Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6967/2023 27.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı X7 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı, X7 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014cü il tarixli 328 nömrəli Sərəncamına əsasən Nəsimi rayonu, C.Məmmmədquluzadə, N.Yusifbəyli, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatəsindəki 999-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi, ərazidə yerləşən tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən həll edilməsi, sifarişçiyə ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etməsi və həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etməsi, sahəni yerində qəbul etməsi, onun sanitar vəziyyətinə nəzarət etməsi, layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirməsi, ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırması, layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etməsi, layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırması, layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etməsi həvalə edilmişdir. Sözügedən sərəncamın icrası gedişində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 11B ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsinə münasibətdə X10 və X9 ilə alqı-satqı müqaviləsi bağlanılmış və müvafiq kompensasiya ödənilmişdir. Bunun üçün əsas Cavabdeh başçısının xx.xx.2014-cü il, 13 saylı sərəncamı, xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamı, sözügedən ünvana dair R.Vəliyevin adına olan 1995-ci il tarixli texniki pasport, xx.xx.1996-cı il tarixli Bakı şəhəri Cavabdeh R.Vəliyevin sözügedən ünvana pasport qeydiyyatına alınmasında dair sərəncamı, habelə 59 saylı MKİS-nin xx.xx.1996-cı il tarixli aktı və digər sənədlər olmuşdur. X2 xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncamı əsas tutaraq, cavabdeh DƏDRX-nin ünvan 2 ünvanında yerləşən 275,1 kv.m. torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2014-cü il tarixli, 2- 1 (81 )-3309/2014 saylı qərarı ilə iddia təmin edilmişdir. Z.Süleymanova xx.xx.2014-cü il tarixdə sözügedən mənzili X4 alqı-satqı müqaviləsi əsasında satmışdır. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncamını əsas tutaraq, X1 Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il, 13 saylı sərəncamı və xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamlarının etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə sonradan qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-59/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, Bakı şəhəri Cavabdeh başçısının 2014-cü il 4 fevral tarixli, 13 saylı və 2014-cü il 19 iyun tarixli, 116 saylı sərəncamlarının etibarsız hesab olunması qət edilmişdir. İş üzrə yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-406/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2- 1(103)-59/2018 nömrəli qərarı qismən - "Bakı şəhəri Cavabdeh başçısının 2014-cü il 19 iyun tarixli, 116 saylı sərəncamının etibarsız hesab edilməsi" hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından sonra Z.Süleymanova Cavabdehnə müraciət etmiş və Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncama görə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamı ləğv edilmişdir. Hazırda N.Sultanov "xxxx" MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə "ünvan 3 ünvanında yerləşən 275,1 kv.m. torpaq sahəsinin İddiaçı MMC-nin qanunsuz sahibliyindən alınaraq, iddiaçıya verilməsi və həmin torpaq sahəsi üzərində tikilmiş tikililərin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbinin əsaslarından biri Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamı təşkil edir. Sözügedən xx.xx.2019-cu il tarilxi sərəncam hazırda "xxxx" MMC-yə qarşı iddianın qaldırılması üçün əsaslardan olduğu üçün, onun maraqlarına toxunur. Həmin sərəncam etibarsızdır. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 65.1.5-ci maddəsinə görə faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X7, X9, X2 və X10 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasında iştirakı etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Belə ki, irəli sürülmüş iddia müəyyən etmə və ya tanınma haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddia mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) cavab verir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı ilə, ünvan 4 ünvanında, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 47,7 kv.m., köməkçi sahəsi 63,2 kv.m., ümumi sahəsi 110,9 kv.m. olan fərdi yaşayı evi tikinti, sanitar, yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün hüquqi qeydiyyatdan keçirilməsi və sərəncam əsasında Z.İ.Süleymanovanın adına Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış və texniki pasport verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilməsi qərara alınmışdır; Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 13 nömrəli sərəncamı ilə, ünvan 4 ünvanında, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 47,7 kv.m., köməkçi sahəsi 63,2 kv.m., ümumi sahəsi 110,9 kv.m. olan fərdi yaşayı evi tikinti, sanitar, yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün hüquqi qeydiyyatdan keçirilməsi və sərəncam əsasında A.Ə.Əliyevanın adına Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış və texniki pasport verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilməsi qərara alınmışdır. (Bu sərəncam Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-59/2018 saylı qərarı ilə etibarsız hesab edilmişdir); Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 116 nömrəli sərəncamı ilə, Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı ləğv edilmişdir; Bakı şəhəri Cavabdeh xx.xx.2017-ci il tarixli, 36 nömrəli sərəncamı ilə, Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı etibarsız hesab edilmişdir (Bu sərəncam Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-2878/2017 saylı qərarı ilə etibarsız hesab edilmişdir); Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 156 nömrəli sərəncamı ilə, Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 116 nömrəli sərəncamı ləğv edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019cu il tarixli, 2-1(102)-406/2019 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-59/2018 saylı qərarı qismən – “Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 116 nömrəli sərəncamının etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qərar qalan hissədə (Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 13 nömrəli sərəncamının etibarsız hesab edilməsi) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018ci il tarixli, 2-1(102)-954/2018 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-2878/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla Bakı şəhəri Cavabdeh xx.xx.2017-ci il tarixli, 36 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Normaların məzmunundan göründüyü kimi, qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İş materiallarında olan sənədlərdən və məhkəmə aktlarından müəyyən olunur ki, Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamının qanuni inzibati akt olması öz təsdiqini tapmışdır. Belə ki, həmin sərəncamı etibarsız hesab edən Bakı şəhəri Cavabdeh xx.xx.2017-ci il tarixli, 36 nömrəli sərəncamı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-2878/2017 saylı qərarı ilə etibarsız hesab edilmişdir. Həmçinin Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 13 nömrəli sərəncamı da Bu sərəncam Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-59/2018 saylı qərarı ilə etibarsız hesab edilmişdir. Yuxarıda sadalanan məhkəmə aktlarında ifadə olunmuş məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq da, Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 156 nömrəli sərəncamı ilə, Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamını ləğv edən Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 116 nömrəli sərəncamını ləğv etmişdir. İddiaçı icrası mümkün olmayan hesab etdiyi Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 156 nömrəli sərəncamı ilə, Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı qüvvəsini bərpa edir ki, həmin sərəncam əsasında da Z.İ.Süleymanovanın adına yaşayış evi və torpaq sahəsi daşınma əmlakın dövlət reyestrində qeydə alınmış və sərəncam icra edilmişdir. Bu səbəbdən Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 156 nömrəli sərəncamının faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt olması təsdiqini tapmır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdehnə qarşı, X7 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6967/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6967/2023
27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver