Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-696/2021 05.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X7 qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili X2 Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vəsatin geri qaytarılması barədə rəy verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 12.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdehə həvalə olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəycisi kimi 2018-ci ilin avqust ayına qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə sahibkarlıq fəaliyyətini tam dayandırmışdır. Həmin tarixdə iddiaçının dövlət büdcəsinə artıq ödənilmiş 12.000 manat vəsaiti olmuşdur. Bu səbəbdən də xx.xx.2018-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə forması ilə vergi orqanına müraciət etmişdir. Həmin tarixdən etibarən vergi orqanları tərəfindən ona müxtəlif bəhanələr edilərək artıq ödəmənin geri qaytarılması barədə rəy tərtib edilməsindən imtina edilmişdir. İlk olaraq xx.xx.2018-ci il tarixli **********558300 nömrəli məktubla ərizəsində bank rekvizitlərinin düzgün göstərilmədiyi qeyd olunmuşdur. Bundan sonrakı məktublara da analoji cavablar verilmiş və tərəfindən 05.11 2018-ci il tarixli artıq ödəmənin geri qaytarılması barədə yeni ərizə ilə Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilmişdir. xx.xx.2018-ci il tarixli **********869000 nömrəli məktubla ərizəsinə baxıldığı və səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı müzakirələrin aparıldığı qeyd edilmişdir. Bundan sonra Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli **********170721 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən iddiaçının sahibkarlıq faəliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi barədə xx.xx.2019-cu il tarixli **********695500 saylı müraciətinə cavab olaraq sahibkarlıq fəaliyyəti üzrə keçirilən səyyar vergi yoxlamasının xx.xx.2019-cu il tarixli **********193916 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğvi barədə” Qərar ilə ləğv edildiyi bildirilmişdir. Yoxlamanın ləğv edilməsinə rəğmən iddiaçının artıq ödəmənin qaytarılması barədə icraatda olan ərizəsinə heç bir münasibət bildirilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli **********782200 nömrəli məktubla müraciət olunaraq bir il öncə təqdim etdiyi və icraatda olan artıq ödəmənin qaytarılması barədə ərizəyə baxılması tələb edilmişdir. Bütün bəhanələr bitdikdən sonra vergi orqanı son məktubuna cavab olaraq xx.xx.2020-ci il tarixli **********443400 nömrəli məktubda xx.xx.2015-ci tarixdə tərəfindən vergi partnyorluğu sazişinin bağlanması ilə bağlı ərizə ilə müraciət edildiyini əsas gətirmiş və ödənilmiş vergi məbləğlərinin həmin sazişə uyğunlaşdırılması tövsiyə olunmuşdur. Halbuki, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli **********531800 nömrəli məktubla partnyorluq sazişinin etibarsiz hesab edilmsi ilə bağlı müraciət olunmuşdur. Yəni vergi orqanı ilə arasında hər hansı niyyət razılaşması mövcud olmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, vergi orqanları iddiaçının dövlət büdcəsinə ödədiyi 12.000 (on iki min) manat artıq ödəmənin geri qaytarılmaması üçün vergi qanunvericiliyinin tələblərini kobud sürətdə pozmuşlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********733000 saylı vəsatətində bildirilmişdir ki, iddia tələbi aşağıdakı səbəblərdən mümkün sayılmamalıdır. Belə ki, İddiaçı 12.000 manat məbləğin qaytarılması barədə xx.xx.2019-cu il tarixli **********782200 nömrəli ərizə ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Müraciətə baxılarkən vergi ödəyicisi tərəfindən vergi orqanına xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2019-cu il tarixlərdə vergi orqanı ilə vergi ödəyicisi arasında Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizələr ilə müraciət edildiyi məlum olmuşdur. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilmədiyi üçün müraciətin icrası mümkün olmamışdır. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, hazırkı iş üzrə təqdim edilmiş vəsatətdə göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktubdan görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən fəaliyyətinin xx.xx.2018-ci il tarixdən xx.xx.2023 tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli **********558300 saylı məktubundan görünür ki, xx.xx.2018-ci il tarixli iddiaçının artıq ödəmənin qaytarılması barədə müraciətinə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmış, təqdim etdiyini ərizədə bank rekvizitlərinin tam qeyd olunmadığı aşkar edilmişdir. Artıq ödəmənin yaranma tarixləri əks etdirilməklə vahid ərizə forması ilə müraciət etməyi iddiaçıya tövsiyə olunmuşdur. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli **********869000 saylı məktubundan görünür ki, artıq ödəmənin qaytarılması barədə iddiaçının müraciətinə baxıldığı və nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmişdir. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********710400 saylı məktubundan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli keçirilən səyyar vergi yoxlaması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019-cu il tarixli **********174321 və Vergi Məcəlləsinin 38.7.3cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildiyi üçün “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2019-cu il tarixli **********177620 və xx.xx.2019-cu il tarixli **********179617 nömrəli qərarlarına əsasən səyyar vergi yoxlaması dayandırılmışdır. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı xx.xx.2019-ci il tarixli **********889200 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli **********695500 saylı iddiaçının aparılan səyyar vergi yoxlamasından narazılıq barədə müraciətinə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmış, təyin edilmiş xx.xx.2018-ci il tarixli **********170721 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərar yuxarı vergi orqanının xx.xx.2019-cu il tarixli **********193916 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğvi barədə” Qərarı ilə ləğv edildiyi bildirilmişdir. İş materiallarında olan iddaçı İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, artıq ödəmənin qaytarılması barədə ərizənin 1 il bundan əvvəl təqdim edildiyini nəzərə alaraq ərizənin icra edilməsi məqsədilə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********443400 saylı məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixində vergi orqanına Vergi partnyorluğu sazişinin bağlanması ilə bağlı ərizə ilə müraciət edilmişdir. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarının Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi iddiaçıya tövsiyə olunmuşdur. İddiaçının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanladığı xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə göndərdiyi partnyorluq bağlanması barədə ərizəsinin etibarsiz hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçının xx.xx.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, həmin tarixə 12.056,22 manat məbləğində saldo olmuşdur. İş materiallarında olan iddiaçının xx.xx.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, həmin tarixə 12.074,62 manat məbləğində saldo olmuşdur. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanlanmış xx.xx.2015-ci il tarixli “vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”dən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanmasına razılıq verilməsini xahiş etmişdir. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2015-ci il tarixli **********018500 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2015-ci tarixli, **********045000 saylı “Vergi partnyorluğu Sazişinin bağlanması üçün” ərizəsinə baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013cü il 19 iyul tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişinin bağlanması” haqqında Qaydaların tələblərinə əsasən aşağıda göstərilən səbəblərdən iddiaçı ilə “Vergi partnyorluğu Sazişi”nin bağlanmasından imtina edilmişdir: Vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyəti ilə bağlı həyata keçirilən nəzarət tədbirinin nəticəsi üzrə yekun qərar çıxarılmadıqda. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanlanmış xx.xx.2015-ci il tarixli “vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”dən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanmasına razılıq verilməsini xahiş etmişdir. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2015-ci il tarixli **********486700 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2015-ci tarixli **********626500 saylı “Vergi partnyorluğu Sazişinin bağlanması üçün” ərizəsinə baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013cü il 19 iyul tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişinin bağlanması” haqqında Qaydaların tələblərinə əsasən aşağıda səbəblərdən iddiaçı ilə “Vergi partnyorluğu Sazişi”nin bağlanmasından imtina edilmişdir: Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsi (azaldılması) müəyyən edildikdə. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanlanmış xx.xx.2015-ci il tarixli “vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”dən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanmasına razılıq verilməsini xahiş etmişdir. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2015-ci il tarixli **********594800 saylı məktubundan görünür ki, iddiaçının “vergi partnyorluğu sazişinin bağlanması haqqında ərizə”nin etibarsız hesab edilməsi haqqında xx.xx.2015-ci il tarixli **********531800 nömrəli məktubuna əsasən onun tərəfindən təqdim edilmiş xx.xx.2015-ci tarixli **********130600 saylı “Vergi partnyorluğu Sazişinin bağlanması üçün” ərizəsi baxılmamış saxlanılmışdır. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən «İnzibati icraat haqqında» Qanunun 28.1-ci maddəsinə müvafiq olaraq artıq ödənilmiş verginin qaytarılması ilə bağlı cavabdehə dəfələrlə yazılı müraciət etmiş və sonuncunun işdə olan cavab məktublarından göründüyü kimi, son nəticədə iddiaçının artıq ödənilmiş pul vəsaiti qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan əsasla vəsaitin qaytarılmasından imtina etməsi işin hallarına və qanunvericilyin tələblərinə ziddir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən, o cümlədən, iddiaçı tərəfindən vergi orqanına ünvanladığı xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müraciətlərindən görünür ki, iddiaçı artıq ödənilmiş vergilərin qanunvericilikdə göstərilən müddətdə hesabına qaytarılmasından ötrü hazırlanmış forma ərizəsini təsdiq etməklə Maliyyə Nazirliyinə rəy formasının verilməsini xahiş etmiş və həmin ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən rəsmi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Həmin Məcəllənin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciiəri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Həmin Qaydaların 4.10-ci bəndinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 4.11-ci bəndinə əsasən məcburi dövlət sosial və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə vergi orqanları tərəfindən tərtib olunmuş rəyin (5 nömrəli əlavə) 1 (bir) nüsxəsi və ərizənin surəti sığortaedənin ərizəsi daxil olduğu tarixdən 20 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq sosial təminatı və müdafiəni həyata keçirən orqana, 1 (bir) nüsxəsi bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulan qaydada müvafiq maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan sığortaedənə göndərilir, 1 (bir) nüsxəsi isə vergi orqanında qalmalıdır. Həmin Qaydaların 4.12-ci bəndinə əsasən tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların rəsmi məlumatına əsasən vergi ödəyicisinin və ya sığortaedənin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən onun fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. xx.xx.2018-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə forması ilə vergi orqanına ona artıq ödəmənin geri qaytarılması barədə rəy tərtib edilməsindən qanunsuz olaraq imtina edilmişdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixə 12.330.77 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. İddiaçının şəxsi hesab vərəqəsindən xx.xx.2018-ci il tarixdən sonrakı qeydə alınmış ilk əməliyyatın tarixinə, yəni xx.xx.2018-ci il tarixə də eyni məbləğdə - 12.330.77 manat məbləğdə saldosu (artıq ödəməsi) olmuşdur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Vergi orqanı tərəfindən iddiaçının tələbindən imtinanın əsası kimi göstərdiyi xx.xx.2015-ci tarixdə tərəfindən vergi partnyorluğu sazişinin bağlanması ilə bağlı ərizə ilə müraciət edildiyini əsas gətirməsi də əsassız və qanunsuz olmuşdur. Belə ki, cavabdehin istinad etdiyi partnyorluq sazişinin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının vergi orqanına müraciət olunduğu və vergi orqanı ilə arasında hər hansı niyyət razılaşması mövcud olmadığı müəyyən edilmişdir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, əsassız səbəblərdən məsələ iddiaçının xeyrinə həll edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 12.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 12.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-696/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-696/2021
05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver