Məhkəmə qərarları › İş №2-1(112)-6961/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6961/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6961/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçinın vəkili X6, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 19.02.2014-cü il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ona 52 yaşdan, yəni 19.02.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 19.02.2014-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 19.02.2014-cü il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1985-ci il tarixdən etibarən əmək fəaliyyətinə başlamışdır ki, onun 52 yaşı tamam olduğu vaxta ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən çox təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, inzibati orqan tərəfindən iddiaçının iş yerində dəqiqləşmə aparılması zamanı su altında iş müddətini müəyyən edən, iddiaçıya dair 47 nöçrəli dalğıcın şəxsi kitabçasında 1998-2001-ci illərində aparılmış qeydlərin hansı sənədlər əsasında yazılmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Həmçinin, təqdim edilən xilasetmə stansiyasının jurnalının rəhbər şəxsin imzası ilə təsdiq edilmədiyi və möhürsüz olması müəyyən edilmişdir. Qeyd edilən faktlar “Nardaran-2” sularında xilasetmə məntəqəsi tərəfindən 17 sentyabr 2020-ci il tarixli aktla təsdiq edilmiş və məhz bu səbəbdən də iddiaçının güzəştli iş stajı olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün üç halı əsas götürmüşdür:

1. Dalğıc kitabında əks olunan məlumatların hansı sənədlər əsasında yazıldığı;

2. Xilasetmə stansiyasının jurnallarında imza və möhürün olmaması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Göründüyü kimi hər iki şərtin, yəni ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi dəlillərə qiymət verilməsi üçün, iddiaçının hərbi müddətinin və iş stajını nəzərə alınmaqla onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının nə qədər olduğunu müəyyən etməlidir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletindən görünür ki, iddiaçı 05.05.1981-ci il tarixdən 03.06.1983-cü il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 01 ay təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının 01.01.2006-cı il tarixədək əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi ilə bağlı araşdırma məhz əmək kitabçasında olan qeydlər əsasında həyata keçirilir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X10) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxarıq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. İş matariallarında olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -17.05.1984-cü il tarixdən 22.10.1984-cü il tarixədək sürücü vəzifəsində; (05 ay 07 gün) -10.01.1985-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sularda Xilasetmə Xidmətinin “Nardar-2” sularda xilasetmə məntəqəsində matros-xilasedici vəzifəsinə qəbul olunmuş, 10.01.1990-ci il tarixdə dalğıc vəzifəsinə keçirilmiş və 31.05.1990-ci il tarixdə işdən azad olmuş; (05 il 04 ay 22 gün) -01.03.1991-ci il tarixdən 07.12.1992-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sularda Xilasetmə Xidmətinin “Nardar-2” sularda xilasetmə məntəqəsində dalğıc kimi; (01 il 09 ay 07 gün) -07.12.1992-ci il tarixdən 12.06.2017-ci il tarixədək həmin məntəqənin rəisi kimi; (24 il 06 ay 07 gün) -05.07.2017-ci il tarixdən 16.09.2019-cu il tarixinə kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X7 Xidmətinin “Nardaran-2” sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində işləmişdir. (02 il 02 ay 13 gün) Məhkəmənin qənaətinə görə iddiaçının iş fəaliyyəti və ordu müddəti nəzərə aldıqda, iddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı mövcud olmuşdur ki, bununla da ümumi iş stajı ilə bağlı şərt ödənilmişdir. İddiaçının güzəştli iş stajına münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli iş stajını toplamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda- 12100000 Ümumi peşələr bölməsində 12100000—11465 kod altında sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar zərəli iş kimi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35 Ümumi peşələr bölməsində sualtı işlərdə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi dalğıc vəzifəsi həm “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda, həmçinin də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur ki, burada ən mühim arqument dalğıcın dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2.750 saatdan və ya ay ərzində 25 saatdan çox olsun. Məhkəmə bu istiqamətdə aparmış olduğu araşdırma zamanı müəyyən etmişdir ki, dalğıc təcrübəsi dövründə iddiaçı dalğıc enmələrini həyata keçirmişdir ki, həmin müddət 6.199 saat 20 dəqiqə təşkil edir. Lakin, məhkəmə nəzərə alır ki, burada iddiaçının güzəştli stajını müəyyən edilməsi ilə bağlı araşdırılmalı olan məsələ iddiaçının 01.01.2006-cı il tarixədək 6.199 saat 20 dəqiqədən ən azı 2.750 saatının tamamlanıbtamamlanmamasıdır. Məhkəmə də qeyd olunan istiqamət üzrə aparılmış araşdırıma nəticəsində iş materiallarına əlavə edilmiş dalğıc kitabçası ilə müəyyən etmişdir ki, iddiaçı 1986-cı ildə - 22 saat, 1989-cu ildə - 500 saat, 1996-cı ildə -2000 saat, 2000-ci ildə - 326 gün, 2001-ci ildə - 330 saat, 2002-ci ildə -340 saat, 2003-cü ildə -335 saat, 2004-cü ildə -399 saat, 2005-ci ildə -312 saat enmə həyata keçirmişdir. Məhkəmə yuxarıda qeyd olunmayan tarixlərdə enmənin neçə saat təşkil etməsi ilə bağlı əlavə araşdırmanın aparılmasına zərurət müəyyən etməmişdir. Belə ki, dalğıc kitabından da görünür ki, iddiaçının su altında qalma saatlarının hesabatına əsasən, 1999-cu ilə qədər (1999-cu il daxil olmaqla) su altında enmə saatları ümumilikdə 3.995 saat təşkil etmişdir ki, qeyd olunan hal 2.750 saat ilə bağlı minimum şərtin ödənildiyini təsdiq edir. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, 2006-cı ildən sonraki tarixlərdə iddiaçının su altına enmə saatlarına dair hesabatdan görünür ki, həmin tarixdən sonra enmə saatları əhəmiyyətli dərəcədə (12 saat – 20 saat aralığında) azalmışdır ki, qeyd olunan halda, iddiaçının 6.199 saat 20 dəqiqədən su altına enmə saatının əksər hissəsinin, ən azı 2.750 saatının 01.01.2006-cı il tarixədək olduğunu təsdiq edir. Nəzərə alınmalıdır ki, iddiaçının su altında işlədiyi müddət məhz 47 №-li şəxsi dalğıc kitabçası əsasında müəyyən olunmuş, bununla yanaşı həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X7 Xidməti tərəfindən verilmiş arayışda əks olunmuşdur. Əlbətdə ki, həmin arayış özündə iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun müəyyən olunmasında mötəbər dəlil hesab olunur. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Şərh olunan qanunvericiliyin müddəalarını və məhkəmə təcrübəsini hazırki iddiaya tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının dalğıc kimi işlədiyi dövrün güzəştli iş stajına daxil edilməsi üçün zəruri məlumatları ehtiva edən güzəştli arayış mövcud olmuş, bundan başqa həmin vəzifə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulmuş, o cümlədən də iddiaçının 2.750 saat çox işlədiyi faktı dalğıc kitabçasında və güzəştli arayışda nəzərdə tutulduğu halda bunun əksini təsdiq edən hər hansı bir mötəbər dəlil cavabdeh tərəfindən təqdim olunmamışdır. Məhkəmə bir məsələni də vurğulamağı zəruri hesab edir ki, cavabdehin imtina məktubunda dalğıc kitabçasında iddiaçının 1989-2001-ci illərə aid aparılmış qeydlərin hansı sənədlər əsasında yazılması və xilasetmə stansiyasının jurnallarının rəhbər şəxsin imzası və möhürü ilə təsdiq edilməməsinə dair irəli sürülmüş mülahizələr formal xarakter daşıyır və hər hansı bir fundamental əsasa söykənmir. Başqa sözlə desək, xilasetmə stansiyasının jurnalında imza və möhürün olmaması iddiaçının dalğıc kimi su altında işlədiyini təkzib edən fakt kimi qiymətləndirilmir. Bundan başqa, təqdim olunmuş dalğıc kitabçasında olan məlumatların həqiqiliyi şübhə doğurmur, əksinə bu qeydlər Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş arayış ilə təsdiq olunur. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi dalğıc vəzifəsinin zərərli vəzifəyə aid olması təkzib olunmaz arqumentdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 yanvar 1999cu il tarixli 1-2 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 15 fevral 1999-cu ü tarixdə 144 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “ Azərbaycan Respublikası neft sənayesinə aid olan qulluqçu vəzifələrinin Vahid X2”na (hissə 6) əlavəsinə nəzər yetirdikdə məlum olur ki, dalğıc mütəxəssisi İdarənin bütün növ sualtı-texniki dalğıc işlərinə, X4 (DDK) işinə metodiki və texniki rəhbərlik edir, sualtı-texniki vasitələrin istismara buraxılmasında idarədə müəyyən edilmiş qaydaya və istismar təlimatına riayət edilməsini təmin edir, sualtı-texniki vasitələrin və texniki sənədlərin (təlimatların) respublikada qüvvədə olan qanunvericiliyə, dünya standartlarına uyğun olaraq hazırlanması, istehsalatda tətbiqi və yoxlanmasını təşkil edir. Sualtı işlərin aparılması zamanı baş verən qəzaların, bədbəxt hadisələrin, peşə xəstəliklərinin araşdırılmasında iştirak edərək, onların səbəblərinin təhlili və aşkar olunmuş nöqsanların ləğvi üzrə operativ tədbirlərin həyata keçirilməsini təmin edir. Hətta, həmin vəzifə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin” Siyahısında da nəzərdə tutulmuşdur. Beləliklə güzəştli arayış,həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixi, 8 №-li Qərarı ilə təsdiq olunmuş Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1 daxil olmuş məlumatlar, o cümlədən dalğıc kitabçası ona dəlalət edir ki, iddiaçının işlədiyi dalğıc vəzifəsi güzəştli pensiya hüququ verən vəzifəyə aiddir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının 01.01.2006-ci il tarixə güzəştli iş stajının 10 ildən (10.01.1990-31.05.1990; 01.03.1991-01.01.2006) çox olmasını müəyyən edir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 19 fevral 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə isə qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 09.05.2020-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya pensiya hüququ yarandığı tarixdən deyil, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 09.05.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı 52 yaşdan, yəni 19.02.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə 09.05.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar