Məhkəmə qərarları › İş №2-1(112)-6954/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6954/2023

07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6954/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiya məbləğinin indeksasiya edilərək ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli 2-1(81)-1559/2019 nömrəli Qərarı ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ötən 2005-2021 ci illər üzrə hesablanmış məbləği “Əmək pensiyaları haqqında Qanun”un 29.1-ci maddəsinə əsasən və Dövlət Statistika Komitəsinin “2005-2021-ci illər ərzində İstehlak qiymətləri indeksinin (inflyasiyanın) illik səviyyəsi”nə (əlavə edilir) görə indeksasiya edilərək ona ödənilməsi və bu öhdəliyin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021 tarixli, 2-1(102)-1117/2021 nömrəli Qərarı ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli 2-1(81)-1559/2019 nömrəli Qərarını təsdiq etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının sələfi) qarşı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin olunması və xx.xx.2005-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının (XŞTüMF) müraciət edərək, “ötən illər üçün ödınilmiş pul vəsaitlərinin alıcılıq qabiliyyətini itirdiyini nəzərə alaraq, ödənilmiş məbləği “Əmək pensiyaları haqqında Qanun”un 29.1 maddəsinə əsasən indeksasiya edilməsini xahiş etmişdirş. 02 fevral 2023 il tarixli, 17-1/2-S- 20954/2023 nömrəli cavab məktubunda XŞTüMF “sözügedən əlavənin əmək pensiyanızın sığorta hissəsinə aid olmadığından həmin əlavənin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.” əsas tutaraq, imtina etmişdir. Cavabdehin imtinası “Hərbi qulluqçuların pensiya təminatı haqqıda” Qanunun 15-ci maddəsinin v yarımbəndi, , “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.3, 29.1-ci maddələrinə əsasən əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin edilməsi və xx.xx.2005-ci il tarixindən hesablanaraq ona ödənilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli 2-1(81)-1559/2019 nömrəli Qərarı ilə iddiaçının tələbi təmin edilib. Mərkəzi Filil tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək sözügedən məhkəmə qərarı qüvvədə saxlanılıb. Bununla əlaqədar 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli 2-1(81)-1559/2019 nömrəli qərarına əsasən keçmiş müddət üçün minimum pensiya məbləğlərinin artımlarına uyğun olaraq aşağıdakı məbləğlərdə əmək pensiyasının üzərinə əlavə edilib: -xx.xx.2005-ci il tarixindən-37,50 manat; -xx.xx.2006-cı il tarixindən-45,00 manat; -xx.xx.2006-cı il tarixindən-52,50 manat; -xx.xx.2007-ci il tarixindən-60,00 manat; -xx.xx.2007-ci il tarixindən-75,00 manat; -xx.xx.2008-ci il tarixindən-90,00 manat; -xx.xx.2008-ci il tarixindən-112,50 manat; -xx.xx.2010-cu il tarixindən-127,50 manat; -xx.xx.2013-cü il tarixindən-150,00 manat; -xx.xx.2016-cı il tarixindən-165,00 manat; -xx.xx.2019-cu il tarixindən-240,00 manat; -xx.xx.2019-cu il tarixindən-300,00 manat. Qeyd olunanlara və iddiaçının pensiyasının ötən dövr üzrə ümumilikdə inventar olunmasına əsasən, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 29330,48 manat fərq məbləğinin 453,24 manat hissəsi xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, 26136,84 manat hissəsi Mərkəzi Filiala müraciətini nəzərə alaraq xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, qalan 2740,40 manat hissəsi isə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. “Əmək pensiyaları haqqında” Qanunun 29.1 ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanlara əsasən, sözügedən əlavənin iddiaçının əmək pensiyasının sığorta hissəsinə aid olmadığından həmin əlavənin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əlavə olaraq, İddiaçı ötən 2005-2021ci illər üzrə hesablanmış məbləğin indeksasiya edilərək ödənilməsi ilə bağlı bildirilir ki, onun əmək pensiyasının sığorta hissəsi 2005-2021-ci illər üzrə hər il istehlak qiymətinin indeksasiya səviyyəsinə uyğun indeksləşdirilib və qanunvericiliyin tələblərinə uyğun qaydada sığorta hissəsinin artım məbləği qədər qulluq stajına görə əlavəsinin məbləği azaldılıb. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli 627-VİQD nömrəli Qanunun 1.12.1-ci maddəsinə əsasən Qanunun 29.1-ci maddəsinə “sığorta hissəsi" sözlərindən sonra “, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilib. Həmin Qanunun 2.2-ci maddəsinə (keçid müddəaları) əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-17-1/2-82583/2023 nömrəli məktubu ilə göndərilmiş pensiya işinə dair sənədlərin surətindən görünür ki: -Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun ZE-55710 nömrəli X5 əsasən İddiaçı Müdafiə Nazirliyi tərəfindən xx.xx.2003-cü il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiə Nazirliyi Xətai 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 nömrəli, 372683 nömrəli arayışa əsasən iddiaçıya xx.xx.2007-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqdar olaraq müddətsiz 3-cü qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1559/2019 saylı 4 iyun 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiya məbləğinin yenidən hesablanması barədə tələbi təmin edilmiş və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin V yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin edilməsi və xx.xx.2005-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 7 oktyabr tarixli 2-1 (103)-1092/2020 nömrəli qərarına əsasən cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-1559/2019 saylı 4 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1117/2021 nömrəli qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 7 oktyabr tarixli 2-1 (103)-1092/2020 nömrəli qərarı dəyyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-S- 20954/2023 nömrəli məktubunda nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən vaxtilə sizə xidmət iliərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun oiaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Döviəi Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Siz '‘Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin V' yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyanızın üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əiavənin təyin edilməsi və xx.xx.2005-ci il tarixindən hesablanaraq sizə ödənilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırımsınız. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli 2-1 (81 )-1559/2019 nömrəli Qərarı ilə iddianız təmin edilib. Tərəfimizdən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək sözügedən məhkəmə qərarı qüvvədə saxlanılıb. Bununla əiaqədar 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli 2-1(81)- 1559/2019 nömrəli qərarına əsasən keçmiş müddət üçün minimum pensiya məbləğlərinin artımlarına uyğun olaraq aşağıdakı məbləğlərdə əmək pensiyanızın üzərinə əlavə edilib: -xx.xx.2005-ci il tarixindən-37,50 manat; -xx.xx.2006-cı il tarixindən-45,00 manat; -xx.xx.2006-cı il tarixindən-52,50 manat; -xx.xx.2007-ci il tarixindən-60,00 manat; -xx.xx.2007-ci il tarixindən-75,00 manat; -xx.xx.2008-ci il tarixindən-90,00 manat; -xx.xx.2008-ci il tarixindən-112,50 manat; -xx.xx.2010-cu il tarixindən-127,50 manat; -xx.xx.2013-cü il tarixindən-150,00 manat; -xx.xx.2016-cı il tarixindən-165,00 manat; -xx.xx.2019-cu il tarixindən-240,00 manat; -xx.xx.2019-cu il tarixindən-300,00 manat. Qeyd olunanlara və pensiyanızın ötən dövr üzrə ümumilikdə inventar olunmasına əsasən, əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 29330,48 manat fərq məbləğinin 453,24 manat hissəsi xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, 26136,84 manat hissəsi Mərkəzi Filiala müraciətinizi nəzərə alaraq xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, qalan 2740,40 manat hissəsi isə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülüb. Əlavə olaraq bildiririk ki, ‘Əmək pensiyaları haqqında” Qanunun 29.1 -ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə oria aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediiən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanlara əsasən, sözügedən əlavənin əmək pensiyanızın sığorta hissəsinə aid olmadığından həmin əlavənin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən irıdeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı 2003-cü ildə həqiqi hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılmış, ona 2003-cü ilin 6 noyabr tarixindən Müdafiə Nazirliyinin təqdim etdiyi məlumat vərəqi əsasında xidmət illərinə görə pensiya təyin edilmişdir. Eyni zamanda müəyyən olunur ki, iddiaçıya xx.xx.2005-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar 3-cü qrup, xx.xx.2007-ci ildən müddətsiz 3-cü qrup əlillik dərəcəsi verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 4 iyun 2019-cu il tarixli 2-1 (81)-1559/2019 nömrəli qərarı ilə iddiaçıya '‘Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin V yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyanın üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin edilməsi və xx.xx.2005-ci il tarixindən hesablanaraq ödənilməsi qərara alınmışdır. Hazırkı iddiasında iddiaçı ona məhkəmə qərarı ilə təmin edilərək ödənilən məbləğin “2005-2021-ci illər ərzində İstehlak qiymətləri indeksinin (inflyasiyanın) illik səviyyəsi”nə görə indeksasiya edilərək ödənilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Göründüyü kimi qanun pensiya məbləğlərində iki halda indeksləşdirməni nəzərdə tutur:

1. Əmək pensiyasının sığorta hissəsinin;

2. Qulluq stajına görə əmək pensiyasına əlavələr birlikdə müəyyən edilmiş məbləğin. “Hərbi qulluqçuların pensiya təminat haqqında” Qanunun 15-ci maddəsininə əsasən xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə hesablanmış pensiyalar) üzərinə aşağıdakı əlavələr hesablanır: v) müharibə əlillərinə və iştirakçılarına: İ qrup əlillərə—yaşa görə minimum pensiyanın 300 faizi məbləğində, İİ qrup əlillərə—yaşa görə minimum pensiyanın 250 faizi məbləğində, İİİ qrup əlillərə—yaşa görə minimum pensiyanın 150 faizi məbləğində. Hazırkı işin mübahisələndirilən halı iddiaçıya məhkəmə qərarı ilə təyin edilmiş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin V yarımbəndinə əsasən ödənilən əlavənin yuxarıda qeyd edilən iki əsasdan birinə aid olub-olmamasının müəyyən edilməsindən ibarətdir. ƏPQ-nun 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Hazırkı iş üzrə iddiçıya ödənilən yaşa görə minimum pensiyanın 150 faizi məbləğində məbləğ Qanunun 1.0.12-ci maddəsində qeyd edildiyi kimi pensiya kapitalı əsasında formalaşmadığından əmək pensiyasının sığorta hissəsinə aid deyildir və bu əsasdan indeksləşdirilə bilməz. Bundan əlavə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular -Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 3.3-cü maddəsinə əsasən həmin qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Əmək pensiyaları haqqında Qanunun V fəsli “Əmək pensiyasına əlavələr” adlanmaqla ilkin olaraq 2 maddəni: 19-cu maddə-“Əmək pensiyasının sığorta hissəsinə əlavələr” və 20-ci maddə “Qulluq stajına görə əmək pensiyasına əlavələr” maddəsini özündə birləşdirmişdi. ƏPQ-nun 19.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: -19.1.7. yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: 19.1.7.1. İ dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində; 19.1.7.2. İİ dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində; 19.1.7.3. İİİ dərəcə əlilliyi olan şəxslərə 55 manat məbləğində. Qeyd edilməlidir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında Qanunun 15-ci maddəsinin V yarımbənindəki əlavələr ƏPQ-nun 19.1.7-ci maddələrinə uyğun olmuşdur. Adıçəkilən ƏPQ-nun 19-cu maddəsi isə bütövlükdə 29 dekabr 2020-ci il tarixli 240- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Başqa sözlə, hazırkı halda, eləcə də iddiaçının inzibati orqana müraciət etdiyi vaxt qüvvədə olan qanunverici hərbi qulluqçu üçün əmək pensiyasının sığorta hissəsinə əlavəni qüvvədən salmış, yalnız qulluq stajına əlavəni saxlamışdır. Belə olan halda, iddiaçının aldığı yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavə əmək pensiyasının sığorta hissəsinə əlavə hesab olunmadığından indekləşdirmə tətbiq edilməklə yenidən hesablana bilməz. Nəhayət, iddiaçının aldığı əlavənin “qulluq stajına əlavə” olub-olmaması və onun təkibində indeksləşdirməyə əsas verib verməməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, ƏPQ-nun 29.1-ci maddəsi Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş qulluq stajına əlavəyə göndəriş edir. ƏPQ-nun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; Göründüyü kimi hərbi qulluqçular üçün qulluq stajına əlavə hərbi qulluqçunun təminat xərcliyindən hesablanır, hansı ki təminat xərcliyi ƏPQ-nun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Hazırkı iş üzrə iddiaçıya məhkəmə qərarı ilə təyin edilən və ödənilən məbləğ adından göründüyü kimi “Hərbi qulluqçuların pensiya təminat haqqında” Qanunun 15-ci maddəsinin v yarımbəndində yaşa görə minimum pensiyanın 150 faizi məbləğində hesablanan əlavədir və bu əlavə hazırkı halda iddiaçının təminat xərcliyi əsasında hesablanmamış və təminat xərcliyinə uyğun olaraq da ödənilmir. Belə ki, təqdim olunan pensiya işinin surətindən görünür ki, iddiaçıya hərbi qulluqçu kimi xidmət illərinə görə pensiyanın məbləğində onun barəsində olan məlumat vərəqinə uyğun vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi, ərzaq əvəzinə pul kompensasiyası, məharət dərəcəsinə görə əlavə də daxil təminat xərcliyinin 88% miqdarında pensiya hesablanaraq ödənilir. Eyni zamanda xidmət illərinə görə hesablanmış həmin pensiya məbləğinin üzərinə müstəqil olaraq məhkəmə qərarı ilə xx.xx.2005-ci il tarixdən hesablanmaqla hər ilin ölkə üzrə minimum pensiya məbləğinin 150%-i miqdarında əlavə hesablanaraq ümumi pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilir. Belə ki, təqdim edilmiş pensiya işindən görünür ki, 2005-ci ildə minimum əmək pensiyası-25 manatın 150%, yəni 37.5 manat, xx.xx.2006-cı il tarixdə minimum əmək pensiyası-30 manatın 150%, yəni 45 manat, (….), 2009-cu ildə minimum əmək pensiyası- 75 manatın 150%, yəni 112,5 manat, 2010-cu ildə minimum əmək pensiyası-85 manatın 150%, yəni 127,5 manat, 2013-cü ildə minimum əmək pensiyası-100 manatın 150%, yəni 150 manat, 2016-cı ildə minimum əmək pensiyası-110 manatın 150%, yəni 165 manat, 2019-cu ildə minimum əmək pensiyası-160 manatın 150%, yəni 240 manat, 2020-ci ildə minimum əmək pensiyası-200 manatın 150%, yəni 300 manat əlavə ödənilir. Beləliklə, iddiaçıya ödənilən minimum pensiya məbləğinin 150%-i miqdarında əlavə həm də qulluq stajına əlavə hesab olunmadığından onun ƏPQ-nun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməsi qanunun tələbinə uyğun hesab olunmur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiya məbləğinin indeksasiya edilərək ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar