraq, İddiaçı1 ilə “X5” MMC ilə bağlanmış “BUSİNESS ROYALS” adlı siqaret məhsulunun ixracı həmin məhsulun Azərbaycan Respublikası ərazisində istifadəyə hazırlığı kimi qiymətləndirilməməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, müəlliflik hüququnun təsdiqi barədə ********* nömrəli qeydiyyat şəhadətnaməsinə müvafiq olartaq “BUSİNESS ROYALS” Siqaret qablaşdırma qabı 03 yanvar 2014-cü il tarixdə X3 Hüququ Xidmətində qeydiyyata alınmış, X9 FZE müəlliflik Hüququnun sahibi qismində qeydə alınmış, bu qeydiyyatda müəlliflik hüququnun sübutu qismində qeydiyyatın qüvvədə olma müddətinin bitməsi tarixi 03 yanvar 2029-cu il tarixinə qədər qüvvədə olacağı, X9 FZE-nin tərəfindən təqdim edilmiş və müvafiq qayadada təsdiq edilmiş məktuba əsasən (affidavit) “X9 FZE” X2 qeydiyyatdan keçmiş bir şirkət olduğu, müştəri və onun törəmə şirkəti, X1 beynəlxalq şirkət olaraq qeydiyyata alınmış BR X6. siqaret istehsalı, marketinqi və paylanması ilə məşğul olduğu, müştəri biznesin istehsal qolu oolduğu, BR X6 isə Avropa və bir sıra ölkələrdə “BUSİNESS ROYALS” markasına aid əqli mülkiyyət hüquqlarının sahibi olduğu, dünyanın qalan hissəsində ticarət nişanına dair hüquqların X9 FZE məxsus olduğu, müştərinin elit məhsul çeşidlərindən biri, 10 ildən artıqdır ki, siqaret və digər tütün məhsulları ilə müqayisədə müştərinin və onun törəmə şirkətlərinin daha çox, fasiləsiz və coğrafi baxımdan geniş istifadə etdiyi “BUSİNESS ROYALS” ticarət nişanı olması və bununla da “BUSİNESS ROYALS” loqotipinin həm ticarət markası, həm də müəllif hüquqları kimi qanuni sahibi olması iş materialları ilə sübut edilməkdədir. O cümlədən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İndependent Tobacco FZE Azərbaycan Respublikasında “BUSİNESS ROYALS” markası ilə markalanmış siqaretlərin istifadəsi və marketinqi ilə əlaqəli fəaliyyətini genişləndirmək məqsədilə 2011 0470 nömrəli “BUSİNESS ROYALS” qeydiyyatı altında Azərbaycanda “BUSİNESS ROYAL” ticarət nişanına dair hüquqların qorunmasının əldə edilməsi və İndependent Tobacco FZİ-nin Azərbaycan şirkəti “AzAQROSƏNAYE LTD” arasında distribyutorluq müqaviləsinin mövcud olması nişan sahibinin qeyd olunan əmtəə nişanın Azərbaycan ərazisində də istifadəsinin niyyətində olması kimi qiymətləndirilməlidir. Belə olan halda, qeyd olunan müqavilənin məqsədi müqavilə əsasında "Business Royals" qeydiyyatı altında olan ticarət markasını ərazidə təbliğ edəcəyinə, satacağına, satış üçün təklif edəcəyinə, distribusiya edəcəyinə, idxal edəcəyinə, reklam edəcəyinə və ticarət markasının maksimum satışını əldə etməyə səy göstərəcəyi məqsədi daşıdığı müəyyən edilməkdədir. Yuxarıda sadalananlarla yanaşı məhkəmə həmçinin əsaslardan biri hesab edilən belə bir məqamı da vurğulayır ki, “BUSİNESS ROYALS” qablaşdırması əmtəə nişanının dünyanın 86 ölkəsində qeydiyyatının mövcud olması ilə yanaşı həmçinin İndependent Tobacco FZE şirkətinin törəməsi olan BR X6. adına da ən az 40 ölkədə qeydiyyatı aparılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı təqdim edilən sübutları tərəflərin izahatları ilə qarşılıqlı araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, İndependent Tobacco FZE şirkəti tərəfindən uzun illərdən bəri “BUSİNESS ROYALS” qablaşdırması əmtəə nişanı adı altında dünyanın böyük sayda ölkələrində öz sahəsində müəyyən uğurlar qazanması, satışının aparılmaqla qazanc əldə edilməsi reallığı olduğu təqdirdə, iddiaçılar tərəfindən irəli sürülən əsaslarla “BUSİNESS ROYALS” qablaşdırması əmtəə nişanının 34-cü sinif əmtəələri üzrə qeydiyyatına qarşı verilmiş etriaz ərizəsinin təmin edilməsi haqsız rəqabə şərait yaratmış olacağı səbəbindən yolverilməzdir. Göstərilən hallar belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdehin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanunlarına istinadı əsaslıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar “Khairat al Manafie for General Trade and Public Transportation” LTD və “X14 X15 and General Trading” Ltd-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs X9 FZE olmaqla) Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının qərarının ləğv edilməsi barədə iddiaları təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar