Məhkəmə qərarları › İş №2-1(112)-6972/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6972/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6972/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehə qarşı “hüququn qeydiyyatını məhdudlaşdıracaq hərəkətləri etməkdən çəkinmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Bakı Şəhəri N.Cavabdeh, ünvan 1 ünvanlı fərdi yaşayış evinə məxsus olan, "xxxx" MMC tərəfindən ünvanda inşa edilmiş 13 mərtəbəli bina vasitəsilə zəbt edilməmiş, hal-hazırda ünvanın mülkiyyətçilərinin faktiki istifadələrində olan 360 kvadrat metrlik həyətyanı torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun, xx.xx.2015-ci il tarixli, 439 saylı fərmanla təsdiq olunmuş siyahının 2.4-cü bəndinin tələbinə əsasən ünvanı mülkiyyətçilərinə aid olduğunu tanımağa, rəsmən qəbul etməyə məcbur edilməsinə və bu hüququn qeydiyyatını məhdudlaşdıracaq hərəkətləri etməkdən çəkinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası A.M.Mövlamov Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvandakı “B” (118,4 kv.m.) tikilisinin tam hissəsinnin, “A” (111,5 kv.m.) tikilisinin isə 13/27 hissəsinin hüquq sahibi olmuşdur. xx.xx.2023-cü il tarixli Vərəsəlik Şəhadətnaməsində iddiaçı və bacısı (Qurbanova İ.A.) A.Mövlamovun hüquqi varisləri olaraq tanınmışdırlar. Cavabdehin 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamına əsaslanaraq "xxxx" MMC, ünvanın 6 nəfərdən ibarət payçılardan cəmi 2 nəfəri ilə (Hümbətov M.H. və Həşimov K.M. ilə) qanuna zidd sazişlər (xx.xx.2019cu il tarixli 104 və 108 saylı) imzalayaraq, gecə saatlarında evinə girmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanındakı “A” (111,5 kv.m.) və “V” (13,2 kv.m.) və s. tikililəri məhv etmiş, həyətin 300 kv.m.-dək hissəsini zəbt edərək orada 13 mərtəbəli bina inşa etmişdir. Hal-hazırda ünvanda “B” (118,4 kv.m.) tikilisi 360 kv.m.-dək həyətyanı torpaq sahəsi üzərində mövcud olmaqla, faktiki istifadəsindədir. Ünvana dair tərtib edilmiş 1961-ci il tarixli (xx.xx.2001-ci il tarixinədək) Texniki Pasportda həyətyanı torpaq sahəsinin ölçüsü barədə məlumat 552,8 kv.m. qeyd edilmişdir ki, bu da xx.xx.2015-ci il tarixli fərmanla təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında A.R. Qanunu qüvvəyə minədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı” –nın 2.4-cü bəndinin göstərişinə tam olaraq uyğundur, hüquqmüəyyənedici sənəddir. İddiaçı ünvanın mülkiyyətçisi olaraq sözügedən hüquqa 2015-ci il ildən məhkəmələrdə tərəfdir. Payçılar arasında 2015ci-ildən bugünədək məhkəmələrdə mülki mübahisələr hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatını gecikdirilmişdir. Cavabdehin 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanımıza aid hissəsində sözügedən fərmanla müəyyən olunmuş hüququn dövlət qeydiyyatını məhdudlaşdırmış sərəncam ünvana aid hissəsində A.R. Konstitusiyasının 148-ci maddəsinin 1-ci və 5ci hissələrinin müddəaları ziddir. Artıq Konstitusiyanın müddəalarına zidd sərəncam M.M.C. tərəfindən icra olunmuş, ünvana məxsus 552,8 kv.m. həyatyanı torpaq sahəsinin, yerin sıfır səviyyəsindən hesablandıqda 200 kv.m. hissəsi qeyri-qanuni zəbt olunub. İşğal olunmuş 200 kv.m. hissə iddiaçının faktiki istifadəsində deyildir. Lakin qalan zəbt edilməyən 360 kv.m. həyətyanı torpaq sahəsinə fərmanla təsdiq edilmiş siyahının 2.4-cü bəndinə əsasən iddialıdır, ünvanda mövcud olan “B” (118,4 kv.m.) tikilinin hüquq sahibinin A.M.Mövlamovun hüquqi varisləri olaraq hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmasında tam hüquqi maraqlıdır.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Xidməti ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair 10 may 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən 26 sentyabr 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Müxtəlif dövrlərdə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələri və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında sözügedən yaşayış evinin hissələrinə münasibətdə müxtəlif hüquq əldə edənlərin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. Hazırda həmin yaşayış evi X1, X8, X10, X5, X13 və X2 paylı mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur. ki, sözügedən yaşayış evinə dair Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1961-ci ilin iyun ayında texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin müvafiq ünvanda yerləşən yaşayış evinin payları ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olduğundan və həmin mübahisənin başa çatmasını təsdiq edən yekun məhkəmə qərarı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmadığından, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxılması mümkün olmamışdır. Belə ki, “payların bölüşdürülməsi və s.” tələblərə dair məhkəmə mübahisəsi barədə Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(103)-12508/2017 nömrəli və Ali Məhkəmənin 11 may 2018-ci il tarixli, 2(102)-4265/2018 nömrəli bildirişləri 1 saylı Bakı Ərazi idarəsinə daxil olsa da, iş üzrə mübahisənin yekunlaşmasını təsdiq edən məhkəmə aktı barədə hər hansı məlumat mövcud deyildir. Göstərilənlərə əsasən bildiririk ki, iş üzrə yekun məhkəmə qərarı rəsmi qaydada daxil olduqdan sonra sözügedən yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (paylı) X6 (A tikilisindən 38/256 hissə) xx.xx.2015-ci il tarixdə, X14 (A tikilisindən 16/32 hissə) xx.xx.2010-cu il tarixdə, X19 (A tikilisindən 5/256 hissə açıq saxlanılır), X12 (A tikilisindən 1/32 hissə), X24 (A tikilisindən 8/32 hissə) və X7 (A tikilisindən 13/256 hissə və B tikilisi) adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdırlar.

5. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 1 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X20 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş- X1 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan oğlu-İddiaçıdur (AA*******, xx.xx.2020 - Səyyar-Asan 10, Fın:xxxxxxx, d/t:xx.xx.1973) ünvan 4 ünvanında qeydiyyatda olan qızı- X4r (AA4178685, xx.xx.2022 - Asan 2, FİN:12XJEVY, d/t:xx.xx.1975) və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: -ƏMDK-nirı yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2073-cij il tarixdə verilmiş **********21-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında yerləşən ümumi sahəsi 229.90 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə mərhum-X3 məxsus olan ("A" tikilisindən 13/256 hissə və " B" tikilisi) paydan ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********WR30105 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

6. ünvan 5 ünvanında yerləşən mənzilə dair X15, X23, X9 adına tərtib olunmuş 1961-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin Texniki İnventarlaşma və Qiymətləndirilməsinə aid pasport iş materiallarına əlavə olunmuşdur.

7. Məhkəmənin mümükünlük üzrə iclasında tərəflər iştirak etməmişdir.

2 İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

9. X38 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

10. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X25rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X26rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

11. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisənin mövcud olması əsaslandırılmamışdır.

12. İddia tələbində iddiaçının hüquqi marağının nədən ibarət olması aydın olmadığından məhkəmə tələbin dəyişdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsini mümkün hesab etmir.

13. X38 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X35rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X30rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X11rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

14. Odur ki, iddia tələbində iddiaçının hüquqi marağı aydın ifadə edilməyib və tələb özlüyündə aydın deyil. Hazırkı iddianı qaldırmaqda nail olmaq istədiyi məqsəd əsaslandırılmamışdır.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar