Məhkəmə qərarları › İş №2-1(112)-6985/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6985/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6985/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Nizami Polis İdarəsinin 24-cü Polis şöbəsinə qarşı X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küçəsi 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nizami Polis İdarəsi 24-cü Pois şöbəsinə qarşı X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla 15.03.1979-cu il təvəllüdlü X3, 15.02.2007-ci il təvəllüdlü X4, 18.01.2010-cu il təvəllüdlü Quliyeva Aygün Elçin qızı və 08.01.2015-ci il təvəllüdlü X8 oğlunun ona məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi (yeni qaydalarla E.Süleymanov küçəsi), ev 118, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü Polis şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 18.03.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhər Nizami Polis İdarəsi 24-cü Polis şöbəsinə qarşı X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma” barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar