Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-70/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Biləcəri qəsəbə Bələdiyyəsi tərəfindən Biləcəri Bələdiyyəsi ərazisi hüdudları daxilində olan iddiaçılar İddiaçı1 və İddiaçı2 08 oktyabr 2004-cü il tarixində 940 və 942 nömrəli qərarlarla alqısatqı yolu ilə satılmış torpaq sahələrinin Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən başqa şəxslərə ayrılması haqqında qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Biləcəri qəsəbə Bələdiyyəsi tərəfindən Biləcəri Bələdiyyəsi ərazisi hüdudları daxilində iddiaçılar İddiaçı1 və İddiaçı2 08 oktyabr 2004-cü il tarixində 940 və 942 nömrəli qərarlar əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrı-ayrılıqda iki ədəd 600 kv.metr (6 sot) torpaq sahəsi ayrılmışdır. İddiaçılar tərəfindən torpaq sahələri daş hasara alınmışdır. Hər torpaq sahəsinə əlavə olaraq beş min daş tökülmüşdür. İddiaçıların maddi vəziyyəti imkan vermədiyi üçün və digər səbəblərdən tikinti işlərini davam etdirə bilməmişdilər. İddiaçılar bir müddət əvvəl torpaq sahəsində tikinti işləri aparmaq üçün getdikdə isə məlum olmuşdur ki, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən saxta sənədlər əsasında onlara məxsus torpaq sahəsi başqa şəxsə 1200 kv.metr (12 sot) torpaq sahəsi ayrılmışdır. Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi faktiki olaraq Biləcəri qəsəbə bələdiyyəsinin hüdudları daxilində yerləşir. Belə ki, İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahələri Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən sənədlər saxtalaşdırılaraq başqa vətəndaşa satılmışdır. Onu da əlavə edərək bildirilmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin digər saxta qərarı ilə həmin yerin qonşuluğunda olan tikintisi yarımçıq qalmış digər X9 və X10 məxsus torpaq sahəsi də digər şəxslər tərəfindən zəbt edilmişdir. Bundan başqa, iddiaçılar onlara məxsus torpaq sahələrinə baxış keçirən zaman, həmin torpaq sahələrini qanunsuz sənədlərlə ələ keçirən şəxslər iddiaçılar İddiaçı1 X4 və X5 qohumlarının yanında torpaq sahəsini digər alıcılara satmaq üçün göstərmiş, alqı-satqı barədə danışıqlar aparmış və iddiaçılara hədə-qorxu gələrək ordan qovmuşdur. İddiaçılar tərəfindən onların torpaq sahələrinin saxta sənədlərlə özgəninkiləşdirilməsi və qanunsuz əməllərə məruz qalması ilə bağlı aidiyyəti orqanlara şikayət ərizəsi ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş **********20 saylı, 09 fevral 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadast məlumat bazasında aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sxemə əsasən sözügedən 600.0 kv.m torpaq sahəsinin Binəqədi rayon Biləcəri Bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş **********19 saylı 09 fevral 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadast məlumat bazasında aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sxemə əsasən sözügedən 600.0 kv.m torpaq sahəsinin Binəqədi rayon Biləcəri Bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş BA-00237-2021 saylı 05 fevral 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı1 barəsində Binəqədi rayon Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli 940 saylı qərarı və ona əlavə edilmiş sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş BA-00234-2021 saylı 05 fevral 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı2 barəsində Binəqədi rayon Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 942 saylı qərarı və ona əlavə edilmiş sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur.
3. Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin 940 nömrəli xx.xx.2004-cü il tarixli qərarı ilə Bakı şəhər X8 İcraiyyə Komitəsinin, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının, “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin razılığına əsasən Bakı şəhər sakini İddiaçı1 əlavə olunmuş cizgi əsasında 600,0 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə satılmışdır. (Yerləşmə cizgisi mövcuddur)
4. Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin 942 nömrəli xx.xx.2004-cü il tarixli qərarı ilə Bakı şəhər X8 İcraiyyə Komitəsinin, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının, “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin razılığına əsasən Bakı şəhər sakini İddiaçı2 əlavə olunmuş cizgi əsasında 600,0 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə satılmışdır (Yerləşmə cizgisi mövcuddur).
5. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 1212/1 nömrəli xx.xx.2003-cü il tarixli sərəncam ilə Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 1200 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X6 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır.
6. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 724/1 nömrəli xx.xx.2003-cü il tarixli sərəncam ilə Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 1000 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X6 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Xidməti tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2021-ci il tarixli məktublarda qeyd edilmişdir ki, elektron kadastr məlumat bazasında aparılan araşdırma zamanı əlavə olunmuş sxemə əsasən sözügedın 600,0 kv.m torpaq sahəsinin Binəqədi rayon Biləcəri Bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzi tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan bələdiyyələrdən təqdim edilmiş arayışlarda həmin torpaq sahələrinin hər hansı hüquqla başqa şəxslərin mülkiyyətlərinə ayrılması barədə bələdiyyələr tərəfindən qərar qəbul edilmədiyi bildirilmişdir.
9. Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iddiaçıların nümayəndəsinə (vəkili) ünvanlanmış məktubda qeyd edilmişdir ki, Biləcəri qəsəbə Bələdiyyəsi tərəfindən X10 xx.xx.2014-cü il tarixli, №1031 syalı qərarla fərdi yaşayış evinin tikintisi üçün 6000 kv.m torpaq sahəsi, X9 isə xx.xx.2004cü il tarixli №-1033 saylı qərarla fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahələri digər şəxslər tərəfindən zəbt edilmiş və Binəqədi qəsəbə Bələdiyyəsinin qərarları həmin şəxslər tərəfindən təqdim edilmişdir. Məlumat verərək bildirilmişdir ki, 30 dekabr 2005-ci il tarixli 972/1 saylı qərarla Binəqədi qəsəbə bələdiyyəsi tərfindən X1 fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin həmin sənədlərin eskiz-sxemi Binəqədi qəsəbə Bələdiyyəsinin arxivində aşkarlanmamışdır. Digər torpaq sahələri ilə bağlı bildirilmişdir ki, İddiaçı1 xx.xx.2004-cü il tarixli, №940 saylı və İddiaçı2 isə xx.xx.2004-cü il tarixli, №942 saylı qərarla hər birinə Biləcəri qəsəbə Bələdiyyəsi tərəfindən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Buna baxmayaraq həmin torpaq sahələrini zəbt edən şəxslər Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən 16 dekabr 2003-cü il tarixli, 1212/1 saylı sərəncamı əsas kimi təqdim etmişlər. Məlumat verərək bildirilmişdir ki, X3 adına Binəqədi qəsəbə Bələdiyyəsinə təqdim olunmuş sərəncama əsasən 1200 kv.m torpaq sahəsi ayrılmamışdır və həmin sərəncam Binəqədi qəsəbə Bələdiyyəsinin aşkarlanmamışdır.
10. İş üzrə xx.xx.2021-ci il tarixli qərardad ilə "xxxx" (Konsaltinq Xidmətləri) MMC-dən aşağıdakı suallar üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin iş materiallarında olan situasiya planına əsasən faktiki yerləşmə yeri müəyyən edilsin. - İddiaçı tərəfindən naturada faktiki olaraq göstərilən torpaq sahələri Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 940 və 942 nömrəli qərarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin iş materiallarında olan situasiya planına göstərilən torpaq sahələridirmi? - Həmin torpaq sahələrinin yeri hansı əraziyə (Binəqədi qəsəbəsi, yoxsa Biləcəri qəsəbəsi) düşür? Həmin torpaq sahələrinin faktiki vəziyyəti necədir? - İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrində tikili mövcuddurmu?
11. "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyi aşağıdakılar qeyd edilmişdir: - Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin iş materiallarında olan situasiya planına əsasən faktiki yerləşmə yeri müəyyən edilmişdir. - İddiaçı tərəfindən naturada faktiki olaraq göstərilən torpaq sahələri Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 940 və 942 nömrəli qərarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin iş materiallarında olan situasiya planına göstərilən torpaq sahələridir. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********19 nömrəli, 09 fevral 2021-ci il tarixli məktubuna əsasən sözügedən torpaq sahələri məhz Binəqədi rayonu, Biləcəri Bələdiyysəinin hüdüdları daxilində yerləşir. - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 940 və 942 nömrəli qərarlarla İddiaçı1 oğluna ayrılmış torpaq sahələrinin iş materiallarında olan situasiya planına əsasən həmin torpaq sahəsi üzərində tikililən (fərdi yaşayış evləri) mövcuddur.
12. İş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsin və ekspert qarşısında aşağıdakı suallar qoyulsun: - Bakı şəhəri Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin (əlavə olunmuş cizgisinə əsasən) kordinatları müəyyən edilsin. - İddiaçı tərəfindən naturada faktiki olaraq göstərilən torpaq sahələri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələri əlavə olunmuş cizgidə göstərilən torpaq sahələridirmi? - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələri hansı inzibati əraziyə (Binəqədi qəsəbəsi, yoxsa Biləcəri qəsəbəsi) düşür? - İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrində tikili mövcuddurmu? - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 16 dekabr 2003-cü il tarixli, 1212/1 saylı Sərəncamı ilə X7 ayrılmış torpaq sahəsinin eskizə əsasən naturada yeri müəyyən edilsin. - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 16 dekabr 2003-cü il tarixli, 1212/1 saylı Sərəncamı ilə X7 ayrılmış torpaq sahəsinin kordinatları müəyyən edilsin. - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 16 dekabr 2003-cü il tarixli, 1212/1 saylı Sərəncamı ilə X7 ayrılmış torpaq sahəsi hansı inzibati əraziyə (Binəqədi qəsəbəsi, yoxsa Biləcəri qəsəbəsi) düşür? - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələri ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 16 dekabr 2003-cü il tarixli, 1212/1 saylı Sərəncamı ilə X7 ayrılmış torpaq sahəsi naturada və ya sənəd üzrə üst-üstə düşürmü? - Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin öz səlahiyyətinə (sərəncamına) verilsin.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktub ilə iş üzrə mütəxəssis rəyi təqdim edilmişdir: - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin əlavə olunmuş cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtələrindən məsafə göstərilməməsi səbəbindən sənəd əsasında yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Lakin, iddiaçıların iddia etdikləri və naturada göstərdikləri mübahisəli torpaq sahələrinin koordinatları müəyyən edilərək ölçülmüşdür. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin əlavə olunmuş cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtələrindən məsafə göstərilməməsi səbəbindən, iddiaçılar tərəfindən naturada faktiki olaraq göstərilən torpaq sahələri ilə uyğunluq təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçılar, İddiaçı1 və İddiaçı2 tərəfindən iddia olunan və naturada göstərilən mübahisəli torpaq sahələri elektron kadastr məlumat bazasına əsasən Binəqədi rayonu, Biləcəri qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşir. İddiaçı1 və İddiaçı2 tərəfindən naturada faktiki olaraq göstərilən və zəbt olunması iddia olunan torpaq sahələrinin ayrı-ayrı hissələrində üçüncü şəxslər tərəfindən üç ədəd fərdi yaşayış evi və bir ədəd yarımçıq tikili inşa olunmuşdur, inşa olunmuş üç ədəd fərdi yaşayış evləri ayrı-ayrılıqda daş hasarla bərkidilmiş torpaq sahələrinin daxilində yerləşir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 16 dekabr 2003- cü il tarixli, 1212/1 saylı sərəncamı ilə X7 ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim olunmadığı üçün sualların cavablandırılması mümkün olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin əlavə olunmuş cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 16 dekabr 2003-cü il tarixli, 1212/1 saylı sərəncamı ilə X7 ayrılmış torpaq sahəsnə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim olunmadığı üçün üst-üstə düşmə faktını müəyyən etmək mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, elektron kadastr məlumat bazasına əsasən iddia olunan torpaq sahələri ARDNŞ-nin kontrakt ərazisinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağıdır.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki: 1) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin əlavə olunmuş cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtələrindən məsafə göstərilməməsi səbəbindən sənəd əsasında yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçıların iddia etdikləri və naturada göstərdikləri mübahisəli torpaq sahələrinin koordinatları müəyyən edilərək ölçülmüşdür. 2) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin əlavə olunmuş cizgisi miqyassız. kordinatsız, hər hansı istinad nöqtələrindən məsafə göstərilməməsi səbəbindən, iddiaçılar tərəfindən naturada faktiki olaraq göstərilən torpaq sahələri ilə uyğunluq təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. 3) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: İddiaçılar, İddiaçı1 və İddiaçı2 tərəfindən iddia olunan və naturada göstərilən mübahisəli torpaq sahələri elektron kadastr məlumat bazasına əsasən Binəqədi rayonu Biləcəri qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşir. 4) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: İddiaçı1 və İddiaçı2 tərəfindən naturada faktiki olaraq göstərilən və zəbt olunması iddia olunan sahələrinin ayrı-ayrı hissələrində üçüncü şəxslər tərəfindən üç ədəd fərdi yaşayış evi və bir ədəd yarımçıq tikili inşa olunmuşdur. İnşa olunmuş üç ədəd fərdi yaşayış evləri ayrı-ayrılıqda daş hasarla bərkidilmiş torpaq sahələrinin daxilində yerləşir. 5) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 16 dekabr 2003-cü il tarixli 1212/1 saylı sərəncamı ilə X7 ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim olunmadığı üçün sualların cavablandırılması mümkün olmamışdır. 6) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 940 və 942 nömrəli qərarlarla İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin əlavə olunmuş cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtələrindən məsafə göstərilməməsi və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 16 dekabr 2003-cü il tarixli, 1212/1 saylı sərəncamı ilə X7 ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim olunmadığı üçün üst-üstə düşmə faktını müəyyən etmək mümkün olmamışdır.
15. Üçüncü şəxs X17 qarşılıqlı iddia ərizəsi təqdim etmiş xx.xx.2022-ci il tarixli şifahi məhkəmə baxışı iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən qarşılıqlı iddia ərizəsinin verilməsi hüququ cavabdehə məxsus olduğundan və hazırki iş üzrə qarşılıqlı iddia ərizəsi üçüncü şəxs tərəfindən verildiyindən həmin ərizə icraata qəbul edilməmişdir.
16. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 01/390 nömrəli xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2004-ci il tarixli, 940 saylı qərarı ilə İddiaçı2, xx.xx.2004-ci il tarixli, 942 saylı qərarı ilə İddiaçı1, xx.xx.2004-ci il tarixli, 1031 saylı qərarı ilə X10, xx.xx.2004-ci il tarixli və 1033 saylı qərarı ilə X9 fərdi yaşayış evi tikmək üçün hər birinə 600 kv.m olmaqla torpaq sahəsi ayrılıb. Ayrılan torpaq sahələrinini müvqeyi, verilən qərarların ayrılmaz hissəsi olan situasiya planında birmənalı olaraq göstərilib. Həmin situasiya planında daşınmaz, F=1400 milli metirlik Ceyranbatan-Bakı su kəməri əks etdirilib. Bu gündə mövcud olan daşınmaz, istinad nöqtəsindən (F=1400 milli metirlik Ceyranbatan- Bakı su kəmərindən) mübahisələndirilən torpaq sahələrinə istiqamətdə olan küçə ilə irəlilədikdə; -Küçənin peremetri ilə sol tərəfində, istinad nöqtəsindən 53 metr məsafədən sonra, 113 metr məsafəyədək, 20m. x 60m.= 1200kv.m. torpaq sahəsi X10 və X9 ayrılan torpaq sahələridir. -Küçənin peremetri ilə sağ tərəfində, istinad nöqtəsindən 150 metr məsafədən sonra, 210 metr məsafəyədək, 20m. x 60m.= 1200kv.m. torpaq sahəsi İddiaçı2, və İddiaçı1 ayrılan torpaq sahələridir. Yuxanda qeyd olunanlardan göründüyü kimi Biləcəri bələdiyyəsinin sözü gedən qərarları ilə ayrılan torpaq sahələri situasiya planında əks etdirilənlə, naturda ayrılmış torpaq sahələri ilə üst-üstə düşən torpaq sahələridir.
17. İş üzrə xx.xx.2021-ci il tarixli qərardad ilə X17, xx.xx.2021-ci il tarixli qərardad ilə Binəqədi rayonu Biləcəri bələdiyyəsi, xx.xx.2021-ci il tarixli qərardadı ilə X11, xx.xx.2021-ci il tarixli qərardad ilə X2, xx.xx.2022-ci il tarixli qərardad ilə X18 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
19. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. İddia tələbindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 08 oktyabr 2004-cü il tarixində 940 və 942 nömrəli qərarlarla alqı- satqı yolu ilə satılmış torpaq sahələrinin Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən başqa şəxslərə ayrılması haqqında qərarının etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı etibarsız hesab edilməsi xahiş edilən inzibati aktlar müəyyənləşdirilmişdir: - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 1212/1 nömrəli xx.xx.2003-cü il tarixli sərəncam ilə Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 1200 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X6 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 724/1 nömrəli xx.xx.2003-cü il tarixli sərəncam ilə Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 1000 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X6 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır.
22. Odur ki, iddianın növü müəyyən etmə və ya tanınma haqqında iddiadır.
23. İddia tələbi inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxslər barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyinə görə, həmin şəxslər iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməli olduğuna görə cəlb edilmiş üçüncü şəxslər zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər hesab edilir.
24. Məhkəmə qeyd edir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən iddia olunan və naturada göstərilən mübahisəli torpaq sahələri elektron kadastr məlumat bazasına əsasən Binəqədi rayonu, Biləcəri qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
26. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
27. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X14rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X15rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
29. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
30. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
31. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 940 və 942 nömrəli qərarlar əsasında tərtib edilmiş cizgiləri olduğu halda, mübahisələndirilən inzibati aktların cizgisi mövcud olmadığından hazırkı vəziyyətdə eyni torpağın fərqli şəxslərə verilməsi ehtimal oluna bilməz.
32. İddiaçıların təqdim etdiyi əsaslandırma (eyni torpağın fərqli şəxslərə verilməsi) faktiki vəziyyətin xəyali təfsiridir. Belə ki, məhkəmə qeyd edir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən iddia olunan və naturada göstərilən mübahisəli torpaq sahələri elektron kadastr məlumat bazasına əsasən Binəqədi rayonu, Biləcəri qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşdiyindən Binəqədi Bələdiyyəsinin digər bələdiyyənin ərazisinə aid olan torpaq sahəsinə dair sərəncam verməsi istisna olunur. Odur ki, mübahisələndirilən sərəncamların Biləcəri qəsəbəsinin ərazisində yerləşən torpaq sahəsinə aid olması mümkün hesab edilmədiyindən və ümumiyyətlə, yerləşmə mövqeyini göstərən cizgisi mövcud olmadığından iddiaçı tərəfindən Biləcəri qəsəbəsinin ərasində ona məxsus olduğu iddia edilən torpaq sahəsinə hər hansı aidiyyətinin olduğu müəyyən edilmir.
33. Odur ki, iddiaçıların konkret halda müvafiq qərar(lar)ın etibarsız hesab edilməsi tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə, konkret halda (iddia tələbi üzrə) hüquqi müdafiəyə ehtiyacı yoxdur.
34. Qeyd edilənlərə əsasən iddiaçıların hüquqi marağı torpaq sahələrini zəbt etdiyi iddia edilən şəxslərə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki iddiada ifadə olunur. İş materiallarına əsasən də müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatında İddiaçı1 və İddiaçı2 cavabdeh X12, üçüncü şəxslər Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinə və Bakı şəhəri Biləcəri qəsəbə bələdiyyəsinə qarşı “tikilmiş özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iş vardır və həmin işin icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
35. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddianın mümkün sayılmaması onun məhkəməyə çatım hüququnun pozulması ilə nəticələnmir. İddiaçılar hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi ilkin olaraq torpağı zəbt etmiş şəxslərin torpaqdan çıxarılması tələbi ilə səlahiyyətli məhkəməyə müraciət edilməsidir.
36. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
37. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva