Məhkəmə qərarları › İş №2-1(112)-7013/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7013/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7013/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı2, iddiaçıların nümayəndəsi Fomin Vadimin, tərcüməçi X3 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13846/2019-002 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədi üzrə icra məmuru X2 hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, həmin icra sənədinin icra olunması ilə əlaqədar bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi, məcburi icra tədbirlərinin tətbiq edilməsi və onların təxirə salınmadan həyata keçirilməsi, borclu X5 əmlakı, pul vəsaitləri və gəliri ilə bağlı sorğuların aidiyyatı dövlət orqanlarına və digər qurumlara göndərilməsi, icra sənədində göstərilən tələblərin icra olunmasının qısa müddətdə tam təmin edilməsi, borclu X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması inzibati xəta haqqında protokolun tərtib edilməsi və onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi, borclu X5 ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın Bakı şəhəri Xətai rayon Məhkəməsinə verilməsi, borclu X1 borclarını ödəməkdən qəsdən yayınma və məhkəmənin qərarını icra etməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı və 306-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimatın Azərbacyan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə verilməsi vəzifələrinin icra məmuru X2 üzərinə qoyulması” barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13846/2019-002 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədi üzrə icra məmuru X2 hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, həmin icra sənədinin icra olunması ilə əlaqədar bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi, məcburi icra tədbirlərinin tətbiq edilməsi və onların təxirə salınmadan həyata keçirilməsi, borclu X5 əmlakı, pul vəsaitləri və gəliri ilə bağlı sorğuların aidiyyatı dövlət orqanlarına və digər qurumlara göndərilməsi, icra sənədində göstərilən tələblərin icra olunmasının qısa müddətdə tam təmin edilməsi, borclu X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması inzibati xəta haqqında protokolun tərtib edilməsi və onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi, borclu X5 ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın Bakı şəhəri Xətai rayon Məhkəməsinə verilməsi, borclu X1 borclarını ödəməkdən qəsdən yayınma və məhkəmənin qərarını icra etməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı və 306-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimatın Azərbacyan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə verilməsi vəzifələrinin icra məmuru X2 üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi iddia tələbi – “Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 13846/2019-002 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədi ilə əlaqədar icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, həmin icra sənədinin icra olunması ilə əlaqədar bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi və borclu X5 iznibati və cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimatların müvafiq orqanlara göndərilməsi vəzifələrinin icra məmuru X2 üzərinə qoyulmasından ibarətdir. İş materiallarında olan Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, icra məmuru tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13846/2019-002 nömrəli, xx.xx.2019-ci il tarixli “X4 2000 (iki min) manat məbləğində pul vəsaiti və 291 (iki yüz əlli bir manat) manat, 01 (bir) qəpik məbləğində faiz borcu tutularaq İddiaçı2 xeyrinə ödənilməsi, X4 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi, X5 üzərinə Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 7 saylı evin, 99 saylı mənzilindən 2 (iki) ədəd qəhvəyi rəngli kreslo, 1 (bir) ədəd rəngli divan, 1 (bır) ədəd qəhvəyi rəngli güllü çarpayı, 1 (ədəd) boz rəngli “Supermax” markalı televizor, 1 (bir) ədəd boz rəngli “LG" markalı videomaqnitofon və kitabların götürülməsi vəzifəsinin qoyulması” barədə icra sənədi üzrə icraata başlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər.... icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Belə olan halda icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər (o cümlədən hərəkətsizliklər) məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mübahisəsi ilə bağlı işin davamı kimi şikayət formasında işə baxmış (icra sənədini icraya yönəltmiş) məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13846/2019-002 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədi üzrə icra məmuru X2 hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, həmin icra sənədinin icra olunması ilə əlaqədar bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi, məcburi icra tədbirlərinin tətbiq edilməsi və onların təxirə salınmadan həyata keçirilməsi, borclu X5 əmlakı, pul vəsaitləri və gəliri ilə bağlı sorğuların aidiyyatı dövlət orqanlarına və digər qurumlara göndərilməsi, icra sənədində göstərilən tələblərin icra olunmasının qısa müddətdə tam təmin edilməsi, borclu X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması inzibati xəta haqqında protokolun tərtib edilməsi və onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi, borclu X5 ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın Bakı şəhəri Xətai rayon Məhkəməsinə verilməsi, borclu X1 borclarını ödəməkdən qəsdən yayınma və məhkəmənin qərarını icra etməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı və 306-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimatın Azərbacyan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə verilməsi vəzifələrinin icra məmuru X2 üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13846/2019-002 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədi üzrə icra məmuru X2 hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, həmin icra sənədinin icra olunması ilə əlaqədar bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi, məcburi icra tədbirlərinin tətbiq edilməsi və onların təxirə salınmadan həyata keçirilməsi, borclu X5 əmlakı, pul vəsaitləri və gəliri ilə bağlı sorğuların aidiyyatı dövlət orqanlarına və digər qurumlara göndərilməsi, icra sənədində göstərilən tələblərin icra olunmasının qısa müddətdə tam təmin edilməsi, borclu X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması inzibati xəta haqqında protokolun tərtib edilməsi və onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi, borclu X5 ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın Bakı şəhəri Xətai rayon Məhkəməsinə verilməsi, borclu X1 borclarını ödəməkdən qəsdən yayınma və məhkəmənin qərarını icra etməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı və 306-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimatın Azərbacyan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə verilməsi vəzifələrinin icra məmuru X2 üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar