Məhkəmə qərarları › İş №2-1(112)-701/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-701/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-701/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Xüsusi Şərtlərlə X15 Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illlik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajının olduğu nəzərə alınaraq, pensiya hüququnun yarandığı 26.10.2017-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu tarixdən, yəni 26.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 26.10.2017-ci ildə onun 60 yaşı tamam olmuşdur. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə görə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan onun iş stajının az olması səbəbinə görə müraciətindən imtina etmişdir. Cavabdeh orqan öz imtinasını belə əsaslandırmışdır ki, təqdim etdiyi əmək kitabçasına əsasən ümumi iş stajı 25 ildən az (17 il 3 ay 20 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (5 il 3 ay 27 gün) təşkil edir. Aşağıda göstərilənlərə əsasən hesab etmişdir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə olunan Astara rayon Dövlət Arxivinin 26.11.2020-ci il tarixli arxiv arayışından görünür ki, 02.01.1973-cü il tarixdən 13.04.1976-cı il tarixədək Astara rayonu, Səncərədi Subtropik sovxozunda fəhlə işləmişdir (3 il 3 ay 11 gün). İddia ərizəsinə əlavə olunan “X13” QSC-nın Xəzər X18sının arxiv arayışından görünür ki, 28.07.1976-cı il tarixdən 22.04.1977-ci il tarixədək gəmidə 2-ci dərəcəli motorçu işləmişdir (8 ay 24 gün). Həmçinin 29.12.1984-cü ildən 26.08.1985-ci il tarixədək gəmidə 1-ci dərəcəli motorçu işləmişdir (7 ay 27 gün). İddia ərizəsinə əlavə olunan hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 03.05.1977-ci il tarixdən 31.05.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur (2 il 28 gün). İddia ərizəsinə əlavə olunan “X13” QSC-nın arxiv arayışından görünür ki, 09.07.1979-cu il tarixdən 28.12.1981ci il tarixədək gəmilərdə motorçu işləmişdir (2 il 5 ay 19 gün). İddia ərizəsinə əlavə olunan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 08.01.2021-ci il tarixli məktubundan görünür ki, Qazaxıstan SSR Şevçenko Şəhər Məhkəməsinin 29.04.1982-ci il tarixli hökmünə əsasən Qazaxıstan SSRİ Cinayət Məcəlləsinin 78 h2, 15-168 h2, 24-1-ci maddələri ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 3 il müddətə şərti cəzaya məhkum edilib 14.10.1982-ci il tarixdən Qaradağ RDİŞ 3 saylı Xüsusi müəssisəsində cəza çəkmişdir (3 il). İddia ərizəsinə əlavə olunan əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, cavabdeh tərəfindən imtinanın verildiyi 27.01.2021-ci il tarixə 18 il 7 gün iş stajı vardır. Beləliklə əmək kitabçasında və yuxarıda qeyd olunan arxiv arayışları ilə təsdiqlənən iş stajı 18 il 7 gün + 3 il 3 ay 11 gün + 8 ay 24 gün + 7 ay 27 gün + 2 il 28 gün + 2 il 5 ay 19 gün + 3 il toplandıqda onun ümumi iş stajı 30 il 2 ay 26 gün təşkil edir. Lakin cavabdeh orqan öz imtinasında düzgün olmayaraq onun ümumi iş stajını 17 il 3 ay 20 gün hesablamışdır. Halbuki yuxarıda qeyd olunanlar onun ümümi iş stajının 25 ildən çox olduğunu təsdiq edir. Güzəştli iş stajına gəlincə isə əmək kitabçası və “X13” QSC-nin qeyd olunan arayışları ilə təsdiq olunuduğu kimi güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir. Cavabdeh orqan isə imtinasında əsassız olaraq güzəştli iş stajının 5 il 3 ay 27 gün təşkil etdiyini göstərmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi arayışlardan görünür ki, 28.07.1976-cı il tarixdən 22.04.1977-ci il tarixədək gəmidə 2-ci dərəcli motorçu (8 ay 24 gün), həmçinin 29.12.1984-cü ildən 26.08.1985-ci il tarixədək gəmidə 1-ci dərəcəli motorçu işlədiyi (7 ay 27 gün) müddət, bundan başqa əmək kitabçası və “Zığ Gəmi Təmiri və Tikinitisi Zavodunun” 18.04.2018-ci il tarixli arayışından görünür ki, 18 il 7 ay 19 gün güzəştli iş stajı vardır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, İddiaçı iddiası ilə razı deyillər. İddiaçıya görə 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajına malikdir. İş stajı əmək kitabçası və arxiv arayışları ilə təsdiqlənir. İddiaçıya 60 yaşının tamam olduğu 26 oktyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Mərkəzi Filial **********3 saylı, 27.01.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təminindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi stajı 25 ildən (17 il 03 ay 20 gün), güzəştli iş stajı 12 il 06 aydan (05 il 03 ay 27 gün) az təşkil edir. İddiaçıya məxsus İT-İ seriyalı, ******* saylı, 11 noyabr 1998-ci il tarixdən tərtib olunmuş əmək kitabçasından aydın olur ki, iddiaçı 25 oktyabr 1988-ci ildə əmək fəaliyyətinə başlayıb və müxtəlif peşələrdə çalışıb. Əmək kitabçasına əsasən ümumi əmək stajı aşağıdakı kimidir: 25.10.1978-24.11.1989-cu illər (01 il 29 gün); tədris-istehsalat işi üzrə böyük usta; -11.11.1998-15.03.1999-cu illər (04 ay 04 gün); motorçu; 16.03.1999-21.10.2002-ci illər (03 il 07 ay 05 gün); motorçu bölüyünün komandiri; 07.01.2003-21.01.2003-cü illər (14 gün); mexanik; 21.01.2003-10.04.2003-cü illər (02 ay 19 gün); mexanik; 19.09.2007-01.05.2017-ci illər (09 il 07 ay 12 gün); matros, motorçu; 02.05.2017-31.01.2018-ci illər (08 ay 29 gün); növbə mexaniki; 01.02.2018- 18.07.2019-cu illər (01 il 05 ay 17 gün); növbə mexaniki; 24.07.2019-14.07.2021-ci illər (01 il 11 ay 20 gün); motorçu. Göründüyü kimi əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının 60 yaşının tamam olduğu tarixə (26 oktyabr 2017-ci ilə) olan ümumi əmək stajı - 15 il 04 ay 18 günə bərabərdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, 29 aprel 1977- 26 may 1979-cu illərdə (02 il 27 gün) hərbi xidmətdə olmuşdur. Beləliklə, əmək kitabçasındakı qeydlər və hərbi xidmət dövrü daxil olmaqla, 26 oktyabr 2017-ci il tarixinə iddiaçının ümumi əmək stajı - 17 il 05 ay 15 gün təşkil edir. İddiaçı 02.01.1973- 13.04.1976-cı illərdə Astara rayon sabiq Səncərədi Subtropik sovxozunda çalışdığını iddia edir. İddiaçı bu halı təsdiq etmək üçün Astara rayon Dövlət Arxivinin 24.05.2021-ci il tarixli, 45/1 saylı Arxiv arayışına istinad edir. Halbuki həmin arayışın özündə sovxoza aid 1972- 1978-ci illəri əhatə edən əmr kitablarının, eləcə də 1966-1980-ci illəri əhatə edən əmək haqqı kitablarının yoxlama ilə əlaqədar olaraq aparıldığı və sovxoza qaytarılmadığı qeyd edilir. Lakin necə olursa, Astara rayon Dövlət Arxivi öz arayışına əl ilə yazılmış 2 sənəd əlavə edir. Həmin sənədlərdə isə ümumiyyətlə Sovxozun möhürü və səlahiyyətli şəxsinin imzası yoxdur. Həmin sənədləri kimin yazdığı məchuldur. Dolayısı ilə qeyd edilən arxiv arayışının mötəbər sübut qismində qəbulu yolverilməzdir. İddiaçı “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 18.04.2018-ci il tarixli arayışına istinad edərək güzəştli iş stajına malik olduğunu iddia edir. Hərçənd ki, həmin arayışın özündə iddiaçının sözügedən zavodda 01 fevral 2018-ci il tarixdən növbə mexaniki vəzifəsində çalışdığı qeyd edilir. İddiaçı isə 26 oktyabr 2017-ci il tarixdən pensiya təyin edilməsini tələb edir. Dolayısı ilə iddiaçının “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda çalışdığı dövrün hazırkı mübahisə ilə bağlılığı yoxdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, zavod yalnız özünə aid hissədə və əgər əsas varsa, arayış verə bilər. İddiaçı güzəştli iş arayışı kimi “Azərbaycan X13” QSC-nin 24.11.2014-cü il tarixli arayışına istinad edir. Nəzərə almaq lazımdır ki, həmin arayış 2007- 2014-cü illəri əhatə edir və tələb edilən 12 il 6 ay güzəştli iş stajını tam şəkildə təsdiq etmir. Beləliklə şərh edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 03.05.1977-ci ildən 31.05.1979-cu ilə qədər (2 il 29 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan Dəniz Balıq Sənayəsi Kolleci tərəfindən verilmiş BB-İİ 116580 nömrəli, 11.07.2011-ci il tarixli diplomun notaruial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2008-ci ildə Kollecə daxil olmuş və 02.03.2011-ci ildə “Gəmi energetik qurğularının istismar” ixtisası üzrə üzrə tam kursu bitirmiş və Dövlət attestasiya komissiyasının 02.03.2011-ci il tarixli qərarı ilə ona “texnik gəmi mexaniki” ixtisası verilmişdir. - İddiaçıya məxsus 11.11.1988-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25.10.1988-ci ildən 24.11.1989-cu ilə qədər X20 Gəmiçiliydə böyük usta (1 il 1 ay), 11.11.1998-ci ildən 15.03.1999-cü ilə qədər Axtarış-Xilasedici xidmətində 1-ci dərəcəli motorist (04 ay 05 gün), 16.03.1999-cu ildən 21.10.2002-ci ilə qədər “X14” QSC-də motorçu, komandirmotorçu və baş motorçu (3 il 07 ay 6 gün), 07.01.2003-cü ildən 21.01.2003-cü ilə qədər "xxxx" Firmasında 3-cü mexanik (15 gün), 21.01.2003-cü ildən 10.04.2003-cü ilə qədər X16 ASC-də 2-ci dərəcəli mexanik (2 ay 20 gün), 19.09.2007-ci ildən 01.05.2017-ci ilə qədər “Xəzərdənizneftdonanma” İdarəsinin Abşeron rayon X18 İdarəsində, Azərbaycan “X14” QSC-də matros, motorçu, mexanik (9 il 7 ay 13 gün), 02.05.2017-ci ildən 31.01.2018-ci ilə qədər "xxxx"QSC X4 növbə mexaniki (9 ay), 01.02.2018-ci ildən 18.07.2019-cu ilə qədər “X14” QSC-də mexanik (1 il 5 ay 18 gün), 24.07.2019-cu ildən hal-hazıradək “X13” QSC X5 növbə mexaniki və motorçu vəzifəsində işləyir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 228/1 nömrəli, 26.11.2020-ci il tarixli və 228/2 nömrəli, 26.11.2020-ci il tarixli arxiv arayışlarından görünür ki, İddiaçı Astara rayon sabiq Səncərədi Subtropik sovxozun əmrdən çıxarış siyahılarına əsasən 1973-cü ilin yanvar ayının 2-də 01 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1976-cı ilin aprel ayının 13-də 52 saylı əmrlə işdən azad edilmişdir. Astara rayon sabiq Səncərədi Subtropik sovxozun əmr kitabları 1972-1978, əmək haqqı kitabları 1966-1980-cı illər Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən sovxozun yoxlanılması ilə əlaqədar olaraq aparılmış və sovxoza qaytarılmamışdır. Buna səbəb olaraq İddiaçı əmək haqqı barədə arxiv arayışı tərtib etmək tərəflərindən imkan xaricindədir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 228/2 nömrəli, 26.11.2020-ci il tarixli arxiv arayışına əlavə edilmiş sənədlərdən görünür ki, Səncərədi Subtropik sovxozun 02.01.1973-cüi il tarixli 1 №-li əmrindən çıxarışa əsasən İddiaçı çay briqadiri Babayev Naibin briqadasına fəhlə qəbul edilmişdir. İddiaçı əmr №52, 13.04.76-da fəhləlikdən azad edilmişdir. Səncərədi sovxizunun Aqrara İsalaht Komissiyası tərəfindən Astara rayonunun Dövlət Arxivinə ünvanlanmış 01.06.2000-ci il tarixli, 4 №-li arayışa əsasən Səncərədi subtropik bitkilər sovxozunun 1966-cı ildən 1980-cı ilə kimi fəhlə və qulluqçuların əmək haqqı cədvəlləri və əmr kitabları 1972-ci ildən 1978-ci ilə Azərbaycan Respublikası DİN tərəfindən sovxozun yoxlanması ilə əlaqədar olaraq aparılmış və sovxoza qaytarılmamışdır. - “Azərbaycan X13” QSC Xəzər X18sı tərəfindən verilmiş 11/P1EƏHŞ-03-779 №-li, 24.11.2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı 19.09.2007-ci il tarixdən hal-hazıra qədər X12 işləyir. Xəzər X18sı Abşeron Rayon X18 İdarəsində 19.09.2007-ci ildən 16.01.2013-cü ilə qədər “PSK-51”, “PSK-40”, “MPK-474”, “PSK-48”, “PS-153” gəmilərində 1-ci dərəcəli matros, 1-ci dərəcəli motorçu və 2-ci dərəcəli mexanik işləmişdir. “Azərbaycan X13” QSC-də 31.01.2014-cü ildən hal-hazıradək “PS-153” gəmisində 2-ci dərəcəli mexanik işləyir. Yuxarıda göstərilən gəmi liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 «b» yarımbəndinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş 1 №-li siyahısına əsasən bölmə 3, bənd 1 şrift 23003020-23484 dəniz və çay donanması, üzən heyət, gəmi sürücüsü) əmək şəraitinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. - “Azərbaycan X13” QSC Xəzər X18sı tərəfindən verilmiş SS01/NK/03-37 №-li, 24.02.2015-ci il tarixli arxiv arayışından görünür ki, arxiv materiallarına əsasən Xəzər X18sında 1976-cı ildən 1977-ci və 984-cü ildən 1985-ci ilə kimi işləmiş İddiaçı Xəzər X18sı

1. 28.07.1976 "F.Səmədov" gəmisinə 2-ci dərəcəli motorçu işə qəbul edilmiş. ƏMR № 297-k 29.07.1976; 2. 26.01.1977 "U.B.Pirməməd" gəmisinə 2-ci dərəcəli motorçu keçirilmiş. ƏMR № 29-k 26.10.1977; 3. “U.B.Pirməməd” gəmisinin 2-ci dərəcəli motorçusunu hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad edilmiş. ƏMR № 151-k 22.04.1977; Şəxsi iş № 918. Xəzər X18sı: 1. 29.12.1984 "Ak.Məmədəliyev” gəmisinə 1-ci dərəcəli motorçu işə qəbuı edilmiş. ƏMR № 296-k 29.12.1984; 2. 26.08.1985 "Ak.Məmədəliyev" gəmisinin 1-ci dərəcəli motorçusu (Bakı Dənizçilik Məktəbinə köçürmə yolu ilə) işdən azad edilmiş. ƏMR № 202-k 27.08.1985. Şəxsi iş №1241. Yuxarıda adı çəkilən bütün vəzifələr üzən heyətə aid edilir. Bu gəmilər daim liman akvatoriyasında işləyən gəmilərə aid deyidir, onlar yardımçı-xidmət şəhərətrafı və şəhərdaxili yol gəmiləri hesab edilmir, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəşti şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"-nın 21-ci "Nəqliyyat" bölməsinin 21.2 bəndinin "b" yanmbənd göstərilmişdir. Əsas: şəxsi vərəqə T-2, ştat cədvəli, "Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi". - “Azərbaycan X13” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 18.04.2018-ci il tarixli, RM01/138 №-li arayışından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı "Azərbaycan X13” GSC "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 01.02.2018-ci il tarixindən hal-hazırki vaxta kimi 678 saylı Üzən Emalatxanada növbə mexaniki vəzifəsində çalışır. 25.10.1988-ci il Xəzər X18sının İstehsalat işinə böyük usta (arayış №06/37, 05.11.1998) 24.11.1989-cı il Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 11.11.1998-ci il Axtarış xilasetmə xidmətinə 1-ci dərəcəli motorçu (Əmr 75 11.11.1998), 15.03.1999-cu il Azərbaycan Respublikasının ƏM-nin 36.5ci maddəsinə əsasən başqa iş keçirilməsi ilə əlaqədar (silahlı qüvvələr) işdən azad olunmuşdur. 16.03.1999-cu il Motorçuların komandiri vəzifəsinə işə qəbul edilsin (Əmr 62 17.03.1999). 16.08.1999-cu il Motorçuların böyük komandiri vəzifəsinə keçirilsin (H/s 600 Əmr 160 17.08.1999). 01.09.2000-ci il Motorçuların komandiri vəzifəsinə keçirilsin (Əmr 294 01.09.2000-ci il). 14.08.2002-ci il tarixindən H-560 gəmisinə baş motorçu keçirilsin. (Əmr 215 17.08.2002-ci il). 21.10.2002-cı il Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 a bəndiə əsasən öz xahişi İlə işdən azad edilsin (Əmr 286 31.10.2002-ci il). 07.01.2003-cu il tarixindən "xxxx" firması “Lənkəran balıqçısı” gəmisinə 3-cü dərəcəli mexanik vəzifəsinə qənul edilsin (Əmr 2 07.01.2003-cü il). 21.01.2003-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 a bəndiə əsasən öz xahişi ilə işdən azad edilsin (Əmr 3 21.01.2003-cü il). 21.01.2003-cü il tarixindən X16 ASC-nə “Viçeqda" gəmisinə 2-ci dərəcəli mexanik vəzifəsinə işə qəbul edilsin (Əmr 6/k 21.01.2003-cü il). 10.04.2003-cü il Azərbaycan Respublikası ƏM-nin 68-ci maddədinin 2-ci hissəsinin “a” bəndinə əsaaən öz xahişi ilə işdən azad edilsin (21/k 10.04.2003-cü il). 10.09.2007-ci il XDND Abşeron rayon DND idarəsi PŞK-51 gəmisinə 1-ci dərəcəli matros vəzifəsinə qəbul edilsin. (Əmr 369 18.09.2007). 01.05.2010-cu il “PSK-51” gəmisinə 1-ci dərəcəlui matorçu peşəsinə keçirilsin (Əmr 969). 30.04.2010-cu il). 19.05.2010-cu il “MPK-474” gəmisinə 1-ci dərəcəli matros peşəsinə keçirilsin (Əmr 1120). 19.05.2010-cu il). 01.06.2010-cu il “PSK- 51” gəmisinə 1-ci dərəcəli matorçu peşəsinə keçirilsin (Əmr 1224 01.06.2010-cu il). 19.07.2010-cu il “PSK-48” gəmisinə 1-ci dərəcəli matros peşəsinə keçirilsin (Əmr 1666 19.07.2010). 01.08.2010-cu il “PSK-51” gəmisinə 1-ci dərəcəli matorçu peşəsinə keçirilsin (Əmr 1791 01.08.2010). 20.08.2010-cu il “MPK-474” gəmisinə 1-ci dərəcəli matros peşəsinə keçirilsin (Əmr 1990 20.08.2010). 01.09.2010-cu il “PSK-51 gəmisinə 1-ci dərəcəli matorçu peşəsinə keçirilsin (Əmr 2103). 01.09.2010-cu il) 17.12 2012-cu il “PSK- 40" gəmisinə 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilsin (Əmr 2677 17.12.2012-ci il). 16.01.2013-cü il “PS-153” gəmisinə 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilsin (Əmr 34 16.01.2013). 01.05.2017-ci il ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün) əmək müqaviləsinə xitam verilsin (Əmr 364 01.05.2017ci il). 02.05.2017-ci il AXDG QSC-nin DND-na üzücü heyyətə xidməti yardımçı donanmaya növbə mexaniki vəzifəsinə işə qəbul edilsin (Əmr 14/k 02.05.2017-ci il). 31.01.2018-ci il ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün) əmək müqaviləsinə xitam verilsin (Əmr 292/k 02.02.2018). 01.02.2018-ci il “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 678 saylı Üzən Emalatxanasına növbə mexaniki vəzifəsinə qəbul edilsin (Əmr 61/k 02.02.2018-ci il). Güzəştli şərtlərlə yaşa görə pensiya hüqüqu verən istehsalatların siyahısına əsasən: bölmə 21, 21.2 bəndinə əsasən mexaniklər, bütün adlarda motorçular kimi güzəştli pensiya almaq hüququna malikdir. - Azərbaycan Dövlət Xəzər X2 108 saylı, 06.08.2007-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 09.07.1979-cu ildən (135/n №-li 09.07.1979-cu il tarixli əmr) 28.12.1981-ci il (255/H№-li 28.12.1981-ci il tarixli əmr) tarixə qədər X7 “Mühəndis Matveyev”, “Ajmanov”, “Nürək”, “Alma-Ata” və başqa gəmilərdə motorçu işləmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi 600 №-li Hərbi Hissə tərəfindən verilmiş 9636 №-li, 12.12.2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı N saylı hərbi hissədə aşağıdakı vəzifələrdə işləmişdir. 1. 11.11.1998-ci il tarixdən – 15.03.1999-cu ilədək SB-46 gəmisinin mühərrkiçisi vəzifəsində (əmr № 75 11.11.1998); 2. 16.03.1999-cu il tarixdən 16.08.1999-cu ilədək mühərrikçilərin manqa komandiri (əmr №62 17.03.1999); 3. 16.08.1999-cu ildən 21.10.2002-ci ilədək baş mühərrikçi (əmr № 160 17.08.1999) vəzifəsində işləmişdir. 4. 21.10.2002-ci il tarixdən ƏM-nin 68-ci maddəsinin 2A bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur (əmr № 286 31.10.2002). Bütün bunlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 17/6-321 N-150 №-li, 08.01.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatına əsasən xx.xx.1957-ci il təvəllüdlü Novruzov X3 SSR, Şevçenko Şəhər Məhkəməsinin 29.04.1982-ci il tarixli hökmünə əsasən Qazaxstan SSR Cinayət Məcəlləsinin 78 h2; 15-168 h2; 24-1-ci maddələri ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 03 il müddətinə şərti cəzaya məhkum edilmiş və ci il tarixdə Bakı şəhəri, Qaradağ RDİŞ-nin 3 saylı Xüsusi müəssisəsinə keçirilmişdir. - “Azərbaycan X13” QSC Xəzər X18sı tərəfindən məhkəməyə ünvanlanmış TQ01/02- 292 №-li, 08.04.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Xəzər X18sında 29.07.1976-22.04.1977-ci, eləcə də 29.12.1984-27.08.1985-ci və 19.09.2007-ci ildən 01.05.2017-ci ilədək müvafiq olaraq 2-ci dərəcəli motorçu, 1-ci dərəcəli motorçu, 1-ci dərəcəli matros peşələrində, 2-ci mexanik vəzifəsində işləmiş və 01.05.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə (01.05.2017-ci il tarixli, 364-k nömrəli əmr) xitam verilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b" yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. - “Azərbaycan X13” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən məhkəməyə ünvanlanmış RM03/02-280 №-li, 26.04.2021-ci il tarixli məktuba əlavə edilmiş arayışdan görünür ki, İddiaçı “Azərbaycan X13” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 678 saylı Üzən Emalatxanasında növbə mexaniki vəzifəsinə işləmişdir. 01.02.2018-ci il - 678 saylı Üzən emalatxanaya növbə mexaniki vəzifəsinə qəbul edilmişdir. (Əmr 01.02.2018-ci il 61/k 02.02.2018-ci il) 18.07.2019-cu il - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 mədəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda göstərilən vəzifə üzrə iş stajı 1 il 5 ay 19 gün təşkil edir. Yuxarıda göstərilən peşə Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların siyahısının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 21 bəndinin 21.2 b) üzən heyət - yarımbəndinə əsasən dəniz,çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri,xidmət, şəhərətrafı və daxili yol gəmiləri istisna olmaqla) həmçinin, mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər bəndinə uyğundur. - “Azərbaycan X13” QSC Xəzər X18sı tərəfindən məhkəməyə ünvanlanmış TQ01/02- 453 №-li, 17.05.2021-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı aid Xəzər X18sının 29.07.1976-cı il tarixli, 297-k nömrəli, 26.01.1977-ci il tarixli, 29-k nömrəli, eləcə də 22.04.1977-ci il tarixli, 151-k nömrəli əmrlərinin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 29.07.1976-cı ildən 26.01.1977-ci ilədək “Fuad Səmədov” adına gəmidə motorçu, 26.01.1977-ci ildən 22.04.1977-ci ilədək “X19” gəmidə motorçu işləmiş, Sovet Ordu sıralarında xidmətlə bağlı işdən azad edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 17/6-8831 №-li, 18.05.2021-ci il tarixli məktubdan və ona əlavə görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazasında xx.xx.1957-ci il təvəllüdlü İddiaçı adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. Əlavə olaraq qeyd edilir ki, vətəndaş İddiaçı Xidmət rəhbərliyinə ünvanlanmış 16.12.2020-ci il tarixli müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İmnformasiya idarəsində soğru edilərək əldə edilmiş məhkumluğuna dair sənədlər təqdim edilir. Həmin sənədə əsasən İddiaçı Qazax SSR Şevçenko şəhər xalq məhkəməsinin 29.04.1982-ci il tarixli hökmü ilə CM-nin 78 m2h; 15- 168 m 2 his; 24-1 təqsidli bilinərək əməyə mütləq cəlb olunmaqla 03 il azadlığdan şərti məhrum etmə cəzaına məhkum olunmuşdur. Hökm 06.05.1982-ci ildə qüvvəyə minmişdir. 14.10.1982-ci ildən Bakı şəhəri, Qaradağ RDİŞ 3 saylı XM-də qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 45 №-li, 24.05.2021-ci il tarixli məktubuna əlavə edilmiş 45/1 №-li, 24.05.2021-ci il tarixli arxiv arayışından və digər sənədlərdən görünür ki, xx.xx.1957-ci ildə anadan olmuş İddiaçı Astara rayon sabiq Səncərədi Subtropik sovxozun əmrdən çıxarış siyahılarına əsasən 1973-cü ilin yanvar ayının 2-də 01 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1976-cı ilin aprel ayının 13-də 52 saylı əmrlə işdən azad edilmişdir. Astara rayon sabiq Səncərədi Subtropik sovxozun əmr kitabları 1972-1978, əmək haqqı kitabları 1966-1980-cı illər Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən sovxozun yoxlanılması ilə əlaqədar olaraq aparılmış və sovxoza qaytarılmamışdır. Buna səbəb olaraq İddiaçı əmək haqqı barədə arxiv arayışı tərtib etmək tərəflərindən imkan xaricindədir. - Filial tərəfindən məhkəməyə ünvanlanmış **********9 №-li, 06.07.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 5595,90 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 38577,28 manat olmaqla cəmi pensiya kapitalı 44173,18 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 32000,00 manat məbləğində hesablanmışdır. - “Azərbaycan X13” QSC tərəfindən məhkəməyə ünvanlanmış 01/03/Xİ-1253/751 №li, 24.11.2021-ci il tarixli və MC01/02-924 №-li, 24.12.2021-ci il tarixli məktublardan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 09.07.1979-cu ildən (09.07.1979-cu il tarixli 135/n nömrəli əmr) 28.12.1981-ci il ilə kimi (28.12.1981-ci il tarixli 255/h nömrəli əmr) X8 “Nurek”, “Mühəndis Matvayev”, “Emba”, “A.İmanov”, “Alma-Ata” gəmilərində matorçu vəzifəsində işləyir. Onun tutduğu vəzifələr üzücü heyətə aiddir və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X13 Azərbaycan Dövlət X13 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X8 və Xəzər X18sının yenidən təşkili yolu ilə “Azərbaycan X13” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - Filialın iddiaçının 18.12.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 27.01.2021-ci il tarixli, **********3 №-li məktubdan görünür ki, daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası lanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Mərkəzi Filiala təqdim etdiyi 11 noyabr 1998-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (17 il 3 ay 20 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (5 il 3 ay 27 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Subat Npvruzova güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır:

1. İddiaçının 60 yaşının tamam olması;

2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması;

4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Cavabdeh iddiaçının müraciətindən imtinasını təqdim etdiyi 11 noyabr 1998-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasına əsasən ümumi iş stajının 25 ildən az (17 il 3 ay 20 gün), güzəştli iş stajının isə 12 il 6 aydan az (5 il 3 ay 27 gün) təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Hazırki iş üzrə araşdırılma zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçası mövcud olsa da həmin əmək kitabşasında sonuncunun əmək fəaliyyəti ilə bağlı məlumatlar tam əksini tapmamışdır. İddiaçı əmək kitabçasında qeyd edilməyən dövrlərlə bağlı mötəbərliyi şübhə doğurmayan arxiv arayışları mövcuddur. Belə olan halda İddiaçı əmək pensiyası hüququnun yarandığı tarixə, yəni 26.10.2017-ci il tarixinə əmək kitabçasında olan qeydlərə əsasən, hərbi xidmət dövrü, əmək kitabçasında qeyd edilməyən, lakin arxiv arayışları ilə təsdiq olunan dövr nəzərə alınmaqla 25 il 1 ay 18 gün ümumi əmək stajının olması məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, arxiv arayışına əsasən stajın müəyyən edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsi də mövcuddur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22.05.2020-ci il tarixli, 2-1(102)- 851/2020 №-li, 17.06.2020-ci il tarixli, 2-1(102)-530/2020 №-li, 03.07.2020-ci il tarixli, 2- 1(102)-1220/2020 №-li qərarları). İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçının gəmidə işlədiyi motorçu, motros, mexanik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının “Nəqliyyat” adlanan 21-cu bölməsinin 21.2-ci yarımbəndinə nəzərdə tutulmuş “Dəniz və çay donanması” b) yarımbəndi üzrə qeyd edilmiş vəzifələrə uyğun olmaqla güzəştli iş stajı 13 il 5 ay 26 gün təşkil edir və buna dair işəgötürən tərəfindən arayışlar təqdim edilmişdir. Göründüyü kimi İddiaçı 60 yaşının tamam olduğu günə ümumi iş stajı 25 idən artıq (25 il 1 ay 18 gün), güzəştli iş stajı 12 il 6 aydan artıq (13 il 5 ay 26 gün), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 32000,00 manatdan artıq (44173,18 manat) təşkil etdiyindən, yəni tələb olunan hər dörd hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 26.10.2017-ci ildən cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 26.10.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 26.10.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Xüsusi Şərtlərlə X15 Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar