Məhkəmə qərarları › İş №2-1(112)-7017/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7017/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7017/2022 19.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, işləmir), cavabdehin nümayəndəsi X8 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2012-ci il təvəllüdlü X11 ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2012-ci il təvəllüdlü X11 ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci ildə X6 ilə nikaha daxil olmuşdur və xx.xx.2010-cu ildə onun əri vəfat etmişdir. xx.xx.2012-ci il təvəllüdlü X16 üçün 2021-ci ilin noyabr ayına qədər ailə başçısı itirməyə görə əmək pensiyası almışdır. Cavabdeh əmək pensiyasını dayandırdıqdan sonra iddiaçı ona müraciət etmiş, lakin cavabdeh əmək pensiyasının bərpa edilməsindən imtina edilmişdir. İmtina məktubunda göstərilən halın hansı əsasla düşməməsi AR İMP-nin 14 və 48-ci maddələrinə əsasən sübuta yetirilmir və formal mülahizələrə əsaslanır. Cavabdehin imtina məktubunda göstərilmişdir ki, iddiaçı uşağını əri vəfat etdikdən sonra övladlığa gütürmüşdür. Qanunvericiliyə əsasən bu hala görə əmək pensiyasının ödənilməsinin dayandırılması nəzərdə tutulmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair münasibətini (etirazını) təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1. –ci maddəsinə əssən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1967-ci ildə doğulmuşdur. AZ-İ 107376 nömrəli hikah haqqında şəhadətnamənin surətinə əsasən, X6 və İddiaçı 04 yanvar 1987-ci il tarixdə nikahlarını bağlanmışlar. AZ-İ 428714 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X6 09 avqust 2010-cu ildə ölmüşdür. Salyan Rayon Məhkəməsinin 2(057)-490/2013 saylı 05 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı uşağın övladlığa götürülməsinə dair ərizəsi təmin edilmiş, 06 dekabr 2012-ci il tarixdə Salyan rayonunda doğulmuş X18 xx.xx.1967-ci ildə Salyan şəhərində doğulmuş İddiaçı övladlığına verilmiş, 06 dekabr 2012-ci il tarixdə Salyan rayonunda doğumuş X12 doğum haqqında şəhadətnaməsində soyadı Rüstəmova, adı Aysu, ata adı Polad, ana adı Arzu, ata qrafasında X6, ana qrafasında isə İddiaçı göstərilməklə, ona yeni Doğum haqqında şəhadətnamə verilməsi Salyan rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir. AZ-İİİ 247586 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X16 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası – X6, anası isə - İddiaçıdır. Salyan Rayon Məhkəməsinin 2(057)-490/2013 nömrəli, 06 may 2022-ci il tarixli məktubuna əsasən məhkəmənin 05 dekabr 2013-cü il tarixli, 2(057)-490/2013 saylı qətnaməsi 16 yanvar 2014-cü il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 18 yanvar 2022-ci il tarixli, **********9 nömrəli məktubuna əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan - 18 yaşına çatmamış övladları; - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); - həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına (hazırda qadınlar üçün 62 il 6 ay) çatmış, yaxud İ və ya İİ dərəcə əlil atası, anası, əri (arvadı); - həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, X4 9 avqust 2010-cu il tarixində vəfat etmişdir. Salyan Rayon Məhkəməsinin 5 dekabr 2013-cü il tarixli 2(057)-490/2013 nömrəli qətnaməsində X9 iddiaçı tərəfindən övladlığa götürdüyü qeyd olunmuşdur. Göründüyü kimi Aysu Polad qızı X5 ölümündən sonra iddiaçı övladlığa götürmüşdür. Qeyd olunanlara əsasən Polad Rüstəmovun vəfat etməsi ilə əlaqədar X10 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Cavabdeh məhkəmənin sorğusuna əsasən iddiaçıya aid pensiya işini təqdim etmişdir. İddiaçı aid olan 11/749 nömrəli pensiyaçının uçot vərəqinə əsasən, ona 2-ci qrup əlilliyi olan şəxs olduğundan ailə başçısını itirməyə görə xx.xx.2010-cu ildən pensiya təyin olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.3 ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İşin faktiki hallarına əsasən xx.xx.2012-ci il təvəllüdlü X3 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı övladlığına verilmişdir. İddiaçının əri X6 9 avqust 2010-cu il tarixində vəfat etmişdir. Göründüyü kimi, X1 Polad Səmədağa oğlunun övladı (övladlığa götürülmüş şəxs) və ya onun himayəsində olmamışdır. X2 adının xx.xx.2012-ci il təvəllüdlü X13 doğum haqqında şəhadətnamənin ata qrafasında yazılması, X14 ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsinə əsas sayıla bilməz. Beləliklə, məhkəmədə aparılan araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qanunsuzluğa və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması halına yol verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2012-ci il təvəllüdlü X11 ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 52, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2012-ci il təvəllüdlü X11 ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində (Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən) Bаkı Аpеllyаsiyа Məhkəməsinin İnzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar