Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7016/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 nümayəndəsi, vəkil X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxslər: X4, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) “sərəncamın və onun əsasında verilmiş orderin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh xx.xx.1993-cü il tarixli, 131/47 saylı sərəncamının və həmin sərəncam əsasında X1 adına verilmiş 020815 saylı, xx.xx.1993-cü il tarixli orderin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ilin aprel ayında Ermənistanın ordusunun kəndinin işğalı nəticəsindən köçkün düşərək Bakı şəhərinə gəlmişdir. O, 19 may tarixdən ailəsi ilə birlikdə tikintisi yarımçıq qalmış, yaşamağa şəraiti və yararlı olmayan, heç bir sanitar qovşağı və texniki şəraiti, elektrik, su, qaz və kanalizasiya ilə təminatı və təchizatı, qapısı, pəncərəsi olmayan, heç bir iç təmir işləri görülməmiş, dövlətin balansında olan, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı binanın 45 saylı, bir otaqlı mənzilinə yerləşmişdir. İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşaya-yaşaya mənzili normal şəraiti olan, istismara yararlı və şəraiti olan vəziyyətə gətirmişdir. İddiaçı tərəfindən mənzilin sanitar qovşağı və texniki şəraitin qurulmasına, elektrik, qaz, su və kanalizasiyanın çəkilməsinə, təmirinə və təchizat olunmasına, qapı, pəncərə qoyulmasına, iç təmir işləri görülməsinə və digər işlərə ən azı 25 min manatdan artıq pul xərclənmişdir. Həmin mənzildə hal-hazırda iddiaçı, həyat yoldaşı X5, oğlanları X8, X9 ailələri və üç az yaşlı uşaqları ilə, cəmi 9 nəfər yaşayırlar. 19 may 1993-cü il tarixindən ailənin bütün üzvləri Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən faktiki məskunlaşdıqları bu yaşayış yeri üzrə qeydiyyata alınmışlar. 2024-cü ilin may ayında Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən allnmış bildirişdən və Xətai rayonu, M.Hadi küçəsi, ev 91, mənzil 56-da yaşayan X1 məhkəməyə təqdim etdiyi iddia ərizəsindən və həmin şxsin evin boşaldılması tələbindən məlum olmuşdur ki, faktiki olaraq 19 may 1993-cü il tarixdən yaşadıqları mənzil Bakı şəhəri Cavabdeh xx.xx.1993-ci il tarixli, 131/47 saylı sərəcamı və bu sərəncam əsasında 020815 saylı, xx.xx.1993-cü il tarixli orderlə X2 verilmiş, şəxsi hesab vərəqəsi açılmış və 31 may 2005-ci il tarixdə pasport qeydiyyatına alınmışdır. Həmin Sərəncam isə qanunsuz olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X4 zəruri olaraq, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi adi qaydada 3cü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iddianın mümkünlüyü məsələsinin məhkəmə iclasında müzakirə edilməsini zəruri hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddianın mümkün hesab edilərək təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun yoxdur. İddiaçının və onunla birgə yaşayan digər ailə üzvlərinin üçüncü şəxsə məxsus mənzildən çıxarılmaları barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan mübahisə üçüncü şəxsin xeyrinə həll olunaraq, iddia təmin edilmişdir. Eyni zamanda iddiaçının özünün bildirdiyinə görə Qobu kəndində torpaq sahəsi var. Göründüyü kimi üçüncü şəxsin mənzili iddiaçı tərəfindən zəbt edilmişdir. Göstərilənlərə əsasən nümayəndə iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddiaçı hazırkı iddia tələbində Bakı şəhəri Cavabdeh xx.xx.1993-cü il tarixli, 131/47 saylı sərəncamının və həmin sərəncam əsasında X1 adına verilmiş 020815 saylı xx.xx.1993-cü il tarixli orderin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından görünür ki, hazırkı iddia tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Belə ki, iddiaçı qanunsuz olaraq üçüncü şəxsə ayrılmış mənzili zəbt etmiş və illərlə orada heç bir hüququ olmadan yaşamışdır. İddiaçının həmin mənzil üzərində hüquqlarının yaranmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. İddiaçı yalnız məcburi köçkün kimi həmin mənzildə məskunlaşmış və uzun illər həmin mənzildə yaşamışdır. Digər tərəfdən üçüncü şəxs tərəfindən bununla bağlı məhkəmə qaydasında mübahisə açılmış və onun xeyrinə həll olunaraq iddiaçının və onunla birgə yaşayan ailə üzvlərinin sözügedən mənzildən çıxarılmaları qət edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının adı işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısına salınmışdır. Qeyd olunmalıdır ki, iddiaçı mənzildə apardığı təmir işləri ilə bağlı ayrıca kompensasiya tələbi ilə müraciət edə bilər. Lakin, onun üçüncü şəxsə məxsus zəbt edərək yaşadığı mənzili təmir etməsi ona həmin mənzilə dair hər hansı hüququnun olduğunu sübuta yetirmir. Bu səbəbdən iddiaçı həmin mənzillə bağlı cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş sərəncamı mübahisələndirməkdə subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın və onun əsasında verilmiş orderin ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7016/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7016/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver