Məhkəmə qərarları › İş №2-1(112)-7014/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7014/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7014/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “mərhum həyat yoldaşının məzuniyyət pulu və əmək haqqısının ödənilməsi” tələbinə dair iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2 ə y y ə n e t d i : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “həyat yoldaşı 30 avqust 2021-ci il tarixində dünyasını dəyişdiyi üçün cavabdeh tərəfindən 14 aprel 2008-ci ildən 30 avqust 2021-ci ilə qədər yığılıb qalmış həyat yoldaşına məxsus əmək haqlarını və məzuniyyət pullarını ümumilikdə 55799.16 (əlli beş min yeddi yüz doxsan doqquz min manat on altı qəpik) manat tutularaq ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası təyin edilmişdir. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X2 14 aprel 2008-ci ildən “Ulduz” X6 baş direktor vəzifəsinə təyin olunmuş, 2008-ci ildən 2021-ci ilin avqust ayının 30-na kimi orada işləmişdir. 20.10.2006-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin 264 nömrəli sərəncamına əsasən “Ulduz” EİB Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Həyat yoldaşının 30.08.2021-ci ilə qədər yığılıb qalmış əmək haqları 51.904.56 (əlli bir min doqquz yüz dörd manat əlli altı qəpik) manat, məzuniyyət pulu isə 3.894.60 (üç min səkkiz yüz doxsan dörd manat altmış qəpik) manat təşkil edir. Həyat yoldaşı 30 avqust 2021-ci il tarixində vəfat etdiyindən 14 aprel 2008-ci ildən 30 avqust 2021-ci ilə qədər yığılıb qalmış mərhumun əmək haqlarının və məzuniyyət pullarının, ümumilikdə 55799.16 (əlli beş min yeddi yüz doxsan doqquz min manat on altı qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələb olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 11 aprel 2022-ci il tarixli, **********98 nömrəli yazılı etirazında bildirilmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iddia ərizəsində iddiaçının qeyd etdiyi hallardan göründüyü kimi iddiaçının mərhum əri ilə əmək münasibətləri Əmlak Məsələləri Dövlət Xidməti ilə deyil, “Ulduz” X7 arasında mövcud olmuşdur. İş üzrə cavabdeh olan Əmlak Məsələləri Dövlət Xidməti işəgötürən təşkilat olmadığından, tərəflər arasında yaranmış əmək mübahisəsi üzrə hər hansı öhdəlik daşımır. Belə olan halda Əmlak Məsələləri Dövlət Xidməti tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə hər hansı öhdəlik daşımadığından, iddiaçı qeyd olunan iddia ilə aidiyyəti təşkilata müraciət etməlidir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Göründüyü kimi hazırkı iddia düzgün cavabdehə qarşı qaldırılmadığından, həmçinin iddiaçının hazırkı iddia tələbi mahiyyət üzrə mülki xarakter daşıdığından, qeyd olunan iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün deyil. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi xahiş edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçıya və vəkilinə İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək iddia tələbinin aidiyyəti cavabdehə qarşı xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə ümumi yurisdiksiyalı məhkəmədə irəli sürülməsi təklif edilsə də, iddiaçı və vəkili iddia tələbinin hazırki cavabdehə qarşı baxılmasını xahiş etdiyindən iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08 oktyabr 2021-ci il tarixli, **********76 nömrəli məktubunda bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti ilə X3 arasında əmək münasibətləri mövcud olmamışdır. Bu səbəbdən Xidmət tərəfindən mərhum həyat yoldaşının əmək haqqının ödənilməsi mümkün deyildir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 23 noyabr 2021-ci il tarixli, **********49 nömrəli məktubunda bildirilmişdir ki, həyat yoldaşı X1 “Ulduz” X5 direktoru vəzifəsindən 30.08.2021-ci il tarixində azad olunub və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən vəfat etdiyinə görə xitam verilmişdir. Məhkəmənin sorğusuna Cavabdeh tərəfindən göndərilmiş 26 aprel 2022-ci il tarixli, **********50 nömrəli məktubda qeyd edilmişdir ki, “Ulduz” Elm-İstehsalat Birliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən müstəqil təsərrüfat subyektidir və maliyyə-təsərrüfat fəaliyyətindən irəli gələn məsələləri müəssisə sərbəst şəkildə həyata keçirir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçının mərhum həyat yoldaşı “Ulduz” X5 direktoru olmuş, 30.08.2021-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən vəfat etdiyinə görə xitam verilmişdir. İddiaçı mərhum ərinin vaxtılə saglıgında almadıgı əmək haqlarını və məzuniyyət pullarını hazırki iş üzrə cavabdehdən tələb edir. Lakin məhkəmənin sorğusuna cavabdehin ünvanladıgı 26 aprel 2022-ci il tarixli, **********50 nömrəli məktubundan göründüyü kimi “Ulduz” Elm-İstehsalat Birliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən müstəqil təsərrüfat subyektidir və maliyyə-təsərrüfat fəaliyyətindən irəli gələn məsələləri müəssisə sərbəst şəkildə həyata keçirir. Göründüyü kimi, hazırkı iş üzrə iddia tələbi işəgötürənlə iddiaçının mərhum əri arasında bağlanmış əmək müqaviləsi ilə bağlı irəli gələn hallarla əlaqədardır. Halbuki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan çıxış edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin üçüncü hissəsinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin beşinci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 9-cu maddəsinin i) bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Məcəllənin 42-ci maddəsinin ikinci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri-işəgötürən, digəri isə işçidir. Məcəllənin 46-cı maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Göründüyü kimi əmək müqaviləsi işçi ilə işəgötürən arasında bağlanır və buna uyğun olaraq tərəflərin qarşılıqlı öhdəlikləri müəyyən olunur. İddiaçının mərhum ərinin işəgötürəni hazırki iddia üzrə cavabdeh deyil, “Ulduz” X4gundan iddia da aidiyyəti cavabdehə qarşı olmalıdır. Məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17ci bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, əmək qanunvericiliyinin tələblərinə əsaslanaraq hazırki iddia tələbində qaldırdığı mübahisə barəsində işin hallarından asılı olaraq işəgötürənə qarşı mülki məhkəmə icraatı qaydasında müvafiq məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4kim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar