Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-695/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq mülkiyyət hüququna dair 525 nömrəli Qeydiyyat Vəsiqəsi ilə mərhum həyat yoldaşı X3 miras payı qalmış Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Pirəkəşkül kəndi, Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası iddiaçının mərhum həyat yoldaşı X4 adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq mülkiyyət hüququna dair 525 nömrəli qeydiyyat vəsiqəsi və texnik pasport verilmişdir. Həyat yoldaşı X7 03.01.2020-ci ildə vəfat etdikdən sonra iddiaçı ondan miras payı qalmış qeyri-yaşayış binasına dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət ünvanlamışdır. Müraciətinə 10.08.2020-ci il tarixli, **********6 saylı cavab məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmiş və aidiyyatı üzrə Xidmətin 1 saylı Bakı Şəhər Ərazi idarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçıya tövsiyə olunduğu kimi arayışın əldə olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı ərazi İdarəsindən ərizəsinə cavab olaraq bildirilmişdir ki, sözügedən qeyri-yaşayış binasına dair idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin qeyri-yaşayış binası 20 ildən artıq bir müddətdir ki, iddiaçının ailəsinin mülkiyyətindədir və kafe kimi fəaliyyət göstərir. Qeyri-yaşayış binası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi İdarəsindən qeydiyyatdan keçmiş və ********** saylı VÖEN-lə vergi ödəyicisidir. Kommunal ödənişlər (qaz, su, işıq) iddiaçı tərəfindən vaxtlı-vaxtında ödənilmiş və bu vaxta qədər obyekt fasiləsiz olaraq fəaliyyətini davam etdirmişdir. Cavabdeh orqanın cavabından belə məlum olur ki, qeyriyaşayış binasının arxiv sənədləri yoxdur. Lakin qeyri-yaşayış obyektinə dair sənədlərdən aydın şəkildə məlumdur ki, 17 ilə yaxın bir müddət mərhum həyat yoldaşı Rafiq Xəlilovun mülkiyyəti kimi dövlət tərəfindən tanınmış və onun adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vesiqəsi, texniki pasport verilmişdir. Cavabdeh orqanın arxivində qeyri-yaşayış binasına dair hər hansı məlumatın olmaması iddiaçının arayışı əldə edə bilməməyi və birinci dərəcəli vərəsə kimi miras payından kənarda qalmağı üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin etirazında bildirilmişdir ki, İddiaçı qeydiyyat vəsiqəsi ilə mərhum həyat yoldaşı X3 miras qalmış Bakı - Şamaxı yolunun sol tərəfində yerləçən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına iddiası etirazla qarşılanır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq tələblə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Bundan əlavə, qeyd edilən əmlakın qeydiyyata alınması ilə bağlı idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Həmçinin, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraz uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 525 saylı qeydiyyat vəsiqəsinin fotosurətinin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 08 saylı sərəncamı əsasında X4 Pirəküşkül kəndində Bakı-Şamaxı magistral yolunun sol kənarında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüququ dövlət qeydiyyatına alınmış və texniki pasport verilmişdir. - Ağdam rayonu Novruzlu kənd soveti tərəfindən verilmiş 27 may 1972-ci il tarixli evlənmək haqqında şəhadətnamədən görünür ki, X7 ilə iddiaçı arasında 27.05.1972-ci il tarixdə nikah bağlanmışdır. - 3 saylı Bakı “ASAN” xidməti tərəfindən verilmiş 07.01.2020-ci il tarixli AZ-İİ № 063648 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 07.01.2020-ci il tarixdə ölmüşdür. - DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 10.08.2020-ci il tarixli **********6 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən X6 məxsus qeyri-yaşayış binasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınması ilə bağlı 28 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılmışdır. Aparılan araşdırma zamanı, elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq aidiyyəti üzrə Xidmətin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. - Cavabdehin 22.09.2020-ci il tarixli **********94 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Pirəkəşkül kəndi, Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 28.08.2020-ci il tarixli ********** nömrəli ərizəsinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, qeyd edilən əmlakın qeydiyyata alınması ilə bağlı idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Həmçinin, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 16.03.2021-ci il tarixli BA-01017-2021 saylı məktubundan görünür ki, Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinə müraciət etmək tövsiyə olunmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 13.06.2021-ci il tarixli 4/1231 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22 iyun 2004cü il tarixli, 525 nömrəli Qeydiyyat Vəsiqəsinin və həmin vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinə, Dövlət Arxivinin Bakı filialına və Abşeron rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək xahiş edilmişdir. - Cavabdehin 12.07.2021-ci il tarixli **********77 saylı məktubu ilə məhkəməyə bildirilmişdir ki, Abşeron rayonu, Pirəkəşkül kəndi, Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasına dair məlumat və müvafiq sənədlərin surətini əldə etmək üçün aidiyyəti üzrə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyi məqsədəuyğundur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin H210 saylı 27.08.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon İHB-nin 25 dekabr 1997-cı ıl tarixli sərəncamı arxiv sənədlərinin içərisində aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16.07.2021-ci il tarixli XO-02-05-2021- 02159 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 525 nömrəli Qeydiyyat Vəsiqəsinin və həmin vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər idarənin arxivində aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 09.09.2021-ci il tarixli XO-01-09-2021- 05644 saylı məktubundan görünür ki, Abşeron rayonu, Pirəşkül kəndi, Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının X5 adına Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22.06.2004-cü il tarixli 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəli qeydiyyat vəsiqəsinin və həmin vəsiqənin verilməsinə əsas olmuş sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin Bakı İnzibati Məhkəməsinə təqdim edilməsinə dair 12.08.2021-ci il tarixli 2-1(112)-4718/2021 nömrəli sorğuya Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin arxivi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.12.2021-ci il tarixli arayışından görünür ki, tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. İddiaçının tələbinin əsaslandığı hallara görə, iddiaçı cavabdehə müraciət edərək qeyri-yaşayış sahəsinin mərhum ərinə məxsus olmasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən hüququnun qeydə alınması barədə ərizənin hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi üçün icra edilməsinin qeyri-mümkünlüyü bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə torpaq və onun üzərindəki qeyri-yaşayış sahəsi üzərində mərhum əri X4 hüquqlarını təsdiq edən sənəd təqdim edilməmişdir. Belə ki, iddiaçı Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində mərhum əri X4 hüququnun qeydiyyata alınmasını təsdiq edən sənəd kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 525 saylı qeydiyyat vəsiqəsinin fotosurətini təqdim etmişdir. Lakin həmin sənədin əsli iddiaçıdan tələb edilsə də, məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə yalnız həmin sənədin fotosurətinin notariat qaydada təsdiqlənmiş surəti təqdim edilmişdir ki, bu da həmin sənədin mötəbərliyinə şübhə yaradır. Çünki notarius tərəfindən yalnız sənədin fotosurətinin düzgünlüyü təsdiq etmişdir. Bundan başqa, iddiaçının iddiasının əsası kimi təqdim etdiyi qeydiyyat vəsiqəsi və onun verilməsi üçün əsas olmuş sənədlərin, həmçinin də Abşeron rayon İcra Hakimiyyəti Başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 08 saylı sərəncamının mövcud olması barədə araşdırma aparılsa da, həmin sənədlər dövlət arxivlərində aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Pirəküşkül kəndində Bakı-Şamaxı magistral yolunun sol kənarında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mərhum əri olmuş X4 hüququnu təsdiq edən sənədin təqdim edilməməsi barədə cavabdehin dəlilləri qanuni və əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş hər hansı bir əsasa istinad etmədən mülkiyyət hüququnun əldə edilməsini və bu barədə arayışın verilməsini tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının bildirdiyi faktiki halları isə arayışın verilməsi üçün əsas təşkil etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Həmin Qanunun 22.2.-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq mülkiyyət hüququna dair 525 nömrəli Qeydiyyat Vəsiqəsi ilə mərhum həyat yoldaşı X3 miras payı qalmış Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri - yaşayış binasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi öhdəliyini cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinnin üzərinə qoyulması barədə barədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-695/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-695/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver