Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6991/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən ümumi sahəsi 383.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyriyaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının tanınmasına dair arayışın İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 iyun 2021-ci il tarixli Qərardadı ilə İddiaçı vəsatəti təmin olunaraq iş üzrə əsl olmayan iddiaçı X5 əsl İddiaçı ilə əvəz edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyriyaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbini, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən ümumi sahəsi 383.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair olan işdən ayrılaraq ayrı icraatda baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 iyun 2021-ci il tarixli 2-1(112)-6991/2021 saylı Qərardadına əsasən İddiaçı Süleyman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən ümumi sahəsi 383.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının tanınmasına dair arayışın İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair 2-1(112)-6991/2021 saylı işdən, “Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” tələbi yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlara ayrılması qərara alınmışdır. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən ümumi sahəsi 322.1 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarımın İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 30.12.2003-cü il tarixli, № 02 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən, ümumi sahəsi 357.9 kv.metr olan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Bununla əlaqədar olaraq, mülkiyyətçisi olduğu qeyri-yaşayış sahəsinin 25.5 kv.metr əlavə sahəsi olmaqla ümumi sahəsi 383.4 kv.metr olan qeyriyaşayış sahəsinin dövlət reyestrində mülkiyyətinə verilməklə, adına reyestrdən çıxarışın verilməsi üçün ərizə ilə cavabdeh orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi imtina məktubu ilə cavab verərək hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir.Hesab edirəm ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə bildirilir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən ümumi sahəsi 383.4 kv.metr olan qeyriyaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı 05.05.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi və əlavə tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********79 saylı, 25.05.2021 -ci il tarixli məktub ünvanlanmışdır. Qeyri-yaşayış binasının ümumi sahəsi qeydiyyat vəsiqəsinə əsasən 357.9 kv.m, texniki pasporta əsasən 162.4 kv.m təşkil edir, idarənin mütəxəssisləri tərəfindən 19.05.2021 -ci il tarixdə aparılan texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki sahəsi 322.1 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2,-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1 -ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X6 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.11,2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, tərəfindən müvafiq ərizə əsasında cavabdehə müraciət olunaraq Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrosunun yaxınlığı, ticarət cərgəsi ünvanda mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 384,8 kv.metr torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanılmasını xahiş etmişdir və bununla bağlı artıq razılıq əldə edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25 may 2021-ci il tarixli, **********879 saylı imtina məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, inşaatçılar metrosunun yaxınlığında yerləşən qeyri- yaşayış binasının üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 05.05.2021-ci il tarixli iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, torpaq sahəsi və əlavə tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı iddia ərizəsi üzrə iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən ümumi sahəsi 322.1 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarımın İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini istəyir. İş materiallarına əlavə edilmiş Yasamal rayon İcra Hakimiyyəti Başçısının ““Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı ticarət cərgəsində “Xəyal-S” firmasına məxsus iki sahənin “Elvin-S. “A” şirkətinin adına keçirilməsi haqqında” 24 oktyabr 1997-ci il tarixli, 1730 №li Sərəncamdan görünür ki, Yasamal rayon İcra hakimiyyətinin "xxxx" Şirkətinin rəhbərliyi müraciət edərək “Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən ticarət cərgəsində «Xəyal-S” firmasına iki qarşılıqlı razılaşma əsasında "xxxx" Şirkətinin adına keçirilməsinə icazə verilməsi xahiş edilmiş, Həmin sahələr Yasamal rayon icra hakimiyyəti Başçısının 15 iyul 1996-cı il tarixli 1293 saylı sərəncamına əsasən “Xəyal-S” firmasına verilmişdir.” Sərəncamın 1-ci bəndində “Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığında tikilən ticarət cərgələrində “Xəyal-S” firmasına məxsus iki sahənin "xxxx" Şirkətinin adına keçiriliməsinə icazə verilməsi; 2-ci bəndə əsasən torpaq icarə xərclərinin ödənilməsi üçün "xxxx" Şirkəti ilə rayon MKTB arasında müqavilə bağlanılması; 3-cü bəndə əsasən ətraf sahənin abadlaşdırılması və sanitariya vəziyyətinin qorunub saxlanılması "xxxx" Şirkətinin rəhbərliyinə tapşırılmışdır. Sərəncamın icrasına nəzarət rayon MKTB-nə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal rayon İcra Hakimiyyəti Başçısının ““Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığında yerləşən ticarət cərgəsindəki “Elvin-S. “A” şirkətinə məxsus iki ticarət obyektinin İddiaçı adına keçirilməsi haqqında” 07 iyun 2000-ci il tarixli, 422 №li Sərəncamdan görünür ki, Yasamal rayon İcra hakimiyyətinə "xxxx" Şirkətinin rəhbəri İddiaçı metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən ticarət cərgəsində şirkətə məxsus iki ticarət obyektininfiziki şəxs kimi onun öz adına keçirilməsi haqqında sərəncam verilməsi xahişi ilə müraciət etmişdir. İddiaçı qeyd edilən ticarət obyektlərinin onun rəhbərlik etdiyi şirkətə məxsus olduğunu və müraciətin mövcud qanunvericiliyə zidd olmadığını nəzərə alaraq, sərəncamın 1-ci bəndinə əsasən Yasamal rayon İcra hakimiyyəti Başçısının 24.10.1997-ci il tarixli, 1730 saylı sərəncamına əsasən ““Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığında yerləşən ticarət cərgəsindəki "xxxx" Şirkətinə məxsus iki ticarət obyekti Şərifzadə küçəsi, 180, mənzil 55 ünvanda yaşayan İddiaçı adına keçirilməsi, 2-ci bəndə əsasən vətəndaş İddiaçı obyektlərin yerləşdiyi torpaq sahəsi üçün rayon MKTB ilə müvafiq icarə müqaviləsinin bağlanması həvalə edilmişdir. -“Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” Obyektin Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməsi haqqında Aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, “Şərifzadə küçəsi, “İnşaatçılar” metrostansiyasıilə üz-bəüz ticarət cərgəsində yerləşən obyektin fasad, xarici və daxili tamamlama işləri tam başa çatması Qəbul Komissiyası tərəfindən imza və möhürlə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 30 dekabr 2003-cü il tarixli Texniki Pasportdan görünür ki, qeyd edilən 357,9 kv.metrdən ibarət qeyriyaşayış sahəsinin texniki pasportu tərtib edilərək təsdiq edilmişdir. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30 dekabr 2003-cü il tarixli, 495 reyestr nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrosunun yaxınlığındakı ticarət cərgəsində yerləşən sahəsi 357,9 kv.metr olan qeyri-yaşayış binası İddiaçı adına rəsmiləşdirilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 24 oktyabr 1997-ci il tarixli, 1730 №li Sərəncamına əsasən “Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı ticarət cərgəsində “Xəyal-S” firmasına məxsus iki sahə, “Elvin-S. “A” şirkətinin adına keçirilməsi qərara alınmışdır. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 07 iyun 2000-ci il tarixli, 422 №li Sərəncamına əsasən Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığında yerləşən ticarət cərgəsindəki “Elvin-S. “A” şirkətinə məxsus iki ticarət obyektinin İddiaçı adına keçirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, “Şərifzadə küçəsi, “İnşaatçılar” metrostansiyasıilə üz-bəüz ticarət cərgəsində yerləşən obyektin fasad, xarici və daxili tamamlama işləri tam başa çatması Qəbul Komissiyası tərəfindən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” Obyektin Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməsi haqqında Akt tərtib olunduqdan sonra, müvafiq olaraq Texniki Pasport tərtib olunaraq sözügedən obyektə Qeydiyyat Vəsiqəsi əldə etmişdir. Sonradan iddiaçı hazırkı tələblə bağlı cavbabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi əsası ilə iddiaçının müraciətini təmin etməkdəm imtina etmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamənin 3.0.11. hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; 3.0.24. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə Məhkəmə imtinanın əsasları ilə razılaşmayaraq, qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlər iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin 322, 1 kv.metr hissəsinin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas verir. Həmçinin aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Kostitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən ümumi sahəsi 322.1 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqları İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsiməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən ümumi sahəsi 322.1 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqları İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6991/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6991/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver