Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-698/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı güzəştli şərtlərlə vaxtından əvvəl təqaüdə çıxmağı vəzifəsinin icrasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1979-cu ildən Bakı şəhəri, 23 saylı tikinti idarəsində fəhlə kimi fəaliyyətə başlamışdır. 1979-1981-ci illərdə həmin idarədə fəhlə kimi işləmişdir. 1981-1983-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1983-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra 23 saylı tikinti idarəsində fəhlə kimi fəaliyyətini davam etdirmişdir. xx.xx.1984-cü ildə xx.xx.1989-cu ilə qədər həmin idarədə İİİ dərəcəli daş ustası kimi işləmişdir. 1989-cu ildən müxtəlif tikinti idarələrində müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. xx.xx.2015-ci ildə Bakı şəhərində “İnterstroy Servis" MMC-də qaynaqçı vəzi fəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68a bəndinə əsasən "xxxx" MMC-də qaynaqçı vəzifəsindən azad edilmişdir. xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilə qədər "xxxx" MMC-də yenidən qaynaqçı vəzifəsində çalışmışdır. 2023-cü ildə Əmək Məcəlləsinin 68a bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək fəaliyyəti dövründə 5 il ərzində daş ustası kimi ağır işdə çalışmışdır. Ondan sonra 2015-2023-cü illərdə 8 il müddətində qaynaqçı kimi müxtəlif tikinti sahələrində ağır işlərdə çalışmışdır. Hal-hazırda 62 yaşı vardır. O, 12 ildən artıq tikinti sahələrində ağır işlərdə (daş ustası, qaynaqçı) vəzifələrində işlədiyi üçün vaxtından əvvəl güzəştsiz şərtlərlə təqaüdə çıxmaq istəyirdi. Buna görə də xx.xx.2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi elektron qaydada müraciət etmişdir. Bu günə qədər 1 ay yarımdan çox müddət keçməsinə baxmayaraq, hələ də onun müraciətinə heç bir cavab verilməyib. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 23 dekabr 2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərflərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının iddiaçının müraciətinə ünvanladığı 12 yanvar 2024-cü il tarixli 3-17- 1/2-Q-5872/2024 nömrəli cavab məktubunda onun ümumi iş stajının 25 ildən az, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının 18574,65 manat təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı Z. Qafarov iddia ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçı Z.X3 təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1993-xx.xx.1998ci il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətində aparıcı mühəndis, xx.xx.1998xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə Nəsimi Rayon Mənzil Kommunal Təsərrufat Birliyində mühəndis vəzifələrində işlədiyi qeyd edilmişdir. İddiaçının "xxxx" şirkətində işlədiyi dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) həmin dövrü İddiaçı iş stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də İddiaçı xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranmış, xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü onun iş stajına daxil etmək mümkün olmamışdır. Belə ki, iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 10 ay 16 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 3 il 7 ay)) təşkil edir. Eyni zamanda İddiaçı güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyi üçün onun güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hiss hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18574,65 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq icraatınızda olan 2-1(112)-5295/2024 nömrəli inzibati iş üzrə İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 60 yaşdan xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar cqəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 030275 nömrəli diplomun surətinə əsasən İddiaçı 1979-cu ildə X1 qəbul olmuş, xx.xx.1988-ci ildə bitirmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli **********718000 nömrəli məktubunda göstərilmişdir ki, dövlət reyestrində "xxxx" Şirkəti adlı kommersiya qurumu aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş ИТ-İ ******* nömrəli Əmək Kitabçası məlumatlarından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 05-1981-ci ildən 05- 1983-cü ilədək Sovet ordusu sıralarında xidmət etmişdir, TBS “Sotskulstroy”SU-23 tresti; xx.xx.1983-cü il tarixdə 2-ci dərəcəli fəhlə kimi qəbul olunub; xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli daş ustası vəzifəsi verilib; xx.xx.1989-cu il tarixdə dispetçer vəzifəsinə qəbul olunub; xx.xx.1990-cı il tarixdə aparıcı mühəndis vəzifəsinə qəbul olunub; xx.xx.1991-ci il tarixdə işdənb azad olunmuşdur. xx.xx.1991-ci ildə sosial məsələlər üzrə inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir.xx.xx.1992-ci ildə PTO rəis təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci ilkdə Bakı Metropoliteni Tunel qurğuları Xidmətində gecə növbəsində usta təyin edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir.xx.xx.1993-cü ildə Yutali şirkətinə mühəndos vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci ildə işdın azad edilmişdir. xx.xx.1998-ci ilkdə Nəsimi rayon mənzil Kommunal Təsərrüfatə Birliyinə çüh\ndis qəbul edilmiş, xx.xx.2006-cı ildə işdən azda edilmişdir. xx.xx.2008-ci il tarixdə OŞ İnşaat MMC-yə direktor təyin edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. xx.xx.2011-ci ildə Azərsutikinti ASC-nin Samur Abşeronsutikinti TM-nə mühəndis təyin edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmiş, xx.xx.2011-ci ildə İnterstroyservis MMC-yə mühəndis təyin edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. xx.xx.2012-ci ildə Azərsutikinti ASC-nin Samur Abşeronsutikinti TM-nə aparıcı mühəndis təyin edilmiş, xx.xx.2012-ci ildə işdən azad edlmişdir. xx.xx.2014-cü ildə İnterinşaat Servis MMC-yə baş mühındis təyin edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmişdir. xx.xx.2015-ci ilə qaynaqçı təyin edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmişdir. xx.xx.2020-ci ildə İnterconstruction MMC-yə qayaqçı təyin edilmiş, xx.xx.2023-cü ildə işdən azad edilmişdir. xx.xx.2023-cü ildə EFE təmir tikinti MMC-yə tunel tikintisi üzrə mühəndis təyin edilmiş, xx.xx.2023-cü ildə işdən azad edilmişdir. xx.xx.2023-cü ildə Hiperion Construction MMC-yə körpü tunel mühəndisi təyin edilmiş, xx.xx.2023-cü ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 02/25 nömrəli Arayışında göstərilmişdir ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qaynaqçı vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 06/25 nömrəli Güzəştli Arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən də "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmişdir. Onun "xxxx" MMC-də iş stajı aşağıdakı kimi qəbul edilir: 1- xx.xx.2015-xx.xx.2020-MMC-də qaynaqçı, 4 il,4ay,20gün-“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası, və təmiri” başlığı altında qaynaqçı; 2- xx.xx.2020-xx.xx.2023-MMC-də qaynaqçı, 3 il, 29 gün-“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin siyahısı”-nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının müvafiq maddə, başlıq və bəndləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının müvafiq maddə, başlıq və bəndləri ilə 29-cu maddə “Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası, və təmiri başlığı altında nəzərdə tutulmuş bəndlərə uyğun olduğu üçün onun yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası SFERA-96 MMC tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim edilmiş 08 nömrəli güzəştli Arayışdan göstərilmişdir ki, İddiaçı SFERA-96 MMC-də 2-ci iş qrafiki üzrə saat 18:00-dan 22:00a qədər qaynaqçı peşəsində çalışmışdır. Onun iş stajı aşağıdakı kimi qəbul edilmişdir:xx.xx.1997-xx.xx.1997-Sfera 96-mmc qaynaqçı, 6 ay 1 gün- Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 29-cu maddə ”Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası, və təmiri” başlığı altında qaynaqçı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının müvafiq 29-cu maddəsi ilə pensiya hüququ verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli **********708300 nömrəli məktubunda göstərilmişdir ki,hüquqi şəxs xx.xx.2006-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2019-cu il tarixdə adı dəyişdirilərək “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi adlandırılmışdır. Dövlət reyestr məlumatlarına əsasən “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 136, mənzil 10-dur. Həmçinin “X4” MMC-nin hüquqi varisliyi və ləğvi barədə məlumat aşkar edilməmişdir. Bundan başqa hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli 2**********717300 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2022-ci il tarixdə elektron qaydada dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 3amanda bildiririk ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hüquqi varisliyi və ləğvi barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş məcburi sosial sığorta haqqında məlumatlara əsasən İddiaçı hesabına Sığortaedən İnterconstruction Grup MMC tərəfindən yanvar 2013-oktyabr 2013, aprel 2020-dekabr 2020, yanvar 2021-dekabr 2021, yanvar 2022-dekabr 2022, yanvar 2023-mart 2023-cü ilədək, Standard Construction MMC tərəfindən noyabr, dekabr 2023-cü il üzrə MDSS-lər ödənilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-132100/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın (bundan sonra-Qayda) 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqəsinin surəti; ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin Qayda ilə müəyyən olunmuş olunmuş formada hazırlanmış arayışı; pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qayda ilə müəyyən olunmuş formada hazırlanmış arayışı Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1481/2024 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" şirkətinin və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1998-2006-cı illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2- 15766/2024 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" şirkəti barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 3-52-13-6/2-286/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 19 nömrəli Əmək haqqı və gəlirlər haqda Arayışdan görünür ki, İddiaçı il ərzində gəlirinin ümumi məbləği ******* köh. manat olmuşdur. -Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 20 nömrəli Əmək haqqın və gəlirlər haqda Arayışdan görünür ki, İddiaçı il ərzində gəlirinin ümumi məbləği 593 manat, 65 qəpik olmuşdur. -Azərbaycan Respublikası Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2006-cı il tarixli 19 nömrəli Əmrində göstərilmişdir ki, İddiaçı Nəsimi rayonu MKTB-nin Texniki İstismar şöbəsinin texniki istismar üzrə mühəndisi xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi/öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qəran ile təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Sıyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyiniz İT-1 ******* nömrəli əmək kitabçanızın surətində xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətində aparıcı mühəndis, xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə Nəsimi Rayon Mənzil Kommunal Təsərrufat Birliyində mühəndis vəzifələrində işlədiyiniz qeyd olunub. "xxxx" şirkətində işlədiyiniz dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitoring) program təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) həmin dövrü sizin iş stajınıza daxil etmək mümkün deyil. Eyni zamanda, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyiniz müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də 16.07 1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməyinizə dair əsaslı şübhələr yaranmışdır. Buna görə də xx.xx.1998xx.xx.2006-cı il tarixləri arasındakı dövrü də sizin iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də sizin ümumi iş stajınız 25 ildən az (16 il 10 ay 16 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1991ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 3 il 7 ay)) təşkil edir. Eyni zamanda, güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinizə dair iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyi üçün sizin güzəştli iş stajınızı müəyyən etmək mümkün deyil. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18574,65 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin tələb olunan azı 60 yaş həddinə çatmalıdır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə 60 yaşını tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin v bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi hazırkı hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, hərbi xidmət, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır. İşdən görünür ki, yuxarıda qeyd olunan hərbi bilet, diplom və əmək kitabçasına əsasn xx.xx.2006-cı il tarixədək xx.xx.1979-xx.xx.1981-ci ilədək (hərbi xidmət və əmək fəaliyyəti ilə üst-üstə düşən təhsil müddəti çıxılmaqla) qalan təhsil dövrü 01 il 08 ay 01 gün, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmət dövrü 02 il 01 gün, əmək fəaliyyəti dövrü xx.xx.1983-xx.xx.1991-ci ilədək 07 il 10 ay 10 gün, xx.xx.1991- xx.xx.1992-ci 08 ay 05 gün, xx.xx.1992-ci xx.xx.1992-ci ildə 05 ay 8 gün, xx.xx.1992-ci xx.xx.1993-cü ilədək 02 ay 02 gün, xx.xx.1993-cü ildə xx.xx.1998-ci ilədək 05 il 04 ay 08 gün, xx.xx.1998-ci xx.xx.2006-cı ilədək 07 il 05 ay 17 gün olmaqla, 26 il 03 ay 02 gün təşkil edir. Qeyd edilən dövrlərdən cavbadeh iddiaçının xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətində aparıcı mühəndis və xx.xx.1998xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə Nəsimi Rayon Mənzil Kommunal Təsərrufat Birliyində mühəndis vəzifələrində işlədiyi dövrü "Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin şirkətin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və Nəsimi Rayon Mənzil Kommunal Təsərrufat Birliyində məcburi dövlət sosial sığorta haqları ödəmədiyi üçün sığorta stajına daxil etməmişdir. Məhkəmə bu hissədə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətində işlədiyi dövr əmək kitabçasında öz əksini tapmış, həmin dövrə aid işə qəbul və işdən azad edilmə tarixləri və əmrlərin nömrələri göstərilmişdir. Əmək kitabçasının doldurulmasına cavab verməli olan şəxs iddiaçı deyil, işəgötürəndir. İddiaçının həmin müəssisədən işdən çıxması barədə tarix (il, ay, gün) dəqiq göstərilmişdir. Əmək kitabçasında onun işdən çıxma əmri səlahiyyətli şəxsin imzası ilə təsdiqlənməməsi, həmçinin işdən çıxma əmri kiril qrafikalı möhürlə təsdiqlənməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Əmək kitabçasında olan bu qeyri-müəyyənlik iddiaçının əmək kitabçasına müdaxiləsi nəticəsində də (tarixlərdə, vəzifədə və ya əmrdə dəyişiklik, düzəliş, qaralama və s.) baş verməmişdir. Kitabçada qeyd edilən həmin dövrün yazılma ardıcıllığı pozulmamışdır. İddiaçının xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə Nəsimi Rayon Mənzil Kommunal Təsərrufat Birliyində mühəndis vəzifələrində işləməsi həm əmək kitabçası, həm də məhkəmə sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş əmək haqqı barədə məlumat və əmrlərlə öz təsdiqini tapmışdır. Məhkəmə yalnız xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin məcburi olduğunu nəzərə alaraq iddiaçının xx.xx.1998-xx.xx.2006-cı il tarixdən xx.xx.1998-xx.xx.2006-cı il tarixədək ola dövrü sığorta stajına hesablanılmasını qanuni hesab edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi yanvar 2013-oktyabr 2013, aprel 2020dekabr 2020, yanvar 2021-dekabr 2021, yanvar 2022-oktyabr 2022 ( tələb etdiyi 60 yaşının tamam olduğu dövrə) 3 il 04 ay sığorta stajına hesablanır. Beləliklə, iddiaçının güzəştli pensiya təyinatı üçün tələb olunan 25 il ümumi sığorta stajı ödənilir. İddiaçının güzəştli pensiya təyinatı üçün tələb olunan güzəştli iş stajına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının əmək fəaliyyəti dövründə xx.xx.1984-xx.xx.1989-cu il tarixədək 23 nömrəli Tikinti Trestində işlədiyi daş ustası peşəsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bğlməsində 2290000a—12680 bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar), xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək tunel qurğuları xidmətində işlədiyi vəzifə (23002000 2. Metropolitenlər 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bölməsinə və xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək və xx.xx.2020-ci ildən 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək İnterconstructiongroup MMC-də qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda əl ilə qaynaqda elektrik qaynaqçıları peşəsinə uyğun olsa da hər üç dövr nəzərə alındıqda xx.xx.2022-ci ilə stajı 11 il 09 ay 04 gün olmaqla iddiaçıya güzəştli pensiya təminatına əsas verən 12 il 06 ay staja kifayət etmir. Məhkəmə qeyd edir ki, iddiaçının İnterconstructiongroup MMC-də qaynaqçı işlədiyi dövrü xx.xx.2023-cü ilədək götürüldükdə belə güzəştli iş stajı 12 il 03 ay 18 gün edir ki, bu da 12 il 06 ay güzəştli iş stajı tələbinə uyğun deyil. İddiaçı Sfera 96 MMC tərəfindən xx.xx.1997-xx.xx.1997-ci il tarixədək qaynaqçı işləməsi və həmin dövrün güzəştli stajına daxil edilməsi ilə bağlı güzəştli arayış təqdim etsə də qeyd edilən müəssisədə iddiaçının işləməsi barədə əmək kitabçasında müvafiq qeydlər öz əksini tapmamış, digər əmək fəaliyyəti dövrü ilə üstüstə düşən qeyd edilən müəssisədə işləməsi ilə bağlı arxiv sənədiləri təqdim edilmədiyindən məhkəmə həmin dövrü iddiaçının ümumi, eləcə də güzəştli stajına hesablanılmasını əsassız hesab edir. Beləliklə, iddiaçı qanunla tələb olunan güzəştli iş stajını toplamadığından cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-698/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-698/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver