Məhkəmə qərarları › İş №2-1(112)-6978/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6978/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6978/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə İddiaçının vəkili X6 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların X5 məxsus olmasına dair arayışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka ərazisində yerləşən 1292 “a” (köhnə nömrə-120) bağ sahəsinə dair hüquqların X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmidir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 və İstismarı Birliyinin 21 yanvar 1970-ci il tarixli, 3265 saylı müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka bağ massivi ərazisində 0,25 hektar torpaq sahəsindən ibarət olan 20 saylı bağ sahəsi X2 icarəsinə verilmişdir. X8 12 may 1980-ci ildə vəfat etmiş, onun vəfatından sonra sözügedən bağ sahəsi onun vərəsələri, yəni ailə üzvlərinin istifadəsinə keçmişdir. Belə ki, həmin bağ sahəsi 7 övladı arasında bölünmüş, həmin bağ sahəsindən iddiaçının mərhum ərinə 0,035 hektar torpaq sahəsi düşmüşdür. Birlik ilə mərhum əri X9 arasında 0,035 hektar torpaq sahəsinə dair 28 dekabr 2006-cı il tarixli, 39435 saylı müqavilə bağlanaraq bağ sahəsi sonuncunun icarəsinə verilmiş və bağ sahəsinin nömrəsi 1292 "a" hesab edilmişdir. Əri xx.xx.2012-ci il tarixdə vəfat etmiş, onun qanuni vərəsəsidir və uzun illərdir ki, bağ sahəsindən fasiləsiz, etirazsız istifadə edir. O, müvafiq sənədləri toplayıb cavabdehə müraciət edərək həmin bağa dair reyestrdən çıxarış verilməsini xahiş etmiş, lakin ona imtina verilmişdir. Cavabdehin yazılı etirazında bildirilmişdir ki, iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti Bakı şəhəri Vişnyovka ərazisində yerləşən 1292a saylı bağ sahəsi haqqında məlumatın və sənəd surətinin verilməsi ilə bağlı olmuşdur. Məlumat üçün bildirilir ki, keçmiş X4 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 27 saylı protokolu ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.035 hektar torpaq sahəsi olan 1292a saylı bağ sahəsinin icarəyə verilməsinə dair X3 adına xx.xx.2006-cı il tarixli, 39434 nömrəli müqavilə tərtib edilmişdir. Lakin müqavilə (hər iki nüsxəsi) səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən sənəd surətinin verilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 35.1-ci və 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********91 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, keçmiş X4 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 27 saylı protokolu ilə Bakı şəhəri, Sabunçı rayonu, Vişnyovka qəsəbəsində yerləşən 0.035 hektar torpaq sahəsi olan 1292a saylı bağ sahəsinin icarəyə verilməsinə dair X3 adına xx.xx.2006-cı il tarixli, 39434 nömrəli müqavilə tərtib edilmişdir. Lakin müqavilə (hər iki nüsxəsi) səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən sənəd surətinin verilməsi mümkün olmamışdır. Nəzərə alınması xahiş edilmişdir. İddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyədək cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən, habelə məhkəmə iclasında bununla baglı iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilməsinə baxmayaraq sübut təqdim edilmədiyindən məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. İddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın mümkün hesab edilərək təmin edilməsini xahiş etdi. İş üzrə hazırlıq icraatı ilə bağlı təyin edilmiş məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs DƏDRX-in ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən sözügedən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə DƏDRX-in ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bu barədə müvafiq arayış verilməlidir. İş materiallarından məlum olur ki, iddiaçı tərəf hazırki iddia tələbində qaldırdığı məsələ barəsində, yəni mərhumun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə arayışın verilməsi üçün məhkəməyədək cavabdeh inzibati orqana müraciəti təsdiq edən sübutunu və ya cavabdehin imtina məktubunu məhkəməyə təqdim etməmiş, bu səbəbdən də, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, işin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçı tərəfə izah edilir ki, bağ sahəsinin iddiaçının mərhum ərinin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etməli, xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4KİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar