Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6965/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli pensiyanın azaldılması haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə cavabdeh “'İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq etimad hüququnu pozaraq pensiyanın ümumi məbləğini azaltmışdır. Buna səbəb kimi sığorta haqlarının e-sosial portalında uçotu ilə bağlı vaxtilə 2008-ci ildə səhvə yol verilməsi göstərilmişdir.Cavabdeh qurumum 2008-ci ildə hansısa məsul vəzifəli şəxslərinin səhvi ucbatından pensiya təminatı hüququ pozulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı münasibətini təqdim edərək qeyd etmişdir ki, Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul edilməmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6053/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə iddiaçının əmək pensiyasının məbləği 1188,82 manatdan 5186,57 manata artırılmışdır. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 8211/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6053/2023 nömrəli qərar etibarsız sayılmış və pensiya məbləği (5186,57 manat) dəyişməmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 11651/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 5186,57 manatdan 5300,47 manata artırılmışdır. Əlavə olaraq bildirilir ki, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-7130/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə 3-17-1/3-3-1165/2023 nömrəli sərəncam etibarsız hesab edilmiş, iddiaçının əmək pensiyasının məbləği 5894,12 manatdan 2484,77 manata azaldılmışdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11553/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6053/2023 nömrəli nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-11651/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-7130/2024 nömrəli sərəncamlar ləğv edilmiş, iddiaçının əmək pensiyasının məbləği 2484.77 manatdan 2696,64 manata artırılmışdır. Yekun olaraq Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3- 3-12804/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6053/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 8211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-11651/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-7130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11553/2024 nömrəli sərəncamlar ləğv edilmiş, iddiaçının əmək pensiyasının məbləği 2484,77 manatdan 2360,24 manata azaldılmışdır. Göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi qərarların hamısı artıq Mərkəzi Filalın özü tərəfindən ləğv edilmişdir. Aydındır ki, artıq qüvvədə olmayan, ləğv edilmiş qərarların təkrar ləğvi mümkün deyil, hüquqi nəticə doğurmur. Eyni zamanda qeyd edilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-10906/2024 nömrəli qərarına əsasən İddiaçı münasibətdə xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-7130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11553/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12804/2024 nömrəli qərarlar ləğv edilmiş və müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilmişdir. Sözügedən məhkəmə qərarından Mərkəzi Filial tərəfindən apellyasiya şikayəti verilmiş, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında işə baxılmaqdadır. Əlavə olaraq bildirilir ki, Mərkəzi Filialın xx.xx.2025-cü il tarixli 3-17-1/3-3-6179/2025 nömrəli qərarı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə xx.xx.2025-ci il tarixli 2-1(103)-1690/2025 nömrəli məhkəmə qərardadının icrası təmin edilərək, iddiaçının pensiya məbləği 6371,54 manata artırılmışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi qərarlar (xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-6053/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-11651/2023 nömrəli) artıq cavabdeh tərəfindən ləğv edildiyindən, cavabdeh tərəfindən sonradan qəbul edilmiş qərarların (xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-7130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11553/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12804/2024 nömrəli) ləğvi ilə bağlı mübahisə artıq başqa məhkəmənin icraatında olduğundan, eyni zamanda 2023-cü ildə qəbul edilmiş qərarların mübahisələndirilməsi üçün 30 günlük iddia müddəti ötürüldüyündən iddia mümkün sayılmamalıdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-6053/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 11651/2023 nömrəli inzibati aktların ləğv edilməsini, müdaxilədən əvvəlki pensiyanın məbləğinin bərpa edilməsi öhdəliyinin və “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı məhkəmə iclasında iştirak edən şəxsin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-6053/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə iddiaçının əmək pensiyasının məbləği 1188,82 manatdan 5186,57 manata artırılmışdır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-8211/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6053/2023 nömrəli qərar etibarsız sayılmış və pensiya məbləği (5186,57 manat) dəyişməmişdir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-11651/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 5186,57 manatdan 5300,47 manata artırılmışdır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17- 1/3-7-7130/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə 3- 17-1/3-3-1165/2023 nömrəli sərəncam etibarsız hesab edilmiş, iddiaçının əmək pensiyasının məbləği 5894,12 manatdan 2484,77 manata azaldılmışdır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-11553/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6053/2023 nömrəli nömrəli, xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-8211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-11651/2023 nömrəli, xx.xx.2024cü il tarixli 3-17-1/3-3-7130/2024 nömrəli sərəncamlar ləğv edilmiş, iddiaçının əmək pensiyasının məbləği 2484,77 manatdan 2696,64 manata artırılmışdır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-12804/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6053/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 8211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-11651/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-7130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11553/2024 nömrəli sərəncamlar ləğv edilmiş, iddiaçının əmək pensiyasının məbləği 2484,77 manatdan 2360,24 manata azaldılmışdır; Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-10906/2024 nömrəli qərarı ilə İddiaçı münasibətdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-7130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 11553/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12804/2024 nömrəli qərarları ləğv edilmiş və müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilmişdir. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi qərarlar cavabdehin sonrakı qərarları ilə qüvvəsini itirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-10906/2024 nömrəli qərarı üzrə yuxarı məhkəmə instansiyasında icraat davam etdirildiyindən iddiaçı barəsində cavabdehin yekun qərarı olan xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-12804/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı qüvvədə hesab olunur. Həmin qərarla da iddiaçının hazırda mübahisələndirdiyi qərarlar ləğv edilmişdir. Bir halda ki, mübahisələndirilən qərarları ləğv edən qərarlar hələki qüvvədədir, qüvvəsini itirmiş qərarların mübahisələndirilməsi mümkün hesab edilə bilməz. Digər tərəfdən inzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Təqdim edilmiş məlumata əsasən cavabdehin xx.xx.2025-cü il tarixli 3-17-1/3-3- 6179/2025 nömrəli qərarı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə xx.xx.2025-ci il tarixli 2-1(103)-1690/2025 nömrəli məhkəmə qərardadının icrası təmin edilərək, iddiaçının pensiya məbləği 6371,54 manata artırılmışdır. İddiaçı barədə qəbul edilmiş əlverişsiz inkibati aktlar isə məhkəmə qaydasında mübahisələndirilmiş və işə baxılması davam etdirilir. Hazırkı halda iddiaçının hüququnun hansı formada pozulduğu məlum deyildir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının ləğvini tələb etdiyi qərarlar hazırda qüvvədə olmadığından mübahisələndirmə növündə bu iddia mümkün sayılmamalıdır. Lakin hazırkı mübahisə ilə bağlı iddiaçıya hüquqi yardım göstərilməsi də iddianın mümkün sayılmasına əsas verməyəcəkdir. Belə ki, iddiaçı özü barəsində qəbul edilmiş əlverişsiz inzibati aktların ləğvini tələb edə bilər ki, o tələblə bağlı iddia artıq məhkəməyə verilmiş və baxılması davam etməkdədir. Tələb dəyişdirildiyi halda da iddia mümkün sayılmayacaqdır. Belə ki, İPM-in 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarının 15.4-cü bəndində də təsbit olunmuşdur ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6965/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6965/2025
08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver