Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-699/2021 03.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X5, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri X9, X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə qarşı “İZ aktının qəbul edilməsi və dəymiş zərərin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, İZ aktının qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin üzərinə qoyulması; sağlamlığın pozulması nəticəsində iddiaçıya dəymiş 8.000 (səkkiz min) manat məbləğində mənəvi zərərin əvəzinin, hüquqlarının bərpası üçün çəkdiyi 610 (altı yüz on) manat pulun cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Səbail rayonu Dövlət X4 25 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində çalışmışdır. xx xxxx 2016-cı il tarixində daxili təlim zamanı iddiaçını da təlimə cəlb etmişdilər. Təlimdə KİP-i (hava balonu) qaldırarkən balon qəflətən belinə düşmüş və iddiaçı zərbədən yerə yıxılaraq huşunu itirmişdir. X12 çağırılaraq iddiaçıya ilkin tibbi yardım göstərilmişdi. Zədə ağır olduğundan AR FHN-in Tibb Xidmətinin Tibb Mərkəzinə aparılmalı idi və ona müvafiq tibbi yardım göstərilməliydi. Lakin xidmət rəisi məzuniyyətdə olduğundan Tibb Mərkəzinə göndəriş verilmədi. Rəis müavini də qeyd olunan göndərişi verməkdən boyun qaçırdı. Beləliklə, iddiaçı həmin ağrı ilə rəis məzuniyyətdən qayıdıb göndərişi verənədək, hər gün işə gedib gəlməli oldu. Ağrılarını müvəqqəti olaraq saxlamaq üçün Tibb mərkəzinin həkimi, göndərişdən kənar sadəcə ağrıkəsici dərmanlarla kömək edəcəyini bildirdi. Bu dərmanlar ilk vaxtlar ağrılarını kəssə də zədənin fəsadı müalicə olunmadığından getdikcə vəziyyəti daha da ağırlaşdır. Artıq qeyd olunan ağrıkəsici dərmanlar da heç bir nəticə verməməyə başladı. İddiaçının vəziyyəti ağırlaşdığından və artıq işi icra etməyə sağlamlığının imkan vermədiyi qənaətinə gəldiklərindən, nəhayət xx.xx.2016-cı il tarixdə rəis tərəfindən tibbi müayinədək keçməyi üçün Tibb Mərkəzinə göndəriş verildi. Burada müalicələr nəticə vermədiyindən, sağlamlıq vəziyyəti daha ağır olduğundan iddiaçının AR Daxili İşlər Nazirliyinin Respublika Hospitalında stasionar müalicə olunmağı üçün mərkəz rəisi tərəfindən göndəriş verildi. İddiaçı xx.xx.2016-xx.xx.2016-cı il tarixdə müalicə almışdır. Lakin hələ də rəhbərliyin göstərişi əsasında və bölmə rəisinin təkidi ilə işə gəlməyə davam edirdi. Halbuki, iddiaçı onlara izah edə bilmirdi ki, ağrıları var və işlə məşğul ola bilmr. xx.xx.2016-cı il tarixdə sağlamlıq vəziyyəti pis olmasına baxmayaraq iddiaçını yenidən təlimə cəlb etdilər. Ağır əşyaları daşımaq qətiyyən icazə verilmirdi. İddiaçı məcburən 18 kiloqramlıq əşyanı daşımağı tapşırdılar. Artıq bu dəfə ayaqları tutularaq yerə yıxıldı və belinin ağrısından tərpənə bilmədi. 1 saat sonra X12 çağırıldı və iddiaçıya müvafiq tibbi yardım göstərildi. Lakin AR FHN Tibb Xidməti tərəfindən iddiaçıya stasionar müalicə olunmağı üçün göndəriş verilmədi. Konservativ müalicələr effektsiz olduğundan cərrahi əməliyyat olunmaq məcburiyyətində qaldı. xx.xx.2017-ci il tarixdə Neyrocərrahlıq xəstəxanasında cərrahi əməliyyat olundu. AR FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kadrlar Şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişinə əsasən AR FHN Tibb Xidmətinin xüsusi həkim ekspertiza komissiyası tərəfindən iddiaçıya xəstəlik haqqında şəhadətnamə təqdim edilmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə AR FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 1566/ş saylı əmrinə əsasən fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilmişdir. Uzun müraciətlərdən sonra xx.xx.2018-ci il tarixdə iddiaçıya əlillik dərəcəsi təyin olundu və hazırda o üçüncü qrup əlildir. İddiaçının xəstəliyi bilavasitə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmuşdur. Xidməti vəzifəni icra edərkən aldığı zədə nəticəsində müalicələr heç bir effekt vermədi, cərrahi əməliyyat olundu və nəhayət həmin zərərin fəsadından irəliləyən xəstəliyi nəticəsində iddiaçıya əlillik təyin edildi. Dəfələrlə cavabdeh orqana iddiaçıya müvafiq aktın verilməsi üçün müraciət edilsə də, bu müraciətlər heç bir nəticə verməmişdir. Sonuncu dəfə cavabdehə xx.xx.2019-cu il tarixdə müraciət olunmuş, lakin məktuba heç bir cavab verilmədi. Cavabdehin hərəkətsizliyi imtinaya bərabər tutulur. Cavabdeh orqan əsassız olaraq iddiaçıya qeyd olunan aralıq İZ aktını vermir. Ərizəyə əlavə etdiyi xəstəlik sənədlərindən də göründüyü kimi, iddiaçı AR FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin göndərişləri əsasında müalicə almışdır. Əgər iddiaçının aldığı xəsarət bə bu xəsarətdən törəyən xəstəliyi xidməti vəzifələrinin icrası ilə əlaqədar olmamışdırsa, o halda nəyə görə, AR FHN-in Tibb Xidməti Müalicə olunmağı üçün dəfələrlə göndəriş verib. Xəstəliyin xidməti vəzifələrinin icrası ilə əlaqədar olduğunu sübut edən digər fakt da işə əlavə edilən xx.xx.2017-ci il tarixli Bakı şəhəri Təcili və X6 Stansiyasının məktubudur. Həmin məktubdan da göründüyü kimi hadisə baş verən gün xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə FHN ünvanından iddiaçının halının pis olması səbəbi ilə “103” xidmətinə çağırış daxil olmuşdur. Göründüyü kimi cavabdeh əsassız olaraq İZ formalı aktın tərtib olunmasından imtina etmişdir. İddia ərizəsinə əlavə olunan bütün sənədlər əsasında müəyyən etmək mümkündür ki, həqiqətən xəstəliyin əsas səbəbi iş zamanı aldığı xəsarətdir. Belə ki, AR FHN-in Tibb Xidmətinin göndərişləri əsasında müalicə olunmağı onu göstərir ki, həqiqətən də xəsarəti iş yerində almışdır. Çünki iş zamanı alınmayan xəsarətlərə görə AR FHN-in Tibb Xidməti heç bir halda göndəriş vermir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı xidmət zamanı xəsarət aldığını bildirilməklə, iş yerində baş vermiş bədbəxt hadisə hallarında işəgötürən tərəfindən tərtib olunan “İZ” formalı aktının verilməsini tələb edir. Həmin aktının tərtib edilməsi halları və qaydası isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli xx.xx.2000-ci il tarixli Qərarı ilə tənzimlənir. İddiaçı ərizədə göstərdiyi xx xxxx 2016-cı il tarixdə iş vaxtı ərzində onunla bağlı müvafiq qərarda nəzərdə tutulan heç bir bədbəxt hadisə baş vermədiyinə görə tələb olunan aktın tərəfimizdən təqdim edilməsi qeyri-mümkündür. Bakı şəhər Təcili və X6 stansiyasından iddiaçıya ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə həqiqətən iş yerindən İddiaçıla bağlı “103” xidmətinə çağırış daxil olmuş, lakin xəstəyə qoyulan diaqnoz “gərginlik tipli başağrısı” olmuşdur. Müvafiq sənədə əsasən, heç bir xəsarət alma faktı təsdiqlənmir. İddiaçı xəstəliyi ilə əlaqədar xidmətkeçməsinə DYMX-nın 1566/ş nömrəli, xx xxxxxxxx 2017-i il tarixli əmri ilə xitam verilmişdir. Əmrin verilməsində əsas götürülmüş Azərbayan Respublikası FHN Tibb Xidmətinin Xüsusi X2 01693 nömrəli xx xxxxxxxx 2017-i il tarixli xəstəlik haqqında şəhadətnaməsində isə, İddiaçı xəstəliyinin xidmət dövründə alındığı göstərilmişdir. Komissiya tərəfindən göstərilən “xəstəlik xidmət dövründə alınmışdır” ifadəsi, həmin xəstəliyin xidmət dövründə təsadüf etməsini təsdiqləyir. Belə ki, travma və ya xəstəliyin işlə əlaqəsi olan hallarda müvafiq xəstəlik sənədlərində yuxarıda qeyd olunan ifadə deyil, “xidmət vəzifənin icrası ilə əlaqədar alınmışdır” ifadəsi qeyd olunur. Eyni zamanda iddiaçının xəstəlik şəhadətnaməsində onun 2014-cü ildən etibarən müxtəif tibb müəssisələrində müalicə və müayinə olunduğu göstərilmişdir. Bu isə o deməkdir ki, onun xəstəliyinin xidməti işi ilə heç bir əlaqəsi yoxdur və göstərilən diaqnoz ümumi xarakterli xəstəliklərə aiddir. İddiaçı xx xxxx 2018-i il tarixdə xidmətdə olduğu zaman təlim keçirildiyini və həmin vaxt xəsarət aldığını iddia edir. Halbuki, İddiaçı xidmət etdiyi Səbail rayon Dövlət X8 tərəfindən verilmiş arayışda həmin tarixdə heç bir məşğələnin keçirilmədiyi göstərilir. Hissənin xidmət kitabından həmin tarixə aid çıxarışlarından isə, aydın olur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ümumiyyətlə növbənin döyüş hesabında deyil, yanğınsöndürmə növbəsinin dispetçeri vəzifəsini icra etməklə naryadda olmuşdur və kitabda “növbə ərzində şəxsi heyətdən xəsarət alan olmamışdır” yazılmaqla müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda bildiririk ki, dispetçer vəzifəsini icra edən əməkdaşlar heç bir təlim və ya məşğələyə cəlb edilmirlər. Belə ki, “Yanğından mühafizənin Xidmət Nizamnaməsi”nin 78-ci bəndinin tələblərinə görə, dispetçərə hər hansı səbəbdən “iş yerini tərk etmək qadağandır” Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili L.Bədəlova iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri X10 və X3 iddia tələbinə verilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sənədlər: -Azərbayan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Səbail rayon Dövlət X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibbi Xidmətinin Tibbi Mərkəzinə ünvanladığı xx xxxxxxxx 2016-cı il tarixli, 0319 saylı göndərişin surətindən görünür ki, Azərbayan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Səbail rayon Dövlət X4 25 nömrəli Yanğınından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni İddiaçı tibbi müayinədən keçmək üçün Tibb Mərkəzinə göndərilir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx xxxxxxxx 2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli onurğa sütununun bel-oma nahiyyəsinin MRT nəticələrindən görünür ki, xəstə İddiaçı L5- S1 fəqərəarası diskə dural kisəni və sol sinir kökcüyü kompressiya edən arxa sol lateral foraminal yırtıq aşkar edilmişdir. -Daxili İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalı Maqnit Rezonans Tomoqrafiya Bölməsinin xx.xx.2016-cı il tarixli lumbosakral MRT müayinəsinin nəticələrindən görünür ki, müayinə zamanı İddiaçı L4-L5 və L5-Sİ aralığına aid disklərdə annulyar qabarma (bulging) ilə müşayiət olunan geniş əsaslı sol paramedianposterolateral ekstruziya (5mm) mövuddur. Buna bağlı sol tərəfdə nevral foramenlər daralmış, sinir kökləri sıxılmış və dural kisənin sol-ön yarısına bir qədər kompressiya izlənmişdir. Sağ tərəfdə nevral foramenlər zəif daralmış sinir köklərinə təmas qeyd edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasının 441 saylı çıxarışından görünür ki, 1983-cü il təvəllüdlü İddiaçı L4 və L5 fəqərələrinin soldan hissəvi hemilaminmektomiyası, L4 və L5-S1 fəqərəarası disklərin sol tərəfli yirtiqlarının xaric edilməsi ilə bağlı əməliyyatı xx.xx.2017-ci il tarixdə icra olunmuşdur. -Xəstəlik haqqında 01693 saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, XHEK-nin hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s.yararlıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 26b, 66b maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, İddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. -Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2017-ci il tarixli, 1566/ş saylı əmri ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Səbail rayon Dövlət X4 25 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni daxili xidmət çavuşu İddiaçı xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirilməsinin qeyri-mümkünlüyünə görə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsi əmr edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Bakı şəhər Təcili və X6 Stansiyasının xx xxxxxx 2017-ci il tarixli, 817 saylı məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə saat 18:24 radələrində “103” xidmətinə Badamdar 1-ci massiv FHN-ünvandan İddiaçı (33 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 19 saylı bölmənin həkimi Elşən Məhərrəmov icra edərək, xəstəyə “gərginlik tipli başağrısı” diaqnozu qoymuş və müvafiq tibbi yardım göstərilmişdir. xx.xx.2016-cı il tarixdə saat 11:56 raddələrində həmin ünvana, İddiaçı adına daxil olan çağırışı 19 saylı bölmənin həkimi Tamam Tağıyevə icra edərək, xəstəyə “onurğanın boyun nahiyyəsinin osteoxondrozu” diaqnozu qoyaraq, müvafiq tibbi yardım göstərmişdir. -Azərbayan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğının Mühafizə Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, xx/xx-01461 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq, İZ formaları aktı baş vermiş bədbəxt hadisələrlə əlaqədar tərtib olunur. Qeyd olunan xx.xx.2016-cı il tarixində İddiaçıla bağlı xidmət yerində heç bir bədbəxt hadisə baş vermədiyi üçün müvafiq aktın təqdim edilməsi mümkün hesab edilmir. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayon Dövlət X8 tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası FHN DYMX-nin Səbail rayon Dövlət X4 25 nömrəli yanğından mühafizə bölməsində xx xxxx 2016-cı il tarixində heç bir təlim keçirilməmişdir. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayon Dövlət X8 tərəfindən verilmiş xx.xx.2016cı il tarixdən saat 08:30-dan xx.xx.2016-cı il tarixədək saat 08:30-dək olan xidməti tapşırıqdan görünür ki, növbə ərzində nizam-intizam TT qaydaları pozulmamış Ş/h-dən xəsarət alan olmamışdır. Növbəni qəbul edərkən heç bir nöqsan aşkar olunmamışdır. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, İZ formalı aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin üzərinə qoyulması, sağlamlığın pozulması nəticəsində ona dəymiş 8000 manat məbləğində mənəvi zərərin əvəzinin, hüquqlarının bərpası üçün çəkdiyi 610 manat məbləğin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-9609/2019 saylı, xx xxxxxx 2019-u il tarixli qərardadı ilə iddia ərizəsi aidiyyət qaydalarına əməl olunmaması səbəbi ilə, geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2069/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-9609/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinin qəbul edilməsindən yolverilməzliyinə görə imtina edilməsi qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia inzibati orqan olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti ilə hərbi qulluqçu arasında yaranmış xidməti hüquq münasibətləri ilə bağlıdır və bu mənada, mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. İddiaçı daha sonra cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətə imtina məktubu verilmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsi ilə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmişdir. İddianın mahiyyəti: Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət aldığını iddia edir. Bu səbəblə inzibati orqan tərəfindən İz aktının qəbul edilməsini tələb edir. Məhkəmə ilkin olaraq, iddiaçının işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində xx.xx.2016-cı il tarixdə bədbəxt hadisənin baş verib-verməməsini, bədbəxt hadisə baş vermişdirsə, iddiaçının aldığı xəsarətin həmin hadisə ilə səbəbli əlaqəsinin olub-olmamasını müəyyənləşdirməlidir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında" Qaydaların 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, habelə istehsal avadanlıqları və obyektlərində qəza zamanı işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Həmin Qaydaların 1.3-cü maddəsinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.6-cı maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qaydaların 1.7-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə məlumat verməlidir. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxx 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətində işləmişdir. İddiaçı inzibati orqanda işlədiyi zaman, xx.xx.2016-ci il tarixdə öz xidməti vəzifələrini yerinə yetirərkən xəsarət aldığını, xeyli müddət müalicə olunduğunu, lakin nəticədə ona İstehsalatda baş vermiş bədbəxt hadisə Aktının (İZ aktının) verilmədiyini iddia edir və hazırda bu aktın verilməsinin cavabdehə həvalə edilməsini tələb edir və tələbinin əsası kimi tibbi arayışları, həmçinin, epikrizləri təqdim edir. Halbuki, iddiaçının təqdim etdiyi sənədlər, xx.xx.2016-cı il tarixdə təlim zamanı aldığı xəsarət kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması məsələlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən İstehsalatda baş verən bədbəxt hadisə barədə Aktın (İZ Aktının) müəyyən tədbirlər görüldükdən və müvafiq prosedurlar həyata keçirildikdən sonra verilməsi nəzərdə tutulmuşdur (aidiyyəti quruma bu barədə məlumat verilir, Təhqiqat Komissiyası yaradılır, xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün müvafiq rəylər alınır, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilir və uçota alınır). Lakin, göründüyü kimi, iddiaçı tərəfindən baş verməsi iddia edilən hadisə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq hər hansı tədbirin görülməsi müəyyən edilməmişdir. Bu da öz növbəsində hadisənin hüquqi baxımdan baş verməsini istisna edir. Bundan əlavə iddiaçı tərəfindən Əmək Məcəlləsinin 191-ci və 239-cu maddələrinin tələbləri baxımından bu hadisənin baş verməsində işəgötürənin təqsirli olması, o cümlədən xəsarətin məhz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı alındığını (səbəbli əlaqəsini) sübuta yetirə bilməmişdir. Bunun əksinə iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Bakı şəhər Təcili və X6 Stansiyasının xx xxxxxx 2017-ci il tarixli, 817 saylı məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə saat 18:24 radələrində “103” xidmətinə Badamdar 1-ci massiv FHN-ünvandan İddiaçı (33 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuş, çağırışı 19 saylı bölmənin həkimi Elşən Məhərrəmov icra edərək, xəstəyə “gərginlik tipli başağrısı” diaqnozu qoymuş və müvafiq tibbi yardım göstərilmişdir. Bundan savayi isə Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə təlim zamanı qaldırdığı balonun qəflətən belinə düşməsi səbəbi ilə onda yırtığın əmələ gəlməsinə istinad etsə də, cavabdeh tərəfindən təqdim olunmuş arayışdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət X4 25 nömrəli yanğından mühafizə bölməsində həmin tarixdə hər hansı bir təlim keçirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlı xidmət yerində bədbəxt hadisənin baş verməsi sübuta yetirilmədiyindən, iz formalı aktın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair tələbi əsassızdır, təmin edilməməlidir. Belə olan halda, iddiaçının sağlamlığına dəymiş zərərə görə, həmçinin hüquqlarının bərpası üçün çəkdiyi xərclərin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən tələb edilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə qarşı “İZ aktının qəbul edilməsi və dəymiş zərərin ödənilməsi”nə dair iddiası təmin edilməsin. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə qarşı “İZ aktının qəbul edilməsi və dəymiş zərərin ödənilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-699/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-699/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver