Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6989/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 oğlunun iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızıl Qum bağ massivi,20 Yanvar küçəsində inşa edilmiş fərdi yaşayış evinə ailə üzvlərimizlə birlikdə rəsmi pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdürlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızıl Qum bağ massivi, 20 Yanvar küçəsində inşa etdiyi fərdi yaşayış evində ailə üzvlərilə birlikdə 2007-ci ildən daimi yaşayır və həmin ünvanda yaşamaqla artıq uzun müddətdir ki, yaşadığı evə dair kommunal xidmətlərə dair haqqı və digər xərcləri vaxtlıvaxtında ödəyir. 2011-ci ildən İddiaçı1 fərdi yaşayış evinin qiymətləndirmə rəyini əldə etmişdir. İddiaçı1 ailə üzvləri ilə birlikdə formal olaraq Quba rayonunda rəsmi pasport qeydiyyatında olduğundan zəruri sənədləşdirmə işinin aparılması zamanı bir çox hüquqi çətinliklər yaradır. Birgə iddiaçılar 16 ildən artıq müddətdir yaşadıqları qeyd olunan fərdi yaşayış sahəsinə qeydiyyata alına bilməmişdirlər. Qeyd olunan fərdi yaşayış sahəsinə qeydiyyata alınmaları üçün Sabunçu rayon Polis İdarəsinə İddiaçı1 tərəfindən rəsmi müraciət ünvanlanmışdır. Faktla əlaqədar olaraq Sabunçu rayon Polis İdarəsi xx.xx.2023cü il tarixli məktubu ilə müraciətə imtina verilmişdir. İmtinaya səbəb yuxarıda göstərilən ünvana qeydiyyata alınma Sabunçu RPİ-nin QMB-nin səlahiyyətləri daxilində olmaması qeyd olunmuş və faktla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir.iddiaçıya Bakı şəhər İnzibati Məhkəməsinə müraciət olunmasını tövsiyyə etmişdir. İddiaçı hesab edir ki, cavabdeh Sabunçu RPİ-nin QMB-nin imtinası əsassız və qanunsuzdur. İmtinaya səbəb yuxarıda göstərilən ünvana qeydiyyata alınma Sabunçu RPİnin QMB-nin səlahiyyətləri daxilində olmaması qeyd olunmuş və faktla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh Sabunçu RPİ-nin QMB-nin imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Sabunçu RİH Başçısının Pirşağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı1 həqiqətən də Pirşağa qəsəbəsi, 20 Yanvar küçəsində qonşuluq aktına əsasən nömrəsiz evdə ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar.
3. Daha sonra İddiaçı1 ailə üzvlərinin - İddiaçı2, İddiaçı4 və İddiaçı3 oğlunun hazırki iş üzrə iddiaçı qismində nəzərə alınaraq Bakı şəhəri, Pirşağı qəsəbəsi, Qızıl Qum bağ massivi, 20 Yanvar küçəsində yerləşən evə pasport qeydiyyatına alınmalarını xahiş etmişdir.
4. Sabunçu Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 oğlunun qeydiyyatsız yaşadıqları ünvana qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin göstərilən sənədlər təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınma idarənin imkanı xaricindədir.
5. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Pirşağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə Pirşağı qəsəbəsi, Qızıl Qum bağ massivi, 20 Yanvar küçəsində özbaşına tikilidə qeydiyyatsız olaraq yaşayır.
6. Kommunal xidmətlərdən isifadəyə dair çoxsaylı qəbzlərdə qeyd edilən fərdi yaşayış evinin ünvan göstəricisi fərqli şəkildə - ünvan 5B və ya Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Goradil, Ev(bina):2396, mənzil 0008 olaraq göstərilmişdir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçılar iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər.
8. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüy
9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
12. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
15. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, birgə iddiaçıların qeydiyyata alınmalarını tələb etdikləri evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamaqla evin ünvanı kommunal xidmətlərdən istifadəyə dair qəbzlərdə də fərqlidir (Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağı, ev-0/Q,mənzil 3/B və ya Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Goradil, Ev (bina):2396, mənzil 0008). Odur ki, məhkəmə hesab edir ki, iddiaçıların Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızıl Qum bağ massivi, 20 Yanvar küçəsində ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılıqlarının (əlaqənin) mövcudluğu müəyyən olunmur.
21. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz deyil, bu səbəbdən iddia təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva