Məhkəmə qərarları › İş №2-1(112)-6960/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6960/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6960/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 05 dekabr 2024-cü il tarixli 3-17-1/2-R-299156/2024 nömrəli ailə başçısını itirməyə görə əmək pensiyası haqqında imtina məktubunun ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə pensiyasının yenidən hesablananıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə həyat yoldaşı vəfat etdikdən sonra xx.xx.2024-cü ildə yaşa görə əmək pensiyası növündən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçmişdir. Həyat yoldaşı sağlığında aldığı 433,62 manat pensiya ona təyin edilmişdir. Pensiyasının növü dəyişdikdən sonra pensiyası düzgün hesablanmadığından dəfələrlə cavabdehə müraciət etmiş, lakin ona imtina edilmişdir. Cavabdehin imtinasında xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində yığılmış 7848,03 manat pensiya kapitalına əsasən əmək pensiyanın məbləğini yenidən hesablayaraq xx.xx.2023-cü il tarixə 498,99 manat müəyyən edildiyini bildirirlər. Qanunun 37.3.1 maddəsinin tələblərinə müvafiq pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayı qədər yəni 35 ay azaldıb 7848,03:(144- 35)= 109 aya böldükdə alman 72,00 manatı 433,62 manatın üzərinə əlavə etdikdə 505,62 manat olur. İddiaçının xx.xx.2024-cü il tarixli təkrar ərizəsinə xx.xx.2024-ci il tarixdə verilmiş 3- 17-1/2- R-22773 4/2024 nömrəli cavab məktubun xx.xx.202020 il tarixdən xx.xx.2022 ilədək 7848.03 manat pensiya kapitalını 8124,17 manat (01.012023-cü il tarixinə indeksləşdirilmiş) göstərməklə xx.xx.2023-cü il tarixdən pensiyamın məbləğinin 502,05 manat müəyyən edildiyini bildiriblər. Qanunun 37.3.1 maddəsində göstərilən 8124,18 qaydada manatı 109 aya böldükdə alınan 74,53 manat məbləği 433,62 manatın üzərinə əlavə etdikdə xx.xx.2022-ci ilə pensiyanın cəmi məbləği 508,15 manat olur. Həmin məbləği növbəti illər üzrə indeksləşdirdikdə 508,15x14,7=582,85x11,2= 648,13 manat olur. Cavabdeh iddiaçının həyat yoldaşının əlilliyə görə pensiya aldığına istinad edərək pensiyanı hesablayıb. Qanunun 34.1-ci maddəsində əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olduğu göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, qanunun 37.3.1-ci maddəsi yaşa görə əmək pensiyasının hesablanmasını tənzimləyir. İddiaçıya təyin edilmiş pensiyanın növü isə ailə bascısını itirməyə görə əmək pensiyası olduğu üçün Qanunun 37.3.1-ci maddəsi ona tətbiq edilməməlidir. Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. İddiaçıya xx.xx.2018-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 34.1 və 14.1.2-ci maddələrinə uyğun olaraq İddiaçının əmək pensiyasının növü dəyişdirilərək ona həyat yoldaşı X1 vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və məbləği xx.xx.2025-ci il tarixindən 603,50 manata çatdırılmaqla ödənişi davam etdirilir. Qanunun 17.1-ci maddəsinin tələbinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2022-ci il tarixində vəfat etmiş 64 yaşlı ailə başçısına münasibətdə tələb olunan sığorta stajı 196 ay ((64 yaş - 15 yaş (əmək qabiliyyəti olmayan yaş dövrü) = 49 il) x 4 ay) olduğundan sığorta davamiyyəti əmsalı 0,98 (196 ay/200ay) təşkil edir. Belə ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Emilya Abbasovanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış və istifadə olunmamış 8124,17 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı 141,12-yə (TxK - 144x0,98=141,12) bölünərək hesablanmışdır. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İV-ЖТ seriyalı, 440348 nömrəli Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən iddiaçı ilə X2 01 iyun 1988-ci il tarixdə nikahlarını bağlamışlar. AZ-İİ seriyalı, 313671 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2022-ci ildə ölmüşdür. Məhkəmə sorğusuna əsasən iddiaçının pensiya işi məhkəməyə göndərilmişdir. Pensiya işində olan sənədlərlə müəyyən edilir ki, Emilya Abbasovanın 2006-2022-ci illər üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları 27324,17 manat olmuşdur. Həmin məbləğin xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək olan, istifadə edilməmiş hissəsi 8124,17 manat təşkil etmişdir. İddiaçının müraciətinə cavabdehin imtina məktubunda iddia ərizəsinə yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunda həmçinin göstərilmişdir ki, Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır (34.1.). Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir (34.1-1.). Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır (34.2.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının həyat yoldaşı Emilya Abbasova xx.xx.2022-ci ildə vəfat etmiş və iddiaçı xx.xx.2022-ci il tarixli müraciətində ona təyin edilmiş yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyasına keçirilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixli qərarı ilə əmək pensiyası yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır (14.1.2.). Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır (18.2.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci madəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Göründüyü kimi əlilliyə görə əmək pensiyasının sığorta hissəsi əmək pensiyası təyin edilən tarixə qədər olan sığorta kapitalının gözlənilən pensiya ödənişi aylarının sığrta davamiyyəti əmsalına olan hasilinə bölünməsi ilə müəyyən edilir. Emilya Abbasova 64 yaşında vəfat etdiyi üçün onun əmək qabiliyyəti olmayan 15 yaşına qədər olan dövr 64 yaşda çıxılmaqla, alının 49 il üzrə hər il üçün 4 ay sığorta stajı hesablanmaqla, alınan 196 rəqəmi 200-və bölünmüş və sığorta davamiyyəti əmsalı 0,98 müəyyən edilmişdir. Gözlənilən pensiya ödənişi aylarının sayı, yəni 144 isə sığorta davamiyyəti əmsalına vurulmaqla (144X0,98) onun istifadə olunmamış pensiya kapitalı, yəni 8124,17 manat həmin rəqəmə (141,12) bölünərək alınan 57,56 manat iddiaçının pensiyasının sığorta hissəsinə əlavə edilmişdir. İddiaçı mərhum həyat yoldaşı Emilya Abbasovanın isitfadə edilməmiş pensiya kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən 72-yə bölünməsi yolu ilə hesablanmalı olduğunu bildirsə də, məhkəmə iddiaçının həmin mövqeyini əsassız hesab edir. Belə ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Göründüyü kimi Qanunun 37.3.1-ci maddəsi yaşa görə əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması zamanı tətbiq edilə bilər. Qanunun yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi və yenidən hesablanması əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması qaydasında uyğun aparılır. Eyni zamanda Qanunun 37.3.2-ci maddəsi əlilliyə görə əmək pensiyası təyin edilmiş şəxsin əmək pensiyasını yenidən hesablanması zamanı Qanunun 13-cü maddəsinə istinad edilməsini müəyyən edir. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar