Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6993/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı "iddiaçıya müvafiq arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N №li hərbi hissəsinə qarşı iddiaçının N №li hərbi hissədə xidmət edərkən N günlük Vətən müharibəsi vaxtında icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyət ilə əlaqəli olması barədə N №li hərbi hissə tərəfindən iddiaçıya müvafiq arayışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində həqiqi hərbi xidmət keçmişdir.O, xx.xx.2015-ci ildən xx.xx.2022-ci ilədək N №-li hərbi hissədə xidmət keçmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) əsasən N №-li hərbi hissədə qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsindən istefaya buraxılmışdır.N günlük Vətən müharibəsində iştirak edərkən müxtəlif kəşfiyyat xarakterli tapşırıqlar yerinə yetirmiş və həmin tapşırıqların birini yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə yaralanmışdır. Hazırda 3-cü qrup müharibə əlillidir.“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.Adı çəkilən qanunda göstərilən kompensasiyanın alınması üçün iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir, lakin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. İmtina cavabında bildirilmişdir ki, hərbi əməliyyatlar zamanı icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat fəaliyyəti ilə əlaqəsi olmamışdır. İddiaçı isə imtinanı əsassız və qanunsuz hesab edir. Bu cavabdan sonra iddiaçı N günlük Vətən müharibəsində icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyətlə əlaqəsi olması haqqında iddiaçıya müvafiq arayışın verilməsı xahişi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir.Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. İddiaçı müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən iddia ərizəsinə etirazın təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh iddia ərizəsinə dair etirazını təqdim etməmişdir.
İİ.İddianın növü və mümkünlüyü
3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 4.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
6.İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş: iddiaçının ərizəsinə əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinə müraciət edərək göstərmişdir ki, o, N №-li hərbi hissədə qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsindən ehtiyata buraxılmışdır, N günlük Vətən müharibəsində iştirak edərkən müxtəlif kəşfiyyat xarakterli tapşırıqlar yerinə yetirmiş və həmin tapşırıqların birini yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə yaralanmışdır.Aldığı travmaya görə kompensasiya almaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir.xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. İmtina cavabında bildirilmişdir ki, hərbi əməliyyatlar zamanı icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat fəaliyyəti ilə əlaqəsi olmamışdır.İddiaçı göstərilənlərə əsasən ona N günlük Vətən Müharibəsində icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyətlə əlaqəsi olması haqqında arayış verilməsini xahiş etmişdir; iddiaçının hərbi biletinə əsasən iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.2022-ci ildə “Hərbi xidmət haqqında əsasnamə”nin 157-ci maddəsinin “b” bəndinə əsasən xəstəliklə bağlı istefaya buraxılmışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik haqqında arayışına əsasən iddiaçıya xx.xx.2022-ci ildə “uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0- F62.9,F45-F45.9,F48-F48.9) Postkontuzion sindrom, Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, postkommotsion sindrom. Postkommotsion sindrom, davamlı sefalgik, insomnik sindromlar baş ağrıları, koqnitiv defisit və şiddətli affektiv pozulmalar ilə. Sadə herpes virusu tərəfindən törədilən keratit və, Sol gözün buynuz qişasının keçirilmiş virus keratitindən sonrakı buynuz qişanın bulanması nəticəsində görmə itiliyinin 0.2-yə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1.0 olmaqla. Barotravma (xx.xx.2020) nəticəsində sol təbil pərdəsinin quru perforasiyasının ikincili pərdə ilə bağlanması.İkitərəfli koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4.5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki sağrı,sol baldırın kor qəlpə yaralanmasından, yad cisimlərin (metal qəlpə) xaric edilməsindən sonrakı bərkimiş dəri çapıqları. Sol yanaq nahiyyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmalarına görə yaraların birincili cərrahi işləməsindən sonrakı dəri çapıqları, metal yad cisim (metal qəlpə).” diaqnozu ilə 5 il müddətinə 3 cü dərəcəli əlillik müəyyən edilmişdir. 7.Cavabdehin təqdim etdiyi: N №li hərbi hissənin N №li hərbi hissəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, N №li hərbi hissənin sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı N №li hərbi hissənin qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsində xidmətdə olarkən Vətən müharibəsi zamanı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N №li hərbi hissənin taktiki komanda məntəqəsinin mühafizəsi uzrə fəaliyyətləri icra etmişdir. xx.xx.2020-ci ildə baş leytenant İddiaçı özbaşına olaraq N №li hərbi hissənin xüsusi təyinatlı taboruna qoşulmuş, xx.xx.2020-ci ilədək həmin taborun tərkibində fəaliyyət göstərmişdir, Şuşa şəhərinin müdafiəsi uğrunda xüsusi təyinatlı taborun tərkibində döyüş tapşırığını yerinə yetirmişdir, hərbi əməliyyatlar zamanı kəşfiyyat (kəşfiyyat diversiya) fəaliyyətlərini icra etməmişdir; N №li hərbi hissənin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, iddiaçının xx.xx.2022-ci ildə ünvanladığı ərizəsinə Müdafiə Nazirliyinin "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya"da baxılmışdır. Müraciətlə bağlı iddiaçının xidmət etdiyi hərbi hissəyə sorğu verilmiş, sorğuya cavab olaraq hərbi əməliyyatlar zamanı iddiaçının icra etdiyi döyüş tapşırığının kəşfiyyat fəaliyyəti ilə əlaqəsi olmadığı məlum olmuşdur. Məhkəmənin Müdafiə Nazirliyinə ünvanlanmış sorğusuna cavab olaraq N №li hərbi hissənin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubuna əsasən istefada olan baş leytenant İddiaçı N günlük Vətən müharibəsi zamanı hərbi hissə komandanlığı tərəfindən hər hansı kəşfiyyat fəaliyyətinin yerinə yetirilməsi tapşırığı verilməmişdir. Həmçinin onun həmin vaxt tutduğu vəzifəsi (qərargah və təchizat taborunun qərargah bölüyünün taktiki komanda məntəqəsinin rəisi) “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli Qanununun 1.1-ci bəndində göstərilən kəşfiyyat fəaliyyəti ilə əlaqəli olmadığından İddiaçı kəşfiyyat subyektinin əməkdaşı hesab olunmurdu. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin şəxsi
heyətin təltif olunması barədə xx.xx.2020-ci il tarixli məktubunda istefada olan baş leytenant İddiaçı Vətən müharibəsindəki fəaliyyəti barədə aşağıdakılar qeyd olunmuşdur: “xx.xx.2020-ci il tarixdən Şuşa istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. N №li hərbi hissənin dalğıc qrupunun tərkibində Şuşa şəhərinin işğaldan azad olunması zamanı bir zabit kimi öz bilik və bacarığını düzgün istifadə edərək yüksək şücaət göstərmişdir. Şuşa şəhərində düşmənin əks-həmlələri zamanı qrupla birlikdə düşmən qüvvələrinin qarşısının alınmasında fəallıq göstərərək düşmənə çox sayda itkilər verilməsində iştirak etmiş, döyüşdə yaralanaraq şəxsi heyətə nümunə olmuşdur.Vətən müharibəsindəki xidmətlərinə görə Müdafiə Nazirliyinin Təltif komissiyasının qərarına əsasən baş leytenant İddiaçı Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2722 nömrəli Sərəncamı ilə "Vətən uğrunda” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur.
İV. Məhkəmənin mövqeyi
8.Məhkəmə, iddiaçının izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.
9. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
10. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. 11.“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. 12.İşin faktiki hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin istefada olan zabitidir, müharibə əlilidir, xx.xx.2020-ci ildən Şuşa istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. N №li hərbi hissənin tərkibində Şuşa şəhərinin işğaldan azad olunması zamanı bir zabit kimi yüksək şücaət göstərmişdir. Vətən müharibəsindəki xidmətlərinə görə Müdafiə Nazirliyinin Təltif komissiyasının qərarına əsasən baş leytenant İddiaçı təltif olunmuşdur. Lakin iddiaçının hərbi xidmətdə olduğu N №li hərbi hissənin məhkəmə işində olan məktublarından göründüyü kimi iddiaçı N №li hərbi hissənin qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsində xidmətdə olarkən Vətən müharibəsi zamanı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N №li hərbi hissənin taktiki komanda məntəqəsinin mühafizəsi uzrə fəaliyyətləri icra etmişdir, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N №li hərbi hissənin xüsusi təyinatlı taborunun tərkibində fəaliyyət göstərmiş, Şuşa şəhərinin müdafiəsi uğrunda xüsusi təyinatlı taborun tərkibində döyüş tapşırığını yerinə yetirmişdir, lakin hərbi əməliyyatlar zamanı kəşfiyyat (kəşfiyyat diversiya) fəaliyyətlərini icra etməmişdir. Göründüyü kimi iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun subyekti deyildir.
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati ərqanlar qanunun tələblərinə riayət etməyə bərcludurlar. 14.Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətini təmin etməməklə iddiaçıya münasibətdə qanunvericiliyin tələbləri
pozulmamış, inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar daxilində fəaliyyətini həyata keçirmişdir. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 16.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N №li hərbi hissəsinə qarşı iddiaçının N №li hərbi hissədə xidmət edərkən N günlük Vətən müharibəsi vaxtında icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyət ilə əlaqəli olması barədə N №li hərbi hissə tərəfindən iddiaçıya müvafiq arayışın verilməsi” barədə iddiası əsaslı olmadığı üçün təmin edilməməlidir. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 18.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N №li hərbi hissəsinə qarşı iddiaçının N №li hərbi hissədə xidmət edərkən N günlük Vətən müharibəsi vaxtında icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyət ilə əlaqəli olması barədə N №li hərbi hissə tərəfindən iddiaçıya müvafiq arayışın verilməsi” barədə iddiası təmin ediılməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova