Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7018/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində göstərilməklə) “əmək haqqının ödənilməsi” təlbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində göstərilməklə) avqust 1993-2021-ci illər üçün ödənilməmiş əmək haqqına görə 462.000 manat, əmək haqqının gecikdirilməsinə görə 79.000 manat və 100.000 manat məbləğində mənəvi zərərin, 1993- 1996-cı illərin istifadə edilməmiş məzuniyyətlərinə görə ödənclərin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dövlət Gömrük Komitəsinin 26.03.1996-cı il tarixli 203 nömrəli əmri ilə qanunsuz olaraq Xudafərin Gömrük idarəsinin rəis müavini vəzifəsindən azad edilmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin 31.05.1996-cı il tarixli 2- 725/1996 saylı qətnaməsi ilə tutdugu vəzifəyə işə bərpa edilsə də, qanuni qüvvəsini almış qətnamə 23 ildir ki, icra olunmur. Hesab edir ki, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqı ona ödənilməlidir. Həmçinin 1993-1996-cı illərdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya almaq hüququ da var. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə keçirilmiş məhkəmə iclasında iddianın mümkünlüyü məsələsi müzakirə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş yazılı etirazında bildirilmişdir ki, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, iddiaçı Q.X1 Komitəsinə qarşı iddia tələbinin təmin edilməsinə dair Yasamal Rayon Xalq Məhkəməsinin 31.05.1996-cı il tarixli 2-725/1996 nömrəli qətnaməsi icra edilməsi üçün Dövlət Gömrük Komitəsinə göndərilməmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin 31.05.1996-cı il tarixli 2-725/1996 nömrəli qətnaməsi 23 (iyirmi üç) il sonra 24.04.2019-cu il tarixli icraata başlama haqqında qərar qəbul edildikdən sonra qeyd olunan qətnamə 08.11.2019-cu il tarixdə icra edilməsi üçün Dövlət Gömrük Komitəsinə göndərilmişdir. İlk öncə qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 04.07.2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Strukturu”nda Azərbaycan Respublikasının Prezidentinin 13.07.2018-ci il tarixli 201 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş, həmin Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən struktur islahatları aparılmış və Xudafərin Gömrük İdarəsi ləğv edilmişdir. Azərbaycan Respublikasının 07.12.1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 40-cı maddəsinə əsasən gömrük orqanlarının kiçik heyət, orta və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq olunmuşdur. Həmin siyahıda gömrük idarəsinin rəis müavini vəzifəsi uçün xüsusi rütbənin son həddi gömrük xidməti polkovniki xüsusi rütbəsi nəzərdə tutulmuşdur. Həmin Əsasnamənin 27-ci maddəsinin üçüncü hissəsində gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük xidməti polkovniki xüsusi rütbəsində xidmətin son yaş həddi 60 yaş müəyyən edilmişdir. Qeyd olunan Əsasnamənin 15-ci maddəsinin ikinci hissəsinə əsasən bir qayda olaraq, yaşı 30-u keçmiş vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul edilmir. 01.06.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR MPMnin 10-cu maddəsinə əsasən məhkəmə, işləri qüvvədə olan qanunvericilik əsasında həll etməyə borcludur. Məhkəmə, həmçinin digər dövlət hakimiyyət və idarə orqanlarının onlara verilmiş səlahiyyət dairəsində qəbul etdikləri aktları da tətbiq edir. İşdə olan Yasamal Rayon Xalq Məhkəməsinin 31 05.1996-cı il tarixli 2-725/1996 nömrəli qətnaməsinin məzmunundan müəyyən olunur ki, məhkəmə iddiaçının iddia tələbini təmin edərək iddiaçının qanunsuz işdən azad edilməsi qənaətinə gəlsədə qeyd olunan qətnamənin icra edilməsi üçün cavabdehə göndərilməmişdir. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna edilən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Belə olan halda iddia tələbinin1993-cü ilin avqust ayından 2020-ci il üçün ödənilməmiş əmək haqqına görə 462000 manat, əmək haqqının gecikməsinə görə 79000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində əsassız olduğundan təmin edilə bilməz. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuranın təqsiri müəyyən edilmiş olsun. İddia ərizəsinin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının qeyri-əmlak xarakterli hüququ pozulmamışdır. İddiaçı iddia tələbinin maddi zərərin tələb edilməsi hissəsinin əsassız olduğundan iddiaçının 100000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsinin iddia tələbinin maddi zərərin tələb edilməsi hissəsindən birbaşa asılı olmaqla törəmə tələblər olduğundan iddiaçının mənəvi zərərin ödənilməsinə dair hissəsi də təmin edilməməlidir. İddiaçı Q. Məmmədovun iddia tələbinin 1993-1996-cı illərin istifadə edilməmiş məzuniyyət haqqının ödənilməsinə dair hissəsinin də təmin edilməməlidir. Belə ki, mübahisəyə qanunun zamana görə müddəası ilə yanaşsaq 10.12.1971-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi tətbiq olunmalıdır. İstinad olunana Məcəllənin 232-ci maddəsinə əsasən işə bərpa barədə olan məhkəmə qərarı dərhal icra edilməlidir. Əgər qətnamə icra olunmayıbsa, onun sonradan icra olunması nəzərdə tutulmayıb. Qətnamənin 23 il sonra icraya yönəldilməsi qanundan sui-istifadədir ki, bu da yol verilməzdir. Göründüyü kimi iddiaçı Q X1 Komitəsinə qarşı iddia tələbinin təmin edilməsinə dair Yasamal Rayon Xalq Məhkəməsinin 31,05.1996-cı il tarixli 2-725/1996 nömrəli qətnaməsi icra edilməsi üçün Dövlət Gömrük Komitəsinə göndərilməmişdir. Qeyd olunan qətnamə qəbul olunduğu tarixdən 23 (iyirmi üç) il sonra 24.04.2019-cu il tarixli icraata başlama haqqında qərar qəbul edildikdən sonra 08.11.2019-cu il tarixdə icra edilməsi üçün Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Həmçinin qeyd edilməlidir ki məhkəmə qətnaməsi çıxarılan dövrə qədər olan mübahisəyə aiddir. Qətnamə çıxarıldığı vaxtdan sonrakı dövrə aid edilə bilməz. Bu baxımdan da qətnaməyə əsaslanıb maddi ziyan, əmək haqqının gecikdirilməsinə görə faiz və məzuniyyət haqqı tələb oluna bilməz. Qeyd olunanalardan da göründüyü kimi iddiaçı Q.X1 Komitəsinə qarşı iddia ərizəsinin dəlilləri iddiaçının şəxsi mülahizəsinə əsaslanmaqla, hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Belə olan təqdirdə iddiaçı Q.X1 Komitəsinə qarşı olan iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmalıdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Hazırki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı 2 tələb irəli sürmüşdür: 1) avqust 1993-2021-ci illər üçün ödənilməmiş əmək haqqına görə 462000 manat, əmək haqqının gecikdirilməsinə görə 79000 manat, 10000 manat məbləğində mənəvi zərərin və 2) 1993- 1996-cı illərin istifadə edilməmiş məzuniyyət haqqının cavabdehdən tutularaq ona ödənilməsi. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə:
127. Gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır.
128. Gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir.
129. Gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında vəzifəyə bərpa edilməsi barədə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və (və ya) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı dərhal icra olunmalıdır.
130. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. İşin hallarından məlum olur ki, iddiaçının cavabdehə qarşı iddia tələbinin təmin edilməsinə dair Yasamal Rayon Xalq Məhkəməsinin 31.05.1996-cı il tarixli 2-725/1996 nömrəli qətnaməsi icra edilməsi üçün Dövlət Gömrük Komitəsinə göndərilmədiyindən təkrar icra vərəqəsi verilmiş və 24.04.2019-cu il tarixli icraata başlama haqqında qərar qəbul edildikdən sonra qeyd olunan qətnamə 08.11.2019-cu il tarixdə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. İddiaçı isə qətnamə üzrə icra icraatının oldugu mərhələdə xidmətə bərpa edilmədən, onun hansı vəzifəyə bərpa ediləcəyi və alacagı əmək haqqı məlum olmadan, yəni hazırki halda inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı maddi və mənəvi ziyan tələbini irəli sürmüş, yəni konkret hüquqlarının pozuldugunu əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçı digər tələbində isə inzibati orqandan 1993-1996–cı illər üçün almadıgı məzuniyyət pulunu tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, iddiaçı 1993-1996–cı illər üçün almadıgı məzuniyyət pulunu tələb edir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. İddiaçının iddia tələbinin 1993-1996-cı illərin istifadə edilməmiş məzuniyyət haqqının ödənilməsinə dair hissəsi bu baxımdan mümkün hesab edilməməlidir. Belə ki, mübahisəyə qanunun zamana görə müddəası ilə yanaşsaq 10.12.1971-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi tətbiq olunmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məzuniyyət pul ilə əvəz olunmasına yol verilmir. Bəhs olunan Məcəllənin 228-ci maddəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən üç ay ərzində, pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün isə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilərdi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu baxımdan da iddia müddəti ötürülmüşdür. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, qətnamənin icrasını gözləyirdi. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona “məlum olan gündən” hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə “məlum olan gündən” hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya birinci tələblə baglı izah edilir ki, inzibati orqanın qətnaməni qərəzli şəkildə icra etmədiyi hal sübut olunarsa həmin orqana qarşı gələcəkdə dəymiş ziyan tələbini irəli sürə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim: Mehriban Qarayeva