Məhkəmə qərarları › İş №2-1(112)-6963/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6963/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6963/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliy, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı "sənədlərin götürülməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək aşağıdakı sənədlərin yoxlama ilə əhatə edilən dövr (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə, excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti, yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavələrində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş məbləğlərin açıqlaması (izahı) və götürüldüyü uçot sənədləri, yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal- material hərəkəti barədə məlumat (o cümlədən hər bir təsərrüfat subyekti üzrə aylıq əsasda excel faylda), müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda), malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesabfakturalar, alış aktları, üzləşmə aktları və s.; yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar (illər üzrə), Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə maddi və qeyri-maddi aktivlərin reyestri (excel faylda), yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitərin siyahısı, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri, yoxlamanın predmetinə aid olan dövr (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu, iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı, dəyəri 10000 (on min) manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2000 (iki min) manatdan yuxarı olan bütün sığorta polisləri, yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün nəzarət kassa aparatının hesabatları (aylar üzrə) və ciddi hesabat blanklar, yoxlama ilə əhatə olunan dövr ərzində vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin surətlərinin Cavabdehndən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163008 nömrəli Qərarı ilə “Aqrolayn Qrup" MMCdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2019-xx.xx.2022) təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 23-cü və 42-ci maddələrinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********163058 nömrəli Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövr üzrə tələb edilən aşağıdakı sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır: 1) Aşağıdakı sənədlərin yoxlama ilə əhatə edilən dövr (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: 1.1. Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); 1.2. Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 1.3. Yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə, excel faylda); 1.4. Yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti; 1.5. Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavələrində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş məbləğlərin açıqlaması (izahı) və götürüldüyü uçot sənədləri; 1.6. Yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (o cümlədən hər bir təsərrüfat subyekti üzrə aylıq əsasda excel faylda); 1.7. Müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; 1.8. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); 1.9. Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s.; 1.10. Yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar (illər üzrə); 1.11. Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; 1.12. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə maddi və qeyri-maddi aktivlərin reyestri (excel faylda); 1.13. Yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitərin siyahısı; 1.14. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); 1.15. Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; 1.16. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri; 2) Yoxlamanın predmetinə aid olan dövr (xx.xx.2019-cu il tarixdən 31,08.2022-ci il tarixədək) üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: 2.1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 2.2. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 2.3. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 2.4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti; 2.5. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; 2.6. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; 2.7. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 2.8. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 2.9. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; 2.10.Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 2.11. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; 2.12. Dəyəri 10000 (on min) manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; 2.13. Dəyəri 2000 (iki min) manatdan yuxarı olan bütün sığorta polisləri; 2.14. Yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün nəzarət kassa aparatının hesabatları (aylar üzrə) və ciddi hesabat blanklar; 2.15. Yoxlama ilə əhatə olunan dövr ərzində vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin surətləri. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********168082 nömrəli qərar qəbul edilmişdir. Lakin vergi ödəyicisi xx.xx.2023-cü il tarixli **********168082 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2023-cü il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət sənədlərin təqdim olunmasından imtina barədə Akt tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin məlum olan hüquqi ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163008 nömrəli qərarından görünür ki, Cavabdeh (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: sentyabr 2019 - avqust 2022. İş materiallarına əlavə olunmuş 04 oktyabr 2022-ci il tarixli KY221799893 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilmişdir: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Cavabdeh barəsində yoxlama müddəti: xx.xx.2022-xx.xx.2022-ci il; yoxlanılan dövr: xx.xx.2019-xx.xx.2022-ci il; yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********163058 nömrəli Tələbnamə ilə Cavabdehndən (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.3-cü və 43-cü maddələrini əsas tutularaq, zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Sənədlərin təqdim edilməməsi barədə” xx.xx.2022-ci il tarixli Aktından görünür ki, Baş idarənin “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********163058 nömrəli Tələbnaməsi əsasında tələb edilmiş sənədlər “Aqrolayn Qrup" MMC (VÖEN: **********) tərəfindən Vergi Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya təqdim edilməmişdir. Buna səbəb müəssisənin riskli vergi ödəyicisi olması ilə bağlı sənədləşmə üzərində gecikmələr olduğu üçün qısa müddət ərzində riskdən çıxdığı halda sənədlər yoxlayıcıya təqdim olunacaq. Qeyd olunanları nəzərə alaraq, Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən 2 (iki) nüsxədən ibarət “Sənədlərin təqdim edilməməsi barədə” Akt tərtib olunmuşdur. Aktın bir nüsxəsi müəssisənin nümayəndəsi X2 tərəfindən imzalanmış və və müəssisənin möhürü ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Sənədlərin təqdim edilməsindən imtina barədə” xx.xx.2022-ci il tarixli Aktından görünür ki, Baş idarənin “Vergi yoxlamasının keçirilməsi uçun zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********163058 nömrəli Tələbnamesi əsasında tələb edilmiş sənədlər “Aqrotayn Qrup" MMC (VÖEN; **********) tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya təqdim edilməmişdir. Vergi ödəyicisindən tələb edilmiş sənədlərin təqdim olunmamasına səbəb oiaraq riskli vergi Ödəyicisi qrupuna aid edilməsi ilə əlaqədar, sənədlərin hazırlanmasında gecikmələrin olduğu bildirilmişdir. Qeyd olunaniarı nəzərə alaraq, Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin təqdim edilməsindən imtina barədə” Akt tərtib olunmuşdur. Aktın bir nüsxəsini müəssisənin nümayəndəsi X2 tərəfindən qəbul edilmiş, imza və müəssisənin möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********168082 nömrəli qərarından görünür ki, Cavabdehndən (VÖEN **********) yoxlanılan dövr üzrə, yəni 1.1. Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); 1.2. Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 1.3. Yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə, excel faylda); 1.4. Yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti; 1.5. Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavələrində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş məbləğlərin açıqlaması (izahı) və götürüldüyü uçot sənədləri; 1.6. Yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (o cümlədən hər bir təsərrüfat subyekti üzrə aylıq əsasda excel faylda); 1.7. Müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; 1.8. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); 1.9. Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s.; 1.10. Yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar (illər üzrə); 1.11. Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; 1.12. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə maddi və qeyri-maddi aktivlərin reyestri (excel faylda); 1.13. Yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitərin siyahısı; 1.14. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); 1.15. Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; 1.16. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri; 2) Yoxlamanın predmetinə aid olan dövr (xx.xx.2019-cu il tarixdən 31,08.2022-ci il tarixədək) üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: 2.1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 2.2. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 2.3. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 2.4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti; 2.5. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; 2.6. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; 2.7. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 2.8. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 2.9. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; 2.10.Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 2.11. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; 2.12. Dəyəri 10000 (on min) manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; 2.13. Dəyəri 2000 (iki min) manatdan yuxarı olan bütün sığorta polisləri; 2.14. Yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün nəzarət kassa aparatının hesabatları (aylar üzrə) və ciddi hesabat blanklar; 2.15. Yoxlama ilə əhatə olunan dövr ərzində vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin surətlərini, VM-nin 43-cü maddəsinə əsasən elektron fayllar və yoxlama predmetinə aid olan digər sənədlərin götürülməsi həyata keçirilməsi qərara alınmışdır. Qərarla müəssisənin nümayəndəsi X2 tanış olmuş, imza və müəssisənin möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Sənədlərin təqdim edilməsindən imtina barədə” xx.xx.2023-cü il tarixli Aktından görünür ki, Baş İdarənin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2023-cü il tarixli **********168082 nömrəli Qərarına əsasən tələb edilmiş sənədlər və məlumatlar "xxxx" MMC tərəfindən yoxlamaya təqdim ed!İməmişdir. Vergi ödəyicisi tərəfindən buna səbəb kimi riskli vergi ödəyicisi qrupuna aid edilməsi ilə əlaqədar sənədlərin hazırlanmasında gecikmələrin olduğu bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən “Sənədlərin təqdim edilməsindən imtina barədə” Akt tərtib olunmuşdur. Aktın bir nüsxəsini müəssisənin nümayəndəsi X2 tərəfindən qəbul edilmiş, imza və müəssisənin möhürü ilə təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. -42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. -43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, vergi orqanının “xx.xx.2022-ci il tarixli **********163008 nömrəli qərarı ilə Cavabdehndə (VÖEN **********) üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş (yoxlama ilə əhatə olunan vergi dövrü: sentyabr 2019 - avqust 2022), vergi orqanı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixli **********163058 nömrəli Tələbnamə təqdim etmiş, lakin tələbnamə üzrə tələb olunan sənədlər vergi orqanına təqdim edilməmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlərin təqdim edilməsi ilə müvafiq sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, vergi ödəyicisi adıçəkilən qərarda yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmiş və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, növbədəti səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehdən tələb edilsə də cavabdeh tərəfindən vergi orqanına təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə işin hallarını, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərini, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən növbəti səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv aparılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin olunmalı, Cavabdeh MMC-də səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlər həmin qurumdan götürülməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh "Aqrolayn Qrup” MMC-dən sənədlərin yoxlama ilə əhatə edilən dövr (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə, excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti, yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavələrində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş məbləğlərin açıqlaması (izahı) və götürüldüyü uçot sənədləri, yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal- material hərəkəti barədə məlumat (o cümlədən hər bir təsərrüfat subyekti üzrə aylıq əsasda excel faylda), müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda), malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesabfakturalar, alış aktları, üzləşmə aktları və s., yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar (illər üzrə), Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə maddi və qeyri-maddi aktivlərin reyestri (excel faylda), yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitərin siyahısı, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri, yoxlamanın predmetinə aid olan dövr (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu, iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı, dəyəri 10000 (on min) manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2000 (iki min) manatdan yuxarı olan bütün sığorta polisləri, yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün nəzarət kassa aparatının hesabatları (aylar üzrə) və ciddi hesabat blanklar, yoxlama ilə əhatə olunan dövr ərzində vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin surətləri götürülsün. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar