Məhkəmə qərarları › İş №2-1(112)-6993/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6993/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6993/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “avtomobilin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “DAF FT XF 105” yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MSE0E793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobilin onun adına qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “DAF FT XF 105” yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MSE0E793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobili dövlət qeydiyyatına alınması üçün xx.xx.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə təqdim edilmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zaman avtomobilin şassi nömrəsinin korroziyaya uğraması səbəbindən oxunmaz halda olması müəyyən edilmiş və bu səbəbdən qeydiyyat hərəkətləri aparılmamışdır. Qeyd edilən fakt üzrə toplanmış material araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edlməsi barədə qərar qəbul edilmişdir. “DAF FT XF 105” yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MSE0E793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobilin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə müraciət edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli 016- 25797-1222 saylı məktubu ilə bildirilmişdir ki, avtomobilin texniki müayinəsi keçirilən zaman avtomobilin şassi nömrəsinin korroziyaya uğraması səbəbindən xahişin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh Qeydiyyat-imtahan idarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh imtinası qanunsuzdur və əsassızdır. Belə ki, “DAF FT XF 105” yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MSE0E793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobili şassi nömrəsinin korroziyaya uğraması səbəbindən oxunmaz halda olması iddiaçının iradəsindən asılı olan hal deyildi və avtonəqliyyat vasitəsi həmin vəziyyətdə alınmış və bir çox dövlətlərin ərazisindən keçmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı sözügedən nəqliyyat vasitəsinin oğurlanması faktını aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********9704 nömrəli vəsiqə XİF kodu **********, markası Yəhərli Dartıcı: DAF XF 105.460 (dizel), mənşə ölkəsi Niderland, gətirildiyi ölkə Almaniya, şassi № XLRTE47MS0E793954 olan sərbəst döviyyə üçün buraxılış məqsədli yəhərli dartıcı təyinatlı avtonəqliyyat nəqliyyat vasitəsi üçün İddiaçı adına tərtib olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000-170/1xx-xx/005791 nömrəli məktubu ilə Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən İddiaçı (VÖEN: **********) tərəfindən idxal olunmuş “DAF XF 105.460” (buraxılış ili: 2007, şassi/ban no: XLRTE47MS0E793954) markalı yəhərli dartıcının gömrük rəsmiləşdirilməsi üçün təqdim olunmuş gömrük bəyannaməsindən çıxarışı, həmin bəyannamənin müşayiət sənədlərinin elektron surətləri və ödənilmiş gömrük ödənişləri haqqında məlumatlar göndərilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanı tərəfindən xx.xx.2021-ci il tarixində xx.xx.73455.21 nömrəsi ilə verilmiş texniki eyniləşdirmə şəhadətnaməsinin surətindən görünür ki, inspeksiya xidməti orqanı təsdiq edir ki, avtonəqliyyat vasitəsi kateqoriya N3-8701, Dizel mühərrikli, 12902 sm3, buraxılış ili 2007 olan VİN: XLRTE47MS0E793954, DAF XF 105.460 AZS ***-**** Ekoloji sinif 5 normativ sənədlərin tələbinə uyğundur. - Gömrük bəyannamələri üzrə ümumi məlumatdan görünür ki, Qasımov X2 Exspress GMBH Strealen / Almanya ərazisindən malın kodu **********, yəhərli dartıcı DAF XF 105.460 (dizel) ili 2007, müh. həcmi 12902 sm3, şassi/ban no: XLRTE47MS0E793954, statistik dəyər 13000 ABŞ dolları olan nəqliyyat vasitəsi İD 400000 kodu ilə xx.xx.2021-ci il tarixdə gömrük rəsmiləşdirilməsi üçün bəyan edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli, 005-8949-1222 nömrəli məktubu ilə göndərilmiş “DAF FT XF105” yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı avtomobillə bağlı toplanmış HK-54 nömrəli materialın təsdiq olunmuş surətindən görünür ki: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/55a nömrəli tədqiqat haqqında arayışda göstərilmişdir ki, «DAF FT XF 105» markalı, MD4KMF tranzit nömrə nişanı olan avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissəsi qismən korroziyaya uğraması nəticəsində həkk edilmş şassi nömrəsi oxunmaz hala düşmüşdür. Həmin hissədə həkk edilmiş şassi nömrəsinin 1- 10-cu, 12-14- cü və 17-ci mövqelərində duran «*XLRTE47MS0-793--4» hərf və rəqəmlərinin qismən oxunan siluetləri müşahidə edildi. Avtomobilin sağ tərəfində arxa oxundan bir qədər qabaq tərəfdə vibropuasson vasitəsilə nöqtəli-naxışlı formada həkk edilmiş, hər iki tərəfində «RDW» simvolları olan «XLRTE47MS0E793954» hərf vərəqəmləri Niderland krallığının Nəqliyyat vasitələri İdarəsi (RDW) tərəfindən həkk edilmişdir və zavod lövhəsi üzərində olan şassi nömrəsinin hərf və rəqəmləri ilə eynidir. Avtomobilin zavod lövhəsi (bırka) üzərində avtomobilin şassi nömrəsini «XLRTE47MS0E793954» və mühərrik nömrəsini «M-51287» göstərən hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş «-M-51287-» hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin 25 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı adına sənədləşdirilmiş «DAF FT XF105» yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, XLRTE47MS0E793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobili qeydiyyat üçün 24 dekabr 2021-ci il tarixdə BDYPİ-nə təqdim etmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zamanı avtomobilin şassi nömrəsinin korroziyaya uğradığından oxunmaz halda olması müəyyən edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Qeyd edilən fakt üzrə toplanmış material araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinə göndərilmiş və material üzrə araşdırma aparılmışdır. «DAF FT XF105» yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı avtomobil uçot göstəriciləri üzrə BDYPİ-nin Qİİ-nin X1 üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. «DAF FT XF105» yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı avtomobil 2007-ci il buraxılışlı olmaqla 15 ildir ki, istismardadır. Toplanmış material üzrə araşdırma aparılaraq bu nəticəyə gəlinmişdir ki, «DAF FT XF105» yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, XLRTE47MS0E793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobillə bağlı keçirilən ekspertiza tədqiqatı zamanı şassi nömrəsini göstərən rəqəmlərdən 1-10-cu, 12- 14-cü və 17-ci mövqelərində duran «*XLRTE47MS0-793--4» hərf və rəqəmlərinin qismən oxunan siluetləri müşahidə edilmişdir. İddiaçı avtomobili bu vəziyyətdə aldığını qeyd etmişdir. Göründüyü kimi avtomobilin əsas göstəricisi olan şassi nömrəsi korroziya nəticəsində oxunmaz hala düşmüşdür. Əvəzində isə sonradan başqa bir yerə vibropuasson vasitəsi ilə şassi nömrəsi qeyd edilmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündan asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi, yəni ban və yaxud şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Göründüyü kimi «DAF FT XF105» yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, XLRTE47MSÜE793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobildə zavod istehsalı zamanı vurulmuş şassi nömrəsi yoxdur. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Beləliklə, adıçəkilən qərarla İddiaçı «DAF FT XF105» yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, XLRTE47MS0E793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobildə aşkar edilmiş qüsur və uyğunsuzluqla bağlı olaraq əməllərində cinayət tərkibi olmadığından bu fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 016-25797-1222 nömrəli imtina məktubunda bildirilmişdir ki, “DAF FT XF105 YÜK” markalı, şassi nömrəsi XLRTE47MS0E793954 olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı DİN Cavabdeh Qeydiyyat-imtahan İdarəsinə etdiyiniz müraciətə baxılmışdır. Bildirilir ki, qeyd olunan “DAF FT XF105 YÜK” markalı, 2007-ci il buraxılışlı, XLRTE47MS0E793954 şassi nömrəli nəqliyyat vasitəsinin şassi nömrəsinin korroziyaya uğradığından oxunmaz halda olması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Cavabdeh Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, İddiaçı “DAF FT XF 105” yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MSE0E793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobili Niderland Krallığından alıb idarə etməklə xarici dövlətlərin ərazisini keçib Azərbaycan Respublikasına gətirmişdir. Nəqliyyat vasitəsi 23 dekabr 2021-ci il tarixdə gömrük rəsmiləşməsindən keçmiş, dövlət qeydiyyatına alınması üçün xx.xx.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə təqdim edilmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zamanı avtomobilin şassi nömrəsinin korroziyaya uğradığından oxunmaz halda olması müəyyən edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətlərinin həyata keçirilməsindən imtina etmişdir. Hazırkı halda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin şassi nömrəsinin korroziyaya uğradığından oxunmaz halda olmasını əsas gətirmişdir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində qeyd edilən məsələ üzrə araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Həmin məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində də müəyyən olunmuşdur ki, «DAF FT XF105» yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, XLRTE47MS0E793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobillə bağlı keçirilən ekspertiza tədqiqatı zamanı şassi nömrəsini göstərən rəqəmlərdən 1-10-cu, 12- 14-cü və 17-ci mövqelərində duran «*XLRTE47MS0-793-4» hərf Və rəqəmlərinin qismən oxunan siluetləri müşahidə edilmiş, avtomobilin əsas göstəricisi olan şassi nömrəsi korroziya nəticəsində oxunmaz hala düşmüşdür. Əvəzində isə sonradan başqa bir yerə vibropuasson vasitəsi ilə şassi nömrəsi qeyd edilmişdir. «Avtomobilin sağ tərəfində arxa oxundan bir qədər qabaq tərəfdə vibropuasson vasitəsilə nöqtəli-naxışlı formada həkk edilmiş, hər iki tərəfində «RDW» simvolları olan «XLRTE47MS0E793954» hərf vərəqəmləri Niderland krallığının Nəqliyyat vasitələri İdarəsi (RDW) tərəfindən həkk edilmişdir və zavod lövhəsi üzərində olan şassi nömrəsinin hərf və rəqəmləri ilə eynidir. Qeyd edilən avtomobil uçot göstəriciləri üzrə BDYPİ-nin Qİİ-nin X1 üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasından imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “DAF FT XF105” yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, XLRTE47MS0E793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobillə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. “DAF FT XF105” yük markalı, MD4KMF tranzit nömrə qeydiyyat nişanlı, yəhərlidartıcı tipli, XLRTE47MS0E793954 şassi nömrəli, ağ rəngli, 2007-ci il buraxılışlı avtomobillə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar