Məhkəmə qərarları › İş №2-1(112)-7007/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7007/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7007/2023 24.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi" tələbinə dair tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 219.2 kv.m olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 219.2 kv.m olan qeyri-yaşayış sahəsinə dair X5 ilə iddiaçı arasında xx.xx.2021-ci tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi (Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq edilib; Reyestrdə 4Ə-33 nömrəsi ilə qeyd edilib) bağlanmışdır. xx.xx.2021-ci tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 219.2 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətinə keçmişdir (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış: Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********44-05301- 083030; Qeydiyyat tarixi-xx.xx.2021). Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2-1(81)-1322/2018 saylı Qərarına əsasən, iddiaçı X1 iddiası təmin edilərək, RX seriyalı ******* və ******* saylı çıxarışlara əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m və 219.2 kv.m olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Bununla əlaqədar olaraq, İddiaçı tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehnə müraciət edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam və ona əlavə olunmuş sənədlər toplusu ilə birgə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi tövsiyə edilmişdir. Bununla əlaqədar olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir: “Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd olunan ünvanda yerləşən əmlaka dair Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinin tələblərinə uyğun olaraq bildiriş, qəbul aktı və təsdiqlənmiş layihə təqdim ediləcəyi təqdirdə müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1322/2018 nömrəli qərarı ilə iddiaçi X1 cavabdeh şəhəri, Cavabdehnə qarşı iddiası təmin edilərək, RX seriyalı ******* və ******* saylı çıxarışlara əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139.0 m2 və 219.0 kv.m olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (2-1(103)-1405/2018 saylı iş) 20 iyul 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayətini təmin etməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 10 sentyabr 2018-ci il tarixdən həmin qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh Başçısı tərəfindən verilmiş “Məhkəmə qərarının icrası haqqında” 32 nömrəli, xx.xx.2019-cü il tarixli sərəncama görə, RX seriyalı ******* və ******* saylı çıxarışlara əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139.0 kv.m və 219.0 kv.m olan qeyri-yaşayış sahələri yaşayış sahəsinə keçirilmişdir. Azərbaycan Respubikası Nazirlər Kabineinin xx.xx.2009-cu il tarixli, 200 saylı Qərarına əsasən qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə vətəndaş F.C.Mehtiyevaya bildiriş verilmişdir. Ailəsinin hüquqşünası Hidayət Süleymanov (mob:***-***-**-**) tərəfindən sərəncam, bildiriş alınmış və bu barədə qol çəkilmişdir. Beləliklə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139.0 kv.m və 219.0 kv.m olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə sərəncam verilmişdir. Qüvvədə olan mənzil qanunvericiliyinin tələbinə görə yaşayış sahəsinin qeyri- yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi bunun üçün əsaslar olub-olmaması müvafiq icra orqanı tərəfindən araşdırılaraq qəbul edilmiş qərar əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcələsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Məcəllənin qeyd olunan normalarının mənasından görüldüyü kimi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi binanın çıxarışlarını (əsli və ya notariat qaydasında təsdiqlənmiş surətini), keçirilən sahələrinin texniki pasportları ərizəyə əlavə etməli idi. Lakin vətəndaş rayon icra Hakimiyyətinə və məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, “Lazımi sənədlərin əslini təqdim edə bilərəm”. Mənzil Məcəlləsinin 20.4-cü maddəsinə əsasən qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.4-cü maddəsinin tələblərinə görə yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır və digər tələblər. Cavabdeh iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı Cavabdehnə qarşı "İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı binanın A girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 219.2 kv.metr olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə küçirilməsi barədə sərəncamın verilməsinin Cavabdehnə həvalə edilməsi barədə” iddia tələbinin rədd edilməsi haqqında qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, X6 Bakı şəhəri, Nəsimi rayonu, 329-cu məhəllə, Bülbül prospekti 40, 1-ci blok A ünvanında yerləşən ümumi sahəsi 219.2 kv.m olan qeyri yaşayış sahəsini İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1322/2018 nömrəli, 01 mart 2018-ci il tarixli qərarından görünür ki, iddiaçı X1 Cavabdehnə qarşı sərəncamın verilməsi tələbi təmin edilmiş, RX seriyalı ******* və ******* saylı çıxarışlara əsasən iddiaçı X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m və 219,2 kv.m olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyətinə həvalə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-15/2- 6/113/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Cavabdeh xx.xx.2019-cu il tarixli 32 nömrəli Məhkəmə qərarının icrası haqqında Sərəncamdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2-1 (81)-1322/2018 nömrəli qəran ilə iddiaçi X1 cavabdeh Bakı şəhəri, Cavabdehnə qarşı iddiası təmin edilərək, RX seriyalı ******* və ******* saylı çıxarışlara əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139.0 kv.m və 219.0 kv.m olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (2-1(103)- 1405/2018 saylı iş) 20 iyul 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayətini təmin etməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 10 sentyabr 2018-ci il tarixdən həmin qətnamə qanuni qüvvəyə minmişdir. Yuxanda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsini rəhbər tutaraq, RX seriyalı ******* və ******* saylı çıxarışlara əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139.0 kv.m və 219.0 kv.m olan qeyri-yaşayış sahələri yaşayış sahəsinə keçirilməsi, 2. Azərbaycan Respubikası Nazirlər Kabinetinin 25.12,2009-cu il tarixli, 200 saylı Qərarına əsasən qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə vətəndaş F.C.Mehtiyevaya bildiriş verilməsi qərara alınmışdır. - Cavabdeh xx.xx.2019-cu il tarixli Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli, 200 saylı qərarı ilə təsdiq edilmiş forma əsasında Bildirişdə qeyd olunmuşdur ki, Cavabdeh, Bülbül prospekti 40 saylı evin A blokun un 2-ci mərtəbəsində yerləşən sahələri 139.0 m2 və 219.0 m2 olan qeyri-yaşayış sahələrinin yaşayış sahələri kimi istifadə olunması məqsədi ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq sahənin qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçrilməsi barədə xx.xx.2019-cu il tarixli, 32 saylı sərəncam qəbul etmişdir. - Cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 6/284 nömrəli məktubunda bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1322/2018 nömrəli qərarı ilə iddiaçi X1 cavabdeh Bakı şəhəri, Cavabdehnə qarşı iddiası təmin edilərək, RX seriyalı ******* və ******* saylı çıxarışlara əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139.0 m2 və 219.0 m2 olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. 10 sentyabr 2018-ci il tarixdən həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bildiririk ki, Cavabdeh Başçısı tərəfindən verilmiş “Məhkəmə qərarının icrası haqqında” 32 nömrəli, xx.xx.2019-cü il tarixli sərəncama görə, RX seriyalı'0273563 və ******* säylı çıxarışlara əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139.0 kv.m və 219.0 kv.m olan qeyri-yaşayış sahələri yaşayış sahəsinə keçirilmişdir. Yuxarıda qeyd olunanları və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsini nəzərə alaraq, icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 9/M-209-162 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01,03.2018-ci il tarixli, 2- 1 (81 )- 1322/2018 saylı qərarına və Nəsimi RİH Başçısının 32 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A girişinin 2-ci mərtəbəsində yerləşən sahəsi 139.0 kv.m-lik və 219.2 kv.m-lik qeyri-yaşayış sahələrinin təyinatının dəyişdirilərək yaşayış sahəsinə keçirilmişdir. Lakin, mülkiyyətçi X4 RİH tərəfindən ona verilmiş sənədlər toplusu ilə birgə sözügedən yaşayış sahələrinə dair çıxarışın alınması məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etməmiş və həmin yaşayış sahələrini bağışlanma yolu ilə qeyri-yaşayış sahələri kimi 2021 -ci ildə digər şəxslərin adına sənədləşdirmişdir. Qeyd olunanları nəzərə alaraq Sizə, rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam və ona əlavə olunmuş sənədlər toplusu ilə birgə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etməyinizi tövsiyyə edirik. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə iddianın mümkünlülük şərti ödənilmir. Hazırkı işdən müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1322/2018 nömrəli, 01 mart 2018-ci il tarixli qərarı ilə iddiaçı X1 tələbi təmin edilmiş, RX seriyalı ******* və ******* saylı çıxarışlara əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m və 219,2 kv.m olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyətinə həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (2- 1(103)-1405/2018 saylı 20 iyul 2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh xx.xx.2019-cu il tarixli 32 nömrəli sərəncamı ilə X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139.0 kv.m və 219.0 kv.m olan qeyri-yaşayış sahələri yaşayış sahəsinə keçirilməsi qərara alınmış, qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə vətəndaş F.C.Mehtiyevaya bildiriş verilmişdir. Hazırkı iddiada iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin dəyişdiyini, mülkiyyət hüququnun bağışlama əsasında İddiaçı keçdiyini, eləcə də əmlakın rəsmiləşməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestri tərəfindən müvafiq sənədlərin (qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə bildiriş, qəbul aktı və təsdiqlənmiş layihə) tələb olunduğunu əsas gətirərək qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsini müstəqil inzibati iddia qaydasında mübahisələndirir. Halbuki, yuxarıda qeyd edildiyi kimi mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 saylı binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 219.0 kv.m olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı mübahisəyə bundan əvvəl məhkəmədə iddia qaydasında baxılmış, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. Əmlakın yaşayış sahəsi kimi rəmiləşdirilənədək mülkiyyətçinin dəyişməsi yeni mülkiyyətçiyə yenidən cavabdehə eyni iddia qaldırmağa əsas vermir. Qeyd edildiyi kimi qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi (və ya əksinə) halı əmlakın mülkiyyətçisinə münasibətdə deyil, əmlaka münasibətdə baş verir, əmlakın təyinatının dəyişdirilməsini ifadə edir. Odur ki, təyinatı dəyişdirilmiş əmlakın yenidən eyni təyinata dəyişdirilməsi mümkün deyildir. Bunda əlavə məhkəmə qərarı ilə qoyulan vəzifəyə uyğun olaraq Cavabdeh xx.xx.2019-cu il tarixli 32 nömrəli sərəncamı ilə qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə sərəncam və bildiriş verilmişdir. İddiaçı sözügedən əmlaka dair Mənzil Məcəlləsinin 20 və 21-ci maddələri ilə tələb olunan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə sənədlərin cavabdeh tərəfindən tam təqdim edilmədiyini iddia edirsə bu hal yenə də iddiaçıya müstəqil və yenidən iddia qaldırmağa əsas vermir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. ““İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə «məhkəmə araşdırması»nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərdə olduğu kimi, icra orqanı qismində inzibati orqana qarşı tələblərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Göründüyü kimi iddia olunan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, cavabdeh tərəfindən həmin qərarın icrasının düzgün aparılmaması, müvafiq sənədlərin tam şəkildə cavabdeh inzibati orqan tərəfindən təqdim edilməməsi ilə bağlı məsələni hazırkı iddia qaldırmaqla deyil, qanuni qüvvəsini almış məhkəmənin qərarının icrası qaydasında həll edə bilər. Əks hal eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddiaya iddia icraatında baxılması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı "qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar