Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-696/2020 24.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı(3-cü şəxs X9 olmaqla) “sorğuya cavab verilməsi” tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi X6 23 oktyabr 2019-cu il tarixli 14 №-li yazılı sorğusuna Cavabdeh Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi X2 verdiyi 01 noyabr 2019-1 tarixli, 871 №-li cavab məktubunun sorğuyla əlaqəsi olmayan məzmunda yazıldığına və tələb olunan sənədlərin təsdiqlənmiş surətlərinin əlavə edilmədiyinə görə qanunsuz və əsassız hesab edilməsi cavabdeh Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi X7 23 oktyabr 2019-cu il tarixli, 14 №-li yazılı sorğusuna qanunvericilikdə nəzərdə tutulmuş qaydada, sorğuda qeyd edilən sənədlərin təsdiqlənmiş surətlərini əlavə etməklə detallı yazılı cavab verilməsi öhdəliyinin Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-696/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə X9 3-cü şəxs qismində işə cəlb edilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlansa da, lakin iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə iclası 24 iyun 2020-ci il tarixə təyin edilmiş, tərəflərin nümayəndələri isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini müzakirə etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İnzibati orqanların Təsnifatı»nın təsdiq edilməsi haqqında 2007-ci il 28 avqust tarixli, 136 №-li Qərarında isə Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi inzibati orqan kimi müəyyən edilməmişdir. Buna görə də inzibati orqan olmayan Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddiaçı Cavabdeh Binəqədi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin rəisi X6 23 oktyabr 2019-cu il tarixli 14 №-li yazılı sorğusuna Cavabdeh Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi X2 verdiyi 01 noyabr 2019-1 tarixli, 871 №-li cavab məktubunun sorğuyla əlaqəsi olmayan məzmunda yazıldığına və tələb olunan sənədlərin təsdiqlənmiş surətlərinin əlavə edilmədiyinə görə qanunsuz və əsassız hesab edilməsi cavabdeh Binəqədi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin rəisi X7 23 oktyabr 2019-cu il tarixli, 14 №-li yazılı sorğusuna qanunvericilikdə nəzərdə tutulmuş qaydada, sorğuda qeyd edilən sənədlərin təsdiqlənmiş surətlərini əlavə etməklə detallı yazılı cavab verilməsini cavabdehdən tələb etməkdədir. Lakin iddiaçının X3 adından mövcud tələblə bağlı cavabdehdən sorğuya cavab verilməsini tələb etməkdə subyektiv hüququ yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, X1 Eldar Xankişi oğlunun rəhbərlik etdiyi Azərbaycan İdman Jurnalistləri Assosasiyasının işçisi X4 əridir. Beləliklə iş materiallarında olan sənədlər əsasında X8 tərəfindən iddiaçıya onu təmsil etmək üçün etibarnamə verilməsi və yaxud iddiaçının həmin şəxsin qanuni nümayəndəsi olması müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ bəndində əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Həmin maddənin Vİ bəndində əsasən Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Həmin maddənin Vİİİ bəndinə əsasən Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Həmin Qanunun 34.4-cü maddəsinə görə isə fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Qanunun 10.4.7-ci maddəsində göstərilir ki, əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumaq informasiya sahibinin vəzifəsidir. Eyni zamanda Qanunun 21.1.1-ci maddəsinə uyğun olaraq sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda informasiya sahibi həmin sorğunu icra etməkdən imtina edir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bütün göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı(3-cü şəxs X9 olmaqla) “sorğuya cavab verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-696/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-696/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver