Məhkəmə qərarları › İş №2-1(112)-6974/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6974/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6974/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi X5, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş -Nizami rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında (№3-17-1/3-3-61028/2023) xx.xx.2023-cü il tarixli qərarının və Əmək pensiyasının dayandırılması haqqında (№3-17-1/3-3- 61029/2023) xx.xx.2023-cü il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək X12 MMC-nin Poladəritmə sexində Təkrarqarametal tədarükü və emalı sahəsində Köpüklü kran maşinisti vəzifəsində zərərli iş rejimində çalışmışdır. Çalışdığı sahə zərərli iş sahəsinə aid olduğu üçün 2016-cı ilin avqust ayından “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyası əsasında (axrıncı iş yerindən aslı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu səbəbdən də Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin dekabr ayından ona təyin edilmiş pensiyanın verilməsi cavabdeh tərəfindən dayandırılaraq ona qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı isə cavabdehə qarşı “pensiya ödənişinin bərpa edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etdi. Həmin tələblər üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1513/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi" barədə ilkin iddiası təmin edilməmiş, iddiaçının isə "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi" öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilmişdir. Qərarın icrası ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından narazı qalan qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-551/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-551/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından narazı qalan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-1182/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)551/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmənin qanuni qüvvədə olan qərarını qəsdən icra etmədikləri üçün iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin cərimələnməsini xahiş etdi. Həmin müraciət üzrə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında işə baxılan zaman ona məlum oldu ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv edilməsi və pensiyasının dayandırılması barədə qanunsuz əlverişsiz qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən dəvət edilərək bir sənədə imza etdirmişlər. Lakin həmin sənədin nəyə aid olması barədə heç nə izah etməmişlər və surətini də verməmişlər. Qəbul etdikləri həmin qərarın surəti də ona ümumiyyətlə təqdim edilməmiş və bu barədə heç bir məlumat da verilməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmədə işə baxılan zaman məlumat bildikdən sonra cavabdehin məhkəməyə təqdim etdiyi həmin qərarların surəti və ona imza etdirdikləri aktın surəti məhkəmədə ona təqdim edilərək mahiyyəti izah edilmişdir. Hesab edir ki,cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qeyd edilən qərar qanunsuz əlverişsiz inzibati aktdır. Bu səbəbdən də o, həmin qərarların ləğv edilməsi barədə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qəbul etdiyi qərarda qeyd edilmişdir ki, İddiaçı əmək pensiyası təyin edilməsi haqqlnda qərar “İnzibati icraat haqqlnda” Azərbaycan Respublikasının Qanununun 21.2., 67.1. və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilsin; Əmək pensiyaslnln ödənişi dayandırılsın və artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilsin; Şəxsə bu barədə məlumat verilsin; Artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün tədbirlər görülsün. Açıq aydın görünür ki,cavabdehin qeyd edilən qaydada qəbul etdiyi qanunsuz əlverişsiz qərarı ilə onun Azərbaycan Respublikasının Konstitutsiyası (Maddə 38.,71.) və qanunları ilə qorunuan hüquqları kobud şəkildə pozulmaqda davam edir. Bakı İnzibati Məhkəməsinin sorğularına cavab olaraq işlədiyi müəssisə tərəfindən müxtəlif vaxtlarda verilmiş arayışlarda bildirilmişdir ki, X12 MMC Azərbaycan Metallurgiya Sənayesində ardıcıl rol oynayan X4. Müəssisədə iş şəraiti ağır və zərərlidir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən İddiaçı) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. İddiaçı iş yeri bilavasitə X2 daxilində yerləşirdi. O, bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirmişdir. Bu baxımdan onun tutduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emal bölməsinin 11.5.Metal emalı üzrə sair peşələr bəndində “İsti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar)” peşəsi ilə uyğun gəlir. İddiaçının zərərli iş rejimində 14 ildən çox müddətdə işləməyi müəssisə tərəfindən müxtəlif vaxtlarda verilmiş sənədlərlə təsdiq edilməklə Nazirlər Kabinetinin qeyd edilən siyahısında olmasına baxmayaraq cavabdeh tərəfindən 2-ci dəfə qanunsuz olaraq pensiya ödənişi dayandırlmışdır. Cavabdeh ədalətli mövqe tutmamış, işin düzgün həlli üçün heç bir araşdırma aparmamış, qəbul etdiyi qərar barədə belə maraqlı şəxsi məlumatlandırmamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1,21.2.,24.1.,24.2.-ci maddələrinin tələblərinə də riayət etməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qanunsuz əlverişsiz inzibati akt ləğv edilməlidir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının metal emalı bölməsinin (11) metal emalı üzrə sair peşələr bəndində (11.5) isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) nəzərdə tutulmuşdur. Araşdırma zamanı iddiaçının 28 iyun 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X12” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində körpülü kran maşinisti vəzifəsində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının “Təkrarqarametal tədarükü” sahəsində işlədiyi körpülü kran maşinisti vəzifəsi yuxarıda qeyd olunan isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 57 yaşının tamanlandığı xx.xx.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən, iddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində onun iştirakı ilə 19 sentyabr 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Daha sonra sözügedən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada iddiaçıya əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv olunması və pensiya ödənişinin dayandırılması haqqında inzibati akt qəbul edilib. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun tam tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya artıq ödənilmiş pul vəsaiti 10165,35 manat təşkil edir.

4. Cavabdeh tərəfindən qəbul edilən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi 3-17-1/3-3-61028/2023 nömrəli, xx.xx.2023-cü il tarixli haqqında Qərarının ləğv olunması haqqında qərarına əsasən:

1. Vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilsin.

2. Adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılsın və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilsin.

3. “İnzibati icraat haqqında" Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada şəxsə məlumat verilsin.

4. Artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülsün.

5. Cavabdeh tərəfindən qəbul edilən “Əmək pensiyasının dayandırılması haqqında” 3-17- 1/3-3-61029/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərara əsasən Nəsimi rayon Şöbəsi tərəfindən İddiaçı xx.xx.2016-cı il tarixində təyin olunmuş, hazırkı pensiya məbləği 420,56 manat məbləğ olan, sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr xx.xx.2023-xx.xx.2023-cü illər (məbləğ 420,56 manat) olan, 054246 nömrəli güzəştli şərtlərlə yaşa görə pensiya işi üzrə pensiyanın dayandırılması qərara alınmışdır. Dayandırılma səbəbi “İnzibati icraat haqqında” Qanunun 39.1-ci maddəsinin tətbiq edilməsi olmuşdur.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixdə İddiaçı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı artıq ödənilmiş 11989,15 manat pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı qarşılıqlı iddia ərizəsi verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmış pensiya ödənişinin bərpa edilməsi və 2021-ci ilin yanvar ayından bu günə qədər ödənilməmiş pensiya məbləğinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1513/2022 saylı qərarı ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

9. “X12” MMC-nin xx.xx.2022-cü il tarixli X-Y-1416 nömrəli arayışında bildirilmişdir ki, xx.xx.2009-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində X12 QSC-nin (bundan əvvəl "X12" MMC-nin) Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən Təkrarqarametal Emalı sahəsində Körpülü kran maşinisti peşəsində çalışır. xx.xx.2022-ci il tarixində 009/i saylı əmrə əsasən Təkrarqarametal emalı şöbəsinin adı dəyişdirilərək Metal emalı, qarışıqların hazırlanması və kopyor sexi adlandırılmışdır. Qeyd edilən sahə Metal emalı şöbəsidir, texnoloji prosesə uyğun olaraq İddiaçı körpülü kran maşinisti kimi metal emalı üzrə qazla kəsicilər işləyən şöbədə qazla kəsicilər üçün iri həcmli metalları çuqun poddona yerləşdirir və qazla kəsilmiş metalları yükləməklə məşğul olur. Emal sahəsi tüstülü və tozlu sahədir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən İddiaçı) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilir.

10. “X12” MMC-nin xx.xx.2022-cü il tarixli X-Y-1318 nömrəli arayışında bildirilmişdir ki, xx.xx.2009-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində X12 QSC-nin (bundan əvvəl "X12" MMC-nin) Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən Təkrarqarametal Emalı sahəsində Körpülü kran maşinisti peşəsində çalışır. xx.xx.2022-ci il tarixində 009/i saylı əmrə əsasən Təkrarqarametal emalı şöbəsinin adı dəyişdirilərək Metal emalı, qarışıqların hazırlanması və kopyor sexi adlandırılmışdır. Qeyd edilən sahədə metal tullantılarının emal prosesi həyata keçirilir. İddiaçı körpülü kran maşinisti kimi istehsalat sahələrində texnoloji prosesə uyğun olaraq materialların, məhsulların yüklənməsi, daşınması, boşaldılması və digər işlərin yerinə yetirilməsi ilə məşğul olur. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən İddiaçı) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir.

11. “X12” MMC-nin xx.xx.2021-cü il tarixli X-Y-0375 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı körpülü kran maşinisti vəzifəsində işlədiyi Təkrarqarametal Tədarükü və Təkrarqarametal Emalı sahəsi isti və zərərli sahə hesab olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (11) Metal emalı üzrə sair peşələr bəndində (11.5) İsti iş sahələrində məşğul olan kran maşinistləri peşəsinə uyğundur.

12. “X12” MMC-nin xx.xx.2021-cü il tarixli 19/L nömrəli cavabdehə ünvanladığı məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində X12 MMC-nin Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışmışdır. Həmin şöbədə metal tullantıların emal prosesi həyata keçirilir. İddiaçı körpülü kran maşinisti kimi istehsalat sahəsində texnoloji prosesə uyğun olaraq materialların, məhsulların yüklənməsi, daşınması, boşaldılması və digər işlərin yerinə yetirilməsi ilə məşğul olmuşdur. X12 MMC Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X4. Müəssisəmizdə iş şəraiti ağır və zərərlidir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən İddiaçı) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. İddiaçı iş yeri bilavasitə X2 daxilində yerləşirdi. O, bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirmişdir. Bu baxımdan onun tutduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emalı bölməsinin 11.5. Metal emalı üzrə sair peşələr bəndində “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” peşəsi ilə uyğun gəlir.

13. “X12” MMC-nin xx.xx.2021-cü il tarixli X-Y-0549 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2003-xx.xx.2009-cu illərdə Poladərilmə sexinin Şixlə sahəsində xx.xx.2009xx.xx.2017-ci illərdə isə Təkrarqaramelal Tədarükü şöbəsində kran maşinisti vəzifəsində işləmişdir. Poladəritmə sexinin tərkibinə aşağıdadı şöbə və sahələr daxildir: Təkrarqarametal tədarükü şöbəsi. Xəlilə (Şixlə) sahəsi. Soba və soba-çalov sahəsi. Pəstahların fasiləsiz tökülməsi sahəsi, (alov sahəsi. Pəstahların qüsurlarının emalı və lazımi ölçüdə kəsilməsi sahəsi. Təkrarqarametal Tədarükü şöbəsi Poladərilmə sexinin xammalın hazırlanması sahəsi olaraq əsas fəaliyyəti qəbul olunmuş qara metal tullantıların içərisində ola bilən partlama təhlükəli əşyalardan (qapalı qablar, amartizatorlar, müxtəlif təy inatlı balonlar, hərbi sursatlar və sair) təmizləyib ilkin xammalın təhlükəsizliyini (əmin elmək, tələb olunan ölçüyə uyğun metal tullantılarını seçib ayırmaq, böyük ölçülü metal tullantılarım tələb olunan ölçülərdə kəsib-doğrayaraq əridilməyə hazır xammal halına gətirib əridilmək üçün Şixlə sahəsinə göndərməkdən ibarətdir. Şixtə sahəsinin kran sürücüsünün vəzifəsi X10 şöbəsindən hazırlanıb Şixlə sahəsinə göndərilən xammalı (metal qırıntılarını) sobaya göndərmək üçün badyalara yükləməkdir. Təkrarqarametal Tədarükü şöbəsinin kran sürücüsünün əsas fəaliyyəti qəbul olunan metal tullantılarının boşaldılması, seçilməsi və kəsilib doğranılması üçün qazla kəsicilərin iş yerlərinə yerləşdirilməsi, kəsilib doğranmış metalın vaqonlara və ya avtomobillərə yükləməsi və sair ibarətdir. Hər iki sahənin (Şixlə sahəsi və Təkrarqarametal tədarükü şöbəsi) kran sürücülərinin iş şəraiti eynidir və onlara əmək şəraitinin attestasiyasının nəticələrinə əsasən (isti əmək şəraiti, əməyin gərginliyi və əməyin ağırlığı amilləri) əlavə əmək haqqı və əlavə məzuniyyət verilir.

14. “X12” MMC-nin xx.xx.2021-ci il tarixli, X-Y-0218 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2009- xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “X12” MMC-nin Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən Təkrarqarametal Emalı sahəsində Körpülü kran maşinisti peşəsində çalışır. Qeyd edilən sahələrdə metal tullantıların emal prosesi həyata keçirilir. İddiaçı körpülü kran maşinisti kimi istehsalat sahələrində texnoloji prosesə- uyğun olaraq materialların, məhsulların yüklənməsi, daşınması, boşaldılması və digər işlərin yerinə yetirilməsi ilə məşğul olur. “X12” MMC Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X4. Müəssisədə iş şəraiti ağır və zərəlidir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən İddiaçı) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. İddiaçı iş yeri bilavasitə X2 daxilində yerləşir. O, bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirir. Bu baxımdan onun peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emalı bölməsinin 11.5 Metal email üzrə sair peşələr bəndində “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” peşəsi ilə uyğundur.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

16. Məhkəmən iclasında iştirak edən cavabdehin nümyəndəsi iddiaya etirazını müdafiə edərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

İİ.İddianın növü və mümkünlüyü

17. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

18. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

19. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

21. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

22. İddianın növü mübahisələndirmə haqqında iddiadır.

23. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir.

24. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

25. İddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emalı bölməsinin 11.5. Metal emalı üzrə sair peşələr bəndində “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” peşəsinə uyğun olaraq olaraq xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş və xx.xx.2023-ci il tarixli qərarlarla xx.xx.2016-cı il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

27. İddiaçı xx.xx.2003-xx.xx.2009-cu illərdə “X12” MMC-nin Poladəritmə sexinin Şixlə sahəsində xx.xx.2009-xx.xx.2017-ci illərdə isə Təkrarqaramelal Tədarükü şöbəsində kran maşinisti vəzifəsində işləmişdir.

28. Cavabdeh xx.xx.2009-xx.xx.2016-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının “X12” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində körpülü kran maşinisti vəzifəsində işlədiyi dövrün güzəştli şərtlərlə pensiya hüququ verdiyini mübahisələndirir.

29. Məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

30. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilərkən iş yeri tərəfindən verilmiş arayışda yerinə yetirdiyi işlərin əmək şəraiti zərərli və ağır, habelə isti əmək şəraiti, əməyin gərginliyi və əməyin ağırlığı amilləri bağlı şəraitdə kran maşinisti peşəsində çalışdığı və işlədiyi müddətdə əmək şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı aldığı qeyd edilməklə həmin arayış birbaşa tabe olduğu istehsalatın aparat rəhbəri, baş direktorun kadrlar üzrə müavini tərəfindən təsdiq edilmişdir.

31. Əmək Məcəlləsinin: Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri

1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

32. İddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunan arayışdan müəyyən edilir ki, Təkrarqarametal Tədarükü şöbəsi Poladəritmə sexinin xammalın hazırlanması sahəsi olaraq əsas fəaliyyəti qəbul olunmuş qara metal tullantıların içərisində ola bilən partlama təhlükəli əşyalardan (qapalı qablar, amartizatorlar, müxtəlif təyinatlı balonlar, hərbi sursatlar və sair) təmizləyib ilkin xammalın təhlükəsizliyini (əmin elmək, tələb olunan ölçüyə uyğun metal tullantılarını seçib ayırmaq, böyük ölçülü metal tullantılarım tələb olunan ölçülərdə kəsib-doğrayaraq əridilməyə hazır xammal halına gətirib əridilmək üçün Şixlə sahəsinə göndərməkdən ibarətdir. Şixtə sahəsinin kran sürücüsünün vəzifəsi X10 şöbəsindən hazırlanıb Şixlə sahəsinə göndərilən xammalı (metal qırıntılarını) sobaya göndərmək üçün badyalara yükləməkdir. Təkrarqarametal Tədarükü şöbəsinin kran sürücüsünün əsas fəaliyyəti qəbul olunan metal tullantılarının boşaldılması, seçilməsi və kəsilib doğranılması üçün qazla kəsicilərin iş yerlərinə yerləşdirilməsi, kəsilib doğranmış metalın vaqonlara və ya avtomobillərə yükləməsi və sair ibarətdir. Hər iki sahənin (Şixlə sahəsi və Təkrarqarametal tədarükü şöbəsi) kran sürücülərinin iş şəraiti eynidir. Bundan başqa iddiaçının əmak fəaliyyətinin surəti də arayışa əlavə edilmişdir.

33. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Təkrarqarametal Tədarükü şöbəsinin körpülü kran maşinisti peşəsi üzrə vəzifə borcu olan yükgötürmə qabiliyyəti yuxarı olan müxtəlif materialların, məhsulların boşaldılması, təhlükəsiz qoşulması, daşınması və yığılması qaydalarını, elektrotexnikanın əsaslarını və çilingər işlərini, kranların təmir qaydalarını və təmirin aparılmasının təhlükəsiz üsullarını, adamların kranaltı yollara buraxılma qaydalarını, kranın, burazların (troslarin), zəncirlərin və q.əblann yükgötürmə qabiliyyətinin son həddini, eyni zamanda xidmət etdiyi istehsalatın texnoloci prosesini, kranla daşman yüklərin, qabların, avadanlıqların çəkisini, sexdə qaztəhlükəli yerləri, istehsalat siqnallarını və xəsarət almış işçilərə ilkin yardım göstərilməsi qaydalarını, qəzaların qarşısının alınması planının (Q.Q.A.P) uyğun bəndlərini, körpülü və çatmalı (kozlevoy) tipli kranların maşinistləri üçün təlimatlarını bilməlidir.

34. xx.xx.2022-ci il tarixində Təkrarqarametal emalı şöbəsinin adı dəyişdirilərək Metal emalı, qarışıqların hazırlanması və kopyor sexi adlandırılmışdır. Qeyd edilən sahə Metal emalı şöbəsidir, texnoloji prosesə uyğun olaraq iddiaçı körpülü kran maşinisti kimi metal emalı üzrə qazla kəsicilər işləyən şöbədə qazla kəsicilər üçün iri həcmli metalları çuqun poddona yerləşdirir və qazla kəsilmiş metalları yükləməklə məşğul olur.

35. Beləliklə, cavabdeh Nazirlər Kabinetinin müvafiq qərarında Metal emalı bölməsinin (11) Metal emalı üzrə sair peşələr bəndində (11.5) isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) vəzifəsinin təkrarqarametal tədarükü sahəsində körpülü kran maşinisti vəzifəsindən nə ilə fərqləndiyini əsaslandırmadan və vaxtilə işəgötürən tərəfindən təqdim edilmiş aydınlaşdırıcı arayışı nəzərə almamasının səbəbini izah etmədən iddiaçının işlədiyi kran maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vermədiyi qənaətinə gəlmişdir. Halbuki hər ikisinin iş mexanizmi oxşardır və iddiaçıya əmək qanunvericiliyinə uyğun olaraq işlədiyi müddətdə əmək şəraiti zərərli və ağır işlərdə işlərdə işlədiyinə əlavə əmək məzuniyyəti verilmişdir.

36. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

37. Odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin ləğv edilməsi haqqında qərarlar qanunsuz hesab edilməklə ləğv edilməli və qüvvəyə mindiyi andan hüquqi nəticələri aradan qaldırılmalıdır.

38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması” haqqında 3-17-1/3-3-61028/2023 nömrəli, xx.xx.2023cü il tarixli və “Əmək pensiyasının dayandırılması haqqında” 3-17-1/3-3-61029/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar