Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7000/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “sosial kirayə müqaviləsi bağlanması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, “AB” Y\S, 151 nömrəli evin 62 nömrəli 3 otaqlı mənzilinin 16,6 kv.m-lik 1 otağından istifadə etməyim məqsədilə iddiaçı X4 ilə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X4 08 mart 1980-ci ildə X2 ilə qanuni nikaha daxil olub. 26 Bakı Komissarı adına rayon X5 İcraiyyə Komitəsinin 16.10.1997-ci il tarixli 10/820 saylı qərarının əsasında təqdim olunmuş 267780 nömrəli 26.11.1987-ci il tarixli order üzrə əri, o və 2 nəfər uşaq olmaqla 4 nəfərdən ibarət ailəyə Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən 151 nömrəli evin 4-cü blokunun 4-cü mərtəbəsində 3 otaqlı 62 nömrəli mənzili (indiki Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, “AB” Y\S, ev 151, mənzil 62) verilmişdir. Həmin vaxtdan etibarən ailələri ilə birliktə həmin mənzildə yaşayırdı. Son illərdə əri X1 olaraq onunla münaqişə yaradırdı. Bir neçə ay bundan əvvəl X2 heç bir səbəb olmadan növbəti dəfə onunla münaqişə yaradaraq onu qeyd olunan mənzildən qovdu və ona qarşı Suraxanı rayon Məhkəməsində nikahin pozulması barədə iddia qaldırdı. Suraxanı rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli 2(010)-5055/2021 saylı qətnaməsinə əsasən B.T.İsmayılovla arasında olan nikah pozuldu. Bundan sonra Bayraməli İsmayılov daha sonra ailəsi ilə birlikdə həmin mənzildə yaşayan oğlu X3 və ailəsini qeyd olunan mənzildən qovdu. Lakin 267780 nömrəli 26.11.1987-ci il tarixli orderə əsasən onun da sözügedən mənzildən istifadə hüququ var. Onunla Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında sosial kirayə müqaviləsinin bağlanması üçün sözügedən mənzildə qeydiyyatda olan şəxslərə dəfələrlə müraciət etməsinə baxmayaraq, həmin şəxslərdən lazımi sənədlərin əldə edilməsi mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, YXGünəşli qəsəbəsi, “AB” Y\S, 151 nömrəli evin 62 nömrəli 3 otaqlı mənzilinin 16,6 kv.m-lik 1 otağından istifadə etməyi məqsədilə onunla cavabdeh arasında sosial kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müracət etsə də, cavabdeh 16.12.2021-ci il tarixli cavab məktubu ilə onun xahişindən imtina etmişdir. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinin mənasına görə Azərbaycan Respublikasının vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ictimai mənzil fondu evlərində, yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi müddətsiz istifadə üçün verilir. Həmin Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Qeyd olunan Mənzil Məcəlləsinin 51.1-ci və 51.2-ci maddələrinin mənasına görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Beləliklə, onun qeyd olunan mənzildən istifadə hüququ 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin əsasında əmələ gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 01.10.2009-cu il tarixədən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinin mənasına görə dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi məqsədilə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Odur ki, Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, “AB” Y\S, 151 nömrəli evin 62 nömrəli 3 otaqlı mənzilinin 16,6 kv.m-lik 1 otağından istifadə etməyi məqsədilə onunla cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında sosial kirayə müqaviləsi bağlanmalıdır.
3. İddiaçının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi 62 saylı evin 3 otaqlı 151 saylı mənzilinin 1 otağına dair kirayə müqaviləsi bağlanılmasına köməklik göstərilməsi haqqında ərizəsinə cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 71.1-ci maddəsinə əsasən həmin ünvanda qeydiyyatda olmaqla yaşayan yetkinlik yaşına çatmış şəxslərin Sizinlə kirayə müqaviləsi bağlanılması üçün notarial qaydada təsdiq olunmuş razılıq ərizələri RlH-ə təqdim edilmədiyindən müraciətininin müsbət həlli səlahiyyətləri xaricindədir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə bildirdi ki, həmin evdə birgə yaşayış mümkün deyildir, hazırkı iddianı qaldırmaqda məqsədi sosial kirayə müqaviləsi bağlamaqla daha sonra evin özəlləşdirilməsi və açıq hərracda satışının təmin edilməsidir.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
8. 26 Bakı Komissarı adına rayon X5 İcraiyyə Komitəsinin 16.10.1997-ci il tarixli 10/820 saylı qərarının əsasında təqdim olunmuş 267780 nömrəli 26.11.1987-ci il tarixli order üzrə İsmayılov B.T (özü), İddiaçıA (arvadı), İsmayılov A.B (oğlu) və İsmayılov R.B (oğlu) olmaqla Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən 151 nömrəli evin 4-cü blokunun 4-cü mərtəbəsində 3 otaqlı 62 nömrəli mənzil verilmişdir.
9. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
10. Məhkəmə müəyyən edir ki, qeyd edilənmənzilə dair order səlahiyyətli qurum tərəfindən 26.11.1987-ci il tarixdə verilmiş, iddiaçı kirayəçi (İsmayılov B.T) ilə faktiki olaraq yaşayaraq ailə üzvü kimi ümumi təsərrüfat aparmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir.
11. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
12. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahəsi hesab edilə bilməz və qeyd edilən mənzilə iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq ümumi (paylı, birgə) mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
13. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
16. Məhkəmə hesab edir ki, iddiaçının məqsədi mənzilin bölünməsi və ondan payın ayrılması olduğundan bu məqsədə digər paylı mülkiyyətçilərə qarşı aidiyyəti ümumi məhkəmədə iddia qaldırmaqla çata bilər.
17. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva