Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6960/2023 23.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili Nümayəndə Arif qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yaşayış sahəsi yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X6 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, onunla birgə ünvan 1 ünvanında yaşayır. X2 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş və xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Valideynləri 1994cü ildə evləniblər, lakin anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün valideynləri nikaha daxil ola bilməmişlər. Anası uzun illər Azərbaycanda şəxsiyyətini təsdiq edən sənəd olmadan yaşamışdır. Yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 185/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə onun adına Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində mövcud olmuş 1962-ci il tarixli 847 saylı doğum akt qeydinin bərpa olunması və ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edildikdən sonra Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi onu xx.xx.2017-ci il tarixdə doğum haqqında şəhadətnamə ilə təmin etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövət Miqrasiya Xidməti ******* saylı qərarla anasının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini tanımışdır. xx.xx.2021-ci il tarixdə anası Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Anası ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilərkən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə yaşayıs yeri üzrə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə isə Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən yaşadığı ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə anası soyadını “Varaqyan”dan “Lapteva”ya dəyişdirmişdir. Tibb müəssisəsindən kənarda doğulduğundan, anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığından, habelə doğulmağı barədə sənəd almaq məqsədi ilə heç bir həkimə müraciət edilmədiyindən doğum faktının qeydiyyata alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi uzun müddət mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə doğum faktının müəyyən edilməsi tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1718/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. xx.xx.2022- ci il tarixdə isə həmin qətnamə əsasında Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum faktı qeydə alınmış və AZ-JV seriyalı, 712253 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiva Xidməti Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2022-ci il tarixdə ******* nömrəli qərar qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyatı yoxdur. Hazırda ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. Həmin ünvanda 2008-ci ildən yaşayır. Anası X6 və bacısı X7 Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışlar. ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2na məxsus olmuş, lakin həmin yaşayış sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya order yoxdur. Həmin yaşayış sahəsinin yalnız Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən təsdiq edilmiş planı və yaşayış sahəsinin atası X1 barədə alqı-satqı müqaviləsi var. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi məqsədi ilə hazırda yaşadığı ünvan 6 ünvanına yaşayış yeri üzrə qeydiyyata almalarını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi müraciətinə özünün xx.xx.2023-cü il tarixli məktubu ilə (həmin cavab məktubu rəsmi qaydada xx.xx.2023-cü tarixdə təqdim edilmişdir) aşağıdakı məzmunda cavab vermişdir: “Yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edilmədiyi halda məhkəməyə müraciət etmək hüququ var”. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-13-55/2-B-41/11 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək hüququ var. AZ-İV seriyalı 712253 saylı xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (atası – X9; anası – X6). İQ seriyalı 486304 saylı xx.xx.2022-ci il tarixli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədən görünür ki, İddiaçı tibbi komissiyanı keçmiş və hərbi xidmətə yararlı sayılaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən 15 noyabr 1997-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. AZ-İ seriyalı 998291 saylı xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X6 ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-55/2-14928 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X3 adına sənədləşən fərdi uçot kartoçkası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin arxivində aşkarlanmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-55/2-12431 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X6 xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyata alındığından, həmin sənədlərin təqdim edilməsi imkan xaricindədir. İddiaçı (xx.xx.1997-cil il təvəllüdlü) məlumatlarına uyğun şəxs aşkarlanmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 20180/2023 **********80 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X8 adına ünvan 6 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-55/2-31979 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X4 adına sənədləşən fərdi uçot kartoçkası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin arxivində aşkarlanmamışdır. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək qeydiyyata alınmaq istədiyi ünvan qeyd edilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin, eləcə də həmin ünvana dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia ərizəsində yaşadığı ünvan 6 ünvanında qeydiyata alınmasını tələb etdiyini bildirmişdir, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. III. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi ev daşınmaz əmlakın dövlət reyestrində onun X2n adına qeydə alınmamamışdır. Həmin ünvanda bir neçə fərdi yaşayış evi qeydiyyatdan keçmişdir. Məhkəmə tərəfindən bu barədə hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı tərəfindən evə dair hüquqmüəyyənedici sənədlər və ya yaşayış sahəsi verən şəxsin ərizəsi məhkəməyə təqdim edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının adına yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etdiyi ev X2n daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla yanaşı, həmin ünvanda bir neçə fərdi yaşayış evi qeydiyyatdan keçmişdir. Məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək hesab etmişdir ki, həmin evlərin hansı şəxslərin xüsusi mülkiyyətində olmasının araşdırılması və digər şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış fərdi yaşayış evlərinin bütün hüquqmüəyyənedici sənədlərinin hazırki iş üzrə müvafiq inzibati orqandan tələb ediməsi zərurəti yoxdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 20180/2023 **********80 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçının mərhum X2n adına ünvan 6 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı nə məhkəməyə qədər inzibati icraat, nə də məhkəmə araşdırması zamanı yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmişdir. Bu barədə məhkəmə tərəfindən bu barədə hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı tərəfindən evə dair hüquqmüəyyənedici sənədlər və ya və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi məhkəməyə təqdim edilməmişdir. Məhəmə qeyd edir ki, yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ünvan 8 ünvanı ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu müəyyən olunmur. Belə olan halda cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova