Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6953/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı və X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 125.0 kv.m olan fərdi yaşayış evinə və evin həyətyanı sahəsi olan 790 kv.m torpaq səhəsinə mülkiyyət hüququnun qeydə alınaraq, çıxarış və texniki pasport verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 1990-cı ildən Bakı şəhəri, Əsəd Əhmədov küçəsi, ev 34D ünvanında yaşayır və bütün kommunal xərcləri ödəyir. Həmin ev 4 yaşayış otağından ibarətdir, ümumi yaşayış sahəsi 125.0 kv.m, həyətyanı torpaq sahəsi 790 kv.m təşkil edir. Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2006-cı il tarixli qətnaməsi (İş 2-513/2006) ilə iddiaçının ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka (fərdi yaşayış evinə həyətyanı torpaq sahəsinə) mülkiyyət hüququ tanınmışdır. Həmin ünvanda 1990-cı ildən yaşamağı ünvan 3 2005-ci il tarixli Aktla da təsdiq olunur (Əlavə edilir). Akta əsasən, mənzil və torpaq sahəsi tikildiyi gündən bu günə kimi iddiaçının faktiki istifadəsindədir. Yasamal Bələdiyyəsi iddiaçıya məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin plan və ölçüsünü təsdiq etmiş və həmin plan və ölçüyə uyğun olaraq hər il əmlak və torpaq vergisi ödəmişdir. (Əlavə edilir). Yaşadığı ev üzrə bütün kommunal ödənişləri (qaz, işıq və su) ödəmişdir. İddiaçı qeyd edir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya (əmlaka) faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki Məcəllənin müvafiq müddəalarına uyğun olaraq və Yasamal rayon Məhkəməsinin 30 yanvar 2006-cı il tarixli qərarı ilə (İş 2-513/2006) mən ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Qeyd edilən məhkəmə qərarına uyğun olaraq iddiaçı evinə və evin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydə alaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı 9 yanvar 2024-cü il tarixdə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyetri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarə iddiaçının evinə və evin həyətyanı torpaq səhəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsindən imtina etmişdir. İdarə imtinanı hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi ilə əsaslandırılmışdır. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, “Daşınmaz əmlak haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Ümumi yaşayış sahəsi 125.0 m2 olan evə və həyətyanı sahəsi 790 m2 təşkil edən torpağa mülkiyyət hüququ Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2006-cı il tarixli qərarı (İş 2-513/2006) ilə tanınmışdır. Həmçinin inzibati orqan olaraq Yasamal Bələdiyyəsi iddiaçıya məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin plan və ölçüsünü təsdiq etmiş və həmin plan və ölçüyə uyğun olaraq hər il əmlak və torpaq vergisi, eləcə də bütün kommunal ödənişləri ödəmişdir. Göründüyü kimi mülkiyyət hüquqları qeyd edilən daşınmaz əmlaklar üzərində tanınmışdır. Həmin tanınmaya dair məhkəmə qətnaməsi də mülkiyyət hüquqlarının qeydə alınmasının əsası kimi müvaiq Qanunda təsbit edilmişidir. Odur ki, hüquq müəyyənedici sənədin olmaması əsası ilə mülkiyyət hüququnun qeydə alınmasından imtina olunması hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Evə və torpaq sahəsinə məhkəmə qərarı ilə mülkiyyət hüququ tanınsa da sözügedən İdarə qanunvericiliyə zidd olaraq mülkiyyət hüququnun qeydə almamış və bununla da qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından imtina etmişdir. Əlavə olaraq iddiaçı qeyd edir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs mənzilinə hörmət hüququna malikdir və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Qeyd edilən normalara istinad edilərək Avropa insan hüquqları Məhkəməsi tərəfindən analoji işlər üzrə qəbul edilmiş qərarlarda müvafiq icazələr olmadan tikilmiş və uzun müddət istifadədə olmuş əmlaka sahiblik və istifadə hüququ tanınmışdır. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1,4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 25 dekabr 2001- ci il 236-İİQ qanunu ilə təsdiq edilmiş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2024cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının ərizəsi təmin edilərək, X7 birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.20224-cü il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri, Əsəd Əhmədov küçəsi, ev 34D ünvanında yerləşən X3 məxsus olan fərdi yaşayış evinə və evin həyətyanı sahəsi olan 790 m2 torpaq səhəsinə, həmçinin İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı sahəsi 640 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq, çıxarış və texniki pasport verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması” dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz ərizəsi təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki. torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci İM3 yanvar tarixli. 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. - İş materiallarından görünür ki, 2-513/2006 saylı, xx.xx.2006-cı il tarixli məhkəmə Qətnaməsi ilə iddialar təmin olunmuş, X1 yaşadığı Bakı şəhəri, 1-ci Alatava küçəsi, 123 saylı ev üzrə MəmmədvoTeymur Salman oğlunun ailə üzvləri ilə birlikdə X5 ailə üzvləri ilə birlikdə, X6 ailə üzvləri ilə birlikdə (cəmi 22 nəfər) yaşadıqları Bakı şəhəri, Tolstoy küçəsində yerləşən 34 saylı ev üzrə; X9 ailə üzvləri ilə birlikdə - X11 ilə birlikdə yaşadıqları Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34q saylı ev üzrə; İddiaçı yaşadığı Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34a saylı ev üzrə; X7 yaşadığı Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34d saylı ev üzrə və X4 azyaşlı oğlu Ələkbərov Elgün Räsım oğlu ilə birlikdə yaşadığı Bakı şəhəri, 5-ci Yasamal küçəsi, 170 saylı ev üzrə qeydiyyata alınmaları Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət şöbəsinə həvalə edilmişdir. İddiaçı ünvan 4-da faktiki sahibliyində və istifadəsində olan ümumi yaşayış sahəsi 51.0 m2, köməkçi sahə 22.0 kv.m evə və həyətyanı sahəsi olan 640 m2 torpağa, X2 Əsəd Əhmədov küçəsi, ev 34d-də faktiki sahibliyində və istifadəsində olan ümumi yaşayış sahəsi 125.0 m2 evə və həyətyanı sahəsi olan 790 m2 torpağa, X9 oğlunun Bakı şəhəri, Əsəd Əhmədov küçəsi ev 34q-də faktiki sahibliyində və istifadəsində olan və ümumi sahəsi 154 m2 olan evə mülkiyyət hüququ tanınmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2024-cü il tarixdə davam edən 2- 1(112)-6953/2024 saylı sorğunuza əsasən məlumat üçün bildiririk ki, Yasamal Rayon Məhkəməsinin 2003-cü il daxil olmaqla mülki və cinayət işləri Mərkəzi Arxivə təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Yasamal rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki,Sizin xx.xx.2024-cü il tarixli 2-1(112)-6953/2024 saylı 30 yanvar 2006-cı il tarixli mülki iş xx.xx.2006-cı il tarixdə qanuni qüvvəsini alaraq icra olunması üçün aidiyyatı orqanlara göndərilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə idiaçıların hüquqi marağı ünvan 6 ünvanlarında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasından ibarətdir. Hazırkı işin halları üzrə qeyd edilməlidir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-513/2006 saylı, xx.xx.2006-cı il tarixli nömrəli qətnaməsinə əsasən, İddiaçı yaşadığı Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34a saylı ev üzrə; X7 yaşadığı Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34d saylı ev üzrə qeydiyyata alınmaları Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət şöbəsinə həvalə edilmiş və müvafiq ünvanlar üzrə iddiaçıların faktiki sahibliyində və istifadəsində olan evlərə və həyətyanı sahəsi olan 640 m2 və 790 m2 torpaqlara dair mülkiyyət hüquqları tanınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Nəzərə alınmalıdır ki, istinad edilən norma qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasını şərt kimi təsbit etmir. Burada diqqət edilməli olan əsas məqam həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğunun təsdiq edilib-edilmədiyidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci və 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələri müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Qeydiyyat orqanın bu hüququ qeyd almaq öhdəliyi isə bilavasitə qanundan irəli gəlir. Yəni, bu öhdəlik onun üzərinə qanunla qoyulub və o, bu öhdəliyi həmin qanunun tələbinə uyğun icra etməlidir. Məhkəmə qeyd edir ki, icraat iştirakçısı olmadığı və ya məhkəmə qərarının bilavasitə məhkəmə tərəfindən qeydiyyat orqanına təqdim olunmadığı, yaxud da məhkəmə qərarında qeydiyyat orqanının üzərinə konkret əmlaka dair şəxsin hüququnun reyestrdə qeydə alınması barədə öhdəliyin qoyulması birbaşa göstərilməsə belə cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinadla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılmaması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, qeyd edilən məhkəmə qətnaməsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən iddiaçının mübahisələndirilən yaşayış evləri və onun həyətyanı sahələri üzərində mülkiyyət hüquqları müəyyən edilmişdir. Belə ki, hazırkı iş üzrə qeyd edilən məhkəmə qətnaməsi ilə iddiaçıların mübahisələndirilən ünvanda yerləşən yaşayış sahəsinə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ tanınmış və həmin ünvan üzrə qeydiyyata alınmaları ilə bağlı müvafiq öhdəlik qoyulmuşdur. Bu səbəbdən də həmin məhkəmə qətnaməsi qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması əsası kimi hüquq müəyyənedici sənəddir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların qanuni əsaslarla istifadə etdiyi və mülkiyyət hüquqları tanınmış evlərinə və onun həyətyanı sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınmasından imtinası iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana ərizə ilə müracit etmiş, lakin cavabdeh inzibati orqan müraciətə cavab olaraq iddiaçıya xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildirilir ki, torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci 13 yanvar tarixl, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd edilən imtina dəlili ilə bağlı məhkəmə qeyd edir ki, əmlakla bağlı mülkiyyət hüquqlarının tanınması ilə dair hüquq müəyyənedici sənəd olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə hazırda qüvvədədir və ləğv edilməmişdir. Cavabdeh inzibati orqan isə nəzərə almamışdır ki, qeyd edilən Qanunun 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən məhkəmə qətnaməsi iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Məhkəmə qeyd edir ki, maddi hüquq normalarının tələbləri baxımından («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddələrinə əsasən) yaşayış sahəsi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddənin 1,2,4-cü bəndləri). Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə və istinad olunan maddi hüquq normalarına əsasən Bakı şəhəri, Əsəd Əhmədov küçəsi, ev 34D ünvanında yerləşən X3 məxsus olan fərdi yaşayış evi və evin həyətyanı sahəsi olan 790 m2 torpaq sahəsi üzərində, həmçinin İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı sahəsi 640 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınaraq, çıxarış və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Əsəd Əhmədov küçəsi, ev 34D ünvanında yerləşən X3 məxsus olan fərdi yaşayış evinə və evin həyətyanı sahəsi olan 790 m2 torpaq sahəsinə, həmçinin İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və evin həyətyanı sahəsi olan 640 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq, çıxarış və texniki pasport verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Əsəd Əhmədov küçəsi, ev 34D ünvanında yerləşən X3 məxsus olan fərdi yaşayış evi və evin həyətyanı sahəsi olan 790 m2 torpaq sahəsi üzərində, həmçinin İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və evin həyətyanı sahəsi olan 640 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınaraq, çıxarış və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev