Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6997/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X17 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, tərcüməçilər X14, X1, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6, üçüncü şəxs X4, onun vəkili X10 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X16 adına xüsusi mülkiyyət kimi dövlət reyestrindəki qeydiyyatının və verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X16 adına xüsusi mülkiyyət kimi dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və verilmiş çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 27 aprel 2019-ci il tarixli qətnaməsi ilə onun cavabdeh X2rşı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvandakı yaşayış sahəsinin “özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2019cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 27 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhəmənin MK-nın 11.02.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MKnın 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdrilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhəmənin MK-nın 11.02.2020-ci il tarixli qərarında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvandakı yaşayış sahəsinin “özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddianın inzibati məhkəməyə verilməsi izah edilmişdir. Ona görə də dərhal inzibati məhkəmədə bu iddianı qaldırmışdır. O, Nizami Rayon Məhkəməsində iddia qaldıraraq ğöstərmişdir ki, o, lal-kar olmaqla sərbəst yazıb oxuya bilmir. Vəkili X13 adından yazdığı iddia ərizələrinin mahiyyətini başa düşməmişdir. Onun mənzilinin özəlləşdirlməsini bilməmiş, bu mənzilin özəlləşdirilməsinə rəsmi razılıq verməmişdir. Məhkəmənin 29.03.2018-ci il tarixli sorğusuna əsasən AR ƏMDKY DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.04.2018-ci il tarixli məktub ilə göndərilmiş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilə dair ilkin sənədlər alınan zaman ona məlum olmuşdur ki, 15.06.2001-ci ildə guya o, Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisinin adına Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X16 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsi vermişdir. O, adından yazılmış həmin ərizəyə məhkəmə iclasında baxmış və dərhal məhkəmə iclasına sədrlik edən hakimə bu ərizənin onun tərəfindən yazılmadığını və orada olan imzanın tərəfindən icra edilmədiyini göstərmişdir. Vəkilinə-nümayəndəsinə rəsmi vəsatət yazıdıraraq onun adından 15.06.2001-ci ildə Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisinin adına Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X16 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsinin yazısının və bu ərizədə olan xəttin onun tərəfindən icra edilmədiyini təsdiq edilməsi üçün məhkəmə-xətşunaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Lakin, məhkəmə bu vəsatəti qəbul etməmişdir. Onun adından 15.06.2001-ci ildə guya Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisinin adına Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X16 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsinin yazılması tarixi 15.06.2001-ci il göstərilmiş, lakin bu saxta imzanı təsdiq edən 26 saylı təsərrüfat hesablı MK-ıtın 96 saylı X/R JKU-nun vəzifəsi göstərilməyən N.A.Abdulov tərəfindən 22.06.2001-ci ildə təsdiq edilmişdir. Birinci, əgər həmin ərizədəki imza onun olsaydı, bu imza notariat hərəkəti olmaqla notariusda təsdiq edilməli idi. İkincisi, həmin ərizədəki imzanın həqiqətən onun olmasını təsdiq edilməsi üçün o, bu imzanı təsdiq edən vəzifəli şəxsin yanında olmalı idi. Həmin “vəzifəli şəxs” onun iştirakı ilə imzanın onun tərəfindən icra olunmasını yoxladıqdan sonra onu təsdiq etməi idi. İmzanın təsdiqi zamanı bu fakt göstərilməli idi ki, o, bu imzanı onu təsdiq edən vəzifəli şəxsin yanında şəxsən imza etmişdir. İmza təsdiqi notariat hərəkəti olmaqla bu notariat hərəkətini yerinə yetirən şəxs onun iştirakını şəxsən yoxladıqdan sonra onu təsdiq etməli idi. Lakin, 15.06.2001-ci ildə yazılmış bu saxta ərizə və bu saxta imzanı təsdiq edən 26 saylı təsərrüfat hesablı MK-nın 96 saylı X/R JKU-nun vəzifəsi göstərlməyən N.A.Abdulov tərəfindən 22.06.2001-ci ildə təsdiq etmişdir. Göründüyü kimi saxta ərizə və bu ərizəyə qoyulmuş imza ərizənin yazılmasından 7 gün sonra onu yazanın iştirakı olmadan, imza sahibinin iştirakı olmadan təsdiq edilmişdir. Belə olan halda iş üçün əhəmiyyətli olan bu sübutun həqiqiliyi yoxlanılmadan, yəni ekspert rəyi almadan ona istinad edilərək iddia tələbinin rədd edilməsi tam qanunsuzluqdur. Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilmiş, məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir. Ondan yazı xətt nümunələri götürülmüşdür. Məhkəmə-xətşunaslıq ekspertizasının 19 iyun 2019-cu il tarixli 10135 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı, yəni onun adından olan 22 iyun 2001-ci il tarixli ərizədə “Tumanov C.H” yazısı önündəki imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında vəkili izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzildə valideynləri, atası Tumanov Nikolay və anası Tumanova Vera ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. 11 avqust 2001-ci il tarixdə yaşadıqları mənzili özəlləşdirmək məqsədilə sənədlər toplanan zaman iddiaçı da həmin mənzilin atası Nikolay Tumanovun adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adına reyestrdən çıxarış verilməsinə, eyni zamanda həmin mənzildən istifadə hüququnun saxlanması şərtilə razılıq verməmişdir. Mənzil özəlləşdirilməsindən xəbəri olmamışdır. Bütün bunlar barəsində ən çox gec məlumatı olmuşdur. Bir il sonra atası Nikolay Tumanov X12 tərəfindən aldadılaraq öz adına etibarnamə verilməsinə nail olmuş və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə atası Nikolay Tumanovun adından ərizə verərək onun həmin yaşayış sahəsinə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli 2(007)- 2679/2012 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2otaqlı mənzilin özəlləşdirilməsi zamanı vermiş olduğu razılığa əsasən mənzilin özəlləşməsini həyata keçirən və bu barədə mülkiyyət haqqında sənəd əldə edən atası Nikolay Tumanovun adından etibarnamə ilə çıxış edən Raxmanina Marina hüquqdan suiistifadə edərək onun digər yaşayış sahəsi olmadığı halda, istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə əldə etməyə nail olmuşdur ki, bu da Dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Vəkili X19 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, hazırkı mübahisədə İddiaçı illər boyu valideynləri ilə bir ailə üzvü kimi qeydiyyatda olmaqla yaşadığı mənzilin iddiaçının xəbəri və razılığı olmadan iddiaçının imzasını saxtalaşdırmaq yolu ilə yeganə yaşayış yerinin özəlləşdirilməsini “təşkil edən” X12 valideynlərini aldadaraq onları iddiaçıya qarşı qoymuş, iddiaçının adından öz adına etibarnamə alaraq iddiaçının Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı ikiotaqlı mənzilə istifadə hüququnun itirilmiş hesab olunmasına məhkəmə yolu ilə nail olmuş, bununla da, iddiaçının Konstitutsiya ilə təsbit olunmuş mənzil hüququnu pozan məhkəmə qətnaməsi əldə etmişdir.İddia tələbinin təmin olunacağı təqdirdə iddiaçının mübahisələndirdiyi yaşayış sahəsinin sahibi olmuş atasının yeganə vərəsəsi ailə üzvü kimi pozulmuş hüquqlarının müdafiəsinə və bu hüququn məhkəmə qaydasında təmin olunmasına yönələn subyektiv hüququm mövcuddur. Deməli hazırki məhkəmə mübahisəsində iddiaçının iddia ərizəsi verməklə bu hal iddiaçını özünümüdafiəyə sövq edir və o da iddiaya dəqiqləşdirmə verməklə subyektiv hüququnu reallaşdırır. 2001-ci ilin yanvar ayının əvvəllərində İddiaçı Moskva şəhərində müvəqqəti işləmək üçün olduğu zaman yaşadıqları mənzilin icarə müqaviləsinin babası X20 adından atası X16 adına keçirilməsi üçün onun yazılı razılıq yazıb göndərməsi barədə evlərindən xəbər gəlmiş, o, babasının adına olan mənzilin icarə müqaviləsini babası öldükdən sonra atasının adına keçirilməsini qanuni hal hesab edərək, bu barədə razılıq ərizəsi yazdıraraq (o, belə bir ərizə yazmamış, belə bir ərizəyə imza etməmişdir) Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanına göndərmişdir. Sonralar mənzillərinin xalası qızı X8 bağışlanması barədə məlumat almış və Bakı şəhərinə gəlib, qeyd edilən Bakı şəhəri, Nizami rayonunun B.Nuriyev küçəsindəki 33 saylı evin 2 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə məhkəmə qətnaməsinin mövcudluğunu dəqiqləşdirmiş və həmin qətnaməni əldə edib hüququnun itirilməsinə əsas olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qətnaməsinin məhkəmə mübahisəsini açmışdır. Sonrakı məhkəmə araşdırmaları zamanı qəbul edilmiş qərarlar və qətnamələr çıxarılan zaman iddiaçı hələ mənzilin X16 adına özəlləşdirilməsi barədə yazılı razılığının olub-olmadığını bilməmişdir. Bu yaxınlarda Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı mənziin atası X16 adına özəlləşdirilməsini əsassız hesab edərək, həmin özəlləşmənin ləğvi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda özəlləşmənin ilkin sənədlərinin DƏDRXdən tələb olunması barədə məhkəmə sorğusuna əsasən alınmış cavabdan göründü ki, guya o, 15 iyun 2001-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı mənzilin atası X16 adına özəlləşdirilməsinə razılığa dair ərizə ilə müraciət etmişdir. Lakin iddiaçı həmin ərizənin mətni ilə tanış olan zaman yəqin etmişdir ki, həmin ərizəni o, yazmamış və ərizənin sonunda edilən imza onun tərəfindən icra edilməmişdir. Beləliklə, 15 iyun 2001-ci il tarixli ərizə ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı mənzilin atası X16 adına özəlləşməsi barədə vermiş olduğu ərizədəki iddiaçının imzasına oxşayan imzanı kimsə etmişdir. İddiaçı qəti olaraq bildirmişdir ki, 2001-ci ilin iyun ayında və ümumiyyətlə, həmin ərəfədə o, Bakı şəhərində olmamış, müvəqqəti olaraq işləmək üçün Moskva şəhərinə getmişdir. Onun adından saxta razılıq ərizəsi tərtib olunduğunu, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin sorğusuna uyğun olaraq DƏDRX-nin Bakı ərazi idarəsinin tərəfindən verilmiş 09 aprel 2018-ci il tarixli cavabı ilə tanış olan zaman bilmiş və iddia müddətinin axımı da 09 aprel 2018-ci il tarixdən başlamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı mənzilin atam X16 adına özəlləşdirilməsinə dair guya onun adımnan vermiş olduğu, əslində isə saxtalaşdırılmış ərizəyə dair xətşunaslıq ekspertizasının təyin olunması, müvafiq rəy alındıqdan sonra bu ərizəyə əsasən həyata keçirilmiş özəlləşmənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə cavabdeh X12 iddianı qəbul etməyib etirazında göstərmişdir ki, iddiaçı öz ərizəsində qeyd edir ki, 11 avqust 2001-ci il tarixdə ünvan 1 ünvanındakı mənzilin özəlləşdirilməsi zamanı həmin mənzilin atası Nikolay Tumanovun adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adına reyestrdən çıxarış verilməsinə, eyni zamanda həmin mənzildən istifadə hüququnun saxlanılması şərti ilə “razılıq” vermişdir. İddiaçının bu dedikləri əvvəlki məhkəmə instansiyaları tərəfindən işə baxılarkən də öz təsdiqini tapmışdır. Bu faktın özü İddiaçı qeyd olunan mənzilə dair mülkiyyət hüququndan məhrum edir. Belə ki, “Özəlləşdirmə haqqında” Azərbaycan Respublikasının 26.01.1993-cü il tarixli Qanunun 5-ci maddəsinin tələbi imkan verir ki, İddiaçı özəlləşmə zamanı mülkiyyət sahibi ola bilərdi. Lakin nə qədər ki, o öz payını atası N. Tumanovun xeyrinə vermişdir, belə olan halda onun mülkiyyətə payçı olmasından söhbət gedə bilməz. Yuxarıda qeyd olunan hallara görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. 06.07.2021-ci il tarixdə məhkəməyə cavabdeh inzibati orqanın iddia ilə bağlı **********05 №li 29.06.2021-ci il tarixli mülahizəsi (etiraz) daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İdarə tərəfindən İddiaçı ünvanlanan **********37 qeydiyyat nömrəli 17.05.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, 2 nömrəli mənzil ilkin olaraq Nizami rayon İcra Hakimiyyəti başçısının 22 yanvar 2001-ci il tarixli 40 nömrəli sərəncamına əsasən və mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin ərizələri nəzərə alınmaqla, X16 adına qeydiyyatdan keçmişdir. 23 saylı DNK-nin 12.03.2013-cü il tarixli 4Ə-01-194 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X12 məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda göstərmişdir ki, iddiaçı eyni tələblə ona qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə vermişdir. Həmin məhkəmənin 27.04.2019-cu il tarixli qətnaməsi ilə özəlləşdirmənin ləğvi tələbinə dair iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06.06.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 11.02.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06.03.2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. İddiaçı hazırki ərizəsində qeyd etmişdir ki, o, 2001-ci ildə mübahisəli mənzilin atası Nikolay Tumanovun adına özəlləşdirilməsinə rəsmi razılıq verməmişdir. İddiaçının bu dəlili həqiqətə uyğun deyil. Belə ki, iddiaçı eyni tələblə Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırarkən həm iddia ərizəsinin özündə, həm də məhkəmədə izahat verərkən bildirmişdir ki, qeyd olunan mənzildə valideynləri atası Nikolay Tumanov və anası Vera Tumova ilə qeydiyyatda olmaqla yaşamışdır. 1 avqust 2001-ci ildə yaşadıqları mənzili özəlləşdirmək məqsədilə sənədlər toplanan zaman iddiaçı da həmin mənzilin atası Nikolay Tumanovun adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adına reyestrdən çıxarış verilməsinə, eyni zamanda həmin mənzildə onun istifadə hüququnun saxlanması şərti ilə razılıq vermişdir. Bundan başqa Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21.11.2012-ci il tarixli 2(007)-2679/2012 saylı qətnaməsinə əsasən Nikolay Tumanovun ərizəsinə əsasən İddiaçı həmin mənzilə istifadə hüququ itirilmiş hesab olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.01.2016-cı il tarixli 2(007)-289/2016 saylı qətnaməsi ilə İddiaçı ona qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı özəlləşməyə razılığının verilib-verilməməsi məsələsinə qüvvəyə minmiş məhkəmə qətnaməsində münasibət bildirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.04.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 14.06.2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 06.08.2019-cu il tarixli qətnamələrində, həm iddiaçı özü, həm də onun nümayəndəsi bildirmişlər ki, mənzilin Nikolay Tumanovun adına özəlləşməsinə İddiaçı öz razılığını vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 06.08.2019-cu il tarixli qətnaməsində həmçinin “Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə istinad edilərək, qeyd edilmişdir ki, mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə qətnamələrindən göründüyü kimi iddiaçı 2001-ci ildən etibarən mübahisəli mənzildə yaşamamış, oradan çıxaraq daimi yaşamaq üçün Rusiya Federasiyasına getmiş, oranın vətəndaşlığını qəbul etmiş, bir sözlə mənzilə bütün əlaqələrini kəsmişdir. Həmçinin özəlləşmə vaxtı (2001-ci ilin avqust ayı) iddiaçı mübahisəli mənzildə yaşamamışdır. Həmçinin iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda izahat verərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi izahat verərək, iddia tələbinin mümkünsüz olduğunu bildirdi və iddianın mümkünsüz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun vəkili ayrı-ayrılıqda izahat verərək iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin və onun nümayəndəsinin vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1052/2021 № li iş üzrə çıxartdığı 01.04.2021-ci il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı 03.06.2020-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X16 adına özəlləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, sonradan iddiaçı İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X16 adına xüsusi mülkiyyət kimi dövlət reyestrindəki qeydiyyatının və verilmiş çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərardadı ilə İddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət edilmədiyindən mümkün sayılmamışdır. - 2-1(112)-1052/2021 № li iş üzrə məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********02 №li 18.12.2020-ci il məktubdan və məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi. ev 33. 2 nömrəli mənzil ilkin olaraq X16 adına qeydiyyatdan keçmişdir. 23 saylı DNK-nun 12.03.2013-cü il tarixli 4Ə-01-194 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri X9 İcraiyyə Komitəsi tərəfindən X20 adına verilmiş 05 sentyabr 1968-ci il tarixli 56377 nömrəli orderə əsasən Bakı şəhəri 8-ci kilometr qəsəbəsində 813 saylı keçiddəki 33 saylı evin 2 saylı 2 otaqlı mənzili (hazırda Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ) X22, ailə üzvləri X21, X25, İddiaçı olmaqla verilmiş, Nizami rayon İcra Hakimiyyətinin Başçısının 22 yanvar 2001-ci il tarixli 46 saylı sərəncamı ilə həmin mənzilin kirayə müqaviləsi dəyişdirilərək, X21 ilə bağlanmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-922/2020 №li iş üzrə qəbul etdiyi 17.02.2020-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı cavabdeh X3rşı “özəlləşdirmənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş 2(007)-1729/2018) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-274/2019) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 02 oktyabr 1979-cu ildən mübahisəli mənzildə daimi qeydiyyatda olsa da, 2001-ci ildən həmin mənzildə yaşamamış, daimi yaşamaq üçün digər yaşayış məntəqəsinə (Rusiya Federasiyasına) köçmüşdür. Rusiya Federasiyası, Moskva şəhəri, Alekseyevski rayon mühəndis xidmətinin 19 oktyabr 2010-cu il tarixli arayışlarına əsasən İddiaçı Moskva şəhəri, Kosmonavtlar küçəsi, 22 saylı evin, 35-ci mənzilində qeydiyyatda olmaqla, orada daimi yaşaması, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi, 11 mart 2001-ci ildən 01 oktyabr 2010-cu illər üzrə sözügedən mənzilin kommunal xidmətlərinə görə borcunun olmaması, Rusiya Federasiyasının vətəndaşı kimi adına 02 iyun 2011 -ci il tarixdə Rusiya Federasiyasının pasportu verilməsi, cavabdehin iş yeri kimi Rusiya Federasiyasında "xxxx" QSC-də ağackəsən vəzifəsində işləməsi müəyyən olunmuşdur. İddiaçı mübahisəli mənzilə istifadə hüquqlarını itirmişdir. Yəni, iddiaçı mübahisəli mənzillə bütün əlaqələrini kəsmiş, ötən müddət ərzində mənzilin krayə müqaviləsindən irəli gələn hər hansı vəzifəni yerinə yetirməmişdir. Bundan əlavə, mübahisənin yarandığı dövrdə İddiaçı artıq Rusiya Federasiyasının vətəndaşı olmuşdur ki, belə olan halda onun statusu xarici vətəndaş kimi müəyyən olunur. Bu isə cavabdeh üçün mübahisəli mənzilə münasibətdə heç bir hüquqi nəticələr (onun hüquqi taleyini müəyyən etmək, hansısa əqdin yerinə yetirilməsinə razılıq vermək və s.) yaratmır. İddiaçı sonralan Bakı şəhərinə gəldikdə xarici vətəndaş kimi başqa ünvana (ünvan 3diyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 33 saylı evin 2 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Nikolay Tumanovun adına qeydə alınmış, sonuncu 12 mart 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzili Marina Raxmaninaya bağışlamışdır. Sonradan İddiaçı bağışlama müqaviləsinin etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixii qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair atası X16 adına xüsusi mülkiyyət kimi dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin hüquqları qeydiyyata alınarkən, qanunvericiliyin tələblərinə əməl olunmuş və bu zaman iddiaçının hər hansı hüquqlarının pozulmasına səbəb olacaq heç bir hərəkətə (və ya hərəkətsizliyə) yol verilməmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 12-ci maddəsinə əsasən isə mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Qanuni qüvvədə olan məhkəmə aktları ilə mübahisəli mənzil özəlləşdirilərkən iddiaçı mübahisəli mənzildə faktiki yaşamaması müəyyən edildiyinə görə məhkəmə hesab edir ki, onun mübahisəli mənzilin özələşdirilməsi ilə bağlı razılığına ehtiyac olmamışdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6997/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6997/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver